179
məktəb" adlandıraraq
iddia edirdi ki, ümumi azad ticarət
sadəcə ideyadır. Ona yalnız uzaq gələcəkdə nail olmaq olar.
F.Listə görə, Almaniyanın inkişafı və birləşməsi səna-
yenin inkişaf etdirilməsindədir. Alman sənayesi isə yüksək
idxal gömrük haqqıının və ticarət siyasətinin digər vasitələri-
nin köməyi ilə güclü xarici rəqabətdən müdafiə olunmağa
ehtiyac hiss edirdi. O deyirdi ki, indiki zamanda hər bir millət
öz istehsalçılarının inkişafını idxal rüsumları və hətta tamamilə
qadağalarla müdafiə etməlidir. Yalnız bu cür vasitələri istifadə
etməklə
Almaniya, Rusiya, ABŞ və Britaniya kimi ölkələrlə
rəqabət apara biləcək sənaye effektivliyinə nail ola bilər.
F.List təsdiq edirdi ki, müxtəlif millətlər müxtəlif inkişaf
səviyyəsinə malikdir. Ayrı-ayrı ölkələrin iqtisadiyyatı öz qa-
nunlarına uyğun inkişaf edir. Buna görə də hər bir ölkə üçün
milli iqtisadiyyat xarakterikdir. Bu iqtisadiyyatın vəzifəsi isə
millətin məhsuldar qüvvələrinin inkişafı üçün əlverişli şərait
yaratmaqdır. Bununla o siyasi iqtisadı faktiki olaraq iqtisadi si-
yasətlə əvəz edir. Nəzəriyyənin əsasında isə dövlətin iqtisadiy-
yata müdaxiləsi formasında gömrük rüsumlarının
tətbiqi şə-
raitində inkişafa nail olmaq dururdu.
F.List eyni zamanda iqtisadi inkişafın mərhələləri haq-
qında təlim yaradaraq onu 5 mərhələyə: vəhşilik, maldarlıq,
əkinçilik, manufaktura, əkinçilik-ticarət mərhələsinə bölür.
Məhsuldar qüvvələr nəzəriyyəsinə görə, millətin vəziy-
yəti sərvətin və ya mübadilə dəyərinin miqdarından deyil,
məhsuldar qüvvələrin
inkişaf səviyyəsindən, fabrik, zavod
sənayesinin inkişafından asılıdır. Listə görə, məhsuldar qüv-
vələr ictimai şəraitin elə bir məcmusudur ki, bu şəraitsiz mil-
lətin sərvəti də ola bilməz. List milli sənayenin inkişafını xarici
rəqabətdən hələ müstəqillik əldə edənə
və xaricilərlə bərabər
səviyyədə rəqabət apara bilənə qədər müdafiə edən dövlət
tədbirləri sisteminin köməyi ilə sürətləndirməyi təklif edirdi.
Ticarət azadlığının həyata keçirilməsini o əsas millətlərin
180
hamısının təxminən eyni inkişaf səviyyəsində olacağı, kifayət
qədər qeyri - müəyyən bir gələcəyədək təxirə salırdı.
F.List alman siyasi iqtisad məktəbinə güclü təsir göstər-
mişdir. Bu təsir aşağıdakılardan ibarətdir:
1.Listin ardınca "Alman tarixi məktəbi" siyasi iqtisadı
milli təsərrüfat haqqında elm kimi nəzərdən keçirirdi. Həmin
dövrdə milli ruh, milli xarakter
alman tarixi məktəbinə xas
olan bir cəhət idi.
2. Onlar klassik məktəbə və onun davamçılarına tənqidi
yanaşırdılar.
3. Bu tarixçilər ölkənin iqtisadi inkişaf mərhələləri kon-
sepsiyasına əsaslanırdılar.
F.List Almaniyada sağlam milli iqtisadiyyatı yaratmaq
ideyasın strateji əhəmiyyətli bir proqram kimi irəli sürürdü.
Məşhur Alman iqtisadiyyatının, sağlam milli iqtisadiyyat kate-
qoriyasının şərhini o dövrün bir çox iqtisadçı alimləri (H. Keri,
U.St.Mill) bəyənirlər. Almaniyanın birinci imper Kansleri bu
konsepsiya ilə maraqlanır, bəyənir və Almaniyada milli iqtisa-
diyyat modeli yaradaraq, ondan istifadə edilməsinə göstəriş ve-
rir. Bundan sonra Almaniyada müstəqil iqtisadiyyatın təşəkkü-
lü sahəsində xüsusi dönüş yaranır. Vaxtı ilə Rusiya imperiyası-
nın maliyyə naziri S.Y.Vitte bu alman iqtisadçısının yaratmış
olduğu milli iqtisadiyyat konsepsiyasını bəyənmiş və onu mü-
dafiə etmişdir.
XIX əsrin 40-cı illərində Almaniyada ilkin tarixi məktəbin
nümayəndələri Vilhelm Roşer (1817-1894), Bruno Hildebrand
(1817-1878) və Karl Knis (1821-1898) olmuşlar.
Bu tarixi məktəb siyasi
iqtisadda abstraksiya meto-
dundan, ictimai inkişafın ən ümumi obyektiv qanunlarının dərk
edilməsindən imtina edir, milli xüsusiyyətləri mütləq prinsip
səviyyəsinə qaldırırdı.
Dostları ilə paylaş: