SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə23/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   15   16   17   18   19   20   21   22   23
4 muh psix mag

Özünütərbiyə yeniyetmə və gənclərin qiymətli xarakter əlamətləri haqqmda etalon və stereotipləri ilə bilavasitə bağlıdır. Psixoloji tədqiqatlar əsaslı surətdə göstərir ki, insan özündə, birinci növbədə, yüksək qiymətləndirdiyi keyfiyyətləri, o cümləden xarakter əlamətlərini tərbiyə edir.
Xarakter əlamətləri müxtəlif ve çoxcəhetli olsa da, əksər hallarda onlann biri və ya bir neçəsi insanın davranış və rəftarında daha qabarıq şəkildə özünü göstərir. İnsanlar bir-birlərini xarakterizə edərkən bu cəhəti adətən nəzərə alirlar: biz hər hansı bir şəxsi «mehriban» və ya «kobud adam» kimi qiymətləndirəndə onun müəyyən bir xarakter əlamətini nəzərə çarpdırırıq. Lakin bir sıra hallarda bu və ya digər xarakter əlaməti daha ifrat formalarda özünü göstərir. Adamlar belə hallarla rastlaşanda: «bu ki, əməlli başlı dəliymiş», «heç belə qəribə adam görməmişəm», «belə də adam olar?» - deyə öz təəccüblərini gizlətmirlər. Bu mənada psixologiyada xarakterin aksentuasiyası terminindən istifadə olunur.
Aksentuasiya latınca vurğu deməkdir. Biz adətən danışanda hər hansı bir fıkri nəzərə çarpdırmaq üçün müəyyən bir sözü xüsusi vurğu ilə deyirik. Xarakterin aksentuasiyası dedikdə də onun ayrı-ayrı əlamətlərinin həddindən artıq güclənməsi nəticəsində daha kəskin surətdə nəzərə çarpması başa düşülür.
Qabiliyyət nədir? O necə əmələ gəlir, formalaşıb inkişaf edirmi?
Qabiliyyətləri psixoloji baxımda xarakterizə etmək üçün 3 cəhəti nəzərə almaq lazımdır.
1. Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətidir. Fərdi sözünə diqqət edin: insanlar öz qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri çoxdur. Temperament də, xarakter də şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləridir. Bəs, onda qabiliyyətlər, şəxsiyyətin digər fərdi-psixoloji xüsusiyyətlərindən - temperament və xarakterdən nə ilə fərqlənir?
2. Qabiliyyətlər bu və ya digər fəaliyyətin müvəffəqiyyətli icrası üçün başlıca şərtdir. Bu məsələni dəqiqləşdirək: fəaliyyət prosesində temperament də, xarakter de müəyyən rol oynayır. Lakin fəaliyyetin müvəffəqiyyətli icrası bilavasitə onlardan asılı deyildir.
Deməli, şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən hər birinin fəaliyyət prosesində öz yeri, öz vəzifəsi vardır. Fəaliyyətin müvəffəqiyyətli icrası ancaq qabiliyyətlərlə şərtlənir.
Qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə əlaqəsi psixoloji cəhətdən aktual problemdir. Bu məsələ həm də ona görə əhəmiyyətlidir ki, uşaqlann tərbiyəsi işində ən çox səhvə məhz həmin sahədə yol verilir.
Qabiliyyətlər bilik, bacarıq və vərdişlərlə qarşılıqh əlaqədədir, lakin onları eyniləşdirmək olmaz. Əgər müəllim hərtərəfli yoxlama aparmadan uşağın ancaq müəyyən bilik, bacarıq və vərdişlər sisteminə malik olub-olmamasına görə onun qabiliyyətli və ya qabiliyyətsiz olması haqqında nəticə çıxanrsa, elmi cəhətdən kobud, praktik cəhətdən isə zərərli addım atır. Bu cəhəti düzgün başa düşmək üçün iki məsələni ayrıca qeyd etmək lazımdır:
a) bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı üçün zəruri şərtlərdən biridir. Uşaq müvafıq fəaliyyət sahəsi üçün zəruri olan bilik və bacarıqlara yiyələnməyibsə, notda yazmağı, çertyoj çəkməyi, rəsm etməyi və s. öyrənməyibsə, onun musiqi, texniki və rəsm qabiliyyətləri yaxşı inkişaf ede bilməz. Uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir verilməlidir;
b) qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik, bacanq və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və möhkəm icra olunmasında təzahür edir.
Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onıın üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyelənmə dinamikasındakı fərqlərdə ifadə
o I u n u r.
Psixologiyada qabiliyyətlərin vahid və hamı tərəfindən qəbul edilən tipologiyası hələ işlənilməmişdir. Bu məqsədlə ayrı-ayrı müəlliflər müxtəlif prinsiplərdən istifadə edirlər. Qabiliyyətlərin əsas fəaliyyət sahəsinə görə fərqləndirilməsi prinsipi onlann içərisində xüsusi yer tutur. Həmin prinsipə görə, məsələn, texniki, pedaqoji, bədii qabiliyyətləri, eləcə də onların nisbətən konkret fəaliyyət sahələri üzrə növlərini (miihəndislik, riyazi, musiqi və s. qabiliyyətləri) fərqləndirirlər.
Əgər ayrı-ayrı fəaliyyət sahələri üçün zəruri olan qabiliyyətləri müqayisə etsək, aydın olar ki, hər bir fəaliyyət daxilində mahiyyət etibarilə iki növ qabiliyyət təşəkkül tapır. Bunlardan birincilər psixologiyada ümumi qabiliyyətlər, ikincilər isə xüsusi qabiliyyətlər adlanır.
Ümumi və xüsusi qabiliyyətlərin formalaşması fəaliyyətin özünün strukturu ilə bağlıdır. Fəaliyyət sahələri müxtəlifdir, onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır, lakin bununla yanaşı hamısı üçün ümumi cəhətlər də xasdır. Ümumi qabiliyyətlər də məhz bu zəmində əmələ gəlir və inkişaf edir.
Ümumi qabiliyyətlər dedikdə bir sıra fəaliyyət sahələrində iştirak edən, onların bu və ya digər dərəcədə müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlər nəzərdə tutulur. Ümumi qabiliyyətlər psixi proseslər, birinci növbədə, ali psixi proseslər əsasında formalaşır. Qavrayış, hafızə, təfəkkür, təxəyyül və s. fəaliyyət prosesində funksional cəhətdən inkişaf edərək müvafıq qabiliyyətlərə çevrilir.
Xüsusi qabiliyyətlər isə yalnız müəyyən fəaliyyət növünün müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlərə deyilir. Lüğət ehtiyatı və ifadəli dil, söz assosiasiyalarının zənginliyi ədəbi yaradıcılıq, nisbəti, perspektivi qiymətləndirmə və rəngləri fərqləndirme həssaslığı; təsviri fəaliyyət; məkan qavrayışı ve təsəvvürləri texnik» yaradıcılıq; didaktik qabiliyyətlər və s. isə pedaqoji fəaliyyət iiçün xüsusi qabiliyyətlərdir.
Hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin olması zəruridir. Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. Bundan asılı olaraq fəaliyyətin bir mərhələsində, tutaq ki, poetik qavrayış əsas rol oynadığı halda, başqa bir mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kesb edə bilər. Lakin bir cəhət aydındır: ayrı-ayrı qabiliyyətlər eyni bir fəaliyyətin tərkibində bir-birilə üzvi surətdə və qarşılıqlı əlaqədə mövcud olur.
İnsan qabiliyyətlərinin mahiyyətinin tədqiqi qabiliyyətlər haqqında ümumbioloji anlayışı xüsusi insan qabiliyyətləri haqqındakı anlayışdan fərqləndirməyi tələb edir.
Bəzi psixoloqlar qabiliyyətləri bioloji fenomen kimi təhlil edir və onun qanunauyğunluqlannı irsiyyət amilləri ilə aydınlaşdırırlar. Halbuki insan qabiliyyətləri ictimai-tarixi xarakter daşıyır.
Qabiliyyətlərdən danışarkən, biz, birinci növbədə, insanın təbiətini ifadə edən xassələri nəzərdə tuturuq. Bu xassələr bəşəriyyətin ictimai-tarixi xassələrinin inkişafı məhsulu olsa da, irsən təsbit olunmurlar. Onlar nəsildən-nəslə hər bir yeni nəslin həyatı boyu özündən əvvəlki nəslin inkişaf nailiyyətlərinə yiyələnməsi yolu ilə verilir; buna uyğıın olaraq insanların ontogenetik inkişafınrn ən başlıca məzmunu ondan ibarət olur ki, onlar insanların tarixi inkişafinın nailiyyətlərinə yiyələnirlər (və məhz bu əsasda sonrakı tərəqqinin subyekti olurlar).
İnsan qabiliyyotlərinin tarixi inkişafı prosesinin ardıcıllığı onunla şərtlənir ki, nəsillərin nailiyyətləri morfoloji cəhətdən, irsi dəyişikliklər qaydasında deyil, onlann fəaliyyətinin obyektiv məhsulları - maddi və idxal formasında təsbit olunurlar (bu, əməyin və insan fəaliyyətinin başqa formalannın prinsip etibarilə məhsuldar xarakter daşıması sayəsində baş verir). İnsanlar həmin obyektiv məhsulları mənimsəyərkən həm də onlarda həkk olunmuş insan qabiliyyətlərinə yiyələnirlər. Bu aydın şəkildə göstərir ki, insanın istər ümumi, istərsə də xüsusi psixi xassələri ontogenetik inkişafın məhsuludur.
İnsanların anadangəlmə təbii imkanları eyni deyildir. Təbii imkanlar dedikdə, qabiliyyətlərin inkişafının əsasını təşkil edən anatomik-fızioloji xüsusiyyətlər nəzərdə tutulıır. Anatomik xüsusiyyətlərə beyinin mikrostrukturu, bədənin konstitusiyası, gözün, qulağın, səs tellərinin, əl və ayaqlann və s. quruluşu; fizioloji xüsusiyyətlərə isə ali sinir fəafiyyətinin xüsusiyyətləri aiddir.
Psixologiyada «təbii imkanlar» anlayışına orqanizmin anatomik-fızioloji xüsusiyyətləri ilə yanaşı olaraq psixofiziolqji xassələrini də daxil edir və bu sonunculan əsas cəhət kimi şərh edirlər. Psixofızioloji xassə dedikdə, hər şeydən əvvəl, fəaliyyətə yiyələnmənin lap ilkin mərhələsində uşaqda, bəzən isə müntəzəm surətdə müəyyən fəaliyyətlə məşğul olmayan yaşlılarda özünü göstərən incə rəng fərqləndirmə həssaslığı, görmə hafızəsi, musiqi eşitmə həssaslığı və s. kimi xassələr başa düşülür. Belə təbii imkanlar, insan onlara bu və ya digər dərəcədə adekvat olan müəyyən qıcıqlayıcı, obyekt ilə təmasda olarkən özünü göstərir.
Adətən təbii imkanlar qabiliyyətləri təşəkkül etdirən qüvvə kimi deyil, yalnız onların inkişafının zəruri şərti kimi nəzərdən keçirilir. Təbii imkanlar qabiliyyətləri və onların inkişaf səviyyəsini qabaqcadan müəyyən etmir: yalnız, bir tərəfdən, qabiliyyətlərin təşəkkül etmə yolunu, digər tərəfdən, onların fərdi quruluşunu xarakterizə edən xüsusiyyətləri şərtləndirir. Qabiliy-yətlər insanın yalnız müəyyən həyat və fəaliyyəti şəraitində inkişaf edə bilər. Məsələn, mütləq eşitmə bir qabiliyyət kimi uşaq ilk dəfə səsin yüksəkliyini tanımaq zərurəti qarşısında qalandan sonra, başqa sözlə, musiqi fəaliyyətində formalaşır. Musiqi fəaliyyətinə qədər anatomik-fızioloji amil kimi ancaq müvafıq təbii imkan mövcud idi.
Müxtəlif eksperimental materialların təhlili göstərir ki, qabiliyyətlər müvafıq konkret fəaliyyətdən kənarda təşəkkül edə bilməz. Qabiliyyətlərin müvafiq təbii imkanlar əsasında təşəkkülü və inkişafı fəaliyyətin motivlərindən, məzmunundan, xüsusiyyətlərindən və inkişaf səviyyəsindən asılıdır. Bu fıkri əsaslandırmaq üçün hamıya öz təcrübəsindən bəlli olan belə bir misal göstərmək olar. Nitqə yiyələnmək üçün insan beyninə məxsus xüsusi sinir mexanizmləri tələb olunur. Şübhəsiz ki, insan beynində dilə yiyələnmək üçün bəzi təbii şərtlər vardır. Lakin uşağın hansı dildə danışmağa və fikirləşməyə başlaması beynin təbii xüsusiyyətlərindən, anadangəlmə mexanizmlərdən deyil, nitq əhatəsindən, həyat təcrübəsindən asılıdır.
Təbii imkanlar da belədir. Təbii imkanların qabiliyyətə çevrilib-çevrilməməsi fəaliyyətdən asılıdır. Lakin qeyd etmək lazımdır ki, qabiliyyətlərin morfofizioloji əsasları məsələsini yalnız təbii imkanlarla məhdudlaşdırmaq olmaz.
Beləliklə də aydın olur ki, qabiliyyətlərin morfofizioloji əsasları məsələsini yalnız təbii imkanlarla əlaqələndirmək səhv olardı. Qabiliyyətlərin inkişafında beyinin ontogenezdə təşəkkül edən fızioloji orqanları da mühüm rol oynayır.
Fəaliyyətin hər bir növünün öz xüsusiyyətləri vardır. Hər hansı bir müvafiq psixi proses müəyyən bir fəaliyyətin bədii və ya texniki, təsviri və ya eimi, ifaedici və ya əməli fəaliyyətin tərkibinə daxil olmaqla onun xüsusiyyətlərinə uyğun surətdə inkişaf edir. (Qabiliyyətlər sahəsində özünü göstərən belə, necə deyərlər, ixtisaslaşma tarixən ictimai əmək bölgüsünün əmələ gəlməsi və ictimai şüurun müxtəlif formalarının - incəsənət, elm və s.-nin meydana çıxması zəminində mümkün olmuşdur.) Bunu müxtəlif fəaliyyət sahələrində, məsələn, təxəyyülün və ya təfəkkürün bir qabiliyyət kimi fonnalaşmasında asanlıqla görmək olar.
Müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Bu, hər şeydən əvvel, onunla bağlıdır ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi-nəzəri məsələ deyildir. Onun böyük praktik əhəmiyyəti vardır.
İstedad dedikdə qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi nəzərdə tutulur.
Əgər müşahidəçilik, poetik gönnə, surət, hiss və hərəkət hafızəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatmın zənginliyi və ifadəli dil, söz assosiasiyalarının zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkan verirsə, bu ədəbi istedaddır. Eyni sözlər istedadın başqa növlərinə də aiddir.
Psixologiyada vaxtilə «istedad» termini daha çox təbii imkanların meəmuyunu ifadə edən anlayış kimi də işlədirdilər. Lakin psixoloji tədqiqatlar göstərir ki, istedad anlayışını bioloji kateqoriya kimi nəzərdən keçirdikdə, o, öz mənasını itirir. Qabiliyyət və istedad da insan fealiyyətinin özü kimi ictimai-tarixi xarakter daşıyır.
Bu və ya digər fəaliyyət sahəsinə qabiliyyət və istedadın inkişafi, hər şeydən əvvəl, insanın ictimai-tarixi inkişaf şəraitindən, cəmiyyətin maddi həyat şəraitindən asılıdır.
Qabiliyyət və istedad əmək fəaliyyətinin konkret, tarixən inkişaf edən formalarından təcrid olunmuş şəkildə izah edilə bilməz. Onlar konkret tarixi dövrdə fəaliyyətin ictimai cəhətdən əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən və «fəaliyyətin müvəffəqiyyətli icrası» dedikda hansı meyarın başa düşülməsindən tamamilə asılıdır. Bu meyardan asılı olaraq hər hansı bir ictimai quruluşda istedadın bu və ya digər xüsusi növü haqqındakı anlayışın da məzmunu əhəmiyyətli dərəcədə dəyişilir. Məsələn, «musiqi qabiliyyətləri» və ya «musiqi istedadı» anlayışı bir səsli mahnıdan başqa digər musiqi bilməyən xalqlardan fərqli olaraq müasir adamlar üçün başqa məzmuna malikdir.
Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin