Саьламлыг  здоровье



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə5/29
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13698
1   2   3   4   5   6   7   8   9   ...   29

 
 
YENĠYETMƏ QIZLARDA YUMURTALIQLARIN POLĠKĠSTOZU 
SĠNDROMUNUN MÜASĠR DĠAQNOSTĠKA ÜSULLARI 
 
Kamilova N.M., Məstiyeva E.A. 
 
Azərbaycan Tibb Universiteti, I mamalıq-ginekologiya   
kafedrası, Bakı. 
 
Yumurtalıqların polikistozu sindromu (YPKS) ginekoloji endokrinologiya və 
reproduktologiyanın  ən  aktual  və  öyrənilən  problemlərindən  biri  olaraq 
qalmaqdadır [1].  
Avropa  meyarlarına  görə,  YPKS-nın  yayılması  15%  təĢkil  edir.  Endokrin 
sonsuzluğu olan xəstələr arasında YPKS 53-73% hallarda rast gəlir, sonsuz nikah 
struktrunda isə bu patologiya 20-22% təĢkil edərək, 5-6-cı yerdə durur [2,3]. 
Polikistoz  yumurtalıqlar  sindromunun  öyrənilməsi  80  ildən  artıq  müddət 
davam  etsə  də,  onun  patogenizinin  mexanizmləri  aydın  olmadığından,  müxtəlif 
elmi  məktəblər  və  ölkələrin  müxtəlif  ixtisas  nümayəndələri  arasında  YPKS-nın 
klinik, diaqnostik və təsnifat izahları arasında əhəmiyyətli fərqlər meydana çıxmıĢ-
dır [4,5]. 
Tədqiqatçıların  çoxu  hesab  edir  ki,  YPKS  xronik  anovulyasiya,  hiper-
androgeniya,  piylənmə,  qonadotrop  funksiyanın  pozulması,  yumurtaqların 
ölçüsünün  böyüməsi  və  onların  morfoloji  strukturunun  xüsusiyyətləri  ilə 
xarakterizə olunan heterogen patologiyadır [1,3]. Bununla belə, piylənmə YPKS-ya 
xəstələrin  yalnız  35-60%-də  rast  gəlinir  və  piylənməsi  olan  qadınların  heç  də 
hamısında hormonol pozulmalar olmur [5,6]. 
Bəzi  tədqiqatçılar  xəstəliyin  üç  formasını  ayırd  edirlər.  Onlara:  yumur-
talıqların  polikistozu  sindromunun,  müəyyən  dərəcədə  həqiqi  ġteyn-Levental 
sindromunun ilkin Ģərhinə uyğun olan ovarial hiperandrogeniyalı tipik formasını, 

 
xəstəliyin  yumurtalıq və böyrəküstü vəzi hipoandrogeniyası fonunda inkiĢaf edən 
qarıĢıq  formasını,  həmçinin  hipotalamohipofizar  sistemin  nəzərə  çarpan 
dəyiĢiklikləri olan mərkəzi formasını aid edirlər [1].  
Son  illərdə  YPKS-nın  yeniyetmələr  arasında  tez-tez  rast  gəlinməsi  diqqəti 
cəlb edir, bununla bağlı xəstəliyin daha erkən diaqnostikası və vaxtında müalicəsi 
məsələləri çox zəruridir. 
Bütün  sadalananlar  bizi  YPKS  zamanı  endokrin  pozulmaların  səmərəli 
müalicə taktikasının seçilməsinə yönəlmiĢ tədqiqatı aparmağa sövq etdi. 
Tədqiqatın  məqsədi  yumurtalıqların  polikistozu  sindromu  olan  cinsi 
yetiĢkənlik dövründəki qızlarda endokrin-metabolik pozulmaların diaqnostikası və 
onların korreksiyası metodlarının optimallaĢdırılmasından ibarətdir. 
Tədqiqatın  material  və  metodları.  Tədqiqat  2010-2012-ci  illər  ərzində 
Azərbaycan Tibb Universitetinin  I mamalıq və ginekologiya kafedrasında müalicə 
alan  14-18  yaĢ  arasında  112  YPKS-lı  yeniyetmə  qız  müayinə  olunmuĢdur. 
Tədqiqatın materialı kimi klinik müĢahidələr, siyası xəritələr, əsas və əlavə müayinə 
metodlarının nəticələri istifadə olunmuĢdur. 
Aparılan  müalicənin  metodikasından  asılı  olaraq  xəstələr  2  qrupa 
ayrılmıĢdır.  I  qrup  (əsas)  –  PKY  olan  və  kompleks    müalicəsinə  Utrojestan  daxil 
edilən  70  xəstə.  II  qrup  (müqayisə  qrupu)  –  analoji  yaĢda  olan,  normal  fiziki  və 
cinsi  inkiĢaf  göstəricilərinə  malik  və  hiperandrogen    simptomları  olmayan  və 
ümumi qəbul olunmuĢ müalicə alan 40 praktik sağlam qız.  
Birinci  mərhələdə  112  qızın  anasının  hamiləliyinin  və  doğuĢunun    gediĢi 
haqqında  anamnestik  göstəricilər  öyrənilmiĢdir.  Ġkinci  mərhələdə  yumurtalıqların 
polikistoz  sindromu  olan  112  qızda  fiziki,  cinsi  xüsusiyyətlər,  reproduktiv 
sistemin  funksional  vəziyyəti  öyrənilmiĢdir.  Tədqiqata  daxil  edilmə  meyarı  YPKS 
diaqnozunun  meyarları  haqqında  Konsensusun  göstəricilərinə  əsaslanmıĢdır 
(Rotterdam, Niderland, 2003, yenidən baxılmıĢdır). 
Ə
sas və müqayisə qruplarında orta yaĢ həddi (М±m) 15-16 yaĢ olmuĢdur. 
Onların  yaĢ  həddi  pubertatın  I  və  II  fazalarının  göstəricilərinə  əsasən  cinsi 
inkiĢafın  III,  IV,  V  dərəcələrinə  uyğun  olmuĢdur.  Müayinə  olunanların  60,2%-  i 
pubertat yaĢda olmuĢdur.  
Tədqiqat  ərzində  ümumi  baxıĢ,  fiziki  və  cinsi  inkiĢafın  qiymətləndirilməsi 
(Ма, Р, Ах, Ме), dərialtı piyin paylaĢdırılması tipinin təyini, uĢaqlıq yolu bioseno-
zunun  qiymətləndirilməsi  aparılmıĢ,  hormonal    və  exoqrafik  göstəricilər  öyrənil-
miĢdir. 
Venoz  qan  plazmasında  aĢağıdakı    hormonal  göstəricilər  təyin 
olunmuĢdur: 
immunoferment 
metodlarla 
ümumi 
testosteron 
(nq/ml), 
follikulstimullaĢdırıcı  hormon  (FSH),  lüteinləĢdirici  hormon  (LH),  progesteron, 
estradiol, prolaktin, kortizol. 
USM Medison sonoace R3
 
aparatında tezliyi 3,5 və 5 MHs olan  transabdo-
minal ötürücüdən  istifadə etməklə aparılmıĢdır.  
Müalicə  metodları.  Əsas  qrupda  reproduktiv  pozuntuların  korreksiyası 
metodu  olan  ―Utrojestan‖  (Besen  Laboratories,  Fransa)  hormonal  preparatı 
kapsullarda  (X100  td)  gündə  2  dəfə  3-6  ay  ərzində  təyin  edilmiĢdir.  Hormonal  və 
exoqrafik göstəricilərdən asılı  olaraq, aybaĢı tsiklinin 5-ci günündən 25-ci gününə 
kimi və ya 16-cı günündən 25-ci gününə kimi qəbul edilirdi.  
Tədqiqatın  nəticələrinin  statistik  təhlili.  Nəticələr  orta  riyazi  hədd  (M), 
standart  kənara  çıxma,  orta  riyazi  həddin  xətaları  (m)  təyin  olunmaqla,  statistik 
iĢlənmiĢdir.  Disperslərin  eynicinsliyi  FiĢer  meyarı  ilə  müəyyən  olunmuĢdur.  Ġki 
orta  həddin  bərabərliyi  fərziyyəsi  Styudentin  t-meyarı  və  qeyri-parametrik 
paylaĢdırma üçün  Mann-Uitni meyarı  vasitəsilə hesablanmıĢdır. Nəticələr р<0,05 
olduqda  statistik  əhəmiyyətli  hesab  olunmuĢdur.  Statistik  iĢləmələr  Microsoft 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
38 
Ģirkətinin  Exсel  proqramı  və  Statistica  6,0  proqramından  istifadə  olunmaqla 
həyata  keçirilmiĢdir.  Patologiyanın  formalaĢmasına  təsir  amilləri  Statistica  6,0 
paketinin  çoxfaktorlu  dispers  təhlilindən  istifadə  edilməklə,  qiymətləndirilmiĢdir 
[7]. 
Tədqiqatda  14-18  yaĢ  arası  112  yeniyetmə  qızın  müayinəsi  aparılmıĢdır. 
Birinci  mərhələdə  112  qızın  anasında  hamiləliyin  və  doğuĢun    gediĢini  haqqında 
anamnestik  göstəricilər  toplanmıĢdır.  Ġkinci  mərhələdə  112  yeniyetmə  qızın  fiziki, 
cinsi reproduktiv vəziyyətin funksional vəziyyətlərinin  xüsusiyyətləri öyrənilmiĢdir.  
Ə
sas  qrupda  diaqnostik  meyarlara  uyğun  olaraq  (72(100%))  aĢağıdakı 
yarımqruplar ayrılmıĢdır:  
Ə
sas  qrupda  xəstələrin  əksəriyyətində  (62%),  müqayisə  qrupunda  isə  37 
(92,5%)  nəfərdə  FP  qeydə  alınmıĢdır.  Əsas    qrupda  puberxenin  orta  yaĢ  həddi 
10,5±0,8 yaĢ təĢkil etmiĢ və dürüst aĢağı olmuĢdur  (р<0,07). 
Ə
sas qrupda telarxe müqayisə qrupuna nisbətən tez baĢlamıĢdır. Belə  ki, 
müqayisə  qrupunda  telarxenin  orta  yaĢ  həddi  10,2±1,7  təĢkil  etmiĢ  və  əsas 
qrupda telarxenin orta yaĢ həddinə – 9,8±1,8 nisbətən dürüst yüksək  olmuĢdur 
(р<0,05). 
Tərəfizmidən müayinə olunan xəstələr arasında süd vəzilərinin daha erkən 
inkiĢafı  (vaxtından  əvvəl  telarxe)  3(1,3%)  xəstədə  7  yaĢında  qeydə  alınmıĢdır. 
Erkən  telarxe  7-9  yaĢlarında  13(18%)  xəstədə  müĢahidə  edilmiĢdir.  Əsas  qrupda 
ə
ksər  xəstələrdə  -  47  (65,2%)  nəfərdə  -  döĢlərin  böyüməsi  10-11  yaĢlarda 
baĢlamıĢdır,  beləliklə,  bu  göstərici  ədəbiyyat  məlumatlarından  fərqli  olmamıĢdır. 
Telarxenin  gec  baĢlanması  9(12,5%)  xəstədə  12  yaĢa  təsadüf  etmiĢdir  ki,  bu  da 
yumurtalıqların funksiyasının aĢağı düĢdüyünü göstərir.  
Ə
sas  qrupda  menarxenin  orta  yaĢ  həddi  14,2±0,8  yaĢ  təĢkil  etmiĢ  və 
müqayisə  qrupundakı  menarxenin  orta  yaĢ  həddinə  nisbətən  aĢağı  olmuĢdur, 
lakin tərəfəmizdən dürüst fərqlər aĢkar edilməmiĢdir. 
Ə
sas qrup xəstələrdə aybaĢının erkən baĢladığı dövr - 10 yaĢ - 4 (5,5%), 16 
yaĢ - 7(9,7%) nəfərdə qeydə alınmıĢdır. Hər iki müayinə qrupunun əksəriyyətində -
81(73,0%)  nəfərdə  -  11-14  yaĢlarda  aybaĢı  baĢlamıĢdır.  Anamnestik  göstəricilər 
dəqiqliklə toplandıqda, biz bu göstəricilər və həyat Ģəraiti, sosial-iqtisadi vəziyyətin 
pisləĢməsi,  tez-tez  stress  vəziyyətlər,  ağırlaĢmıĢ    perinatal  anamnez,  cinsi 
yetiĢkənlik  zamanı  tez-tez  xəstələnmələr,  müxtəlif  dərman  preparatlarının  tətbiq 
olunması və s. arasında qarĢılıqlı əlaqəni aĢkar etdik. 
Hər  iki  qrupdan  36  xəstədə  hirsutizmin  sərhəd  səviyyəsi  qeyd  olunub. 
38(%)  xəstədə  hirsut  rəqəmin  normal  göstəricisi,  12(%)  nəfərdə  isə  sərhəd  həddi 
qeydə alınmıĢdır.  
Düzgün  olmayan  pubertat,  cinsi  inkiĢaf  mərhələləri  üzrə  ikincili  cinsi 
ə
lamətlərin  formalaĢması  (erkən  telarxe,  erkən  pubarxe,  gec  menarxe,  eləcə  də 
uĢaqlıq dövründə təcrid olunmuĢ tranzitor telarxe) YPKS üçün diaqnostik əlamət 
hesab olunur. Əsas qrupda hirsut rəqəm 6,7±0,1 bala müvafiq olmuĢ və müqayisə 
qrupundakı  eyni  göstəricilərlə  (6,9±0,5  bal,  р>0,01),  demək  olar  ki,  bərabər 
olmuĢdur. 
Anamnez  göstəricilərindən  müayinə  olunan  xəstələrdə  keçirilmiĢ  infek-
siyaların  və  ümumi  terapevtik  iltihabi  xəstəliklərin  yüksək  tezliyi  məlum 
olmuĢdur, bu da yüksək infeksion indeksin olduğunu göstərir. 
Xəstəliklər  arasında  müxtəlif  orqan  və  sistem  xəstəlikləri  üstünlük  təĢkil 
edir. Müayinə olunan xəstələrin anamnezində uĢaq infeksiyaları (100%) üstünlük 
təĢkil  etmiĢdir,  xəstələrin  somatik  sağlamlığı  qiymətləndirildikdə,  hər  iki  qrupda 
xronik qastroduodenit (28,5%), ürək-damar xəstəlikləri (14,2%), xronik pielonefrit 
(25,8%),  I-II  dərəcəli  dəmirdefisitli  anemiya  (87,5%),  36(32,1%)  xəstədə  həzm 
sistemi orqanlarında xəstəliklər aĢkar edilmiĢdir. 

 
Beləliklə,  cinsi  yetkinləĢmə  dövrü  hər  iki  qrupda  somatik  statusun 
pozulması  ilə  ağırlaĢmıĢdır  ki,  bu  da,  qızlarda  qastroenteroloq,  nefroloq  və 
kardioloqlarla birlikdə ümumi sağlamlaĢdırıcı tədbirlərin aparılmasını tələb edir. 
Ailə,  sosial  anamnezin  təsirini  aĢkar  etmək  üçün  ananın  anamnestik 
göstəriciləri ətraflı Ģəkildə toplanmıĢdır.  
Müayinə  qruplarının  əksəriyyətində  xəstələr  tam  ailələr  olmuĢdur–104 
(92,8%) nəfər. Əsas qrupda ailə 44% qızda tam, 27%-də – yaxĢı maddi vəziyyətdə 
(müqayisə qrupunda müvafiq olaraq 87% və 82%) olmuĢdur. 
Tərəfimizdən aĢkar olunmuĢdur  ki, müayinə  olunan  qruplarda anaların 
ə
ksəriyyəti orta təhsilli olmuĢdur. 
Növbəti  mərhələdə  əsas  və  müqayisə  qruplarında  qızların  analarının 
anamnezi toplanmıĢdır. Müayinə olunanların əksəriyyətinin analarında ağırlaĢmıĢ 
anamnestik status qeydə alınmıĢdır. 
Vegetativ-damar  pozuntuları  əsas  qrupda  11  (15,2%)  qızda  qeydə  alın-
mıĢdır  ki,  bu  da  müqayisə  qrupundakı  göstəricilərdən  dürüst  fərqlənməmiĢdir 
(17,5%).  Əsas  qrupda  qızların  analarında  mədə-bağırsaq  traktı  xəstəliklərinin 
yüksək  tezliyi  də  diqqəti  cəlb  edir.  Demək  olar  ki,  hər  qızın  anasında  ginekoloji 
xəstəlik olmuĢdur. 
Qeyd  etmək  lazımdır  ki,  34  (47,2%)  nəfərdə  reproduktiv  funksiyada 
funksional  pozuntular:  11  (15,2%)  nəfərdə  hipomenstruasiya  sindromu  tipi  üzrə 
aybaĢı  tsikli  pozuntuları,  7-də  (9,7%)  –  gec  menarxe,  2-də  (2,7%)  –  mioma,  10 
(13,8%)  nəfərdə  isə  erkən  klimaks  qeydə  alınmıĢdır.  Bu  da  əsas  qrup  qızlarının 
analarında patoloji funksional tənzimləmə sisteminin olduğunu göstərir (р<0,001).  
Tərəfimizdən  aĢkar  edilmiĢdir  ki,  əsas  qrupda  29  (40,2%)  qadında 
hormonal  tənzimləmədə  pozuntular  olmuĢdur.  Bundan  baĢqa,  bir  sıra  hallarda 
xarakterik konstitusional pozuntuların olduğu aĢkar edilmiĢdir. Belə ki, android 
morfotipi  üzrə  əlamətlər  7  (9,7%),  infantil  əlamətlər  isə  9  (12,5%)  nəfərdə  qeydə 
alınmıĢdır.  24  (33,3%)  qadında  hirsutizm,  bal  Ģkalası  üzrə  intensiv  tüklənmə 
(19,6±3,1 bal) qeydə alınmıĢdır.  
Beləliklə,  müayinə  olunan  qızların  analarının  ümumi  və  reproduktiv 
sağlamlığının təhlili nəticəsində məlum olmuĢdur ki, onların əsas hissəsi somatik 
cəhətdən  zəifdir  və  onlarda  müxtəlif  ginekoloji  xəstəliklər  aĢkar  olmuĢdur. 
KeçirilmiĢ  somatik  və  ginekoloji  xəstəliklər  üzrə  toplanmıĢ  ətraflı  anamnez  artıq 
erkən mərhələlərdə aybaĢı tsiklinin, eləcə də yumurtalıqların follikulyar aparatının 
pozulması üzrə risk amillərini təyin etməyə imkan vermiĢdir. 
Daha  sonra  biz  reproduktiv  anamnezi  müayinə  etdik.  Əsas  qrupda  ana-
ların  hamiləlik  zamanı  orta  yaĢ  həddi  23±1,4,  müqayisə  qrupunda  isə  26,3±1,3 
yaĢ olmuĢdur. 38 (52,7%) qadında hamiləlik birinci, 34 (47,2%) nəfərdə isə təkrar 
olmuĢdur.  Analoji  göstəricilər  müqayisə  qrupunda  müvafiq  olaraq  21  (52,5%)  və 
19 (47,5%) yaĢ olmuĢdur. 
Ə
sas qrupda 18 (25%) anada hamiləliyin düĢük təhlükəsi olmuĢdur  ki, bu 
da müqayisə qrupundan 3,3 dəfə az (3 nəfər (7,5%)) olmuĢdur. 97 (86,6%) nəfərdə 
doğuĢ  sərbəst,  15(13,4%)  nəfərdə  isə  cərrahi  yolla  olmuĢdur.  Anaların  sözlərinə 
görə,  Kesar  kəsiyinin  aparılmasına  çox  zaman  döldə  bətndaxili  hipoksiya,  klinik 
dar  çanaq,  doğuĢ  fəaliyyətinin  diskoordinasiyası,  anada  müxtəlif  somatik 
patologiyaların olması səbəb olmuĢdur. 
Anaların 
anamnezinin 
təhlili 
ə
sasında 
tərəfimizdən 
doğuĢların 
xüsusiyyətləri  və  erkən  neonatal  dövrün  gediĢi  təhlil  olunmuĢdur.  Əsas  və 
müqayisə  qrupunda  antropometrik  göstəricilər,  eləcə  də  döĢ  qəfəsinin  çevrəsi  və 
boy  üzrə  dürüst  fərqlər  aĢkar  olunmamıĢdır.  Beləliklə,  yenidoğulmuĢların 
antropometrik göstəriciləri normal göstəricilərə uyğun olmuĢdur [8,9]. 
Gec  toksikoz,  hamiləlik  düĢükləri  təhlükəsi,  patoloji  doğuĢlar,  azçəkili  və 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
40 
çoxçəkili  döllər  kimi  tez-tez  baĢ  verən  ağırlaĢmalar  hipotalamus-hipofiz-
yumurtalıq  sisteminə  zədələyici  amil  ola  bilər.  Bu  patologiyalara  hər  iki  qrupda 
eyni  tezliklə  rast  gəlinmiĢdir.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  süni 
ə
mizdirməyə keçid də cinsi steroidlərin sintezində bir sıra metabolik problemlərin 
yaranmasına gətirib çıxara bilər.  
Laborator  müayinələrin  göstəricilərini  təhlil  edərkən,  qanın  və  sidiyin 
ümumi  müayinələrində  normadan  kənara  çıxmalar  qeydə  alınmıĢdır.  Qanda 
hemoqlobinin cüzi aĢağı olması və eritrositlərin çökmə sürətinin artması, sidikdə 
leykositlərin  artması  artıq  yanaĢı  gedən  patologiyalar  üçün  səciyyəvi  olmuĢdur 
[10].  
Tərəfimizdən 112 xəstədə hormonal status müayinə  olunmuĢdur ki, onlar 
da  iki  qrupa  ayrılmıĢdılar:  əsas    qrup  –  72  yeniyetmə  qız,  müqayisə  qrupu  –  40 
yeniyetmə  qız.  Nümunələrin  götürülməsi  aybaĢı  tsiklinin  follikulogenez  (4-5-ci 
günlər) və lütein (20-21- ci günlər) fazalarında baĢ vermiĢdir. Kompleks hormonal 
müayinələrin  nəticələrinin  təhlili  müxtəlif  parametrlərdə  fəqrlərin  olduğunu 
göstərmiĢdir. AĢkarlanmıĢ pozuntuların korreksiyası üçün ―Utrojestan‖ preparatı 
tətbiq  edilmiĢdir.  Əsas  və  müqayisə  qruplarında  hormonların  səviyyəsində 
müalicədən əvvəl və sonra baĢ verən dəyiĢikliklər cədvəl 1-də verilmiĢdir. 
Hormonal  status  öyrənildikdə,  FSH  üçün  əsas  qrupda  göstəricilərin  3,4 
BV/l-dən 64,3 BV/l-ə qədər çatması, müqayisə qrupunda 2,8BV/l-dən 7,2 BV/l-ə 
qədər  çatması  səciyyəvi  olmuĢdur.  Bununla    yanaĢı,  I  fazada  ümumi  göstərici 
6,4±0,7,  əsas  qrupda  isə  6,8±0,3  BV/l  olmuĢdur.  II  fazada  bu  göstərici  müvafiq 
olaraq 6,7±0,8 və 7,2±0,6 olmuĢdur. Hər iki qrupda FSH səviyyəsi fazalara uyğun 
olaraq  çox  fərqlənməmiĢdir.  Bu  hər  Ģeydən  əvvəl  yumurtalıqların  hormonal 
çatıĢmazlığı  ilə  əlaqədar  olmuĢdur.  LH  səviyyəsinin  müayinəsindən  məlum 
olmuĢdur  ki,  orta  hədlərin  fərdi  dəyiĢməsi  də  qruplarda  fazalara  uyğun  olaraq 
fərqli  olmuĢdur  (13,3±1,6  və  14,2±1,5  –  I    fazada,  12,8±1,4  və  13,1±1,1).  Uyğun 
olaraq yeniyetmə qızlarda qan serumunda LH-nın kifayət qədər yüksək göstəriciləri 
aĢkar edilmiĢdir. 
Həmçinin  müayinə  qruplarında  LH/FSH  nisbəti  də  təyin  olunmuĢdur. 
LH/FSH göstəricisi 2,3±0,4 təĢkil etmiĢdir. 
Beləliklə,  qonadotropin  göstəricilərinin  dəyiĢiklikləri  aybaĢı  funksiyasının 
tənzimləyicisi  olan  hipotalamus-hipofiz-yumurtalıq  sistemində  funksional 
pozuntuların ilkin göstəriciləridir [11].  
Yeniyetmə  qızlarda  hormonal  fonun  daha  dəqiq  təyin  olunması  üçün 
steroid  hormonların  –  estradiol,  progesteron,  prolaktin  və  kortizolun  –  qan 
serumunda göstəriciləri aybaĢı tsiklinin müxtəlif fazalarında təhlil olunmuĢdur. 
Estradiolun  qan  serumunda  konsentrasiyasının  müayinəsi  zamanı  aĢkar 
olunmuĢdur  ki,  hər  iki  qrupda  estradiol  tsikl  boyunca  nəzərəçarpacaq  dərəcədə 
dəyiĢmiĢdir.  Follikulyar  fazada  hormonun  tərkibinin  orta  göstəricisi  141±28,7  və 
154±22,5,  lütein  fazada  126±18,7  və  137±14,6  olmuĢdur  ki,  bu  da  ədəbiyyat 
məlumatlarına əsasən nəzərəçarpacaq dərəcədə yüksək  olmuĢdur. 
Bizim  tədqiqatda  progesteronun  qatılığının  dəyiĢmə  dinamikası  analoji  
olmuĢdur.  Hər  iki  qrup  yeniyetmə  qızlarda  fərdi  dəyiĢikliklər  aybaĢı  tsiklinin  I 
fazasında  4,5-74,2  arasında,  orta  göstərici  11,5±1,2  və  9,4±1,1  olmuĢdur,  II 
fazada – müvafiq olaraq 45±4,4 və 42±4,2  təĢkil etmiĢdir. 
Hər  iki  qrupda  testosteronun  miqdarı  müayinə  olunduqda  normativ 
göstəricilərlə  müqayisədə  dürüst  fərqlər  aĢkar  olunmamıĢdır,  lakin  testosteronun 
miqdarının artma tendensiyası da qeydə alınmıĢdır ki, bu da müalicədən sonra az 
dəyiĢmiĢdir. 
Polikistoz yumurtalıq sindromu olan xəstələrdə testosteron göstəriciləri 1,8-
3,9  nmol/l  arasında  olmuĢ,  müalicəyə  qədər  orta  göstərici  hər  iki  qrupda  aybaĢı 

 
tsiklinin  I    fazasında    3,1±1,2  və  3,2±0,6,  II  fazada  2,9±1,3  və  3,8±0,8  təĢkil 
etmiĢdir. 
Beləliklə,  testosteron  səviyyəsinin  orta  həddi  ümumi  qrupda  pubertat 
dövründə  olan  yeniyetmə  qızlar  üçün  Tanner-4-5  üzrə  normanın  yuxarı  həddinə 
uyğun olmuĢdur. 
Ümumi  testosteron  ilə  YPKS  sindromunun  qabarıqlılığı  arasında 
korrelyasiya aĢkar olunmamıĢdır. 
Alınan  göstəricilər  təsdiq  edir  ki,  polikistoz  yumurtalıq  sindromu  olan 
yeniyetmə qızlarda hormonal dəyiĢikliklər baĢ verir.  
Hormonal korreksiya aparıldıqdan 6 ay sonra aĢkar edilmiĢdir ki, müalicə 
nəticəsində  hormonal  status  göstəriciləri  normallaĢmağa  meyillidirlər.  Bununla 
yanaĢı,  əsas  qrupda  tendensiya  müqayisə  qrupuna  nisbətən  daha  kəskin 
olmuĢdur. 
Beləliklə,  əsas  qrupda  LH  və  FSH  səviyyələrinin  orta  həddi  müalicədən 
sonra  aybaĢı  tsiklinin  I  fazasında  9,5±0,8  (LH)  və  5,3±1,3  (FSH)  olmuĢ,  II  faza 
üçün hər iki hormonun bu yaĢ həddinə uyğun olaraq normativ göstəricilərə doğru 
azalması  müĢahidə  edilmiĢdir.  Estradiol  və  progesteron  müayinə  olunduqda 
həmçinin hər iki qrupda göstəricilərin normallaĢması qeydə alınmıĢdır.  
Müayinə olunan qızlarda uĢaqlıq və yumurtalıqların vəziyyətini dinamikada 
təyin  etmək  üçün  transabdominal  ultrasəs  müayinəsi  aparılmıĢdır.  Müayinə 
müalicə  aparılana  qədər,  müalicə-profilaktika  tədbirlərindən  1-3-6  ay  sonra, 
aybaĢı tsiklinin 5-10 və 17-21-ci günlərində aparılmıĢdır.  
Metodun üstünlüyü azinvazivliyi, qeyri-travmatikliyi, ağrısız olmasıdır. Bu 
sadalananlar USM-i skrininq metodu etməyə imkan verir. 
Ultrasəs  müayinələrin  göstəriciləri  klinik  qruplarda  uĢaqlığın  və 
yumurtalıqların  ölçülərinin    müqayisəli  təhlilini  aparmağa  imkan  vermiĢdir. 
Göstəricilər  əsasında  hər  iki  qrupda  uĢaqlığın  bütün    ölçüləri  30-45%  artmıĢdır 
(cədvəl 2).  
Жядвял  № 2. 
Müalicədən  əvvəl və sonra YPKS olan qızlarda yumurtalıqların ölçüləri 
Klinik qruplar 
Uzunluq  (mm) 
En  (mm) 
Qalınlıq (mm) 
Əsas qrup 
(n=72) 
Müalicəyə qədər 
49,2±0,6*** 
48,1±0,7*** 
51,3±0,5** 
Mülicədən sonra 
38,4±0,7*** 
37,5±0,4** 
40,1±0,4** 
Müqayisə 
qrupu (n=40) 
Müalicəyə qədər 
43,8±0,2 
43,4±0,6 
52,0±0,5 
Mülicədən sonra 
44,3±0,3 
41,3±0,5 
43,0±0,6 
   Qeyd: müalicədən əvvəl və sonra müqayisə qrupuna nisbətdə göstəricilər arasında fərqlərin  
dürüstlüyü: ** – <0,01; *** – <0,001. 
Müayinə  zamanı  əksər    hallarda  (112  xəstədən  104  nəfərdə)  uĢaqlığın 
ölçülərinin  həm  arxa-ön  tərəfdən,  həm  də  sağ-sol  tərəfdən    böyüməsi  aĢkar 
edilmiĢdir. UĢaqlıq və yumurtalıqlar arasında məsafə kəskin qısalmıĢdır. 37,5%-də 
(42  xəstə)  uĢaqlıq  orta  mövqedə,  32,1%-də  (36)  –  sola  doğru,  30,0%-də  (34)  sağa 
doğru əyilmiĢ vəziyyətdə olmuĢdur.  
Polikistoz  yumurtalıqlarda  aybaĢı    tsikli  boyunca  dinamik    USM  zamanı 
dominant  follikul,  sari  cisim  vizualizasiya  olunmur.  Rəngli  doppler  müayinəsi 
zamanı aybaĢı tsiklinin artıq 3-5-ci günlərində zəngin intraovarial qan axını aĢkar 
olunur,  ona  baxmayaraq  ki,  normada  8-10-cu  günlərdə  stroma  damarları 
vizualizasiya olunmur.  
Qan  axınının  əsas  göstəriciləri  maksimal  arterial  sürət  (MAC),  pulsasiya 
indeksi (PĠ), rezistentlik indeksi (RĠ) olmuĢdur.  
Ġmpuls  dopplerometriya  zamanı  yüksək  ĠR  qeydə  alınır  (0,54-dən  yüksək) 
ki,  o  da  bütün  aybaĢı  tsikli  boyunca  dəyiĢmir.  Bununla    yanaĢı,  intraovarial 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
42 
hemodinamikanın  damar  rezistentliyinin  daha  yüksək  göstəriciləri  diffuz 
yerləĢməyə  nisbətən  periferik  yerləĢmədə  daha  çox  qeydə  alınmıĢdır.  Xəstələrdə 
follikulyar  fazanın  əvvəlində  (16,89±2,36)  qan  axının  maksimal  sürəti  normadan 
yüksək (8,74±0,68) olmuĢdur ki, bu da YPKS-nın ultrasəs diaqnostikasında əlavə 
meyar kimi istifadə oluna bilər. 
AparılmıĢ  tədqiqatlar  YPKS  zamanı  yuxarıda  təsvir  olunan  bütün  hemo-
dinamik  dəyiĢiklikləri,  LH-nın  tonik  hipersekresiyasının  səviyyəsini  və  LH/FSH 
nisbətinin  dəyiĢikliklərini  əlaqəndirmiĢdir.  Bu  səbəbdən  YPKS  olan  xəstələrdə 
intraovarial damar rezistentliyi və uĢaqlıq qan axını göstəriciləri yüksək olduqda, 
endokrin  pozuntular  və  aybaĢı  tsikli  pozuntuları  bir  o  qədər  də  qabarıq  və  ağır 
olur. 
YPKS-nın  aĢağıdakı  ultrasəs  əlamətləri  aĢkar  edilmiĢdir:  yumurtalıqların 
həcminin  ikitərəfli  artması  (norma  3-7  sm

olduqda,  29  qızda  yumurtalıqların 
həcmi  12-15  sm
3
,  4  qızda  –  16-18  sm
3
  olmuĢdur).  Yumurtalıqların  strukturu 
çoxsaylı follikulların (4-10 mm) həm periferiyada, həm də parenxamanın mərkəzi 
sahələrində olması ilə səciyyələnir. Rəngli doppler zamanı yumurtalıqda periferiya 
üzrə  və  onun  mərkəzi  hissəsində  çoxsaylı  vaskulyarizasiya  lokusları  aĢkar 
edilmiĢdir.  Sistolik/diastolik  nisbət  5,0±0,4  (norma  5,9±0,3)  olmuĢdur.  3D-
dopplerometriya  göstəriciləri  formalaĢan  YPKS  zamanı  vaskulyarizasiya 
indeksinin  (Vi)  və  qan  axını  indeksinin  (Fi)  kəmiyyətinin  artdığını  göstərir:  Vi  – 
5,9±0,3 (norma 4,1±0,5), Fi – 34,6±6,2 (norma 14,5+2,3). FormalaĢan YPKS olan 
xəstələrdə yumurtalıqların həcmi müqayisə qrupuna nisbətən 3 dəfə çox olmuĢdur, 
qan  axınının xarakterində qabarıq dəyiĢikliklər qeydə alınmıĢdır: S/D 15% aĢağı 
düĢmüĢ, Vi – 43%, Fi – 2,4 dəfə artmıĢdır. 
Polikistozlu 
yumurtalıqların 
damar 
Ģəbəkəsində 
qan 
axınında 
nəzərəçarpacaq dəyiĢikliklər müĢahidə olunur. Doppler müayinələr aparıldıqda yu-
murtalığın  periferiyası  üzrə  və  mərkəzi  hissəsində  vaskulyarizasiyanın  çoxsaylı 
lokusları  aĢkar  edilmiĢdir.  Sistolodiastolik  münasibət  (SDM)  4,8±0,7  (normа 
5,9±0,3)  təĢkil  etmiĢdir.  Lakin  vaskulyarizasiya  indeksi  və  qan  axını  indeksi 
hədləri  yüksək  olmuĢdur:  Vi  –  7,2±0,8  (normа  4,1±0,5),  Fi  –  38,4±5,7  (normа 
14,5±23).  Göründüyü  kimi,  yumurtalıqların  həcminin  artması  və  qan  axının 
səciyyəvi  pozulmaları  polikistoz  yumurtalıq  sindromu  üçün  ultrasəs  meyar  ola 
bilər. 
Müalicə  kursundən  sonra  3  ay  ərzində  kiçik  çanaq  orqanlarının  ultrasəs 
müayinəsi  zamanı  dinamikada  aparılan  müalicənin  effektivliyi  aĢkar  edilmiĢdir. 
Yumurtalıqların uzunluğu, eni, eləcə də ön-arxa parametrləri normativlərə uyğun 
olmuĢdır. Yumurtalıqların struktur və həcmi yaĢ parametrlərinə müvafiq idi. 
Tsiklin  5-7-ci  günlərində  müayinə  olunanlarda  endometriumun  qalınlığ 
0,3-0,4  mm  olmuĢdur,  lakin  II  fazada  19-21-ci  günlərdə  normativ  parametrlərə 
nisbətən    endometriumun  qalınlığı  cüzi  artmıĢdır  –  0,8-0,92  mm  (norma  10-1,1 
mm), bu da həmin mərhələdə hormonal funksiyanın pozulduğunu göstərir. 
Qeyd olunduğu kimi, əsas qrup yeniyetmə qızlarda medikamentoz müalicə 
progesteron silsiləsindən olan hormonal preparat – ―Utrojestan‖  ilə aparılmıĢdır. 
Xəstələrdə  aĢkar  olunan  əlamətlərdən  asılı  olaraq  (4  əlamətdən  3-ü),  aybaĢı 
tsiklinin  5-25-ci  günlərində  100  mq  olmaqla,  gündə  2  dəfə  təyin  olunmuĢdur. 
Polikistoz  yumurtalıq  sindromunun  inkiĢafının  iki  və  daha  az  əlamətləri  qeydə 
alınan  yeniyetmələrə  aybaĢı  tsiklinin  16-25-ci  günlərində  preparat  100  mq 
olmaqla,  gündə  2  dəfə  təyin  olunmuĢdur.  Hər  iki  müalicə  sxemi  6  ay  ərzində 
aparılmıĢdır. 
Preparat qəbul olunduqdan 8 həftə sonra əsas qrup xəstələrində polikistoz 
yumurtalıq  sindromu  ilə  əlaqədar  olan  əlamətlərin  kifayət  qədər  (25%-ə  yaxın) 
azalması  qeydə  alınmıĢdır  (müqayisə  qrupunda  xüsusi  dəyiĢikliklər  qeydə 

 
alınmamıĢdır).  Aparılan  müalicədən  16-18  həftə  sonra  əsas  qrupdan  36  xəstədə 
ultrasəs  müayinə  altında  yumurtalıqların  və  uĢaqlığın  ümumi  həcminin  azaldığı 
aĢkar  olunmuĢdur.  Hər  iki  qrupda  uĢaqlığın  ölçülərinin  azalması  yumurtalığın 
ilkin  həcmi  normal  həcmdən  2  dəfə  böyük  olan  qızlar  arasında  daha  qabarıq 
olmuĢdur.  Müqayisə  qrupunda  ümumilikdə  qadın  daxili  cinsiyyət  orqanlarının 
exoqrafik  strukturu  dəyiĢməmiĢdir.  ―Utrojestan‖  qəbul  olunduqdan  6  ay  sonra 
ə
sas  qrupda  69  xəstədə    exoqrafik  müayinə  zamanı  uĢaqlıq  və  yumurtalıqların 
ölçülərinin  normallaĢdığı,  uĢaqlıq  və  yumurtalıqlarda  qan  axının  yaxĢılaĢdığı 
aĢkar  edilmiĢdir.  1  xəstədə  yanaĢı  təsirlər  baĢ  verdiyi  üçün,  preparatın  qəbulu 
dayandırılmıĢdır. 1 xəstə preparatı fasilələrlə qəbul  etmiĢdir. 
Aparılan  müalicə  zamanı  qanın  biokimyəvi  göstəricilərində  normadan 
kənara  çıxmalar  müĢahidə  olunmuĢdur.  ―Utrojestan‖  ilə  müalicə  fonunda 
hormonal  profildə  FSH-nın  və  estradiolun  dürüst  aĢağı  olması,  LH  və  pro-
gestronun dürüst artması qeydə alınmıĢdır ki, bu da prolaktinin azalmasına təsir 
göstərmiĢdir.  
Müntəzəm  aybaĢı  funksiyasının  bərpa  olunması  əsas    qrupda  67  (93%) 
xəstədə  qeydə  alınmıĢdır.  Lakin  48  (66,6%)  qızda  aybaĢı  orta  hesabla  4-5  gün 
olduğu halda, 17-də (23,6%) – 2-3gün,  2-də (2,7%) – 2 gündən  az olmuĢdur.  
Medikamentoz  müalicədən  effektin  alınması  üçün  menarxenin  baĢ    ver-
məsi  ilə  pozulmaların  baĢlaması  və  müalicənin  baĢlanması  arasında  interval 
böyük əhəmiyyət kəsb edir [12]. 
Müayinə  qruplarında  qızların  ümumi  somatik  və  ginekoloji  vəziyyətinin 
öyrənilməsindən  alınan  nəticələr  təhlil  olunduqda,  müxtəlif  vəziyyətlərin  yüksək 
faizi  aĢkar  edilmiĢdir  ki,  bunlar  aybaĢı  tsiklinin  pozulması  üçün  risk  amili  ola 
bilər.  
I  mərhələdə  simptomatik  müalicənin  qeyri-  effektiv  olması  nəticəsində 
müalicə  taktikası  seçimi  zamanı  I  qrupa  müalicə-qoruyucu  rejim  fonunda 
hormonal  hemostaz,  antianemik  preparatlar,  vitamin  terapiyası,  fizioterapiya 
təyin  olunmuĢdur.  Tərəfimizdən  endometrium  və  hormonal  statusun  ultrasəs 
müayinəsinin  nəticələrinə  əsasən  hormonal  müalicəyə  diferensiasiya  edilmiĢ 
yanaĢma  tətbiq  edilmiĢdir.  AybaĢı  funksiyanın  tənzimlənməsi  məqsədilə  əsas 
qrupun  xəstələrinə  6  ay  ərzində  progesteron  silsiləsindən  olan  ―Utrojestan‖ 
standart sxem üzrə (1 kapsul (100 mq) x gündə 2  dəfə 5-25-ci günlərdə və ya 16-
25-ci  günlərdə)  təyin  edilmiĢdir.  AybaĢı  tsiklinin  hormonal  korreksiyası  fonunda 
etioloji amillər də aradan qaldırılmıĢdır. 
Müalicənin II mərhələsində və reabilitasiya mərhələsində ümumi somatik və 
ginekoloji  xəstəliklər  müalicə  olunmuĢ,  bunun  üçün  hemostatik,  uterotonik 
preparatlar, sedativ preparatlar və vitamin terapiyası təyin edilmiĢdir [13]. 
Beləliklə,  tərəfimizdən  təklif  olunan  müalicə  aybaĢı  funksiyasının  ney-
roendokrin  tənzimlənməsini  təmin  edir.  Yumurtalıqlarda  polikistoz  dəyiĢikliklərin 
reqresi,  qızlarda  hormonal  fonun  normallaĢması  və  aybaĢı  tsiklinin  bərpa 
olunması həmin metodikanın müsbət təsirini və əldə olunan effektivliyin sabitliyini 
göstərir. 
 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin