193
Yağ tutucularının hesabı üçün yağ məhsullarının üzmə
sürətini və çirkab suların sərfini bilmək lazımdır. Onda bu
hesab tutucunun geometrik ölçülərini və çirkab suların çökmə
vaxtını tapmağa imkan verir.
Maşınqayırma sənayesində yağ tərkibli çirkab suları
təmizləmək üçün, məsələn metalkəsici dəskahlarda axan
soyuducu mayeni təmizləmək üçün xüsusi reagentlərdən
istifadə edilir.
Belə reagentlər kimi Na
2
CO
3
; H
2
SO
4
, NaCl, Al
2
(SO
4
)
3
qarışığından istifadə edilir.
Yüksək özülüklü vö böyük sıxlığa malik olan çirkab
suların yağ qarışığından təmizləmək üçün hidrosiklonlardan
istifadə edilir. Çirkab suların flotasiya üsulu ilə təmizlənməsi
çirkab suya verilmiş hava qabarcıqları ilə yağ məhsullarının
suyun üzərində üzməsinin təmini ilə müəyyən edilir. Bu proses
yağ hissəciklərinin sudakı hava qabardıcıları ilə molekulyar
birləşməsinə əsaslanır. Əmələ gəlmiş “hissəcik – hava
qabardıcıları” bir biri ilə toqquşma intensivliyindən, sudakı
maddələrin qarşılıqlı kimyəvi əlaqəya girməsindən, çirkab suda
olan havanın təzyiqindən və s. asılıdır.
Hava qabardıcılarının əmələ gəlmə üsulundan asılı olaraq
bir neçə növ flotasiya var: pnevmatik, təzyiqli, köpüklü,
kimyəvi, bioloji, elektrik və s.
Ən çox təmizləmə sistemində istifadə olunan təzyiqli
flotasiya qurğusudur (şəkil 8.5).
Dostları ilə paylaş: