Саьламлыг  здоровье



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə9/29
tarix14.04.2017
ölçüsü5,03 Kb.
#14041
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

Р Е З Ю М Е 
 
ДИАГНОСТИКА  РАССТРОЙСТВ ПИЩЕВАРЕНИЯ ПРИ СИНДРОМЕ  
МАЛЬАБСОРБЦИИ У БОЛЬНЫХ РАКОМ  ЖЕЛУДКА 
 
Мирзоева Р.С., Казиев А.Ю., Кулиев М.Р. 
Онкологическая клиника Азербайджанского Медицинского  
Университета, kafedra онкологии, Баку 
Клинико-биохимическая лаборатория Азербайджанского  
Медицинского Университета, Баку 
 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
62 
Целью  исследования  явилось  определение  в  крови  активности  мар-
керных  ферментов  гепатопанкреатобилиарных  органов  и  содержания 
некоторых  антимикробных  пептидов  в  копрофильтрате  при  синдроме 
мальабсорбции  у  больных  раком  желудка  и  оптимизация  методов  диаг-
ностики этих осложнений. С этой целью были обследованы 78 больных раком 
желудка,  из  которых  у  21-го  в  предоперационном  периоде  был  обнаружен 
синдром  мальабсорбции.  Контрольную  группу  составили  17  практически 
здоровых  лиц.  Установлено,  что  у  больных  раком  желудка,  осложненном 
синдромом 
мальабсорбции, 
статистически 
достоверно 
повышается 
активность  аланин-  и  аспартатаминотрансфераз,  щелочной  фосфатазы  и  α-
амилазы  по  сравнению  с  контролем.  У  этих  больных  на  фоне  снижения 
активности 
панкреатической 
эластазы 
обнаруживается 
повышение 
содержания зонулина, калпротектина и лактоферрина.  
 
 
S U M M A R Y 
 
DIAGNOSTICS  OF DISORDERS OF DIGESTION AT A SYNDROME 
MALABSORPTION FOR PATIENTS BY THE CANCER  OF STOMACH 
 
Mirzayeva R.S.,  Gaziyev А.Y., Guliyev М.R. 
Azerbaijan Medical University, Clinic of Oncology
department of Oncology, Baku 
Azerbaijan Medical University, Laboratory of clinical-biochemical, Baku 
 
The  aim  of  the  study  was  to  determine  the  blood  activity  of  marker 
enzymes  hepatopancreatobiliary  system  and  the  content  of  some  antimicrobial 
peptides  in  coprofiltrates  with  malabsorption  syndrome  in  patients  with  gastric 
cancer  and  optimization  methods  for  diagnosis  of  these  complications.  For  this 
purpose, they were examined 78 patients with gastric cancer, of which 21 in the 
preoperative  period  was  discovered  malabsorption  syndrome.  The  control  group 
consisted  of  17  healthy  individuals.  It  was  found  that  in  patients  with  gastric 
cancer  complicated  by  malabsorption  syndrome,  a  statistically  significant 
increased  activity  of  alanine-  and  aspartateaminotransferase,  alkaline 
phosphatase  and  α-amylase  compared  to  the  control.  In  these  patients,  against 
the  background  of  decreased  activity  of  pancreatic  elastase  detected  elevated 
levels of zonulin, calprotectin and lactoferrin. 
 
Дахил олуб:  13.07.2016. 
 
 
 
ANTİFOSFOLİPİD ANTİTELİ SİRKULYASİYA EDƏN HAMİLƏLƏRDƏ 
ANTİTROMBOTİK PROFİLAKTİKANIN EFFEKTİVLİYİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Qurbanova C.F., Quliyeva M.A. 
 
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Bakı. 
 
