227
onun səbəbləri və iqtisadi inkişafın sabitliyi yolları haqqında
suallara neoklassik cərəyanın cavab verməyə qadir olmadığını
aşkar etdi. Keynsçiliyin nəzəri müddəaları Keynsin əsas elmi
əsəri olan "Məşğulluğun, faizin
və pulun ümumi nəzəriyyə-
si"ndə (1936) verilmişdir. Bu kitab XX əsrdə iqtisadi təfəkkürü
XVIII əsrdə "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında
tədqiqat" (A.Smit) kitabının dəyişdirdiyi qədər dəyişdi. Onun
əsasını böhran hadisələrinin aradan qaldırılması, maksimum
məşğulluğa nail olunması, ictimai istehsalın artım sürətinin
yüksəldilməsi məqsədilə kapitalist iqtisadiyyatının inkişafına
dövlətin müdaxiləsi haqqında ideya təşkil edir. Keyns qeyd
edirdi ki, tam məşğulluq səviyyəsindən xeyli aşağı olan nöq-
tədə məcmu təklif və məcmu tələb tarazlıqda ola bilər. Bundan
əlavə, o göstərirdi ki, əgər kimsə məcmu tələbi artırmasa, işsiz-
lik sonsuz müddətə qədər qala bilər. Keyns "kimsə" dedikdə
hökuməti nəzərdə tuturdu.
C.M.Keyns hesab edirdi ki, bu ideyanın praktiki cəhətdən
reallaşmasına
milli gəlir, məcmu təklif, məşğulluq, yığımlar,
investisiyalar kimi aqreqat kəmiyyətlərin qarşılıqlı asılılığının
təhlilini tələb edən makroiqtisadi metodların tətbiq edilməsi
vasitəsilə nail olmaq olar. İqtisadi artıma təsir göstərən və
iqtisadiyyatın durğunluqdan çıxarılmasını təmin etməyə qadir
olan üç əsas amil, Keynsin fikrincə, əhalinin istehlakı, müəssi-
sələrin investisiyaları və dövlət
xərcləri ilə müəyyən olunan
məcmu tələbdir. Buna görə də keynsçilik iqtisadi siyasəti çox
zaman tələbin idarə edilməsi konsepsiyası adlandırılır.
C.M.Keynsə görə, iqtisadiyyat əksər hallarda qeyri-mü-
vazinət vəziyyətində olur, bazar öz problemlərini tam həll et-
mək iqtidarında deyildir. İqtisadiyyatın inkişafı ilə bağlı bir çox
məsələləri dövlət üzərinə götürməlidir. Ölkənin Mərkəzi Bankı
pul-kredit siyasətinin hazırlanması və həyata keçirilməsində
fəallıq göstərməlidir. İqtisadiyyat
üçün məcburi işsizlik ob-
yektiv zərurətdir. Bazarlar bir-biri ilə əlaqədardır. Onların hər
228
hansı birində dəyişiklik onunla əlaqədə olan digər bazarlara da
təsir edir.
C.M.Keyns R.F.Kandan multiplikativ effekt ideyasını
götürmüş və onun əsasında multiplikator yığımı nəzəriyyəsini
yaratmışdır. Yığım multiplikatoru-gəlirin dəyişməsinin investi-
siyaların dəyişməsindən asılı olduğunu xarakterizə edən əm-
saldır. Keyns qeyd etmişdir ki, istehsalın bir sferasındakı məs-
rəflərin, digər sferadakı istehsalın və məşğulluğun genişlən-
məsinə həvəsləndirici təsiri var. Bu Ümumi Milli Məhsul
(ÜMM) ölçüsündə artan effekt multiplikasiya effekti adlanır.
Multiplikator (M) say əmsalıdır ki, bu da investisiyaların (i)
ölçüsünün artması zamanı ÜMM-un həcmini göstərir:
∆YMM=M×∆i
Eyni zamanda multiplikatorun yığıma son hədd meylinə
(PPS) əks kəmiyyət olduğunu Keyns sübut etmişdir:
M=1 ∕ PPS,
Həmçinin yığımların və investisiyaların dinamikasının
təhlili, konkret vasitələri göstərir ki, bunların vasitəsilə məcmu
tələbə, ÜMM-un həcminə və
əhalinin məşğulluğuna təsir
göstərmək olar.
∆YMM=1 ∕ PPS×∆i
Keynsçi multiplikator nəzəriyyəsi göstərir ki, dövlət, fir-
malar və istehlakçıılar tərəfindən həyata keçirilən iri xərclər
səmərəliliyinə və milli istehsalın artımına müsbət təsir göstərir.
Hökumət pul-kredit, büdcə və vergi siyasəti vasitəsilə məcmu
tələbi tənzimləməlidir. Baxmayaraq ki,
bu nəzəriyyə müxtəlif
məktəblər tərəfindən tənqidə məruz qalmışdır, o, səmərəli tələb
konsepsiyasının bazar iqtisadiyyatının zəruriliyinin və tənzim-
lənməsi imkanının əsaslandırılmasında müsbət rol oynamışdır.
C.M.Keyns, həmçinin pul və banklar sahəsində də gör-
kəmli nəzəriyyəçi və praktik sayılır. Onun tövsiyyələri ilə
İngiltərədə və digər ölkələrdə bank islahatları həyata keçiril-
mişdir. Doğma vətən qarşısında xidmətlərinə görə C.M.Keyns
229
1942-ci ildə Lord tituluna layiq görülmüşdür. O, 1946-cı ildə
63 yaşında vəfat etmişdir.
Dostları ilə paylaş: