ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   33   34   35   36   37   38   39   40   41

 
31 avqust, 1981-ci il 
  
 
 
 
 
Ş.NƏZİRLİ:  
“MƏNİM ÜÇÜN ƏNQİYMƏTLİ  
MÜKAFAT GENERALŞIXLİNSKİ  
       MÜKAFATIDIR...” 
 
- Şəmistan müəllim, əvvəlcə mükafata layiq görülməyiniz münasibətilə Sizi 
təbrik edirik. 
- Çox sağ olun. Mükafat və ya hər hansı təltifat bəzi adamlarda arxayınçılıq 
yaradır. Xoşbəxtlikdən bu məndə yoxdur. Mənim üçün ən əziz, general Şıxlinski 

mükafatıdır. Onu alanda sevindim. Amma tənbəl olmadım. Ondan sonra daha 
yaxşı işlədim. 
- İlk   qələm   məhsulunuz, ilk tədqiqat əsəriniz hansıdır? 
- Hərb tarixindən soruşursunuz, yoxsa Səməd  Vurğundan?...   Əlbəttə,   
general Əliağa Şıxlinski və ilk təyyarəçimiz Fərrux ağa Qayıbovdan yazdığım 
oçerklərdir. Hərb tarixi barədə ilk kitabım 1982-ci ildə “Gənclik” nəşriyyatında 10 
min tirajla nəşr olunub. Bu kitabımda ilk topoqraf-general İbrahim ağa Vəkilov, 4 
dəfə “Georgi” ordenli Sayad bəy Zeynalov haqda və partizan Mehdi Hüseynzadə 
barədə sənədli hekayələrim və oçerklərim nəşr olunub. Partizan Mehdidən başqa 
adı çəkilənləri Azəbaycan oxucusuna ilk dəfə mən tanıtmışam. Ən çox da 
topoqraf-general İbrahim ağa Vəkilov haqqında başım ağrılar çəkib. O vaxtkı 
senzor “qılıncı” az da olsa, bu oçerkimi yaraladı ki, niyə (“Hərbi   bilik”   
curnalının   redaktoru   həmzəli   İlyasın   suallarına   tədqiqatçı-publisist, 
polkovnik-leytenant Şəmistan Nəzirli çavab verir.) müsavat generalı haqqında 
yazmısan. Rəhmətlik əmioğlu Günyaz Nəzirli dadıma çatmasaydı, “senzor” onu 
tamam məhv edərdi. Kitabımın sevinci isə çox böyük və əvəzsiz oldu. Mərhum 
xalq yazıçısı İsmayıl Şıxlı və gözəl ziyalı alimimiz İsrail Mustafayev məndən çox 
sevinirdi. Axı, bu kitabda general Vəkilovun ailəsinə dahi Lev Tolstoyun yazdığı 
məktub da vardı. Tolstoy məhz bu məktubunda müsəlman dinini misilsiz dərəcədə 
ağıllı, elmi din adlandırırdı. Bu hadisə indi də bizim din xadimləri arasında böyük 
iftixarla danışılır. Və nəhayət, müharibədə həlak olmuş atam Əmiraslan haqqında 
da böyük silsilə hərbi oçerklərim nəşr olunub. Bəlkə də ona görə “Qəribə talelər” 
kitabım mənə çox əzizdir... 
- Xahiş edirik tam səmimi olasınız. həyatınızın bir çağında şer 
yazmısınızmı? 
- Yazmışam, ilk gəncliyimdə. Amma üzə çıxası deyil o şerlər. İlk şerimi, 
əlbəttə, ciddi şerimi əmim İmran Qandalı oğluna həsr etmişəm. O, Krımda 
topuğundan yaralanmışdı. Müharibədən çox sonra da yaraların sızıltıları onun 
canını göynədirdi, ağrıdırdı. Mən uşaq da olsam, bütün bunları görür və hiss 
edirdim. Uşaq vaxtıda, sonralarda qohumlarım arasında onun kimi ikinci xeyirxah 
adam, təmənnasız yaxşılıq edən şəxsiyyət görməmişəm. Onun məndə əziz bir foto-
şəkli var. İmran əmim 1955-ci ildə Gürcüstanın Sadaxlı kəndində böyük Səməd 
Vurğunla görüşüb, bu şəkil oradan yadigar qalıb. Dünyasını dəyişən yaxşı adamları 
xatırlamaq, yada salmaq insana can yanğısı gətirir. Əzizinin ruhunu da şad edir. 
Bunları sizə danışıram, məni ağlagəlməz kövrək hisslər ağuşuna alır. İndi İmran 
əmim və Nəzirli nəslim haqqında ciddi düşünürəm, Allah qoysa onlara layiq bir 
şey yazmalıyam... 
Gürcüstan ezamiyyətindən təzəcə qayıtmışam. Azərbaycan hərb tarixi və 
sərkərdələrimiz haqqında xeyli yeni material gətirmişəm. Uzun illər axtardığım 
Borçalı general Yadigarov qardaşlarının sənəd və foto-şəkillərini tapdım. Babam 
Süleyman katda Alı oğlu Nəzirlinin foto-şəklini həmin fonddan tapmağım mənim 
üçün ölçüyə gəlməz dərəcədə sevindirici oldu. 
Babam Süleyman katdanın, Nəzir Alıoğlunun Yadigarov qardaşları ilə 
dostluğunu hələ uşaq vaxtı nənəmdən, anamdan və əmilərimlən çox eşitmişdim. 
Nə yaxşı, tələbə vaxtı yay və qış tətillərində kəndə gedəndə mərhum Məmiş 

əmimin nəslimiz haqda danışdığı əhvalatları yazıya almışdım. Beş şagird dəftəri 
həcmindədir. Süleyman koxanın ermənilərlə döyüşü, çətin illərdə el-obaya dayaq 
olması, nəslim haqda hadisələr, olmuşlar böyür-başımda fırlanır. Mənə dinclik 
vermir... 
- Mütaliəniz neçədir? Son vaxtlar hansı ədəbi əsərləri oxumusunuz? 
- Elə əsərlər var ki, onları ildə bir dəfə oxusam da doymuram. Qəribədir, elə 
bil ilk dəfə oxuyuram. Məsələn, Anatoli Zöhrabbəyovun “Odlu diyar”, 
Y.V.Çəmənzəminlinin “Qan içində”, Lev Tolstoyun “Hacı Murad”, R. 
Covanyolinin “Spartak”, İ.Şıxlının “Dəli Kür”, Ç.Hüseynovun “Fətəli Fəthi” və 
sairə. Bunlar mənim dönə-dönə oxuduğum əsərlərdi. Hətta L.Tolstoyun “Hacı 
Murad”ını oxuyandan sonra gündəliyimdə yazmışam ki, belə əsəri ancaq və ancaq 
Allah yaza bilər. Bu, mənim şəxsi fikrimdir. Kim etiraz etsə, qoy əsəri oxuyub 
oradan bir səhv tapsın. Axı, Allah da heç vaxt səhv etmir, əksinə, səhv edib yoldan 
çıxanlara düz yol göstərir... Tolstoy da və adını çəkdiyim başqa yazıçılar da, 
“Ovod”un müəllifi Etel Lilian Voyniç də bizə sənədli əsəri səhvsiz, şişirtməsiz 
yazmağı tövsiyə edirlər. Bu mənada “Dəli Kür”ü və “Qan içində”ni 
ədəbiyyatımızın zirvəsi sanıram. Bu əsərlərdə yersiz söz, artıq, gərəksiz epizodlar 
yoxdur... 
Son illərdə pullu adamların yazdığı şer və nəsr “əsərlərini” oxuya bilmirəm. 
Onlarda ağız tamı yoxdur... Ona görə ancaq və ancaq klassikləri oxuyuram. 
Məsələn, Əbdürrəhim bəy Haqverdiyevin bircə hekayəsini son illər yazılan 20 
“kitaba”dəyişmərəm. 
- Jurnalist-yazıçı Şəmistan Nəzirli daha çox hərbi tədqiqatçı olaraq 
tanınır. Yəqin buna televiziyada hazırladığınız “hərb tariximizdən” verilişinin 
əhəmiyyətli təsiri olub. Siz kimsiniz - jurnalist-yazıçı, yoxsa hərbi tədqiqatçı? 
- Birinci növbədə jurnalistəm. Bu sənətimə vəfasız ola bilmərəm. Mənə 
oxucularım görüşlərdə çox epitetlər deyirlər. Hətta alim deyənlər də var. Bir neçə 
dəfə məktəblilərlə görüşdə müəllimləri inandıra bilmədim ki, mən alim deyiləm, 
müdafiə-zad eləməmişəm.. 
İkinci növbədə hərb tarixinnin və Səməd Vurğunun ömrünün 
tədqiqatçısıyam. Yazıçının romanları və povestləri olar. Mənim isə iki povestim - 
“Qoridən gələn qatar” və “Qarxunlu Əşrəf bəy” sənədli povestlərim var. Qalanı 
sənədli hekayələr, tədqiqat əsərləri və oçerklərdir. İndiyə kimi 16 kitab yazmışam 
bu mövzuda... 
- Əsərləri stolüstü kitab hüququnu qazanmış (“Azərbaycan generalları” və 
“Cümhuriyyət generalları” kitablarınızı nəzərdə tuturuq) tədqiqatçı kimi Vətən, 
yəni Qarabağ müharibəsi haqqında nə deyə bilərsiniz? 
- Bircə qənaətim var: silaha sarılmasaq, düşmən bizə torpaq verməyəcək.   
Donuz  darıdan   özbaşına çıxmaz, onu döyməklə çıxartmaq olar. Mən Qafqaz 
qartalı, yenilməz sərkərdə Şeyx Şamil  haqqında çox mütaliə  edirəm. İnamla 
deyərəm ki, mərhum akademik İmam   Mustafayevdən sonra bəlkə də yeganə 
adamam ki, Şamil haqqında güclü ədəbiyyata malikəm. Hansı şəhərə ezamiyyətə 
gedirdimsə (sovetlər vaxtı), bukinist kitab mağazasında Şeyx Şamil haqqında 
kitabları baha da olsa alırdım. Şeyx Şamil haqqında kitab almaq üçün dönə-dönə 
Dərbəndə getmişəm, son illərdə... 

Demək istəyirəm ki, Şeyx Şamil yazır ki, silahla zəbt olunan ana torpağı 
qanla qaytarmaq olar... 
- Dediklərinizdən sonra çağdaş Azərbaycan xəritəsini necə görürsünüz? 
- İnləyən bir torpağı görmürəm. Onun əzabını, iniltisini ürək ağrısı ilə 
eşidirəm. Mən Qacarlar nəslinin tarixini yenidən yazmışam, çap prosesindədir. 
Qismən də olsa, bu sualınızın cavabı orda var. Oxucu özü də görəcək ki, 70 il 
qarasınca deyinib bəyənmədiyimiz Qacarların   hərbçi   oğulları nələrə qadir olub. 
- Siz Azərbaycan hərb mətbuatı tarixinə də yaxşı bələdsiniz... 
  
- Hərb tariximizin dünəni var, onun general Şıxlinskinin və  
S.Mehmandarovun 1918-1940-cı illərdəki çıxış və məqalələrindən öyrənməliyik. 
Bu gün isə polkovnik-leytenant, tarix elmləri namizədi   Mehman Süleymanov 
ciddi məşğul olur. O illərin ikinci cəfakeş tədqiqatçısı Həsən Səmədoğludur ki, ona 
ciddi qayğı lazımdır. Belə ki, pis çap olunur. Təəssüf ki, indiyə kimi tədqiqatı kitab 
şəklində nəşr olunmayıb. Pis çap olunmaq yaradıcılıqda və tədqiqatda durğunluq     
yaradır. Yalnız “Hərbi bilik”də çap olunmaqla oxucu qazanmaq olmaz... 
- Siz “hərbi bilik” jurnalına da toxundunuz. “Hərbi bilik” bir hərbçi və oxucu 
kimi Sizi qane edirmi? Ümumiyyətlə, “hərbi bilik” jurnalı haqqında təəssüratınız.. 
- Mən son iki ildə “Xalq qəzeti”ndə, “İki sahil”də, “Səhər” və başqa mətbuat 
orqanlarında verdiyim müsahibələrdə “Hərbi bilik” haqqında müsbət rəyimi 
demişəm. Ən çox televiziyadakı çıxışlarımda və ayrı-ayrı görüşlərdə bu jurnal 
haqqında rəyimi bildirmişəm. Və əlavə eləmişəm ki, jurnal pis yayılır, baxmayaraq 
maraqlı materiallar dərc edir...Bu jurnal mənə çox doğmadır. Ona görə ki, 1992-ci 
ildə ilk dəfə mən təklif eləmişəm ki, belə jurnal nəşr edək. 
Onu 1922-ci il sentyabrın birində dünya şöhrətli sərkərdəmiz Əliağa 
Şıxlinski yaradıb. Onda mənə etiraz edənlər də oldu ki, belə bir jurnal 
azərbaycanca yox, rusca Moskvada nəşr olunub. Mən də arxivdən bir illik 
nömrələrin hamısını alıb gətirdim, sübut üçün. İlk sayında (1993-cü il № 1-də) 4 
yazı ilə çıxış etdim. Bu jurnalın yeni nəşri general  Əliağa  Şıxlinskinin ruhuna 
böyük ehtiram oldu. 
Jurnalda qüsur görə bilmirəm. Mən ona Əliağa Şıxlinskinin gözü ilə, 
övladım kimi baxıram. Axı, mən həm də jurnalın redaksiya heyətində varam... 
İnanıram ki, bu təriflər jurnalın əməkdaşlarında arxayınçıq yaratmayacaq... 
- Şəmistan müəllim, Azərbaycan hərb tarixinin açılmamış səhifələri, qaranlıq 
məqamları hələ də qalmaqda davam edir. Bu haqda nə deyə bilərsiniz? 
- İşləmək, axtarmaq gərəkdir, O məxfiləri açmaq, qaranlıqlara işıq salmaq 
biz nəslin payına xoşbəxtlik kimi düşüb. Məni narahat edən son illərdə elmə, 
ədəbiyyata və biliyə etinasızlıqdır. İndi “bakuş” satan məktəbli gələcəkdə elmlə, 
tədqiqatla məşğul ola biləcəkmi? Çətin sualdı, elə deyilmi? Beş ildən sonra 
Abdulla Şaiq gərək olacaq ki, “Məktub yetişmədi”nin təzəsini yazsın... 
- Sizin hərb tariximizin araşdırılmasında xidmətləriniz danılmazdır. Oxucu 
üçün maraqlıdır ki, bu gün nə üzərində işləyirsiniz? 
- “Arxivlərin sirri açılır” kitabım hazırdır. Redaktorlar Rəşid Faxralı və 
Nuridə Qılınclı oxunuşu qurtarıblar. Yaxşı redaktor kitabın yarımmüəllifidir. Hər 
ikisi ilə “Cümhuriyyət generalları” və “Tam artilleriya generalı S.Mehmandarov” 
kitablarımı da birgə işləmişik. 

Bu kitab “Azərbaycan generalları” və “Cümhuriyyət generalları” 
kitablarımın davamıdır, yəni üçüncü hissəsidir. Burada sovetlər vaxtı Leninqrad, 
Moskva, Tiflisdən sərkərdələrimiz haqda topladığım materialların bir qismini 
işləmişəm. Açıqlanmamış səhifələr, naməlum qalmış sərkərdə oğullarımız 
haqqında bu kitabda çox mətləblər açılır... 
Sizə məlumdur ki, Azərbaycanda hərbçi nəsillər olub. Onlardan Qacarların, 
Vəkilovların, Şıxlinskilərin, Novruzovların, Borçalı Yadigarovların, Qayıbovların, 
Talışxanovların, Mehmandarovların, Rəfibəyovların, Kəngərlilərin hərb tarixini 
yazmışam (bir neçəsini) və yenə də yazıram. 
Mən eləmədiyim, ya da başlamadığım iş haqqında danışmağı sevmirəm. 
Amma bir işə başlamışam: o barədə danışa bilərəm. Dünya şöhrətli, “artilleriyanın 
Allahı” olan sərkərdəmiz Əliağa Şıxlinskinin iki cildliyini çapa hazırlayıram. 
Ömür vəfa eləsə, bu nəhəng sərkərdənin əsərlərini və tədqiqatlarını möhtərəm 
oxuculara təqdim edəçəm. İnanıram ki, bu toplu Azərbaycan hərb tarixinə ən yaxşı 
töhfə olacaq. Generalın külli miqdarda fotoşəklini, əlyazmalarını toplaya bilmişəm. 
Hələ bu günə kimi Əliağa Şıxlinskinin mülki geyimdə foto-şəklini oxucular 
görməyib. Arxivdən 1942-ci ildə Əliağa Şıxlinskinin mülki geyimdə foto-şəklini 
tapmışam... Bu sevincin nə demək olduğunu tədqiqatçılar yaxşı duya bilər. 
Əliağa Şıxlinski təkcə general yox, həm də hərb elminin, hərb tarixinin böyük 
alimi olub. 
- Siz Azərbaycan Dövlət Mərkəzi Arxivində də işləmisiniz. Belə deyək, gənc 
tədqiqatçı burada işləməklə nəyəsə nail ola bilərmi? 
- Əlbəttə, nail ola bilər. Bir şərtlə ki, əgər o gənc tədqiqatçının arxiv tozu 
udmaq, sənədləri oxumaq səbri və ən başlıcası, araşdırmaya istedadı varsa. Bəzi 
adamlar elə fikirləşir ki, nə böyük şeydi. Şəmistan oturur arxivdə, yüz il əvvəlin 
sənədinin üzünü göçürüb verir mətbuata. Unutmaq lazım deyil ki, tədqiqatla 
məşğul olmaq iynə ilə gor qazmağa bərabər əzablı bir işdir. Heç vaxt tədqiqatçı ilk 
əldən tapdığı sənədi qəzet səhifəsinə çıxartmamalıdır. Hətta elə sənəd, foto-şəkil və 
fakt var ki, bir müddət tədqiq eləyəndən sonra oxuculara çatdırmaq lazımdır. 
Sovet dövründə belə bir fikir tez-tez işlənirdi: jurnalist gərək hər sahədə 
yazmağı bacara. Mənim zənnimcə, elə deyil, səhv fikirdir. Jurnalist də alim kimi 
gərək özünü bir mövzuda tapa və o sahənin kamil tədqiqatçısı ola. Yoxsa bu gün 
sənayedən, sabah elmdən, o birisi gün kənd təsərrüfatından yazan jurnalist heç vaxt 
yaradıcılığında kamil sənətkar ola bilməz. Hər bir jurnalist, qələm əhli ilk öncə ona 
doğma olan mövzuda püxtələşməlidir. Konkret bir sahədə Azərbaycan elminə 
əsərlərilə töhfələr verən Qulam Məmmədli, Mikayıl Rəfili, unudulmuş Mirzə Şəfi 
Vazehin tədqiqatçısı Əliəjdər Seyidzadə və başqaları buna canlı misaldır. 
Sonuncunun əvəzsiz tədqiqatından E.Bertels kimi məşhur şərqşünas belə 
bəhrələnmişdir. Xalqın böyük şəxsiyyətlərini tədqiq etmək, onların ömür yolunu 
öyrənmək elmdir, bütöv akademiyadır. 
- Şəmistan müəllim, Siz həm də Səməd Vurğun irsinin yorulmaz 
tədqiqatçısəsınız. Bu haqda fikriniz də oxucularımız üçün maraqsız olmaz.  
- Məni ədəbi aləmdə tanıdan və tədqiqata cəlb edən Səməd Vurğun 
şəxsiyyəti olub. Bu mövzuda beş kitabım çıxıb - “Vurğun keçib bu yerlərdən (1 və 
2-ci kitab), “Ellər Vurğunu”, “Yaddaşlarda yaşayan Vurğun” və “Vurğun ömrü 

məktublarda”. Mən bu əvəzsiz insanı mənəvi ata, amalım, idealım kimi qəbul 
eləmişəm. Siz elə bilirsiniz ki, bu beş kitabım nəşr olundu, bununla Vurğun 
haqqında sözüm qurtardı? Yox! Mən son nəfəsimə qədər bu kişi haqqında 
yazacağam. Hazırda yeni - “Vurğun çələngi” kitabı üzərində işimi davam 
etdirirəm. Sual oluna bilər: cəmi əlli il ömür yaşamış Səməd Vurğundan nə qədər 
yazmaq olar. Cavab verirəm: Səməd Vurğun 50 ildə 150 illik fəaliyyət və 
yaradıcılıq dövrü keçib. Orada hər şey var, insanlara qayğı, xeyirxahlıq, nadir 
istedad, hazırcavablıq... Xülasə, böyük şəxsiyyətlərə məxsus qeyri-adilik. Tək mən 
yox, məndən sonra gələn neçə-neçə tədqiqatçı Vurğun ömrünün humanizmini 
yazıb tədqiq edəcək. Mən buna əminəm... 
Heç kəs bu işi mənə tapşırmayıb, heç kəs də məni məcbur etmir ki, 
Vurğundan yazım. Mən ondan yazmaya bilmərəm. Səməd Vurğun haqqında  
oba-oba, kənd-kənd və bütün keçmiş Sovetlər İttifaqından yığdığım fakt və 
materialları ömrümün axırına kimi yazsam, qurtara bilməyəcəyəm. Hələ qarşıda 
məni “Səməd Vurğun ensiklopediyası” gözləyir. Bu işi, ağır, çox ağır işi mən 
şairin sevimli qızı Aybəniz xanım Vurğun qızı ilə birgə eləyəcəyəm, Allah qoysa. 
Çünki o, Vurğun ömrünü addım-addım bilir. “Vurğun ömrü məktublarda” 
kitabımın elmi redaktoru olanda gördüm ki, ölkəmizdə ən yaxşı vurğunşünas 
Aybəniz xanımdır. 
Söhbətimizin əvvəllində qeyd edildiyi kimi, Siz general Şıxlinski adına 
mükafata layiq görülmüsünüz. Bu haqda ətraflı danışmağınızı xahiş edirik. 
- Keçmişin  mərd kişilərindən yazmaq, tədqiqat aparmaq mənim şakərimdir. 
Neçə illərdi arxivlərdə işləyəndə Qarxunlu mərdi Əşrəf bəyin adına rast gəlirdim. 
1918-1920-ci illərdə Azərbaycan parlamentinin üzvü, Ərəş mahalının bəylərbəyi 
və erməni daşnaklarına qarşı alay yaradıb vuruşan Əşrəf bəyi 1930-cu ildə 
bolşeviklər güllələyiblər. Bu mərdin ömür yolunu izlədim. Gedib çıxdı 1918-ci ilə, 
məlum oldu ki, onun Yevlağın Qarxun kəndində 98 yaşında əsgəri indi də yaşayır. 
Nuru paşanın 1918-ci il iyun ayında Əşrəf bəyin qonağı olmağını yaxşı xatırlayır. 
İlk dəfə Nuru paşanın “Qafqaz yürüşünü”yazdım. Akademiyanın fəlsəfə institutu 
kitabın müzakirəsini keçirdi. Və “İlin ən yaxşı kitabı”na layiq görüldü.. Mənim 
əməyimi qiymətləndirdiyinə görə “Elm” fonduna minnətdaram. 
- Ömrünün bu çağında Şəmistan Nəzirli özünə hansı sualı verərdi? 
- Şəmistan Nəzirli, ilk  dəfə “Azərbaycan generalları”və “Cümhuriyyət 
generalları” kitabını sən yazdın. Bəs necə oldu ki, Cümhuriyyətin və Milli 
Ordunun yaranmasının 80 illiyinə bu sahədə xidməti olmayan bir adam təltif 
olundu? 
 
“Hərbi bilik” jurnalı 1999, № 3. 
  
 
 
 
 
 
 
 

KİTABIN İÇİNDƏKİLƏR 
 
İFTİXAR DUYĞUSU - MİRVARİD DİLBAZİ      
 
 
 
 
 
MƏŞHUR 
SOYADLARIMIZ 
       
GENERAL NAXÇIVANSKİLƏR   
 
 
 
 
 
 
General Kəlbalı xan Naxçıvanski 
       
 
 
 
 
 
 
General İsmayıl xan Naxçıvanski 
 
 
 
 
 
 
 
General Hüseyn xan Naxçıvanski 
 
 
 
 
 
 
 
 
 
İlk admiralımız İBRAHİMBƏY ASLANBƏYOV  
 
 
 
 
Sənədlərdən soraq aldım 
 
 
 
 
 
 
 
 
 
Mənbələrdən gələn səslər 
 
 
 
 
 
 
 
 
Admiralın 
ömür 
yolu 
 
 
 
 
 
        
Qəribə və xoş bir təsadüf 
   
 
 
 
 
 
 
 
 
Admiral həm də alimdir 
 
 
 
 
 
 
 
 
QACAR SÜLALƏSİNİN SƏRKƏRDƏLƏRİ 
 
 
 
 
 
 
Qacarlardan ilk şah       
 
 
 
 
 
 
 
 
Övladları 
     
 
 
 
 
 
 
 
 
 
 
M.F.Axundovun 
qohumu 
         
General Əmir Kazım 
xan 
Qacar 
        
General Əmənulla xan Qacar        
 
 
 
 
 
 
 
 
Nəslin ağbirçəyi     
 
 
 
 
 
 
 
 
 
 
Şahzadə Xosrov Mirzə Qacar  
 
 
 
 
 
 
 
GENERAL BALAKİŞİ BƏY ƏRƏBLİNSKİ 
 
 
 
 
 
GENERAL FƏRƏC BƏY AĞAYEV 
 
 
 
 
 
 
 
GENERAL HƏSƏN BƏY AĞALAROV 
      
NƏSLİ QAYİBDƏN  
 
 
 
 
 
 
 
 
Elmin çətin yollarında 
 
 
       
 
   
Görkəmli riyaziyyatçı  
 
 
 
 
 
 
 
 
Xoştəb Nazir   
 
 
 
 
 
 
 
 
 
Nazirin bir mənzuməsi 
 
 
 
 
 
 
 
 
 
İlk hərbi şəfqət bacısı       
 
 
 
 
 
 
 
 
Yadların etirafı 
 
 
 
 
 
 
 
 
 
Poruçikin 
igidliyi 
 
 
 
 
 
       
Cumhuriyyətin səma şahinləri 
    
 
 
 
 
 
 
“SƏMƏD BƏY NAMINDA BİR KİŞİ GÖRDÜM” 
 
 
 
 
 
Borçalıdan gələn məktub 
 
 
 
 
 
 
 
 
 
NURU PAŞANIN QAFQAZ YÜRÜŞÜ 
 
 
 
 
 
 
“DİKAYA DİVİZİYA”, YOXSA   
 
 
 
 
 
 
AZƏRBAYCAN SƏRKƏRDƏLƏRİNİN FACİƏSİ 
 
 
 
 
 
POLKOVNİK DANİYAL BƏY HƏLLƏCOV     
 
 
 
POLKOVNİK ŞİRİN BƏY KƏSƏMƏNLİ 
 
 
 
 
 
 
İLK HƏRBİ NÜMAYİŞ 
 
 
 
 
 
 
 
 
HƏRBİ MƏTBUAT TARİXİMİZDƏN   
 
 
 
 
 
HƏRBİ ŞƏRQİLƏRİMİZ   
 
 
 
 
 
 
 
ÜZEYİR BƏYİN HƏRBİ LÜĞƏTİ 
 
 
 
 
 
 
 
GENERAL TAĞIYEV MARŞI 
 
 
 
 
 
 
 
 
ƏLİAĞA VAHİDİN HƏRBİ 
MEYXANASI 
 
 
 
     
37-NİN GENERAL QURBANLARI: 
 
  
 
 
 
 
 
General Qambay Vəzirov 
 
 
 
 
 
 
 
 
Komissar Heydər Vəzirov 
 
 
 
 
 
 
 
 
 
Komissar Soltanhəmid Paşayev 
 
 
 
 
 
 
 
 

Sonuncu Kəngərli generalı   
 
 
 
 
 
 
 
GENERAL-QUBERNATOR MƏMMƏD KOXANIN ACI TALEYİ       
 
 
Məmməd Koxa əhvalatı 
 
 
 
 
 
 
 
 
 
Namuslu duşmən 
 
 
 
 
 
 
 
 
 
 
Kim olsa da, qonaqdı   
 
 
 
 
 
 
 
 
Məzəm əhvalatı, operasiya illəri 
 
 
 
 
 
 
 
Həmid bəyin ölumu   
 
 
 
 
 
 
 
 
 
GENERAL CƏFƏR MƏMMƏDZADƏ   
 
 
 
 
 
GENERAL MAHMUD ƏBİLOV   
 
 
 
 
 
 
 
 
UNUTSAQ, 
UNUDULARIQ  
 
 
 
 
       
NÖVCAVANLAR 
VAR 
OLSUN 
        
ŞİRVANLI ŞAİR NASEH   
 
 
 
 
 
 
 
ŞAİR DİLBAZOĞLU 
 
 
 
 
 
 
 
 
 
KAZIM AĞA SALİK ŞIXLİNSKİNİN BAYATI BOXÇASI 
 
 
ŞİRİN DİLLİ MOLLA ZAL 
 
 
 
 
 
 
 
QAÇAQ KƏRƏMİ DOĞAN 
ANA 
 
 
 
 
 
       
ŞAİR HACI İMAM CƏNNƏTZADƏ      
 
 
 
 
 
“ANNAX BƏY” ŞERİNİN TARİXİ 
 
 
 
 
 
 
 
AŞIQ ƏSƏDİN BİR MÜXƏMMƏSİ 
 
 
 
 
 
 
AŞIQ İBRAHİMİN “KÖRPÜLÜ ƏHVALATI”   
 
 
 
 
ŞAİR HƏVƏSKAR AĞKÖYNƏKLİ 
 
 
 
 
 
 
 
BİR ÖTƏRGİ QONAQ OLDU GƏNCƏDƏ 
 
 
 
 
 
 
GÜNYAZI 
XATIRLA 
BARI         
“AY ÇİÇƏK” MÜƏLLİFİ İLƏ GÖRÜŞ   
 
 
 
 
 
QƏLBƏN ETİRAF EDİRƏM 
 
 
 
 
 
 
 
 
BİR GÖRÜŞDƏN XATİRƏ  
 
 
 
 
 
 
 
UNUDULMAYAN YAXŞILIQ 
 
 
 
 
 
 
 
ÜRƏKDƏN GÜLƏN 
ADAM         
BİR ŞƏKLİN TALEYİ 
 
 
 
 
 
 
 
 
 
UNUDA BİLMƏRƏM 
 
 
 
 
 
 
 
 
 
KİŞİ SÖZÜ   
 
 
 
 
 
 
 
 
 
SƏNGƏR ƏHVALATLARI         
VURĞUNUN BABALARI DEYİB  
 
 
 
 
 
 
MOLLA MƏHƏMMƏDİN DÖRD HAZIRCAVABLIĞI 
     
 
 
Ş.NƏZİRLİ: “MƏNİM ÜÇÜN ƏN QİYMƏTLİ MÜKAFAT 
GENERAL ŞIXLİNSKİ 
MÜKAFATIDIR...” 
     

Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin