ŞAHİN ƏHMƏdov


 Atmosfer çirkləndiricilərinin ümumi xarakteristikası



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə16/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   12   13   14   15   16   17   18   19   ...   107
Mühəndis-ekologiyası

2.6. Atmosfer çirkləndiricilərinin ümumi xarakteristikası
Atmosfer təbii və antropogen mənbələrdən ayrılan 
müəyyən komponentlərlə çirkləndirilir. 


44 
Təbii mənbələrə misal olaraq vulkan və kosmik mənşəli 
tozlar, yer səthindən ayrılan tozları, dəniz duzlarının hissələri, 
duman, meşə və səhralarda baş vermiş yanğınların tüstülərini, 
vulakn mənşəli qazları, bitki, heyvanat aləmi və mikrobioloji 
mənşəli maddələri göstərmək olar. Adətən, təbii mənbələrlə 
atmosferin çirklənməsi fon səviyyəsi adlanır və zamandan asılı 
olaraq az deyişir. 
Antropogen mənbələr insanın həyat fəaliyyəti ilə 
əlaqədardır 
və 
növlərinin, 
mənbələrinin 
çoxluğu 
ilə 
səciyyələnir. Məsələn, ağır və nadir metalların aerozolları, 
sintetik birləşmələr, radioaktiv, konserogen, bakteroloji 
maddələr və s. Sənayenin inkişafı ilə yanaşı belə mənbələrdən 
ayrılan tullantılar artır. Xüsusi ilə sənaye istehsalının, 
energetikanın və nəqliyyatın sürətlə inkişafı ilə əlaqədər olaraq
bu problem daha kəskin xarakter daşayır. 
Ölkəmizdə atmosferin çirklənməsi əsasən aşağıdakı 
sənaye sahələrini hesabına baş verir: 
-
istilik energetikası – 27% 
-
qara və əlvan metallurgiya – 24,3 və 10,5% 
-
neft və qaz çıxarılması və neft kimyası – 15,5% 
-
avtonəqliyyat – 13,5% 
-
tikinti materialları müəssisələri – 8,1% 
-
kimya sənayesi – 1,3% 
Atmosferi ən çox çirkləndirən maddələr aşağıdakilərdir: 
-
karbon oksidi CO 
-
kükürd anhidridi SO
2
-
azot oksidləri NO 
x
(əsasən NO
2

-
karbohidrogenlər C
n
H
m
-
tozlar 
Bunlardan 
əlavə 
əlektron 
sənayəsində 
zavodların 
vensilyasiya tullantılarının tərkibində müxtəlif turşuları və 
üzvü həlledicilərin buxarları olur (xlor, kükürd turşuları və 
digər mineral turşular). 


45 
DUST üzrə qaz və ya buxar hallında olan (CO, SO
2
, N, 
Ci və s.) maye halında olan (turşular, qələvilər, duzların 
məhlulları, maye metalların və s.) və bərk halda (konserogen 
maddələr, qurğuşun birləşmələri, üzvi və qeyri üzvü tozlar, his 
və s.) atmosfer çirkləndiriciləri qeyd olunur. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin