ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


Sarıqamış altında olduq nəzərdə



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

Sarıqamış altında olduq nəzərdə
Yüyürdük irəli, qalmadıq geridə. 
Tatar polkunun adı söyləndi dildə, 
Qürbət elə düşdü yolum, neyləyim. 
 
1917-ci ildə Vətənə qayıdan Səyyad Zeynalov 1918-ci ildən Milli Orduda, 
əvvəlcə birinci Tatar-Azərbaycan alayında, sonra isə üçüncü Şəki süvari alayında 
xidmət edib. Qarabağda, Göyçayda və Bakıda daşnak-bolşeviklərə qarşı döyüşlərin 
fəal iştirakçısı olub. 
İyirmi səkkiz aprel çevrilişindən sonra Qazax milis şöbəsinin rəisi, “El 
yardımı komitəsi”nin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə 
işləyib. Otuz yeddinci ildə Musavat zabiti kimi həbs olunub, 1942-ci ildə sürgündə 
dünyasını dəyişib. 
PORUÇİK MAHMUD İBRAHİM OĞLU ƏFƏNDİYEV - 1890-cı il 
iyulun iyirmi dördündə Qazax qəzasının Salahlı kəndində kəndli ailəsində anadan 
olub. Qoridə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil 
alıb. 1915-ci ildəTelavi praporşiklər məktəbini bitirib. Musavat ordusunda rota 
komandiri idi. 

PORUÇİK HACIBALA HACIMƏMMƏD OĞLU ABBASOV -1898-ci 
il iyulun dördündə Şamaxıda kəndli ailəsində anadan olub. Şamaxıda realnı 
məktəbi və Xarkovdakı texniki məktəbi bitirib. Rus dilini yaxşı bilirmiş, savadlı 
imiş. 1914-cü ildə Birinci Dünya müharibəsində iştirak edib. Musavat ordusuna 
1918-ci ildə könüllü gəlib. 
PORUÇİK ƏYYUB MƏQRÜB OĞLU KÖÇƏRLİNSKİ - 
Vladiqafqazdakı realnı məktəbi bitirib. 1900-cu il avqustun iyirmi ikisində Şuşada 
zadəgan ailəsində anadan olub. 1918-ci il sentyabrın on beşində Bakının daşnak-
bolşeviklərdən azad olunmasında iştirak edib. 
PORUÇİK HÜSEYN SƏMƏD OĞLU RƏHİMOV - 1893-cü ildə Bakıda 
meşşan ailəsində anadan olub. İkinci Tiflis kişi gimnaziyasının beş sinfini və 1920-
ci il aprelin iyirmi dördündə Gəncə hərbiyyə məktəbini bitirib. 
 PORUÇİK MAHMUD MƏMMƏD OĞLU MAHMUDZADƏ - 1893-cü 
ilin yanvar ayında Lənkəranda meşşan ailəsində anadan olub. Birinci Bakı 
gimnaziyasını və Gəncə praporşiklər məktəbini 1919-cu ildə bitirib. Fars və türk 
dillərini mükəmməl bilib. 1920-ci ildən “Azərbaycanın müstəqilliyi uğrunda” gizli 
hərbi təşkilatın fəallarından biri olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı 
həbs edib, sürgünə göndərib. 
PODPORUÇİK MİR ƏHMƏD MİR AĞAƏLİ OĞLU MİRCAVADOV 
- 1895-ci il iyunun on səkkizində Bakıda meşşan ailəsində anadan olub. Bakıda 
ruhani təhsili alıb. 1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib. 
PODPORUÇİK MEYDAR ABBAS OĞLU MƏDƏTOV - 1898-ci ildə 
Bakının Balaxanı kəndində anadan olub. Qusardakı ali-ibtidai məktəbi və 1920-ci 
il aprelin iyirmi dördündə Gəncə praporşiklör məktəbini bitirib. 
PODPORUÇİK HƏMİD İSGƏNDƏR OĞLU MUSTAFAYEV - 1898-ci 
il sentyabrın səkkizində Qazaxda anadan olub. Qori şəhərindəki Zaqafqaziya 
Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirib. 1914-18-ci illərdə Bakıda 
müəllim işləyib. 1918-ci ildə Gəncədə türk hərbi məktəbini bitirib. 
PORUÇİK MƏLİKMƏMMƏD SƏTTAR OĞLU MƏLİKOV - 1896-cı 
il martın on birində Bakıda meşşan ailəsində anadan olub. Bakıda üçüncü ali-
ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə 
məktəbini bitirib. 
  
PODPORUÇİK MƏSTAN ZEYNAL OĞLU MƏSTANZADƏ - 1899-cu 
ildə Şamaxıda meşşan ailəsində anadan olub. Beşsinifli Bakı realnı məktəbini və 
1920-ci ildə Azərbaycan hərbiyyə məktəbini bitirib. 
PODPORUÇİK MİRMEHDİ  MİRƏHMƏDOV - 1894-cü ildə Bakıda 
anadan olub. Ali ruhani təhsili var. 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan 
hərbiyyə məktəbini bitirib. 
PODPORUÇİK MAHMUD ƏSƏDAĞA OĞLU MUSTAFAYEV - 1899-
cu il martın on birində Qazax qəzasının Salahlı kəndində anadan olub. 1918-ci ildə 
Gəncə praporşiklər məktəbini bitirib. 
PODPORUÇİK TOFİQ ŞƏRİF OĞLU MİRZƏYEV - 1900-cü il 
dekabrın birində Tiflisdə anadan olub. Tiflis gimnaziyasını və 1920-ci il aprelin 
iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. İran təəbəsidir. Sovetlər 

vaxtı Azərbaycan diviziyasının birinci polkunun qərargah rəisi olub, 1930-cu ildə 
keçmiş Musavatçı kimi həbs edilib. 
UNTER-ZABİT CƏMİL BƏY BAĞIR BƏY OĞLU RƏFİBƏYOV - 
Cəmil bəy Rəfibəyov 1894-cü ildə Gəncə yaxınlığındakı Balabarmanlar kəndində 
bəy ailəsində anadan olub. 1908-ci ildən 1916-cı ilədək Gəncə şəhər səkkizillik 
şəhər məktəbində təhsil alıb. 
1918-ci ildə Gəncədə altı aylıq unter-zabit məktəbini bitirib. Həmin ili 
musavat ordusunun birinci piyada polkunda Qarabağda erməni daşnaklarına qarşı 
vuruşub. Musavat hökuməti süqut etdikdən sonra Qızıl Ordunun on altıncı 
diviziyasının iki yüz qırx dördüncü polkunda vzvod komandiri kimi xidmət edib. 
1921-ci ildə ikinci kəndli süvari polkunda 1924-cü ilə kimi xidmət etdikdən sonra 
ordudan tərxis olunub. Musavat zabiti olduğuna görə 1928-ci ilin yayında həbs 
edilib, iyirmi il müddətinə Novosibirsk, Çustinsk və başqa həbs düşərgələrinə 
sürgün olunub. 
URYADNİK HƏSƏN BƏY FƏTƏLİBƏYOV - Birinci Tatar-Azərbaycan 
süvari alayının kollec registratoru olub, qoşunu ərzaqla təchiz edib və onu 
mənzillərə yerləşdirib. Dövlət müşaviri, birinci dərəcəli könüllü əsgər
42
 olub. Rus-
yapon müharibəsinin, Romanovlar sülaləsinin 300 illik xatirə medalı ilə və 
məişətdə göstərdiyi fəaliyyətinə görə ordeni ilə 1914-cü ildə Qori şəhər pristavı 
vəzifəsində işləyəndə həmin il iyunun birində “Müqəddəs Vladimir” ordeninin 
dördüncü dərəcəsilə təltif olunub. 
1886-cı il dekabrın on səkkizində Şuşanın Ətyeməzli kəndində zadəgan 
ailəsində anadan olub. Qori Seminariyasının Tatar-Azərbaycan şöbəsini 1916-cı il 
martın beşində, 271 saylı şəhadətnamə ilə bitirib. 1917-ci oktyabrın iyirmi 
doqquzunda Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul 
olunub. Həmin il noyabrın iyirmi üçündə və dekabrın beşində Müsəlman 
Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam olunub. 1918-ci il yanvarın 
dördündə uryadnik rütbəsi verilib. Həmin il, həmin tarixdə Müsəlman Korpusunun 
komandiri, general-leytenant Əliağa Şıxlinskinin əmrilə oboz (hərbi araba karvanı) 
komandiri təyin olunub. 1919-cu il yanvarın 4-də ailə vəziyyətinə görə hərbi 
xidmətdən tərxis olunub. 
Həsən bəy Fətəlibəyovun şəxsi işində ailə tərkibi də qeydə alınmışdır: 1896-
cı il aprelin 12-də anadan olan arvadı Ədilə xanım, 1913-cü il dekabrın 4-də 
anadan olan qızı  Leyla xanım, 1915-ci il martın 2-də anadan olan oğlu Ənvər bəy. 
 
* * * 
 
KAPİTAN AĞACƏFƏR ABÜTALIB OĞLU SEYİDOV - 1894-cü il 
mayın 8-də Şamaxıda meşşan ailəsində anadan olub. Bakıda Aleksandrovski 
məktəbini və ikinci Tiflis kişi gimnaziyasını bitirib. 1915-ci ildən orduda xidmət 
edir. 1919-cu ildə praporşiklər məktəbini bitirib. Birinci Dünya müharibəsində fəal 
iştirakına görə orden və medallarla təltif olunub. 
                                                 
42
 Bu вəzifənin ruscаsı bеlədir: "бывший волноопределйайушая первого разрйада" Тərcüməsi: Мühаribə vахtı 
könüllü əsgəri хidmət kеçirən, аli təhsilli imtiyаzlı şəхs - müəl. 
 

ŞTABS-KAPİTAN XANKİŞİ AĞA OĞLU SARVANSKİ - 1897-ci il 
yanvarın 24-də Şamaxıda meşşan ailəsində anadan olub. Şamaxıda realnı məktəbi 
və 1915-ci ildə Mixaylov hərbi məktəbini bitirib. 
ŞTABS-KAPİTAN DANİYAL BƏY ŞƏRİFOV - 1915-ci ildə Birinci 
Tiflis praporşiklər məktəbini bitirib. 1891-ci il iyunun 10-da Qazaxda anadan olub. 
Ağalıq nəslindəndir. Musavat ordusunun Bakı alayında (Salyan kazarmasında 
yerləşirdi) ştabs-kapitan rütbəsində xidmət edirdi. 1923-cü ildə bolşeviklər həbs 
edib. Son taleyi məlum deyil. 
  
PORUÇİK ƏLİ ŞƏMSİ OĞLU ƏSƏDULLAYEV - fevral inqilabından 
sonra Bakıda “vəhşi diviziya”nın əsgər və zabitlərindən döyüşən alay təşkil edib. 
Qərargahı “İsmailiyyə” binasında yerləşirdi. 1918-ci ilin mart qırğını vaxtı 
İçərişəhər ətrafında, Çəmbərəkənddə, Şamaxı yolunda və başqa yerlərdə daşnak-
bolşevik qoşunları ilə şiddətli döyüşlər aparıb. 
Martın iyirmi doqquzunda Əli Əsədullayevin komandanlığı altında Lənkəran 
musavatçılarına silah yardımı apararkən, “Evelina” gəmisində bolşeviklərlə silahlı 
toqquşma olub. Martın 30-da Bakı əhalisi “Dikaya diviziya” alayının tərksilah 
olunmasına qarşı etiraz mitinqləri keçirib. Təcili çağrılan müşavirədə 
M.Ə.Rəsulzadənin iştirakı ilə silahlar Bakı Soveti İcraiyyə Komitəsindən geri 
alınıb. Həmin günü “Dikaya diviziya” alayı Şamaxı yolundakı və Tatarski 
küçəsindəki sovet qoşun hissələrinə hücum edib, Suraxanıdakı qırmızı qvardiya 
dəstəsini tərksilah etmişlər. Düşmənə xeyli tələfat verməklə yanaşı, çoxlu əsgər və 
zabiti əsir almışlar. 
Poruçik Əli Əsədullayev 1921-ci ilin dekabr ayında Gürcüstanda həbs 
olunub. 
Beriyanın imzaladığı 15 dekabr 1921-ci il tarixli məktuba əsasən, Əli 
Əsədullayevi Azərbaycan Fövqəladə Komissarlığı tələb edib. Əli Əsədullayev 
Beriyanın imzaladığı 30 dekabr 1921 -ci il tarixli orderlə həbsdən azad edilərək 
Bağırovun sərəncamına göndərilib. İş üzrə heç bir təhqiqat işi aparılmayıb. 
Sonralar Əli Əsədullayev Bakıda cıdır meydanında işləyirmiş, daha sonra 
arvadı ilə birlikdə İrana qaçıb. 
Müttəhim   Mircəfər   Bağırov   bu barədə istintaq zamanı bildirdi ki, Əli 
Əsədullayevin  nə üçün  istintaqa cəlb olunmaması   və   həbs  edilməməsindən 
xəbəri yoxdur. 
Şahidlər Qasımov Əyyub Mikayıl oğlu, Mehdiyev Əliqulu Kür oğlu 
göstərdilər ki, Mircəfər Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiş 
(“M.C.Bağırovun məhkəməsi” kitabı, Bakı, “Yazıçı” nəşriyyatı, 1993-cü il, 
səh. 39-40). 
ZÜLEYXA XANIM ƏSƏDULLAYEVA  - VEBER: - Dayım Əli 
Əsədullayevi Şura hökumətinin adamları buraxmaq üçün külli miqdarda rüşvət 
istədilər. Ümumiyyətlə, bu illərdə özbaşınalıq, talançılıq, rüşvətxorluq baş alıb 
gedirdi. “Qızıl əsgər” hara ayağını qoyurdusa, oranı bərbad edirdi. Xalqa divan 
tutur, günahlı, günahsız adamları həbs edir, güllələyirdilər. Onların arasında dayım 
Əli də vardı. H.Z.Tağıyev çoxlu qızıl, brilyant verərək onu həbsxanadan azad 
etdirdi. Xüsusi sənəd hazırladaraq, ailə üzvləri ilə birlikdə, Azərbaycandan 
çıxmasına nail oldu. 

Poruçik Əli Əsədullayev milyoner Şəmsi Əsədullayevin oğlu, Hacı 
Zeynalabdin Tağıyevin isə kürəkəni olmuşdur. O, Hacının qızı Leyla xanımın 
həyat yoldaşı idi. 
PORUÇİK İSRAFİL BƏY AĞA OĞLU ŞIXLİNSKİ - 1897-ci il 
sentyabrın 10-da Qazaxda zadəgan ailəsində anadan olub. Qori şəhərindəki 
seminariyanın Azərbaycan şöbəsini bitirib. 1918-ci ildə Gəncədə hərbi məktəbi 
bitirib. Məktəbdə ikinci rotanın praporşiki vəzifəsində işləyib. İyirminci ildə 
bolşeviklər gələndə AÇK yanında qısa müddət xüsusi təyinatlı dəstənin komandiri 
olub. Musavatın qatı tərəfdarı və Sovet hökumətinin qatı düşməni olduğu üçün 
ittiham edilib. 1926-cı ildə Solovetsk həbs düşərgəsinə sürgün olunub. 
PORUÇİK ADİL BƏY HƏYATOV - İkinci Bakı süvari alayında ikinci 
batalyonun komandiri, Birinci Dünya müharibəsi illərində eyni adlı batalyonun 
komandiri olmuşdur. 1918-ci il avqustun 20-də Şuşanın Malıbəyli kəndini 
ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci ildə Türkiyənin 
“Məcidiyyə” ordeni ilə təltif olunmuşdur. 
Xankəndində yerləşən Birinci süvari diviziyasının komandanı polkovnik 
Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin 7-də poruçik Adil bəy 
Həyatova belə bir xasiyyətnamə vermişlər: “Alayın təşkil olunmasında özünü 
layiqincə göstərən, komandirlik etdiyi batalyonda tədris işlərinin, tərbiyənin və 
intizamın nümunəvi təşkilində xüsusi səylərini və böyük enerjisini nəzərə alaraq 
podporuçik Adil bəy Həyatova layiq olduğu poruçik rütbəsi verilməsi barədə 
vəsadət qaldırıram”. 
PRAPORŞİK PAŞA BƏY RÜSTƏMOV - 1914-cü il iyulun 24-də 
Azərbaycan süvari alayına qəbul edilib. 1916-cı il dekabrın 5-də kiçik uryadnik, 
1917-ci il sentyabrın 15-də baş uryadnik, həmin il oktyabrın 1-də podpraporşik 
rütbəsilə təltif olunub. 1916-cı il mayın 31-də döyüşlərdə göstərdiyi igidliyə görə 
“Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunub. 
1918-ci ilin oktyabrından Milli Azərbaycan ordusunda hərbi xidmətə 
başlayıb. Qarayazıda yerləşən Azərbaycan süvari alayının komandiri, polkovnik 
(sənəddə adını oxumaq mümkün olmadı - Ş.N.) Azərbaycan Əlahiddə 
korpusunun komandirinə yazır ki, xalqımıza sidq-ürəklə xidmət edən podpraporşik 
Paşa bəy Rüstəmovun praporşik rütbəsilə təltif olunmasını tamamilə qanuni hesab 
edirəm. 
Arxivdə saxlanan bir sənddə 1918-ci il oktyabrın 14-də Paşa bəyin 
bolşeviklərə qarşı döyüşdə göstərdiyi igidliyi təsvir olunmuşdur: “Zığ yüksəkliyi 
yaxınlığındakı döyüşdə zabitlərin sayının çatışmazlığı üzündən kiçik gizir Paşa bəy 
Rüstəmov yarımbölüyə komandirliyi qəbul etdi. Onda Hövsan tərəfindən 
yüksəkliyə hücumu süvari ilə bizim piyada aparırdı. 
Kiçik gizir Paşa bəy Rüstəmov Suraxanı tərəfdən rəqibin cinahına çıxaraq, 
öz cürətli hücumu ilə daşnak və bolşevikləri tutduqları səngərlərdən qovmağa 
kömək etdi. 
Ümumiyyətlə, arxa cəbhədə olduğu kimi, ön cəbhədə də kiçik gizir Paşa bəy 
Rüstəmov tapşırılmış zabit vəzifələrinin hamısını layiqincə yerinə yetirirdi”. 
Paşa bəy 1895-ci il mayın 12-də Gəncə qəzasının Yuxarı Ayıblı kəndində 
anadan olub. Subaydır. Müharibədən əvvəl təsərrüfatda işləyib. 

Savadlıdır. 
ARTİLLERİYA KAPİTANI TEYMUR CAHANGİR OĞLU XOYSKİ - 
1891-ci il noyabrın 27-də Gəncədə zadəgan ailəsində anadan olmuşdur. Gəncə 
klassik kişi gimnaziyasını və 1915-ci ildə Tiflis hərbi məktəbini bitirib, Birinci 
Dünya müharibəsində iştirak edib. Musavat ordusunda isə batalyon komandiri 
olub. 1920-ci ilin iyul ayında həbs edilib. Ailəsi ilə birlikdə sürgün edilmişdir. 
KAPİTAN BAHADIR BƏY İBRAHİM AĞA OĞLU VƏKİLOV - 1897-
ci ildə anadan olub. Birinci Dünya müharibəsində “Dikaya diviziya”nın Tatar-
Azərbaycan alayında qulluq edib. Döyüşlərdə göstərdiyi igidliyə görə “Müqəddəs 
Georgi”ordeni ilə təltif olunub. 1920-ci ildə parlament bölüyünün komandiri idi. 
1920-ci il mayın otuzunda bolşevik-daşnak dəstələri tərəfindən güllələnib. 
KAPİTAN AĞAHÜSEYN MİRZƏHADI OĞLU AĞASIYEV - 
İçərişəhərdə tacir ailəsində anadan olmuşdur. 1919-cu ildə “Hərbiyyə məktəbi”ni 
bitirən məzunlardan biri idi. 1920-ci ilin əvvəllərində Milli Ordunun “Yardım 
alayı”nda rota komandiri olmuşdur. 
1921-ci il avqustun dördündə Nəriman Nərimanovun təşəbbüsü ilə iyirmi 
səkkiz nəfərdən ibarət Türkiyəyə gedəcək Azərbaycanın səlahiyyətli 
nümayəndəliyi təşkil olunur. Onların arasındakı altı nəfər hərbçidən biri də 
Ağahüseyn Ağasıyevdi. Diplomatik nümayəndəliyin başçısı İbrahim Əbilov təyin 
olunmuşdu. Kapitan Ağasıyev əvvəlcə Ankarada səfirliyin hərbi attaşesinin 
əməkdaşı, sonra isə səfir İbrahim Əbilovun müavini kimi məsul vəzifələrdə 
çalışmışdır. Qazi Mustafa Kamal paşa Atatürklə görüşmüşdür. 
1924-cü ildə Tiflisə çağırılan kapitan Ağahüseyn Ağasıyev Surami 
şəhərindəki hərbi hissəyə komandir təyin edilir. Bir axşam Surami qalası 
ətrafındakı gözətçi məntəqələrini yoxlayarkən daşnaklar arxadan xəncərlə vuraraq 
öldürüblər. 
PORUÇİK ƏLİAĞA ƏBDÜLSƏMƏD OĞLU MUSTAFAYEV -1898-ci 
ildə Salyanda anadan olub. Salyan şəhər dörd illik ibtidai məktəbini bitirib. 1919-
20 -ci illərdə musavat ordusunda poruçik rütbəsində qulluq edib. İyirmi səkkiz 
aprel çevrilişində istilaçı-daşnaklara və XI Orduya qarşı fəal iştirak edərək 
yaralanıb. Otuz yeddinci ilə kimi Salyan və Laçında hərbi komissarlıqda işləyib. 
Həmin ili Salyan NKVD-nin rəisi Arutunyan tərəfindən həbs edilib. Təqsiri sübut 
olunmadığına görə azad edilib. 1945-ci ilə qədər Salyan Xalq Maarif şöbəsində və 
rayon ictimai - təminat şöbəsində mühasib işləyib. Həmin ili Musavat ordusunun 
zabiti olduğu bəhanə edilərək yenidən on il müddətinə həbs edilib. 
 
* * * 
 
PRAPORŞİK HÜSEYN HEYDƏR OĞLU EYVAZOV - 1895-ci ildə 
Salyanda kəndli ailəsində anadan olub. Salyan ali-ibtidai məktəbini və 1919-cu ildə 
Gəncə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK AĞABALA ƏLİ OĞLU YUSİFOV - 1898-ci ilin yanvar 
ayında Bakıda fəhlə ailəsində anadan olub. Gimnaziya təhsili alıb. 1919-cu ildə 
Gəncə praporşiklər məktəbini bitirib. 

PRAPORŞİK MÜRSƏL HACI MƏMMƏDƏLİ OĞLU İBRAHİMOV - 
1899-cu il yanvarın 5-də Şamaxıda anadan olub. Şamaxı şəhər məktəbini və 1918-
ci ildə Gəncədə podpraporşiklər məktəbini bitirib. Fars və erməni dillərini 
mükəmməl bilir. 
PRAPORŞİK MƏHƏRRƏM HÜSEYNQULU OĞLU İSKƏNDƏROV 
1895-ci ildə Bakıda anadan olub. Birinci Bakı kişi gimnaziyasının dörd sinfini və 
1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib. 1918-ci ildə Denikin və 
daşnaklarla döyüşlərdə iştirak edib. 
PRAPORŞİK KAZIM GÜLMƏMMƏD OĞLU KƏRİMOV - 1897-ci 
ildə Bakıda meşşan ailəsində anadan olub. 1918-ci ildə Gəncə praporşiklər 
məktəbini bitirib. 
  
PRAPORŞİK İSA QAFAR OĞLU MANAFOV - 1894-cü ildə 
Naxçıvanın Baş Noraşen kəndində anadan olub. Bakıdakı üçüncü ali-ibtidai və 
1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK LƏTİF ZEYNAL OĞLU SADIQOV - 1899-cu ildə 
Salyanda anadan olub. Dörd sinifli məktəb təhsili var. 1919-cu ildə Gəncə 
praporşiklər məktəbini bitirib. Milli orduda rota komandiri işləyib. 
PRAPORŞİK NEMƏTULLA TALIB OĞLU TALIBOV - 1895-ci ildə 
Maştağa kəndində anadan olub. Bakıda ticarət məktəbini və 1918-ci ildə Gəncədə 
hərbiyyə məktəbini bitirib. 
PRAPORŞİK FƏRRUX ŞABAN OĞLU ŞABANOV - 1900-cu ildə 
Tiflisdə anadan olub. Gimnaziya təhsili alıb. 1919-cu ildə Gəncə praporşiklər 
məktəbini bitirib. 
PRAPORŞİK MƏMMƏD CƏFƏRQULU OĞLU  RƏHİMOV - 1895-ci 
il aprelin 2-də Bakıda meşşan ailəsində anadan olub. Bakıda üçüncü ali-ibtidai 
məktəbdə və mühasibatlar kursunda oxuyub. Fars dilini bilir. 1919-cu ildə Gəncə 
praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK SALMAN QURBAN OĞLU SƏLİMOV - 1894-cü ildə 
Bakıda meşşan ailəsində anadan olub. Bakıda rus-tatar məktəbini və 1919-cu ildə 
Gəncə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK ABDULLA BAQİ OĞLU SÜLEYMANOV - 1895-ci ildə 
Göyçayda kəndli ailəsində anadan olub. Göyçayda iki sinifli məktəbdə oxuyub. 
1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK ABDULLA ŞƏFİ OĞLU ŞƏFİYEV - 1896-cı ildə Bakıda 
meşşan ailəsində anadan olub. Beş sinifli Bakı gimnaziyasını və 1918-ci ildə 
Gəncə praporşiklər məktəbini bitirib. 1922-ci ildən “Azərbaycanın müstəqilliyi 
uğrunda!”  gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya 
ÇK-sı həbs edib. 
PRAPORŞİK HƏMİD MƏŞƏDİ AĞA OĞLU RÜSTƏMBƏYLİ - 1900-
cü il oktyabrın on altısında Gəncədə meşşan ailəsində anadan olub. Gimnaziya 
təhsili alıb. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK MİRMEHDİ MİR YUSİF OĞLU SƏMƏNDƏROV - 
1899-cu il mayın 25-də Ordubadda kəndli ailəsində anadan olub. Ali-ibtidai təhsili 
var. 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. Musavat ordusunda rota 
komandiri olub. 

PRAPORŞİK AĞASƏLİM SƏFTƏR OĞLU ŞƏRİFOV - 1896-cı il 
yanvarın 10-da Bakıda anadan olub. Realnı məktəbi bitirib. Musavat ordusunun 
nəzdində yaranmış tədris komandasında hərbi təhsil alıb. 
PRAPORŞİK NƏSİR AĞA CAVADƏLİ OĞLU NUBAZOV - 1897-ci il 
mayın 15-də Salyanda anadan olub. Salyanda beş sinifli kənd məktəbini və 1919-
cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK YUSİF HƏMİD OĞLU NƏCƏFOV - 1901-ci il dekabrın 
25-də Bakının Saray kəndində anadan olub. Bakıda üç sinifli ali-ibtidai təhsil alıb, 
1919-cu ildə Gəncədə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK NEMƏTULLA HƏNİFƏBƏY OĞLU NƏCƏFOV - 1900-
cu il martın 1-də Bakıda meşşan ailəsində anadan olüb. Üçüncü Bakı ali-ibtidai 
məktəbinin dörd sinfini bitirib 1918-ci ildə Milli Orduya könüllü gəlib. Sovetlər 
vaxtı Ali-pedaqoji kursun tələbəsi olub. 1920-ci ildən musavatçı kimi gizli 
fəaliyyət göstərib. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edib. 
PRAPORŞİK İSKƏNDƏR BƏZİRGAN OĞLU RÜSTƏMOV - 1895-ci 
ildə Bakıda anadan olub. Bakıda rus-tatar məktəbini və 1919-cu ildə Gəncə 
praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK TAHİR NAİB OĞLU QULİYEV - 1901-ci il mayın 27-də 
Sabunçu kəndində anadan olub. Qusarda ali-ibtidai məktəbi və 1919-cu ildə Gəncə 
praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK XOSROV YUSİF OĞLU MƏLİKAHNƏZƏROV - 1901-
ci il iyunun 6-da Şuşada zadəgan ailəsində anadan olub. Şuşa realnı məktəbini və 
1918-ci il noyabrın iyirmisində Gəncədəki podpraporşiklər məktəbini bitirib. 
PRAPORŞİK BALA BƏY MEHDİ BƏY OĞLU MÜRSƏLBƏYOV - 
1896-cı il yanvarın 16-da Bakıda meşşan ailəsində anadan olub. Bakıdakı beş 
sinifli realnı məktəbi və 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK MƏMMƏD İBRAHİM OĞLU BABAŞOV - 1896-cı il 
martın on beşində Bakının Pirşağı kəndində anadan olub. Bakıda üç sinifli 
gimnaziyanı və 1919-cu il mayın 5-də Gəncə praporşiklər məktəbini bitirib. 
Musavat ordusunda vzvod komandiri olub. 
PRAPORŞİK SULTAN ƏBDÜL OĞLU DADAŞOV - 1892-ci il yanvarın 
2-də Bakının Fatmayi kəndində anadan olub. Bakıda Ali-ibtidai məktəbi və 1919-
cu ildə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK RAMAZAN ABUZƏR OĞLU ZEYNALOV - 1897-ci ildə 
Bakıda anadan olub. Dörd sinifli gimnaziyanı və 1920-ci il aprelin 24-də 
Azərbaycan hərbiyyə məktəbini bitirib. 
PRAPORŞİK MÖVSÜM ABBAS OĞLU İBRAHİMOV - 1895-ci ildə 
Qazax qəzasının Azaflı kəndində anadan olub. Musavat ordusunda qərargah 
vzvodunun komandiri olub. İki sinifli kənd məktəbini bitirib. 
PRAPORŞİK ABDULLA QAFUR OĞLU AXUNDOV - 1896-cı ildə 
Bakıda, İçəri şəhərdə Soborni küçəsindəki on yeddi saylı evdə meşşan ailəsində 
anadan olub. Bakıdakı Ali-ibtidai məktəbin üç sinfini bitirib. 1918-ci il oktyabrın 
3-də Gəncədəki praporşiklər məktəbinə daxil olub, 1919-cu ildə həmin məktəbi 
bitirib. Şimal sərhəddimizdə aqqvardiyaçı general Denikinin ordusuna qarşı 

döyüşlərdə iştirak edib. Milli Ordunun yaranmasından əvvəl 1918-ci ilədək  
“Qafqaz və Merkuri” şirkətində matros kimi xidmət edib. 
PRAPORŞİK AĞALAR ABDI OĞLU BƏDİRBƏYOV - 1895-ci ildə 
Şamxorun Morul kəndində anadan olub. Altı sinifli kişi gimnaziyasını bitirib. 
1916-cı ildə Tiflis praporşiklər məktəbində oxuyub. Böyük Vətən müharibəsində 
mayor rütbəsində vuruşub. 1977-ci ildə vəfat edib. Xalq artisti Leyla xanım 
Bədirbəylinin atasıdır. 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin