SəRBƏst iŞ Elmi rəhbər: Tələbə: Cəfərova Leyla Bakı-2023 plan


Sosial iş institutlarının ümumprofilli və ixtisaslaşmış növləri



Yüklə 60,33 Kb.
səhifə4/4
tarix13.12.2023
ölçüsü60,33 Kb.
#174781
1   2   3   4
Cəfərova Leyla Sosial işə giriş

4. Sosial iş institutlarının ümumprofilli və ixtisaslaşmış növləri
Sosial iş institutlarının ümumprofilli və ixtisaslaşmış növləri fərqləndirilir.
Ümumprofilli institutlara konkret icmanın, bələdiyyənin, kiçik inzibati ərazilərin sakinlərinə xidmət göstərmək üçün fəaliyyət göstərən müəssisələr aiddir. Məsələn, ABŞ-da kommyuniti müəssisələri, İsveçdə sosial xidmət bürosu, Almaniyada sosial bölmələr, Rusiyada sosial müdafiə şöbələri və s. Bu müəssisələrin məqsəd və vəzifələri insanların yaşayış yerlərinə maksimal dərəcədə yaxın olmaqla hər bir ehtiyacı olan insana ilkin sosial yardım göstərməkdir. Ümumprofilli müəssisələrin xüsusiyyətləri konkret ölkədə sosial yardım modelinin özünəməxsusluğu ilə əlaqədardır.
Almaniyada sosial bölmələr özlərinin birbaşa vəzifələri ilə yanaşı məhkəmə və bələdiyyə orqanlarının vəzifələrini yerinə yetirirlər. Məsələn, sosial yardımın bu və ya digər növünün alınması üçün ərizələrin tərtib edilməsi, uşaqlara qayğının qiymətləndirilməsi, qarşılıqlı kömək qruplarına məsləhətli yardım və s.
İsveçdə sosial xidmətlər bürosu sosial planlaşdırmada fəal iştirak edir. İcmada demoqrafik proseslərin təhlilində iştirak edir, sosial sistemin inkişafı üzrə öz tövsiyyələrini formalaşdırır.
İxtisaslaşmış müəssisələr əhalinin müəyyən kateqoriyalarına sosial xidmət göstərirlər. Məsələn, reabilitasiya mərkəzləri, sığınacaqlar, diaqnostik mərkəzlər. Sosial işin bütün modelləri çərçivəsində belə müəssisələr konkret problemlə əlaqədar peşəkar kömək göstərməyə istiqamətləniblər.
Reabilitasiya mərkəzləri insanların (reabilitantların) fiziki, psixoloji, sosial və əxlaqi-mənəvi bərpası ilə məşğul olan təşkilatlardır. Adətən belə təşkilatlara sinir sisteminin, dayaq hərəkət aparatının əlilliyə gətirib çıxaran xəstəliklərdən əziyyət çəkən, eləcə də psixi və davranış pozuntuları olan insanlar müraciət edir. Reabilitasiya mərkəzlərində bərpaedici tibbi, psixoloji, sosial psixoterapevtik yardım göstərilir.
Reabilitasiya mərkəzlərini profil prinsipinə görə aşağıdakı növlərə bölmək olar:
1. Kardioreabilitasiya mərkəzləri;
2. Neyroreabilitasiya mərkəzləri;
3. Ortopedik reabilitasiya mərkəzləri;
4. Müxtəlif asılılıqlardan əziyyət çəkənlər üçün mərkəzlər;
5. Hərbi-tibbi reabilitasiya mərkəzləri.
Sığınacağın xüsusi növü kimi şelter çıxış edir (afford/give/offer/provide shelter - sığınacaq vermək). İnsan alverinin qurbanları üçün xüsusi sığınacaqlar yaradılır. Belə sığınacağın təyinatı insan alveri qurbanlarının müdafiəsini və müvəqqəti yaşamasını təmin etməkdən ibarətdir.
Sığınacağın əsas funksiyaları:
• İnsan alveri qurbanlarını, ehtimal olunan qurbanları və şahidləri müdafiə etmək;
• İnsan alveri qurbanlarına, ehtimal olunan qurbanlara köməklik göstərmək;
• İnsan alveri qurbanlarının və ehtimal olunan qurbanların lazımi ehtiyaclarını təmin etmək;
• İnsan alveri qurbanları və ehtimal olunan qurbanlar üçün layiqli həyat və yaşayış şəraitini yaratmaq;
• İnsan alveri qurbanlarına və ehtimal olunan qurbanlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardım göstərmək;
• İnsan alveri qurbanları və ehtimal olunan qurbanlar barədə reabilitasiya və reinteqrasiya tədbirlərinin həyata keçirilməsi üçün əlverişli şəraiti, öz repatriasiyasını gözləyən qurbanlar, habelə sübutlar təqdim edən qurbanlar üçün təhlükəsiz mühiti təşkil etmək.
Diaqnostik mərkəzlərdə tibbi-genetik məsləhətləşmə həyata keçirilir. Buraya daxildir:
a) İlkin məsləhətləşmə (genetik tədqiqatların nəticələrindən sonrakı interpretasiya ilə);
b) Sitogenetik tədqiqatlar (xromosomların analizi);
c) Molekulyar-genetik tədqiqatlar.
NƏTİCƏ
Beləliklə, sosial iş sistemi həm ictimai, həm də dövlət xarakterli olur. Bu sistemin tərkib hissələri kimi çıxış edən institutlar əhalinin sosial problemlərinin həlli ilə məşğul olan müəssisələrdir. Bunlara rəsmi və qeyri-rəsmi, dövlət, könüllü, ictimai xarakterli sosial xidmətlər aiddir.


ƏDƏBİYYAT
1. Məmmədova R.O. Sosial işə giriş. Bakı: BDU, 2019,s. 5-8
2. Charles Zastrow. Sosyal hizmete giriş. Nika Yayınevi, 2013, 1-2 s.
3. Hüseynli A. “Sosial iş”. Bakı-2013
4. www.sosial.gov.az
5. http://ifsw.org/get-involved/global-definition-of-social-work/
Yüklə 60,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin