SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   2   3   4   5   6   7   8   9   ...   34

Moisey Kalankatlı 
(VII əsrin sonu – VIII əsrin əvvəli) 
 
Qafqaz  Albaniyası 
başçısı 
Cavanşirin 
hakimiyyət  illərində  ölkədə 
sabitlik  yaranmış,  iqtisadi 
dirçəliş  başlanmış,  bu  isə  öz 
növbəsində 
elm 
və 
mədəniyyətin 
inkişafına  
səbəb  olmuşdu.  Ölkədə  yeni-
yeni  məktəblər  açılmış,  şair, 
memar və alimlərin çalışması 
üçün yaxşı şərait yaranmışdı. 
İndi  Zəngəzur  ərazisi  kimi 
tanınan  Syunik  adlı  alban 
vilayətində 
yerləşən 
məktəbdə  alban  şair  və 
filosofu  Mafusail  dərs  deyir 
və əsərlər yaradır, Cavanşirin 
saray şairi Dəvdək poemaları 
ilə  bütün  Şərqdə  tanınır, 
ölkədə  möhtəşəm  saraylar, 
qalalar, 
məbədlər 
inşa 
edilirdi.  Cavanşirin  əmri  ilə 
VII əsrin II yarısında Moisey 
Kalankatlı 
albanların 
və 
Albaniya  dövlətinin  tarixini 
yazmağa başlamışdı. 
Moisey 
Kalankatlı 
qeyd  edir  ki,  o,  Albaniyanın 
Uti 
vilayətində 
yerləşən 
Kalankat  kəndində  anadan 
olub.  Alban  tayfalarından 
biri  olan  utilərin  adı  da  Uti 
vilayətinin 
adından 
götürülüb. 
Həmin 
tayfa 
Qanıx  (Alazan)  çayından 
başlamış 
cənuba 
doğru 

23 
 
uzanan  ərazilərdə,  o  cümlədən  Yuxarı  Qarabağda,  Tərtər  çayı  sahillərində 
yaşayırdı.  Mənbələrdə  utilərin  Kürün  hər  iki  sahilində  və  hətta  Xəzər  dənizi 
sahilində  yaşamaları  göstərilir.  Hal-hazırda  utilər  "udin"  adı  ilə  tanınır  və 
Azərbaycan  Respublikasının  Oğuz  rayonunun  Nic  kəndində  yaşayırlar.  VII  əsrdə 
böyük  kəndlərdən  sayılan  Kalankat  kəndi  Bərdə  şəhərindən  cənub-qərbdə, Tərtər 
çayı  sahilində  yerləşirdi.  Bərdə  -  Dəbil  ticarət  yolunda  yerləşən  bu  kənd  daşdan 
tikilmiş  müdafiə  divarları  ilə  hasarlanmışdı.  Orta  əsrlərdə  ərəb  coğrafiyaşünasları 
kəndi "Qolqatus" kimi göstərmişlər. Mənbələrdə yazılır ki, Yerusəlimdə (Qüds) V 
- VIII əsrlərdə albanlar tərəfindən tikilmiş monastırlar sırasında Kalankat monastırı 
da var imiş. Bütün deyilənlər sübut edir ki, Moisey Kalankatlı əslən alban olmuş, 
Albaniya  ərazisində  doğulmuş  və  burada  fəaliyyət  göstərmişdir.  Oğlanın  adının 
Moisey olması onun ailəsinin xristian olması ilə bağlıdır. Məlumdur ki, IV əsrdən 
başlayaraq VIII əsrə - ərəblərin Azərbaycanda bərqərar olmasına qədər ölkəmizdə 
əsasən xristian dininə ibadət edirlərmiş. 
Moisey  Kalankatlı  "Albaniya  tarixi"  adlı  əsərini  Cavanşirin  ölümündən 
sonra tamamlamışdır. Əsərdə alban şairi Dəvdəyin Cavanşirin ölümünə həsr etdiyi 
poemadan  bir  hissəni  verməsi  bunu  təsdiqləyir.  Lakin  əsərdə  hadisələr  999-cu 
ilədək təsvir edilir. Bu o deməkdir ki, Moisey Kalankatlının ölümündən sonra onun 
əsəri hansısa naməlum alban tarixçisi tərəfindən davam etdirilmişdir. 
Albanların  yazıları  artıq  e.ə.  II  əsrdə  məlum  olmuşdur.  Həm  tarixi 
mənbələrin  məlumatları,  həm  də  qazıntılar  nəticəsində  tapılmış  əşyalar  üzərində 
olan yazılar göstərir ki, qədim alban əlifbasında 52 hərf olmuşdur. 
Moisey Kalankatlının "Albaniya tarixi" əsəri üç hissədən ibarətdir. Əsərin 
ilk  səhifələrində  ən  qədim  dövrlərdən,  faktik  olaraq  bəşəriyyətin  yarandığı 
zamanlar baş vermiş hadisələrdən bəhs edilir. Təbii ki, bu zaman müəllif dünyanın 
yaranması,  insanın  peyda  olması  haqqında  informasiyanı  "İncil"ə  əsaslanaraq 
vermişdir.  Kitabın  1-ci  hissəsinin  1-ci  və  2-ci  fəsillərində  Bibliya  tarixi  şərh 
olunur;  albanların  mənşəyi  Yafəs  nəsli  ilə  bağlanılır  və  öz  yazısı  olan  15  xalq 
sırasında göstərilir. Bu məlumat sübut edir ki, albanlar artıq qədim dövrlərdə digər 
xalqlardan fərqlənmişlər. Daha sonra müəllif Albaniyanın coğrafi təsvirini verir və 
onun sərhədlərini göstərir. Bu məlumat  müasir erməni saxtakarlarına böyük zərbə 
vurur,  çünki  Albaniyanın  ta  qədimdən  Azərbaycan  ərazisində  mövcud  olmasını 
göstərir və  ermənilərin  yaşadıqlan  ərazilərə  heç bir aidiyyətləri olmamasını sübut 
edir.  4-cü  fəsildə  müəllif  ilk  alban  hökmdarı  kimi  Arran  adlı  şəxsin  adını  çəkir, 
sonra  isə  Arşakilər  sülaləsindən  olan  Urnayr,  II  Vaçe,  III  Vaçaqan  kimi  alban 
çarlarının  hakimiyyətini  təsvir  edir.  Məlumdur  ki,  həm  Arranın  nəsli,  həm  də 
Arşakilər  (ər-sak)  qədim  türkmənşəli  tayfalardan  əmələ  gəlmişlər.  Moisey 
Kalankatlı  Albaniyada  təkallahlılığın  yayılmasını,  xristianlığın  qəbul  edilməsini 
təsvir  edir.  İndiki  erməni  müəlliflər  bildirirlər  ki,  guya,  albanlar  xristianlığı 

24 
 
ermənilərdən qəbul ediblər. Lakin həm Kalankatlının əsəri, həm digər müəlliflərin 
tarixi əsərləri, həm də son dövrlərdə Azərbaycan - Norveç arxeoloqlarının Şəkinin 
Kiş  kəndində  apardıqları  qazıntılar  sübut  etmişdir  ki,  albanlar  xristianlığı 
ermənilərdən çox-çox  əvvəl, Suriya və Fələstindən gəlmiş missionerlərin təsiri ilə 
qəbul etmişdilər. Kalankatlı alban kilsəsinin öz başçısına malik olmasını və faktiki 
müstəqil  olduğunu  bildirir.  Halbuki  indiki  erməni  "tarixçilər"  alban  kilsə 
xadimlərinin guya erməni  kilsəsinə tabe olduğunu iddia edirlər. Qarabağın Aquen 
şəhərində  488-ci  ildə  keçirilən  məclisdən  söz  açan  Kalankatlı  alban  feodallarının 
qanun  qəbuletmə  prosesini  təsvir  edir.  Onun  əsərində  albanların  Sasanilərə  və 
Bizansa qarşı mübarizəsi və s. siyasi hadisələr haqqında da məlumat var. 
Kitabın 2-ci hissəsində müəllif Arşakilər sülaləsinin süqutu, Mehranilərin 
hakimiyyətə gəlməsi, Cavanşirin başçılığı ilə alban qoşunlarının Sasani - Bizans və 
Sasani - ərəb müharibələrində iştirakı haqqında danışır. Müəllif böyük rəğbət hissi 
ilə Cavanşirin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söhbət açır. 
3-cü  hissədə  ərəblərin  Cənubi  Qafqaza  hücumları  göstərilir.  Müəllif 
Albaniya  hökmdarlarının  və  katolikoslarının  siyahısını,  həmçinin  dövrün  bir  çox 
rəsmi  sənədlərinin  tam  mətnlərini  verməklə  indiki  erməni  saxtakarlarına  böyük 
zərbə vurmuş olur, çünki göstərilən şəxslər arasında bir nəfər də eməni yoxdur. 
Mətnin təhlili göstərir ki, 710-cu ildən sonrakı hadisələr kitaba başqaları, 
Kalankatlının davamçıları tərəfindən əlavə edilib. 
Moisey  Kalankatlının  qələmə  aldığı  "Alban  tarixi"  əsəri  Azərbaycanın 
erkən  orta  əsrlər  tarixinə  aid  nadir  yerli  mənbədir.  O,  dönə-dönə  qeyd  edir  ki, 
Albaniya müstəqil dövlətdir, albanlar isə öz tarixi, dili, yazısı və mədəniyyəti olan 
xalqdır. Bu məlumatlar üzdən-iraq erməni "tədqiqatçılar"ın Azərbaycanda heç vaxt 
yerli  dövlətlərin  olmaması,  Qara  dənizdən  başlamış  Xəzər  dənizinə  qədər  bütün 
ərazilərin  ermənilərə  məxsus  olması  barədə  uydurmalarını  alt-üst  edir.  Onlar 
Moisey Kalankatlının dediklərini inkar edə bilmirlər, ona görə də Albaniyanı guya 
"Böyük  Ermənistan"  dövlətinin  xırda  bir  vilayəti,  əsərin  müəllifini  isə  "Moses 
Kalankatvasi" adlı bir erməni kimi qələmə verməyə çalışırlar. 
Tarixi  ədaləti  bərpa  etmək,  Moisey  Kalankatlının  alban  tarixçisi  kimi 
Azərbaycan  xalqına  məxsus  olmasını  bütün  dünyaya  sübut  etmək  indiki  nəslin, 
müasir Azərbaycan tarixçilərinin mənəvi borcudur. 
 
 
 
 
 
 
 

25 
 
Azərbaycan  VIII  əsrin  əvvəllərində 
Ərəb  xilafətinin  tərkibinə  daxil  edilir.  İlk 
vaxtlar  mülayim  siyasət  yürüdən  əsərb  
xəlifələri  artıq  VIII  əsrin  ortalarında  xalqa  
sözün  əsl  mənasında    zülm  etməyə 
başlayırlar.  VIII  əsrin  II  yarısından  etibarən  
xalq    ayağa  qalxır,  üsyanlar  edir.  Ardı-arası 
kəsilməyən  üsyanlar    tədricən  iri  xalq  
azadlıq  hərəkatına    çevrilir.    Xürrəmi  xalq-
azadlıq    hərəkatı  ərəblərə  qarşı  yönələn    ən 
iri müqavimət  hərəkatı olmuşdur.  Hərəkatın  
başına    Babək  gəldikdən    sonra    o  daha    da   
mütəşəkkil    şəkil  almış,  tədricən    azadlıq 
müharibəsinə  çevrilmişdir.    Güclü    ordu 
yaradan Babək  ərəblərə  qarşı 20 il mübarizə  
aparmışdır. Sonda Babək tutulub edam edilsə 
də,  onun    səyləri  hədər  olmamışdır:  bir  
müddət    sonra  Azərbaycanda    ərəblərin 
hakimiyyəti  devrilmiş  və  onun  yerində 
müstəqil dövlətlər  yaranmışdır. 
Azərbaycan tarixinə Babək xalq-azadlıq 
müharibəsinin başçısı və görkəmli sərkərdə 
kimi daxil olmuşdur
 
   Babək 
(816-838) 
Ərəb  hakimlərinin 
özbaşınalıqları,  talançı  vergi 
siyasətləri 
Azərbaycanda 
kəskin narazılığa səbəb olurdu. VIII əsrin ortalarından etibarən ərəblərə qarşı güclü 
üsyanlar başlandı. 748 və 794-cü illərdə Beyləqanda, 752-ci ildə Şəmkirdə, 793 - 
794-cü illərdə Bərdədə baş vermiş üsyanlar çətinliklə yatırıldı. 
Tariximizdə azadlıq mübarizəsinin parlaq səhifələrindən biri, bəlkə də ən 
möhtəşəmi Ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. 
Xürrəmilərin  ("xur"  -  alov,  Günəş)  təlimində  sosial  ədalətsizliyə  qarşı  mübarizə, 
azad  kəndli  icmasının  yaradılması  ideyaları  mühüm  rol  oynayırdı.  Onlar  islam 
ehkamlarını qəbul etmir və Azərbaycanda qədimdə yayılmış atəşpərəstliyə qayıdışı 
təlqin  edirdilər.  Xürrəmilərin  əsas  məqsədləri  Azərbaycanı  yadellilərdən  azad 
etmək  idi.  778-ci  və  807  -  808-ci  illərdə  Azərbaycanda  xürrəmi  üsyanları  baş 
vermişdir. 

26 
 
816-cı ildən xürrəmi hərəkatının başında Babək dayanmışdır. Babək 798-
ci  ildə  Ərdəbil  yaxınlığındakı  Bilalabad  kəndində  kasıb  bir  ailədə  doğulmuşdur. 
Ərəblərin yazdığına görə, onun adı "Həsən" olmuş, xürrəmilərə qoşulduqdan sonra 
isə  atəşpərəstlik  təlimində  ən  hörmətli  adlardan  olan  "Babək"  adını  götürmüşdür. 
Atasını  erkən  itirən  Babək  uşaq  yaşlarında  əvvəlcə  çobanlıq  eləmiş,  sonra  sarvan 
olmuş, daha sonra isə usta köməkçisi işləmişdir. Xürrəmilərin başçısı Cavidan ibn 
Səhli  Babəkin  cəsarəti,  vətənpərvərliyi  cəlb  etmiş  və  onu  özünə  köməkçi 
götürmüşdür.  Cavidan  həlak  olduqdan  sonra  xürrəmilər  Babəki  özünə  başçı 
seçmişlər.  Xürrəmilərin  mərkəzi  Ərdəbildən  145  km  şimal-qərbdə  Bəzzeyn 
dağında qurulmuş Bəzz şəhər-qalası olmuşdur. 
Babək  ilk  gündən  zülmkarları  məhv  edib,  əzilənlərə  azadlıq  verəcək  bir 
mübarizəyə  başladığını  bəyan  etmişdi.  Bu  şüar  onun  ətrafına  minlərlə  məzlum 
kəndli,  sənətkar,  şəhər  yoxsullarını  toplamışdı.  Babək  onlardan  güclü  qoşun 
yaratmağa nail olmuşdu. Bunu gördükdə xəlifəyə düşmən olan bir sıra iri feodallar 
Babəkə qoşulmuşlar. Xürrəmi qoşunlarının hərbi təşkilatı dövrün tələblərinə cavab 
verirdi.  Qoşunun  əsas  hissəsi  kəndlilərdən  təşkil  edilmiş  piyadalar  idi.  Süvari 
hissələr  azlıq  təşkil  edirdi.  Qoşunları  silahlarla  təchiz  etmək  üçün  emalatxanalar 
açılmışdı. Qoşunlarda kəşfiyyat xidmətinin təşkilinə böyük diqqət yetirilirdi. 
Xürrəmi  hərəkatının  genişlənməsi  xəlifə  əl-Məmunu  Azərbaycana  ordu 
göndərməyə  vadar  edir.  819-cu  ildə  sərkərdə  Yəhya  ibn  Müaz  Azərbaycana 
soxulsa da, üsyanı yatıra bilmir. Xəlifə onun yerinə İsa ibn Məhəmmədi komandan 
təyin  edib  Azərbaycana  göndərir.  821-ci  ildə  Bərdə döyüşündə  Babək  qalib  gəlir. 
Xəlifə  Züreyq  ibn  Əli  əl-Əzdi  və  Əhməd  ibn  əl-Cüneyd  əl-Askafinin  başçılığı  ilə 
Azərbaycana  yeni  qoşun  göndərir.  Babək  yenə  də  qələbə  çalır  və  əl-Askafi 
xürrəmilər  tərəfindən  əsir  götürülür.  Xəlifə  bu  dəfə  ordu  komandanı  vəzifəsinə 
ərəblərin  on  yaxşı  sərkərdələrindən  olan  Məhəmməd  ibn  Hümeyd  ət-Tusini  təyin 
edir. O, 827-ci ildə Azərbaycana qoşun yeridir, lakin 829-cu ilin yayında Həştadsər 
dağı  yaxınlığında  (Bəzzdən  6  km  aralı)  Babək  ət-Tusinin  ordusunu  məğlub  edir. 
830-cu  ildə  digər  sərkərdə  -  İbrahim  ibn  əl-Leys  xürrəmilərin  üstünə  göndərilir, 
lakin o da məğlub olur. 
Məğlubiyyətlər  xilafətdə  çaşqınlıq  yaradır  və  Babək  təşəbbüsü  əlinə  alır. 
Onun qoşunları hücum əməliyyatları keçirməyə başlayır. Albanlar yaşayan Şimali 
Azərbaycan  əhalisi  də  Babəkə  qoşulur.  830-cu  ildə  xürrəmilər  Həmədan  şəhərini 
tutur  və  bunun  nəticəsində  xilafətin  şərq  vilayətlərinin  mərkəzdən  qoparılması 
təhlükəsi yaranır. Cəzirə, Suriya və Misirdə xalq üsyanları başlayır. 
Yeni  xəlifə  əl-Mötəsim  yeni  qoşunlar  tərtib  edir  və  onların  tərkibində 
türklər çoxluq təşkil edir. Artıq 833-cü ildə İshaq ibn İbrahimin başçılıq etdiyi ərəb 
qoşunları  Həmədan  yaxınlığında  Nəsr  adlı  sərkərdənin  başçılıq  etdiyi  xürrəmi 
qoşunlarının  məğlub  etməyə  müvəffəq  olur.  Xəlifə  Kiçik  Asiyada  Bizansa  qarşı 

27 
 
aparılan  müharibəni  dayandırır.  O  başa  düşür  ki,  xürrəmilərə  qarşı  mübarizədə 
dövlətin bütün qüvvələri səfərbər olunmalıdır. Ərəb ordusu yüksək səviyyədə silah 
və  döyüş  sursatı  ilə  təmin  edilir.  Türk  süvarilərindən  başqa,  qoşunun  tərkibində 
piyada  hissələrə  geniş  yer  verilir:  qalxandaşıyanlar,  oxçular,  nefatanlar,  yandırıcı 
mərmi  atanlar,  mühəndis-dağ    dəstələri,    qarovul-mühafizə  hissələri.  Paytaxt 
Samirə  şəhəri  ilə  cəbhə  arasında  rabitə  xəttinin  yaradılmasına  böyük  diqqət 
yetirilir.  Bütün  yolboyu  qarovul  məntəqələri  qurulur.  İlk  dəfə  rabitə 
göyərçinlərindən istifadə edilməyə başlayırlar. 
835-ci  ilin  yayında  Afşin  Heydər  ibn  Kavus  ərəb  qoşununun  komandanı 
təyin edilir. Bizansla aparılan döyüşlərdə fərqlənən Afşin əslən Usruşana (Fərqanə) 
türklərindən  olmuşdur.  Bölgəyə  gələn  kimi  o,  Zəncan  ilə  Ərdəbil  arasında  olan 
yolları və yolboyu istehkamları bərpa edir, əvvəlcə Ərdəbildə, sonra isə Bərzənddə 
qərargah  qurur.  Bərzənddən  Bəzzə  qədər  olan  məsafə  50  km-dir.  O,  əsas  diqqəti 
kəşfiyyat 
xidmətinin 
fəaliyyətinə 
və 
xürrəmi 
kəşfiyyatçılarının 
zərərsizləşdirilməsinə  yönəldir.  Xürrəmilər  ətrafında  istehkamlar  zolağı  yaradılır. 
Babək  belə  şəraitdə  partizan  xarakterli  əməliyyatlara  keçir  və  xırda  kəskin 
zərbələrlə ərəblərin hərəkət sürətini azaldırdı. İşlərin belə getdiyini görən bəzi yerli 
feodallar xürrəmilərə xəyanət edib bu dəfə ərəblərin tərəfinə keçməyə başlayırlar. 
Belə ki, Təbriz şəhəri və Şahı qalasının sahibi feodal əl-Baisin xəyanəti nəticəsində 
bir xürrəmi dəstəsi ərəblər tərəfindən mühasirəyə alınaraq məhv edilir. 
835-ci  ildə  xürrəmilər  ərəblərin  silah  və  sursat  karvanlarına,  xırda 
dəstələrinə  hücumlar  edir,  ərzaq  karvanlarını  ələ  keçirirlər.  Xürrəmi  sərkərdəsi 
Tərxanın  iki  iri  ərəb  karvanını  məhv  etməsi  ərəblərə  böyük  zərər  vurur.  Babəkin 
hücumları isə elə gözlənilməz olurdu ki, bəzi hallarda Afşin döyüşçülərinə gecə də 
atlardan düşməməyi əmr edirdi. 
Yerli şəraitdən məharətlə istifadə edən və dağ müharibəsinin qanunlarını 
mükəmməl bilən xürrəmilər dağlıq ərazilərdə daim qalıb gəlirdilər. Nəticədə Afşin 
sərkərdələrinə  əsas  qüvvələrdən  aralanıb  dağlara  hərəkət  etməyi  qadağan  edir. 
Buna  baxmayaraq  836-cı  ildə  Həştadsər  dağı  yaxınlığında  Babək  növbəti 
qələbəsini  qazanır.  O,  Buğa  əl-Kabirin  5  minlik  qoşununu  məhv  edir.  837-ci  ildə 
yeni türk süvari hissələri ilə möhkəmləndirilən Afşin həlledici hücumlara başlayır. 
Onun  Babəklə  danışıqlar  aparmaq  cəhdi  Babək  tərəfindən  qətiyyətlə  rədd  edilir. 
Afşin  Babəkin  əsir  düşmüş  oğlunun  əli  ilə  yazılmış  və  təslim  olmağa  çağıran 
məktubu Bəzzə göndərir. Cavab məktubunda Babək ona belə yazır: "40 il qul kimi 
yaşamaqdansa, bir gün azad yaşamaq daha üstündür". 
837-ci  ilin  yayında  ərəblər  Bəzzə  tam  yaxınlaşır  və  onu  mühasirəyə  alır. 
Xürrəmi  qoşunlarının  pusqu  yerini  öyrənən  Afşin  bu  dəstəni  məhv  edir.  Bundan 
sonra ərəblər atma qurğular və neftatan döyüşçülərin köməyi ilə Bəzzin hücumuna 
başlayırlar.  Xürrəmilər  inadla  vuruşurlar,  lakin  qüvvələr  nisbəti  bərabər  deyildi. 

28 
 
837-ci il avqustun 27-də Bəzz qalası süqut edir. Babək xırda dəstə ilə Arrana doğru 
hərəkət  etməyə  başlayır.  Lakin  əvvəllər  onun  müttəfiqi  olmuş  alban  knyazı  Səhl 
ibn  Smbat  artıq  ərəblərin  tərəfinə  keçibmiş.  Tutulub  ərəblərə  verilən  Babək  və 
onun  qardaşı  Əbdallah  xilafətin  mərkəzi  şəhəri  və  xəlifənin  iqamətgahı  sayılan 
Samirəyə aparılır. 838-ci il martın 14-də xəlifə əl-Mötəsimin iştirakı ilə Babək və 
onun qardaşı əzabla edam olunurlar. Ərəb müəllifləri xüsusi olaraq qeyd edirlər ki, 
Azərbaycanın xalq qəhrəmanı ölümünü mərdliklə qarşılayır. 
Xürrəmilərin  Babəkin  başçılığı  ilə  apardıqları  xalq-azadlıq  müharibəsi 
Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. İrimiqyaslı və qanlı müharibədə o 
zaman  dünyanın  on  güclü  dövlətlərindən  olan  Ərəb  xilafətinə  20  il  müqavimət 
göstərmiş  xürrəmilər  təxmini  hesablamalara  görə  düşmənin  200  mindən  artıq 
döyüşçüsünü  və  onlarca  sərkərdəsini  məhv  etmişdir.  Müharibə  məğlubiyyətlə 
nəticələnsə  də,  Azərbaycanın  azad  edilməsi  üçün  zəmin  yaranmışdır.  Müharibə 
zəncirvarı  reaksiya  əsasında  digər  regionlarda  da  üsyanlar  doğurmuş  və  son 
nəticədə Ərəb xilafətinin parçalanmasına səbəb olmuşdur. 
Babəkin  adı  isə  Azərbaycan  xalqının  istiqlaliyyət  uğrunda  mübarizə 
rəmzinə çevrilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

29 
 
IX  əsrin  II  yarısında  Azərbaycanda 
yaradılmış  feodal  dövlətləri  arasında    ən 
möhtəşəmi Sacilər dövləti olmuşdur. Bu dövlətin 
təməlini Əbu Sac Divdad   qoymuş, böyük oğlu 
Məhəmməd  isə    onun  iqtisadi  inkişafını  təmin 
etmişdir.  Əbu  Sacın  kiçik  oğlu  Yusifin 
hakimiyyət  illəri    Sacilər  dövlətinin    ən  parlaq  
illəri    sayılır.    Güclü    ordu  hesabına    xilafətdən  
asılılığı ləğv etmiş, Bizasn qoşunlarını geri atmış 
Yusif    bütün  Azərbaycanı    öz  hakimiyyəti  
altında  birləşdirmişdir.  Azərbaycandan kənarda 
olan    bir    çox    ərazilər    də  onun  dövlətinə 
birləşdirilmişdir.  
Yusif  927-ci  ildə  islamın  müqəddəs  
şəhərlərinə  hücum  edən    qərməti    təriqəti  ilə 
vuruşmada  həlak olmuşdur.  
Beləliklə,    Yusif  ibn  Əbu  Sac    Azərbaycan  
tarixinə  bütün    Azərbaycan  torpaqlarını  ilk  dəfə 
vahid 
Azərbaycan 
dövləti 
hüdudlarında 
birləşdirən  hökmdar,  görkəmli  sərkərdə  və  
islamın müqəddəs yerləri uğrunda  şəhid  olmuş 
döyüşçü  kimi daxil olub.
 
     Yusif ibn 
Əbu Sac Divdad 
    (912-927) 
Xürrəmilər  üsyanı  və 
onun  ardınca  Ərəb  xilafətini 
bürümüş  digər  üsyanlar  bu 
dövləti  tam  zəiflətmiş  və  IX  əsrin  II  yarısında  onun  parçalanması  ilə 
nəticələnmişdi.  Əvvəllər  ərəb  dövlətinə  daxil  olmuş  ərazilərdə  müxtəlif  feodal 
dövlətləri  yaranmağa  başlamışdı.  Azərbaycanda  da  bir  neçə  belə  dövlət 
yaradılmışdı.  Şirvan  ərazisində  Məzyədilər,  sonra  isə  Kəsranilər  sülaləsi 
Şirvanşahlar  dövlətini  yaratmış,  Arranda  Şəddadilər  sülaləsi  hakimiyyətə  gəlmiş, 
Cənubi  Azərbaycanda  Sacilər,  Salarilər  və  Rəvvadilər  sülalələri  bir-birini  əvəz 
etmişdi. 
Sacilər  sülaləsinin  banisi  "Afşin"  ləqəbli  Əbu-s-Sac  Divdad  türk  əmirləri 
nəslindən  olan  adlı-sanlı  sərkərdə  idi.  Vicdanlı  xidməti  müqabilində  xəlifə 
tərəfindən  dəfələrlə  mükafatlandırılan  sərkərdə  866-cı  ildə  Kufə  şəhəri  və  Məkkə 
yolunun  rəisi  vəzifəsinə  təyin  edilmişdi.  İslam  dünyasında  bu  vəzifə  ən  şərəfli  və 
məsuliyyətli  vəzifələrdən  biri  sayılırdı,  çünki  onu  icra  edən  şəxs  dünyanın  hər 
yerindən  Məkkəyə  gələn  zəvvarların  təhlükəsizliyini  təmin  etməli  idi.  Onun  oğlu 
Məhəmməd  ibn  Əbu  Sac  Məkkə  və  Mədinə  şəhərlərinin  hakimi  təyin  edilmişdi. 
Vəzifə  borcunu  layiqincə  yerinə  yetirdiyi  üçün  Əbu  Sac  yenidən  Azərbaycana 

30 
 
qaytarılmışdı. Ərəb xilafəti parçalandığı dövrdə müstəqil dövlət yaratmağa çalışan 
Əbu  Sac  879-cu  ildə  vəfat  edir.  Atasının  ölümündən  sonra  oğlu  Məhəmməd 
Azərbaycana  qayıdır.  889-893-cü  illər  toqquşmalarından  sonra  Marağada 
möhkəmlənən Məhəmməd artıq tam müstəqil siyasət yeritməyə başlayır. 
Paytaxtı Marağa şəhəri olan Sacilər dövlətinin sərhədləri o zaman qərbdə 
Ani  və  Dvin,  şərqdə  Xəzər  dənizi,  cənubda  Zəncan,  şimalda  isə  Dərbəndi  əhatə 
edirdi.  Azərbaycan  ərazisindəki  xırda  dövlət  qurumları  Sacilərə  vergilər  ödəyirdi. 
Uğurlu  iqtisadi  tədbirlər  həyata  keçirən  Məhəmməd  dövlətinin  iqtisadi 
müstəqilliyini təmin edir, öz pullarını buraxır. 
Sacilər  dövlətinin  ən  parlaq  dövrü  Məhəmməd  ibn  Əbu  Sacın  qardaşı 
Yusif  ibn  Əbu  Sacın  adı  ilə  bağlıdır.  Qardaşının  vəfatından  sonra  hakimiyyətə 
gələn 
Yusifin 
ordusu 
regionun 
ən  qüdrətli  ordusu  hesab  edilirdi. 
Sacilər  dövlətinin  hərb  təşkilatı  öz    sadəliyi  ilə  seçilirdi.  Dövlət  başçısı  baş 
komandan vəzifəsini icra edir, sərləşkər titulunu daşıyan sərkərdə əsgəri qoşun və 
istehkam  qarnizonlarına,  hacib  ol-xass  titulunu  daşıyan  sərkərdə  isə  qvardiya 
dəstələrinə başçılıq edirdi. 
Sacilər  dövlətinin  hərb  sənəti  bir  tərəfdən  regionun  iqtisadi,  sosial  və 
siyasi inkişafından asılı olmuş, digər tərəfdən isə ümum-müsəlman-ümumtürk hərb 
sənəti  ilə  sıx  bağlı  olmuşdur.  Buna  baxmayaraq  Sacilər  ordusunda  bu  dövr 
Azərbaycan  hərb  sənətinə  xas  olan  xüsusiyyətlər  də  vardı.  Türk  və  ərəb  hərb 
sistemlərinin  on  yaxşı  cəhətlərini  öz  qoşunlarında  tətbiq  edən  Yusif  döyüşlərdə 
parlaq qələbələr qazanırdı. 
Yusif  ibn  Əbu  Sac  qısa  müddət  ərzində  Azərbaycan  ərazisində  keçirdiyi 
əməliyyatlar  nəticəsində  iri  feodal  hakimlərini  özünə  tabe  edir,  dövlətin 
birləşdirilməsinə  maneçilik  törədənlər  öldürülürdü.  Beləliklə,  Yusif  ibn  Əbu  Sac 
Azərbaycan torpaqlannı ilk dəfə vahid Azərbaycan dövləti hüdudlarında birləşdirən 
hökmdar olur. Şimali və Cənubi Azərbaycan əvvəllər vahid şəkildə yalnız yadelli 
dövlətlərin  (Sasanilər,  Ərəb  xilafəti)  tərkibində  olmuşdur.  Bütün  Azərbaycanı 
özündə birləşdirən ilk yerli dövlət Sacilər dövləti olmuşdur. 
Öz qüdrətli ordusu ilə Yusif Azərbaycan sərhədlərinə yaxınlaşmağa cəhd 
göstərən Bizans xristian dövlətinin qoşunlarını geri oturdur. 
Azərbaycan  kimi  əhəmiyyətli  coğrafi  mövqeyə  malik  və  böyük  gəlir 
gətirən  ölkənin  əllərindən  çıxmasından  hiddətlənən  və  Yusifin  güclənməsindən 
ehtiyat  edən  ərəb  xəlifələri  Sacilər  dövlətini  dağıtmağa  çalışırlar.  Onlar  müxtəlif 
təxribatlar  törədir,  quldur  dəstələri,  sui-qəsdlər  yolu  ilə  Yusifi  aradan  götürməyə 
çalışırlar.  Bütün  bu  səylər  puça  çıxdıqda  onlar  hərbi  gücə  əl  atmaq  qərarına 
gəlirlər.  Ərəb  qoşunları  Azərbaycan  sərhədlərinə  toplamnağa  başlayır.  Bu  xəbər 
Yusifə çatan kimi sürətlə hərəkət edərək Rey, Zəncan, Əbhər və Qəzvin şəhərlərini 
tutur.  O,  sərkərdəlik  məharəti  göstərərək  7  minlik  ordu  ilə  xəlifə  Xaqan  əl-

31 
 
Müflihinin  20  minlik  qoşununu  məğlub  edir.  Xəlifə  yeni  ordu  toplayır  və  Yusifə 
qarşı  ikinci  ordu  göndərir.  Cənubi  Azərbaycanın  Sərab  şəhəri  yaxınlığında  ağır 
döyüş baş verir. Bu döyüşdə də Yusif qalib gəlir. Qələbələrdən arxayınlaşan Yusif 
ordunu buraxır və xırda dəstə ilə 
Ərdəbilə  yollanır,  lakin  919-cu  ildə  ərəblər  tərəfindən  əsir  götürülür. 
Sacilər dövlətinin başsız qalmasından istifadə edən xəlifə sərkərdə Məhəmməd əl-
Fariqini  böyük  ərəb  qoşunu  ilə  Azərbaycanın  üzərinə  göndərir.  Yusifin  əsir 
düşməsi xəbərini alan Bizans imperatoru da Azərbaycan üzərinə qoşun çəkir. 
Azərbaycan 
böyük  təhlükə  ilə  üzləşir.  Lakin  Yusifin  sadiq 
silahdaşlarından Subuk adlı sərkərdə Sacilər dövlətinin bütün qoşunlarını toplayır 
və  əl-Fariqini  darmadağın  edir.  Daha  sonra  o,  sürətli  yürüş  edərək  Dvin 
istiqamətindən  hücum  edən  Bizans  qoşunlarına  həmlə  edir  və  onlan  geri  oturdur. 
Xəlifə  Azərbaycanı  tuta  bilməyəcəyini  görüncə  Yusiflə  düşmən  deyil,  müttəfiq 
olmaq  istəyir.  O,  Yusifi  həbsxanadan  azad  edir.  Onu  müstəqil  Sacilər  dövlətinin 
başçısı kimi tamyır. Yusif Rey, Qəzvin, Əbhər və Zəncanı öz dövlətinə birləşdirir. 
Daha sonra o, Van gölündən qərbdə yerləşən Ərməniyyə vilayətini tutur. Əslində, 
son  erməni  dövləti  387-ci  ildə  ləğv  edilmişdi;  bu  ərazilər  isə  gah  Sasanilər,  gah 
Bizans, gah da Ərəb xilafəti tərkibinə daxil olurdu. 921-ci ildə Yusif Ərməniyyəni 
ərəblərin əlindən alır. 
Bu dövrdə islamın müqəddəs şəhərlərinə qarşı böyük təhlükə yaranmışdı. 
Ərəbistanda, Bəhreyn ərazisində qərmətilər adı ilə tanınan təriqət meydana gəlmiş 
və  qərmətilər  islamın  müqəddəs  şəhərləri  və  ziyarətgahlarına  hücum  etməyə 
başlamışdılar. Onlar xəlifənin qoşunlarını məğlubiyyətə uğradırlar. Yusif bilirdi ki, 
bir  zamanlar  onun  atası  və  böyük  qardaşı  Məkkə  və  Mədinə  şəhərlərinin 
təhlükəsizliyini  can-başla  təmin  etmişlər.  Odur  ki  qərməti  hücumu  təhlükəsi 
yarananda  o  öz  qoşunlarının  bir  qismi  ilə  cənuba  doğru  yürüş  edir.  Bir  neçə 
döyüşdə  qərmətiləri  geri  atan  Yusif  927-ci  il  dekabrın  sonunda  Kufə  şəhərinin 
qarşısında baş verən döyüşdə ağır yaralanır və islam amalları uğrunda şəhid olur. 
929-cu  ildən  başlayaraq  Sacilər  dövlətini  qulamlar  arasından  çıxan  sərkərdələr 
idarə etməyə başlayır. 
Beləliklə,  Yusif  ibn  Əbu  Sac  Azərbaycan  tarixinə  bütün  Azərbaycan 
torpaqlarını ilk dəfə  vahid  Azərbaycan dövləti  hüdudlarında  birləşdirən hökmdar, 
görkəmli sərkərdə və islamın müqəddəs yerləri uğrunda şəhid olmuş döyüşçü kimi 
daxil olur. 
 
 
 
 
 

32 
 
IX  yüzilliyin  ortalarından    etibarən 
Azərbaycan    mədəniyyəti  sürətlə  inkişaf    etməyə 
başlayır.  Bunun  üçün  əlverişli    tarixi  zəmin 
yaranmışdı.  Əvvəlcə  Sasani  imperiyası,  sonra    isə 
Ərəb xilafəti tərkibində olan Azərbaycan  Yaxın və 
Orta  Şərqin  məşhur  mədəniyyət  ocaqları  ilə  sıx 
qarşılıqlı  əlaqə  saxlamış,  Şərq    mədəniyyətinin 
inkişafında yaxından  iştirak etmişdir.  
Azərbaycan  alimləri  Orta    Asiya    və 
Hindistan 
hüdudlarından 
tutmuş 
Priney   
yarmadasınadək  uzanan  çox  geniş  əraziləri  əhatə 
edən  xilafətin  sərhədləri  daxilində    baş  vermiş 
mədəni  oyanışdı  -    “Müsəlman    intibahında” 
bilavasitə    iştirak  etmişlər.  Xilafətin  süququ 
nəticəsində    Azərbaycanda    başlamış  siyasi  dirçəliş 
həyatın  bütün  sahələrində,  o  cümlədən  elm  və 
mədəniyyətdə öz əksini tapmışdır.  
Bu 
dövr 
görkəmli 
Azərbaycanlı 
alimlərindən    biri  filosof  Bəhmənyar  ibn  Mərzban  
olmuşdur.  
Azərbaycan    tarixində  Bəhmənyar    ibn 
Mərzban    görməkli  mütəfəkkir,  bir    çox  fəlsəfi  və 
etika    əsərlərinin    müəllifi,  orta    əsr    Şərq  
fəlsəfəsinin  inkişafında      böyük  rolu  olmuş  alim 
kimi tanınır.  
 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin