SəRBƏst iŞ Elmi rəhbər: Tələbə: Cəfərova Leyla Bakı-2023 plan


Sosial işin məqsəd və vəzifələri



Yüklə 60,33 Kb.
səhifə2/4
tarix13.12.2023
ölçüsü60,33 Kb.
#174781
1   2   3   4
Cəfərova Leyla Sosial işə giriş

2. Sosial işin məqsəd və vəzifələri
Sosial iş sahəsində təhsilin əsas məqsədi - sosial iş üzrə mütəxəssis hazırlığının əsas tələblərinə uyğun nəzəri biliklərin əldə edilməsi, praktiki bacarıq və vərdişlərin qazanılmasıdır. Sosial iş üzrə mütəxəssis təlimin üç istiqamətini (ümumhumanitar və sosial iqtisadi fənnlər; ümumriyazi və təbii-elmi fənlər; sosial iş üzrə ixtisaslaşma) nəzərdə tutan baza hazırlığı əldə etmiş sosial iş ixtisası üzrə ali təhsilli mütəxəssisdir.
Sosial işin əsas məqsədi müştərinin sosial vəziyyəti yaxşılaşdırmaq, müştərinin öz mövqeyinin subyektiv təcrübəsini asanlaşdırmaq üçün, onun pisləşməsinə və ya ən azı asanlaşdırılmasına imkan verməməkdir.Sosial vəziyyətin konsepsiyası, müəyyən bir müştərinin ictimai probleminə və onun təsirinə təsir edə biləcək qarşılıqlı əlaqələri təcrid etməyə imkan verən metodoloji vasitədir. S
osial işin məqsədi ictimai əlaqələr sistemində (subyektlər, qruplar və cəmiyyətin müxtəlif qrupları arasında əlaqələr) baş verən ictimai prosesləri tənzimləməkdir.
Sosial işçinin vəzifələri:
• Sosial işçilərin cəmiyyətə qarşı yönəldilən öhdəlikləri aşağıdakılardan ibarətdir: Sosial işçilər cəmiyyətin ümumi rifahını önə çəkməlidir;
• Sosial işçilər sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləməlidir;
• Sosial işçilər sosial problemlər çərçivəsində ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməlidir;
• Sosial işçilər sosial qanunların qəbul olunmasında yaxından iştirak etməlidir.
Bir elm kimi sosial işin öz tədqiqat predmeti, obyekti, xüsusi problemləri var. O,müraciətçinin müxtəlif bioloji, psixoloji və s. amillərinin təsiri nəticəsində yaranan problemlərnin həlli məqsədi ilə sosial münasibətləri, sosial qarşılıqlı təsir proseslərini tədqiq edir. Sosial işin bir nəzəriyyə kimi fərqli cəhəti ondan ibarətdir ki, o, daha çox tətbiqi xarakter daşıyır.
Sosial işin bir elm kimi predmeti şəxsiyyətin, sosial qrupun, icmanın həyat fəaliyyətinə aid olan sosial prosesləri və hadisələri əhatə edir. Sosial işin problemləri sırasına sosial işin sosial siyasətlə, eləcədə cəmiyyətin, şəxsiyyətin münasib inkişafına cavabdehliyi ilə əlaqədar olan xüsusi tədqiqatlar daxildir.
Sosial iş sahəsində aparılan tədqiqatların mövzusu "sosial mühit insan" mürəkkəb sistemin çərçivələri ilə müəyyən olunur.
Sosial işin funksiyaları. Sosial iş funksiyaları kompleks inteqral xarakter daşıyır. Bunlar arasında aşağıdakıları qeyd edə bilərik:
- Əxlaqi funksiya və yaxud da humanist funksiya – bu insanın insanlara qarşı olan humanist münasibətin təzahürüdür. Sosial iş hər şeydən əvvəl daha çətin vəziyyətdə olan insanlara (əlil insanlar, təqaüdçülər, uşaqlar, qaçqınlar, işsizlər) qarşı yönəldilir. Sosial iş cəmiyyətin əsas həlledici sahəsi kimi şəxsin ləyaqətinin, həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır, onların ehtiyaclarının və maraqlarının həyata keçirilməsinə kömək edir.
- İnformasiya və ya kommunikasiya funksiyası – ictimai yardımlara ehtiyacı olan şəxslər haqqında olan məlumatları, sosial xidmətlərin müdaxiləsini tələb edən faktları müəyyənləşdirir, toplayır, ümumiləşdirir və lazımi şəxsləri bu barədə məlumatlandırır, sosial yardıma ehtiyacı olan ailələr və şəxslər haqqında məlumat bankı yaradır. İnformasiya və ya kommunikasiya funksiyasıanalitik şərhlər və proqnozlaşdırma əməliyyatını yerinə yetirir, həmçinin cəmiyyətdə sosial gərginlik tendensiyalarını, demoqrafik vəziyyətləri, sosial və ailə problemlərinin səbəblərini, sosial yardım və qorunma vəziyyətinə dair ictimai rəyləri müəyyənləşdirir. Bu funksiya ehtiyacları müəyyənləşdirməklə yanaşı, bu ehtiyacların qarşısını almaq üçün zəruri olan proqramları və cəmiyyətin sosial inkişaf prosesini proqnozlaşdırır.
- Təşkilati və ya metodiki funksiya – sosial xidmət fəaliyyəti aparmaq üçün mərkəzlərin yaradılması, sosial işinin innovativ formaların öyrənilməsi kimi funksiyaları yerinə yetirir. Təşkilati və ya metodiki funksiya sosial xidmətin fəaliyyətinin təcrübəsini özündə birləşdirir və cəmiyyətin müxtəlif qruplarına, ayrı-ayrı fərdlərə sosial xidmət göstərilməsini təmin edir. Bu funksiya informasiya materiallarını, qanunvericiliyi və digər hüquqi aktları sistemləşdirir, xidmət etdiyi əhali arasında sosial tədqiqatlar təşkil edir.
- Reklam və təbliğat funksiyası – sosial iş sahəsində aparılan xidmətlərin reklamını təşkil edir, kütləvi informasiya vasitələrində sosial yardım və şəxsiyyətin qorunması ideyalarını təbliğ edir, ailəni möhkəmləndirmək və dəstəkləmək, uşaq və yeniyetmələrin yetişdirilməsi, sosial ənənələri inkişaf etdirmək barədə maarifləndirici işlər aparır.
- Tənzimləyici və profilaktik funksiya – mənfi hadisələrin qarşısının alınması və aradan qaldırılması üçün sosial, hüquqi, psixoloji, pedaqoji mexanizmləri təmin edir və fəaliyyət göstərir, fərdlərin cəmiyyətdə davranışını tənzimləyir.
-Təsir-kommunikativ funksiya – cəmiyyətdə emosional gərginlik səviyyəsini tənzimləyir, mikro-cəmiyyətdəki vəziyyəti təsirləndirir, ünsiyyət əlaqələri, davranışın tənzimlənməsi, şəxsiyyətin özünü idarə etməsi, klientlər arasında məsləhətverici qismində sosial rol oynayır.
- Sosial-inteqrativ funksiya – ictimai sahənin problemlərini həll etmək üçün mövcud elm, bilik sahələrini birləşdirmək, cəmiyyətdə əhalinin sosial dəstəyinin və müdafiəsinin obyektiv, hərtərəfli və tam təsvirini yaratmaq, fərdi özünüdərk prosesini reallaşdırmaq üçün birgə sosial proqramlar hazırlamaq, mütəxəssislərin səylərini özündə birləşdirmək və s. missiyanı həyata keçirməkdir.


Yüklə 60,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin