ŞAHİN ƏHMƏdov


Antropogen istehsal amili (AİA)



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə6/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   2   3   4   5   6   7   8   9   ...   107
Mühəndis-ekologiyası

Antropogen istehsal amili (AİA)
– 
bilavasitə istehsal 
prosesində məşğul olan insan sağlamlığında neqativ 
dəyişmələr yaratmağa qadir olan amillərdir.
Bu amilləri müxtəlif əlamətlərə görə təsnifatlandırmaq 
olar. 


11 
Öz təbiətinə görə AİA fiziki, kimyəvi, bioloji, 
psixofizioloji ola bilər. 
Öz təsirinə görə AİA aşağıdakılara bölünür: 
zərərli
– təsiri müəyyən şəraitlərdə işləyən insanların 
xəstələnməsinə və ya əmək qabiliyyətlərinin aşağı düşməsinə 
səbəb olan AİA ( məs: səs, vibrasiya, elektromaqnit sahələri ); 
təhlükəli
– təsiri müəyyən şəraitlərdə işləyən insanların 
zədələnməsinə və ya sağlamlığının kəskin pisləşməsinə səbəb 
olan AİA ( məs: elektrik cərəyanı, müəyyən konsentrasiyalı 
qaz şəkilli xlor, səs, vibrasiya və s. ); 
xüsusi təhlükəli
– təsiri müəyyən şəraitdə sənaye 
qəzalarına səbəb olan AİA ( ionlaşdırıcı şüalanma, yanğın, 
partlayış, küllü miqdarda qaz şəkilli xlor tullantısı ). 
Beləliklə, mühəndis ekologiyasının tədqiqat predmeti 
sənaye – təbii sistemlərdə, müxtəlif səviyyəli “insan-istehsal 
obyekti-ətraf mühit” kimi ekoloji sistemlərdə texnoloji və təbii 
proseslərin qarşılıqlı əlaqəsidir. 
Sənayenin bəzi sahələri var ki, on illərdir ətraf mühitin 
antropogen çirklənməsində lider rolu oynamaqda davam edir. 
Ekoloji vəziyyətin formalaşmasında ən çox neqativ təsir 
elektroenerji sektorundan daxil olur. 
“İnsan - ətraf mühit” sistemi qapalıdır, ondakı balansın 
ixtiyarı pozuntusu faciəli nəticələrə gətirib çıxara bilər. 
Məsələn, 
təkamül 
prosesində 
təbiətdə 
istilik 
balansı 
yaranmışdır ki, bu da enerjinin üzvi birləşmələrdə yığılması və 
onun istilik şəklində səpilməsi ilə müəyyən olunur. 
Günəş enerjisinin üzvü birləşmələrə çevrilməsilə 
başlanan avtotrof bitkilərdən fərqli olaraq, insan üzvü 
maddələrdən istifadə edir. Onları yandırır və toplanmış enerjini 
istiliyə çevirir. Enerji sərvətlərini hasil etdikdə, insan torpağın 
bioloji tərkibini dağıdır və onun deqrqdasiyasına səbəb olur. 
Təbii sərvətlərdən istifadə etdikdə, insanın təsərrüfat fəaliyyəti 
olduqca effektsizdir. 


12 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin