8.5.Çirkab suların neytrallaşdırılması
Maşınqayırma sənayesində ilk növbədə çirkab suları
H
2
SO
4
, HCl, HNO
3
, H
3
PO
4
və başqa turşularda NaOH və KOH
əsaslarında metal duzlarından neytralaşdırılır. Nəticədə suda
olan hidrogen ionları H
+
və hidroksil qrupu OH birləşərək su
molekulu əmələ gətirir.
Çirkab suyun tərkibində əsas reagentin 1m
3
turşunu
(əsasən) neytraldırmasına sərf edilən miqdar aşağıdakı kimi
hesablanır.
m= cm
1
/m
2
burada c – çirkab suyun tərkibində olan turşunun (əsasın)
və ya metal duzlarının qatılığı, kq/m
3
,
m
1
– turşulu (əsaslı) reagentinin mol-kütləsidir,
m
2
– turşu (əsas) və çirkab suların tərkibində olan metal
duzların mol-kütləsi.
Turşu, metal duzları və əsasın molekulyar kütləsi onlara
daxil olan elementlərin molekulyar kütləsinin cəminə əsasən
hesablanır. Neytrallaşmada reagent kimi hər hansı əsas və
onların duzu götürülür (NaOH, KOH, dolomit, mərmər,
maqnezit, soda və s.). Ən ucuz reagent və tapılan reagent
Ca(OH)
2
. Əsas və onların duzları tərkibli çirkab sularını
neytrallaşdırmaq üçün əsasən texniki kükürd turşusundan
istifadə edilir.
8.6.Çirkab suların tərkibinə nəzarət
Texnoloji proseslərin növündən və rejimindən asılı olaraq
sənaye müəssisələrində çirkab suların tərkibi cüzi dəyişə bilər.
Ona görə texnoloji sxemi tərtib etməmişdən əvvəl, axınlarına
nəzarət olunacaq texnoloji prosessləri diqqətlə öyrənmək
lazımdır. Əgər çirkab suyun (tərkibi və sərfi) texnoloji
sənayedə iş müddətində cüzi dəyişirsə, onda çirkab suya
nəzarəti bərabər vaxt ərzində götürülən nümünələrin orta
199
qiymətində aparılır. Əgər çirkab suyun sərfi və tərkibi
müəyyən vaxt təyin olunur. O zaman suyun təmizləmə
qurğusundan keçmə vaxtını nəzərə almaq lazımdır.
Çirkab sudan nümünə poluietilen və ya borosilikat
şüşədən hazırlanmış təmiz qabda götürülür. Götürülmüş
nümünə üzərində analizi 12 saatdan gec olmayaraq aparmaq
lazımdır. Əks halda böyük vaxt ərzində çirkab sudan
götürülmüş nümünədə bəzi dəyişiklər baş verə bilər. Çirkab
suların
tərkibinə
nəzarət
üçün
suyun
orqanolentika
göstəricilərinin ölçülməsi, H
+
ionlarının qatılığı, kobuddispersli
maddələrin saxlanması, oksigenin kimyəvi mənimsənilməsi
(OKM), suda həll olmuş oksigenin miqdarı, oksigenin
biokimyəvi mənimsənilməsi (ОBМ). BBQ-nın (buraxıla bilən
qatılıq) normalaşmış zərərli maddələrin qatılığının ölçülməsi
aparılır.
Çirkab suların tərkibinin analizində orqanolentiki
göstəricilərdən ikisinə - rəngə və iyə nəzarət edilir. Suyun
rəngini müxtəlif dalğa uzunluğunda işığın spektrofotometrdə
optiki sıxlığını ölçməklə müəyyən edirlər.
Çirkab suyun götürülmüş nümunəsi əvvəlcə 2 saat
çökdürülür, filtrdən keçirıldikdən sonra 10 mm qalınlıqda
xüsusi
küveytə
tökülür.
Rəngi
fotometr
və
ya
elektrofotokolorimetrin köməyi ilə təyin edilir. İyə nəzarət
keyfiyyət xarakteri daşayır. Belə analiz ya otaq temperaturun
da ya da kolbada suyu 320-340
0
K qızdırmaqla aparılır.
H
+
ionlarının qatılığı pH ilə köstərilir. Çirkab sularında
pH miqdarı elektrometriki üsulla təyin olunur.
Ölkə sənayesində ЛП-5, МТ-58, ЛПУ-01 və başqa
markalı pH-metrlər buraxılır.
Çirkab sularda kobud dispers qarışıqların təyinində
mexaniki qarışıqların qatılıqlarını və hissəçiklərin fraksiya
tərkibini ölçüllər. Ondan ötrü çirkab suların nümünəsini xüsusi
filtr elementlərindən keçirdikdən sonra “quru” çöküntünün
200
miqdarını ölçüllər. Bu xüsusiyyətlərdən başqa dövri olaraq
mexaniki qarışıqların üzmə (çökmə) sürətini hesablayır.
OKM ölçüsü güclü oksidləşdiricilərlə reaksiyasında suda
reduksiya edicinin ümumi tərkibi ilə xarakterizə olunur.
OKT (oksigenin kimyəvi tələbatı) – suda olan bütün
reduksiya edicilərin oksigenləşdirmək üçün lazış olan
oksigenin miqdarı ilə xarakterizə olunur.
İstehsalatda çirkab suların oksidləşməsi sulfat turşusunun
kalium dixromat məhlulunda aparılır. OKT ölçülməsi iki qrup
üsulla aparılır: uzun müddətli vaxt ərzində yüksək dəqiqliklə
aparılan arbitraj üsul və sürətli üsul. Bu üsul gündəlik
analizlərdə tətbiq edilir.
Çirkab sularda həll olmuş oksigenin miqdarını axırıncı
təmizləmə prosesindən sonra su tutumuna tökülməsindən əvvəl
ölçülür. Bu həm suyun korroziya etmək xassinə qiymət
verməyə, həmdə oksigenin bioloji mənimsəməsinin təyin
etməyə imkan verir.
Həll olmuş oksigenin kiçik qatılıqlarında kaloriki
üsulundan istifadə esilir. Suda həll olmuş oksigenin qatılığını
avtomatiki təyin etmək üçün aşağıdaki cihazlardan istifadə
edilir: ЭГ 152-0,03; 0 – 0,01 kq/m
3
; АКП-1 0-0,01 və 0,04-
0,02 kq/m
3
və “oksimetr” 0-0,01 və 0,01-0,02 kq/m
3
hədlərində.
OBKT (oksigenin biokimyəvi tələbatı) – suda baş verən
bioloji proseslər nəticəsində 1 litr çirkab suda olan üzvü
maddələrin aerobik oksidləşməsi üçün lazım olan oksigenin
miqdarı tutulur. OBKT vaxt ərzində həll olmuş oksigenin
miqdarının dəyişməsi analizi əsasında hesablanır. O da, öz
növbəsində, çirkab su nümünəsində olan üzvü maddələrin
göstərilən vaxt ərzində oksidləşməsinə sərf olunan oksigenin
miqdarını göstərir.
Çirkab suların təmizlənməsi texnoloji sxeminin müxtəlif
pillələrində zərərli maddələrin qatılığını ölçən BBQ ilə təmin
201
olunur. BBQ su hovuzundan əvvəl axırıncı təmizlənmə
pilləsini yoxlayır.
Dostları ilə paylaş: |