Giriş.  Mamalıq  praktikasından  məlumdur  ki,  tromboz  və  tromboemboli-
yalar doğuşdan (əməliyyatdan) sonrakı dövrdə daha çox baş verir. Tromboembolik 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
63 
ağırlaşmaların  əsas  səbəbi  isə  doğuşdan  sonra  uzun  müddətli  yataq  rejimi  və 
laktasiyanı zəiflətmək məqsədilə estrogenlərdən istifadə olunmasıdır [1, 2]. Bundan 
ə
lavə, bəzi tədqiqat işlərində sübut olunmuşdur ki, dərin venaların trombozlarının 
75%-nə doğuşa qədərki dövrdə rast gəlinir ki, bu zaman da trombotik halların 1/3  
dən ½-ə qədəri hamiləliyin 15-cı həftəsinə qədərki dövrdə müşahidə olunur [2, 3]. 
Digər tədqiqatçılar isə hər üç trimestrdə dərin venaların trombozuna eyni tezlikdə 
rast gəlindiyini qeyd edirlər [4].  
Hamiləlik  qadında  tromboemboliya  riskini  5-6  dəfə  artırdığı  halda, 
abdominal  doğuş  tromboz  riskini  10-15  dəfə  artırır.  Keysəriyyə  əməliyyatından 
sonra trombotik ağırlaşmalardan ölüm səviyyəsi vaginal doğuşla müqayisədə 10:1 
nisbətində yüksəlmiş olur [3, 4, 5]. Əvvəlki hamiləliyində trombozu olan qadınların 
orta hesabla 7-15%-i (müxtəlif müəlliflərin verdiyi məlumata görə 0,5%-dən 21%-ə 
qədəri) növbəti hamiləlikdə də trombotik ağırlaşmalara malik olacaqdır. Hamiləlik 
zamanı  getdikcə  artan  fizioloji  hiperkoaqulyasiya  tədqiqatçılar  qarşısında 
vacibliyinə görə unikal olan məsələlər qoyur [6].  
Bir  sıra  müəlliflərin  verdiyi  məlumata  görə,  trombotik  ağırlaşmaların  əsas 
səbəbi  hamilə  qadınlarda  rast  gəlinən  və  fosfolipidlərə  qarşı  antitellərin 
hipersekresiyası  ilə  xarakterizə  olunan  antifosfolipid  sindromudur  (AFS).  Bu 
xəstəlik  zamanı  antifosfolipid  antitellərinin  (AFA)  sirkulyasiya  müddəti  və 
hemostaz  sistemində  zədələnmənin  çoxfaktorlu  olması  bu  autoimmun  prosesi 
trombotik ağırlaşmalara münasibətdə həddən artıq təhlükəli edir [6-8]. Qadınlarda 
trombofilik  vəziyyətin  reallaşması  üçün  əksər  hallarda  hamiləlik,  doğuşdan 
sonrakı dövr kimi əlavə risk amilləri lazım gəlir. Abdominal doğuş da bu baxımdan 
ciddi  risk  faktoru  hesab  edilir  [5,  9].  Yuxarıda  qeyd  olunanları  nəzərə  alsaq, 
xüsusən  keysəriyyə  əməliyyatından  əvvəl  AFA-nın  doğuşa  qədərki  təyini,  eləcə  də 
AFS-nin  erkən  diaqnostika  məsələsi  həddən  artıq  aktualdır  və  bu  kateqoriya 
xəstələrdə əməliyyatdan sonrakı dövrdə trombotik ağırlaşmaların profilaktikasının 
aparılmasını əsaslandırır [4, 9].  
Tədqiqatın  məqsədi.  Tədqiqatın  əsas  məqsədi  antifosfolipid  antiteli 
sirkulyasiya  edən  hamilələrdə  antitrombotik  profilaktikanın  effektivliyinin 
qiymətləndirilməsi olmuşdur. 
Tədqiqatın  material  və  metodları.  Tədqiqatın  əsasını  2008-2013-cü 
illərdə ET Mamalıq və Ginekologiya İnstitutunda və “Azərsutikinti” xəstəxanasının 
mamalıq  və  ginekologiya  şöbəsində  antifosfolipid  antiteli  (AFA)  sirkulyasiya  edən 
hamilələrdə doğuşa qədərki və keysəriyyə əməliyyatından sonrakı dövrdə aparılmış 
klinik müşahidələrin və laborator müayinələrin nəticələrinin təhlili təşkil etmişdir. 
Qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  bizim  tərəfimizdən  əsas  qrupa  daxil 
etdiyimiz  yaşı  18  -  41  arasında  dəyişən  və  AFA  sirkulyasiya  edən  (AFS-in  yalnız 
seroloji  əlamətləri  olan)  28  hamilə  daxil  edilmişdir.  Orta  yaş  27,1±1,6  təşkil 
etmişdir.  Aparılan  tədbirlərin  həcmi  nəzərdə  tutulan  tədqiqat  sayəsində  müəyyən 
edilmişdir.  Bu  tədbirlərə  anamnestik  məlumatların  təhlili,  lupus  antikoaqulyantı 
və antikardiolipin antitelini təyin etməyə yönələn sınaqların aparılması, hamilələrin 
doğuşa  qədərki  və  keysəriyyə  əməliyyatından  sonrakı  dövrdə  hemostazioloji  və 
sirkulyator  pozğunluqlarını  korreksiya  etmək  üçün  adekvat  profilaktika 
tədbirlərinin işlənib hazırlanması daxil olmuşdur.   
Nəzarət  qrupunu  lupus  antikoaqulyantı  və  antifosfolipid  antiteli  aşkar 
edilməyən (neqativ-test) və hamiləliyi fizioloji normal keçən 22 xəstə təşkil etmişdir 
ki,  bu  da  müqayisə  qrupunu  yaratmağa  imkan  vermişdir.  Bu  hamilələrin 
anamnezində  irsi  və  allergik  xəstəliklər  olmamışdır.  Orta  yaş  28,9±1,1  təşkil 
etmişdir. Müayinələrə hamiləliyin I trimestrindən başlanmış, sonra 21-23-cü həftə, 
27-28-ci  həftə,  32-34-cü  həftə  və  əməliyyatdan  əvvəl  və  keysəriyyə  əməliyyatından 
sonrakı dövrdə aparılmışdır.  

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
64 
Qeyri-aktiv trombin-antitrombin III (TAT) komplekslərinin qatılığının təyini 
“Enzygnost  –  TAT”  (Boehringwerke,  Almaniya)  dəstinin  köməyi  ilə  “Boehringer  – 
ELİSA  –  Photometr”  spektrofotometrində  immunoferment  üsulu  ilə  aparılmışdır. 
Protrombinin 
F
1+2
 
fraqmentlərinin 
konsentrasiyası 
“Enzygnost 
F
1+2
” 
(Boehringwerke,  Almaniya)  dəstinin  köməyi  ilə  tədqiq  olunan  qan  plazması 
nümunəsində  immunoferment  metodu  ilə  təyin  edilmişdir.  Fibrin  və  fibrinogenin 
erkən  yüksəkmolekullu  fraqmentlərinin  konsentrasiyası  Hawier  metodu  ilə  təyin 
edilmişdir.  Bu  məqsədlə  fibrin  monomerləri,  eləcə  də  fibrinin  deqradasiya 
məhsullarının  (FDM)  iştirakı  şəraitində  adheziya  qabiliyyətinə  malik  olan 
koaqulaza-neqativ  stafilokokk  ştammlarının  mikrob  hüceyrələrindən  istifadə 
edilmişdir.  D-dimerin  təyini  “Dimertest”  (Agen,  Avstriya)  lateks  sınağının  köməyi 
ilə  yüksək-spesifik  antitelin  lateks  hissəciklər  üzərində  fiksə  olunmuş  D-dimerlə 
qarşılıqlı təsirinə əsaslanmışdır. Trombositlərin aqreqasiyasının tədqiqi “Chonolog” 
(Fransa)  aqreqometrində  Born  metodu  ilə  həyata  keçirilmişdir.  Metodun  prinsipi 
aqreqasiya  induktorları  ilə  qarışdırılma  zamanı  trombositlərlə  zəngin  plazma 
nümunəsinin optik sıxlığının dəyişmə dinamikasının fotoelektrik qeydə alınmasına 
ə
saslanır.  Aqreqasiya  induktorları  kimi  1x10
-3 
M,  1x10
-5 
M,  1x10
-7 
M  adenozin-
difosfat (ADF) məhlulu, 1x10
-4 
M adrenalin məhlulu,  1x10
-3 
M ristomisin məhlu-
lundan istifadə olunmuşdur.  
Tədqiqat  zamanı  alınmış  bütün  rəqəm  göstəricilərinin  müasir  tövsiyyələr 
nəzərə  alınmaqla  statistik  təhlili  aparılmışdır.  Qruplardakı  göstəricilərin  sayı 
nəzərə alınaraq göstəricilər arasındakı fərqi müəyyən etmək üçün qeyri-parametrik 
üsuldan – Uilkokson (Mann-Uitni) meyarından istifadə olunmuşdur. 
Alınmış  nəticələr  və  onların  müzakirəsi.  Bizim  tədqiqatda  AFS-in  yalnız 
seroloji  əlamətləri  aşkar  edilən  qrupu  döl  itirməmiş,  lakin  ağırlaşmış  ginekoloji 
anamnezə  malik,  yaxud  da  hazırkı  hamiləliyi  ağırlaşmış  gedişə  malik  olan  və 
ekstragenital patologiyalı 29 hamilə təşkil etmişdir. Antifosfolipid antitelin iştirakı 
sözsüz ki, bu qrup xəstələrdə trombotik meylləri daha da dərinləşdirir.  
AFA sirkulyasiya edən, lakin AFS-in klinik əlamətləri olmayan hamilələrdə 
damardaxili  trombəmələgəlmənin  aktivləşməsi  ilə  müşayiət  olunan  hemostazın 
trombositar və plazma həlqələrinin aktivləşməsi haqqında laborator məlumatların 
ə
ldə  olunması  bu  qrup  xəstələrdə  antitrombotik  müalicənin  aparılmasına 
patogenetik  yanaşmaya  səbəb  olmuşdur.  Trombositlərin  hiperfunksiyası  16 
(57,1%)  hamilədə,  trombofiliyanın  TAT  III  komplekslərinin  təyininə  əsaslanmış 
erkən  əlamətləri  20  (71,4%)  hamilədə,  trombofiliyanın  FDM-ə  əsaslanmış  erkən 
ə
lamətləri  10  (35,7%)  hamilədə  aşkar  edilmişdir.  Bütün  qrup  üçün 
ümumiləşdirilmiş göstəricilər cədvəl 1-də göstərilmişdir. Müayinə zamanı 3 (10,7%) 
hamilədə damardaxili trombəmələgəlmənin aktivləşməsi daha aydın nəzərə çarpan 
olmuşdur.  
Жядвял  № 1. 
AFA sirkulyasiya edən hamilələrdə aşağımolekullu heparinin istifadəsinə qədər və onun 
istifadəsi fonunda trombofiliya markerlərinin səviyyəsi 
Göstəricilər 
 
Müalicəyə qədər 
Müalicənin 10-cu 
günü 
II trimestrdə 
III trimestrdə 
TAT  
(mkq/l) 
6,1±2,6 
4,1±2,1 
2,6±1,1 
1,9±1,3 
F
1+2 
(nmol/l) 
3,2±1,1 
2,6±1,3 
1,7±1,2 
0,7±0,1 
D-dimer 
(1 x 10
-3
q/l) 
0-0,2 



FDM 
(1 x 10
-3
q/l) 
> 10 
< 2 
< 2 
< 2 
 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
65 
Cədvəldən  göründiyü  kimi,  hemostaz  sistemində  bu  və  ya  digər 
dəyişikliklərə rast gəlinmişdir ki, bu da trombofilik vəziyyətin olduğunu söyləməyə 
imkan verir. 
Tədqiqata  daxil  otdiyimiz  antifosfolipid  antiteli  (AFA)  sirkulyasiya  edən 
hamilələrin patogenetik müalicəsinə yanaşma, AFS-in klinik və laborator əlamətləri 
aşkar edilən (birincili və ikincili AFS-i olan) hamilələrdəki müalicə prinsiplərindən 
bir  qədər  fəqrlənmişdir.  Qeyd  etmək  lazımdır  ki,  dünya  ədəbiyyatlarının  verdiyi 
məlumatlara  görə,  AFA  sirkulyasiya  edən  və  ağırlaşmamış  mamalıq  anamnezinə 
malik  olan  hamilələr  dölün  itirilməsi  və  hamiləliliyin  digər  ağırlaşmaları 
baxımından AFS-i olan hamilələrlə müqayisədə daha aşağı risk qrupuna daxildir, 
lakin  bu  qrupda  risk  ümumi  hamilələr  populyasiyası  ilə  müqayisədə  dürüstlüklə 
yüksəkdir.  Belə  xəstələrdə  hamiləliyin  optimal  aparılma  taktikası  tam  müəyyən 
edilməmişdir. Biz hesab edirik ki, AFS-in seroloji markerləri aşkar edilən hallarda 
risk  dərəcəsinin  qiymətləndirilməsi,  eləcə  də  döl  itkisinə  və  hamiləliyin  digər 
ağırlaşmalarına  profilaktik  yanaşma  somatik,  ailə  və  ginekoloji  anamnezdən, 
hazırkı  hamiləliyin  gedişinin  klinik-hemostazioloji  xüsusiyyətlərindən  asılı  olaraq 
fərqli olmalıdır. Belə xəstələrin mümkün aparılma variantlarına antiaqreqantların 
və  spazmolitiklərin  kiçik  dozalarının  fərqli  kombinasiyalarının  təyini,  klassik 
antiaqreqant  terapiya  və  aşağımolekullu  heparindən  və  ya  qeyri-fraksion 
heparindən  istifadə  etməklə  müxtəliv  müddətli  antikoaqulyant  terapiya  kursları 
daxildir. Aydın nəzərə çarpan trombofiliya və trombozun əlavə risk faktorları olan 
hallarda  antifosfolipid  antiteli  sirkulyasiya  edən  xəstələrdə  daimi  rejimdə 
antikoaqulyant terapiyanın aparılması göstərişdir.  
İlkin  hemostazioloji  pozğunluqları  aradan  qaldırmaq  məqsədilə  xəstələrə 
aşağımolekullu heparin – fraksiparin təyin etməklə antikoaqulyant terapiya kursu 
həyata  keçirilmişdir.  Yalnız  bir  halda  aydın  nəzərə  çarpan  ilkin  damardaxili 
trombəmələgəlmə  prosesi  olduğundan  xəstəyə  fraksiparinin  müalicəvi  dozasını 
(250 İCU/kq, gündə 2 dəfə) təyin etmək tələb olunmuşdur. Yerdə qalan hamilələrə 
fraksiparin profilaktik rejimdə (150 İCU/kq, gündə 1 dəfə) təyin edilmişdir. Bütün 
xəstələrdə  aşkar  olunmuş  hemostazioloji  pozğunluqları  müalicənin  7-10-cu 
günlərində  aradan  qaldırmaq  mümkün  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki, 
hemostazioloji  göstəricilərdə  müsbət  dinamika  ilə  yanaşı,  eyni  vaxtda  klinik 
mənzərədə  və  dopplerometriya  göstəricilərində  də  müsbət  dinamika  müşahidə 
olunmuşdur.  
Bu qrupdan olan xəstələrdə fərqli premorbid fonu və terapiyanın başlanma 
müddətini nəzərə almaqla birinci müalicə kursu 10 gündən 40 günə qədər davam 
etmişdir.  Bu  qrupdan  kardial  patologiyası  olan  6  (21,4%)  xəstə  preparatı  daim 
rejimdə almışlar.  
Birinci müalicə kursunun aparılması üçün hestasiyanın 7-9-cu həftələrini 
optimal  dövr  hesab  etmişik.  Bu  dövrün  seçilməsi  trofoblastik  transformasiya, 
trofoblastın  adekvat  dərinliyə  invaziyasına  optimal  şərait  yaratması  və  növbəti 
adekvat  plasentasiyanı  təmin  etməsi  ilə  əsaslandırılır.  İkinci  vacib  dövr 
hestasiyanın  27-31-ci  həftələri  hesab  olunur,  çünki  bu  dövtdə  hamilənin 
hemostaz sisteminin təbii potensialının aktivləşməsi baş verir və sirkulyasiya edən 
antitellər  olan  hallarda  trombofilik  ağırlaşmaların  meydana  çıxma  ehtimalı 
yüksək olur.  
Ə
lavə  antikoaqulyant  profilaktika  kurslarının  vacibliyi  məsələsi  klinik-
hemostazioloji  göstəricilər  əsasında  həll  edilmişdir.  Bu  zaman  məhz  hamiləliyin 
gedişinin  klinik  xarakteristikasına  və  bunun  ardınca  pozğunluğun  laborator 
təsdiqinə  önəm  verilmişdir.  Belə  hallarda  biz  20-21-ci  həftələrdə  erkən 
dopplerometriyaya  xüsusi  diqqət  yetirmişik,  çünki  bu  metod  plasentar 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
66 
çatışmazlığın preklinik əlamətlərini aşkar etməyə imkan verir. Pozğunluğun məhz 
erkən mərhələlərində aparılan adekvat korreksiya daha yaxşı nəticələr vermişdir.  
Bütün  müşahidə  müddətində  heç  bir  halda  heparinlə  induksiya  olunan 
trombositopeniyaya  rast  gəlinməmişdir.  Bir  xəstədə  müalicə  başlayana  qədər 
damardaxili  trombəmələgəlmənin  erkən  əlamətləri  ilə  eyni  vaxtda  periferik  qanda 
trombositlərin  sayının  proqressiv  azalması  aşkar  edilmişdir.  Bu  vəziyyət  bizim 
tərəfimizdən 
sərfolunma 
trombositopeniyası 
kimi 
qiymətləndirilmişdir. 
Aşağımolekullu  heparinlə  müalicə  fonunda  hər  iki  xəstədə  artıq  birinci  həftədə 
trombositlərin  sayında  müsbət  dinamika  və  eyni  zamanda  FDM-in  və  TAT 
komplekslərinin  itməsi  qeyd  edilmişdir.  Sonrakı  kontrol  müayinələrdə  heç  bir 
halda hemostazın plazma həlqəsinin parametrlərində dəyişiklik, yəni ARV və APTV 
göstəricilərində uzanma aşkar edilməmişdir.  
Antifosfolipid  antiteli  sirkulyasiya  edən  hamilələrdə  cərrahi  hemostazı 
təmin  etmək  məqsədilə  planlı  keysəriyyə  əməliyyatından  12-24  saat  əvvəl 
fraksiparinin  yeridilməsini  dayandırılmışıq.  Bu  zaman  heç  bir  halda  birbaşa 
antikoaqulyantlar üçün xarakterik olan ağırlaşmalara, xüsusən də qanaxmaya və 
qansızmanın  artmasına  rast  gəlinməmişdir.  Qan  itkisi  orta  hesabla  700-800  ml 
təşkil  etmişdir.  Bütün  xəstələrə  əməliyyat  zamanı  200-250  ml  dozada  təzə 
hazırlanmış  plazma  köçürülmüşdür.  Xəstələrdə  fraksiparinlə  antitrombotik 
terapiya  əməliyyatdan  8-10  saat  sonra  bərpa  olunmuş  və  onun  birdəfəlik  dozası 
150 İCU/kq təşkil etməklə 10 gün davam etdirilmişdir.  
Ə
məliyyatdan  sonrakı  dövrdə  fraksiparinin  istifadəsi  fonunda  hemostaz 
sisteminin göstəriciləri cədvəl 2-də göstərilmişdir.  
Ə
məliyyatın  1-ci  günü  hemostaz  sisteminin  bütün  göstəricilərində 
dəyişikliklərin  olduğu  qeyd  edilmişdir  ki,  bu  da  tromboplastin  substratlarının 
ümumi qan dövranına daxil olması ilə əlaqədardır.  
Keysəriyyə  əməliyyatından  sonrakı  5-ci  gün  fraksiparinin  istifadəsi 
fonunda hemostaz göstəriciləri normaya yaxınlaşmışdır. Aşağımolekullu heparinlə 
müalicə  qeyd  etdiyimiz  kimi,  əməliyyatdan  sonrakı  10-cu  günə  qədər  davam 
etmişdir.  
Beləliklə,  apardığımız  tədqiqatlar  zamanı  əldə  etdiyimiz  məlumatlar 
antifosfolipid  antiteli  sirkulyasiya  edən  hamilələrdə  antitrombotik  müalicənin 
aparılmasının vacib olduğunu söyləməyə imkan verir. Bizim fikrimizcə, qeyd edilən 
kontingent  xəstələrdə  əməliyyatdan  sonrakı  dövrdə  də  aşağımolekullu  heparin  – 
fraksiparin seçim preparat kimi istifadə olunmalıdır, belə ki, o, fibrinolizin  
Жядвял  № 2. 
Keysəriyyə əməliyyatından sonrakı dövrdə AFA sirkulyasiya edən xəstələrdə hemostaz 
sisteminin vəziyyəti  
 
 
Göstəricilər 
AFA sirkulyasiya edən xəstələr  ( n=28) 
Əməliyyatdan sonrakı dövr 
 
Nəzarət 
qrupu 
(n=22) 
1-ci gün 
3-cü gün 
5-ci gün 
7-ci gün 
10-cu gün 
 
Fibrinogen (q/l) 
ARV (san) 
APTV (san) 
 
3,5±0,3 
39,7±2,2* 
27,6±3,9* 
3,3±0,2 
42,2±1,1 
28,5±2,6 
3,2±0,1 
47,3±1,6 
30,1±2,1* 
2,9±0,2 
51,9±1,9 
32,6±1,4 
2,7±0,6 
55,8±1,6 
32,9±2,5 
3,0±0,4 
55,4±2,8 
32,1±2,1 
Trombositlərin 
aqreqasiyası 
 
ADF (1 x 10
-3
) (%) 
Adrenalin (%) 
Ristomisin (%) 
 
 
 
 
75,1±1,4* 
58,1±2,2** 
85,8±2,3*** 
 
 
 
73,2±1,7 
56,2±1,5 
82,6±1,2 
 
 
 
66,8±2,1 
54,1±1,1 
79,1±1,1*** 
 
 
 
64,2±1,2 
52,3±1,6 
68,4±2,3 
 
 
 
58,6±1,3 
48,7±2,2 
54,2±2,2 
 
 
 
57,1±3,7 
48,3±4,7 
52,2±2,4 
TAT 
10,5±1,1 
8,6±1,5 
6,4±0,2* 
4,1±1,1 
2,7±0,3 
2,0±0,21 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
67 
 (mkq/l) 
 
 
F
1+2  
(nmol/l) 
3,3±0,2 
*** 
3,0±0,1 
2,6±0,2 
*** 
1,9±0,4 
0,9±0,3 
0,8±0,02 
 
FDM  
(x-y) (1 x 10
-3
) q/l 
35±0,01 
** 
30±1,3 
24±0,8 
** 
20±0,2 
 
11±0,2 
 
9±0,8 
 
D-dimer 
 (1 x 10
-3
) q/l 
0-0,2  
 
Mənfi  
 
Mənfi  
 
Mənfi  
 
Mənfi  
 
Mənfi  
 
    Qeyd: *-p<0,05; **- p<0,01; ***-p<0,001; nəzarət qrupu ilə müqayisədə fərqin dürüstlüyünü   
göstərir. 
 
aktivləşməsinin  və  trombinin  əmələ  gəlməsinin  qarşısını  almaq  hesabına 
uzunmüddətli  antitrombotik  təsir  göstərir.  Bununla  yanaşı  olaraq,  fraksiparinin 
uzunmüddətli istifadəsi həm ana, həm də döl üçün maksimal effektiv və təhlükəsiz 
vasitədir.  
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Макацария А.Д. 
Антифосфолипидный синдром в акушерской практике. Изд-во Руссо. 2002, с. 344.
 
2.Mialdea M, Sangle SR, D'Cruz DP. Antiphospholipid (Hughes) syndrome: beyond pregnancy morbidity and thrombosis. Journal of 
Autoimmune Diseases. 2009;19:6. 
3.Cervera R, Piette JC, Font J, et al. Antiphospholipid syndrome: clinical and immunologic manifestations and patterns of disease 
expression in a cohort of 1,000 patients. Arthritis Rheum.2002;46:1019–27 
4.Levine JS, Branch DW, Rauch J. The antiphospholipid syndrome. N Engl J Med. 2002;346:752–63 
5.Forastiero R, Martinuzzo M, Pombo G, et al. A prospective study of antibodies to beta2-glycoprotein I and prothrombin, and risk 
of thrombosis. J Thromb Haemost. 2005;3:1231–1238. 
6.Mackworth-Young CG. Antiphospholipid syndrome: multiple mechanisms. Clin Exp Immunol.2004;136:393–401. 
7.Pierangeli SS, Chen PP, Gonzalez EB. Antiphospholipid antibodies and the antiphospholipid syndrome: an update on treatment and 
pathogenic mechanisms. Curr Opin Hematol. 2006;13:366–75 
8.Stone S, Khamashta MA, Poston L. Placentation, antiphospholipid syndrome and pregnancy outcome. Lupus. 2001;10:67–74. 
9.Mulla  MJ,  Brosens  JJ,  Chamley  LW,  et  al.  Antiphospholipid  antibodies  induce  a  pro-infl  ammatory  response  in  fi  rst  trimester 
trophoblast via the TLR4/MyD88 pathway. Am J Reprod Immunol.2009;62:96–111. 
10.Tektonidou  MG,  Laskari  K,  Panagiotakos  DB,  Moutsopoulos  HM.  Risk  factors  for  thrombosis  and  primary  thrombosis 
prevention in patients with systemic lupus erythematosus with or without antiphospholipid antibodies. Arthritis Rheum. 2009;61:29–
36.  
 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin