SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə9/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
4 muh psix mag

«Mənlik şüurunda» şüurun bütün xüsusiyyətləri insanın «məni» vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Yəni, mənlik şüuru bimodal xarakter daşıyır: onda eyni vaxtda həm «mən»ə (subyektə), həm də «qeyri-mən»ə (obyektə) aid olan cəhətlər əks olunur. Məsələn, uşaq öz əlini dişlədikdə ağrı hiss edir, başqalarının əlini dişlədikdə isə ağrı hiss et-mir. O, öz əli ilə başqalarının əlini fərqləndirməyə başlayır.
Mənlik şüuru insanın özünü şəxsiyyət kirni tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dcdikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fıkir və hisslərinə, davranış və fəaliyyətinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir: insan özünü bütün ətraf aləmdən, yəni «mən»ini «qeyri-mən»dən ayırır, özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır.

1. «Mən obraz» - insanm özü haqqında təsəvvürləri (buna başqa sözlə, psixoloji avtoportret də deyilir).


2. Özünüqiyməlləndirmə - insanın özünün özü haqqındakı tə
səvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3. Potensial davranış reaksiyaları - insanın «Mən obrazı» və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.

Mənlik şüuru yeniyetməlik və gənclik yaşlarında formalaşsa da, onun əsası kiçik yaş dövrlərinə təsadüf edir.


Müasir psixologiyada mənlik şüurunun formalaşması proscsinin köklərini araşdırarkən, ilk növbədə, körpə uşaqların özlərini güzgüdə tanıması məsələsinə xüsusi diqqət yetirirlər.
Yeniyetmənin mənlik şüurunun xüsusiyyətlərini aydınlaşdırarkən bir cəhəti ayrıca qeyd etmek lazımdır. Yeniyetməlik yaşı dövründə özünüdərketmə tələbatı xüsusi məna kəsb etsə də, onun özü haqqındakı obyektiv biliklərinin səviyyəcə aşağı olması diqqəti cəlb edir. Yeniyetmənin bir çox hallarda özünün şəxsi keyfiyyətlərini düzgün təhlil edə bilməməsinin köklərini, birinci növbədə, məhz burada axtarmaq lazımdır. Bu əsasda da bəzən yeniyetmənin iddia səviyyəsi ilə kollektivdəki real mövqeyi arasında, özünə münasibəti ilə başqa adamların - yaşlıların və yoldaşların ona münasibəti arasında ziddiyyətdən yaranan münaqişələr meydana çıxır.
Yeniyetmə öz davranış və xüsusiyyətlərini dərk etdikcə, onda özünütərbiyə tələbatı yaranır ki, bu prosesdə də ayırd edilmiş nümunə və əxlaqı etalon müstəsna rol oynayır.
İlk gənclik yaşı - mənlik şüurunun yaranmasının tamamilə xüsusi mərhələsini təşkil edir.

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin