Саьламлыг  здоровье



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə5/29
tarix14.04.2017
ölçüsü5,03 Kb.
#14041
1   2   3   4   5   6   7   8   9   ...   29

Müzakirə: 
Xronik 
daşlı 
xolesistitin 
müalicəsində 
laparoskopik 
xolesisektomiya  qızıl  standart  sayılsada  onun  kəskin  xolesistin  müalicəsində 
istifadəsinə  əzəldən  çox  ehtiyyatla  yanaşılmışdır  və  hətta  öd  kisəsinin  kəskin 
iltihabı endoskopik üsula əks göstəriş sayılmışdır [3, 4]. Lakin sonralar toplanan 
təcrübə,  artan  ixtisaslaşma  LXE-nın  kəskin  xolesistitdə  uğurla    icra  oluna 
bilməsini göstərdi [8, 9]. Bu sahədə diskussiya doğuran məsələ endoskopik üsulun 
kəskin  xolesistitdə  nə  zaman  aparılmasının  məqsədə  uyğunluğu  ətrafındadır. 
Mütəxəssislərin  bir  qismi  [10,  11]  erkən  yəni  xəstəliyin  başlanğıcından  gec  ən  ilk 
24-48-72 saatlarda aparılmasının daha təhlükəsiz olduğunu vurğulayır. Digərləri 
isə  [12,  13]  əməliyyatın  bir  neçə  həftə  sonra-kəskin  xolesistiti  “soyudub”  icra 
etdikdə daha effektiv olduğunu söyləyir. 
Bizim  tədqiqatlar  kəskin  xolesistitdə  erkən  (ilk  72  saatda)  əməliyyatların 
“gecikmiş”  (6  gün  və  sonra)  müdaxilələrə  nisbətən  daha  təhlükəsiz  və  uğurlu 
olduğunu  göstərdi.  Belə  ki,  erkən  LXE-da  intraoperasion  fəsadlaşma  17  xəstədə 
(12,2 %), açıq üsula konversiya 7 pasiyentdə (3,2%) baş verdiyi halda “gecikmiş” 
ə
məliyyatlarda analoji göstəricillər müvafiq olaraq 26 pasiyent (29,4%) və 16 xəstə 
(18,8 %) təşkil etmişdir. Təcrübə göstərir ki, kəskin xolesistitin tutmaları nə qədər 
davamiyyətli  olarsa,  endoskopik  əməliyyatın  çətinliyi  və  uğursuzluğu  da  o  qədər 
çox  olacaqdır.  Laparoskopik  xolesitektomiyanın  ən  ciddi  fəsadlarından  olan 
ümumi  öd  axarının  zədələnməsi  0,1-1  %  hallarda  rast  gəlinir  [14].  Bizim 
müşahidələrdə 
belə 
fəsadlaşma 
LXE-də 
bir 
xəstədə 
(0,26%) 
açıq  
xolesistektomiyada  da  bir  pasiyentdə  (0,44%)  baş  vermişdir.  Bu  fəsad  kəskin 
xolesistitli  kişi  xəstədə  xəstəliyin  başlanğıcından  keçən  10-cu  gün  icra  olunan 
müdaxilədə  baş  vermişdir.  Zədələnmə  endoskopik  əməliyyatın  gedişindəcə 
aşkarlanmış, 
laparoskopiyaya 
keçid 
alınaraq 
hepatikoyeyunoanastomoz  
qoyulmuşdur.  Həmin  xəstə  3  il  sonra  anastomozun  daralmasına  görə  təkrarı 
ə
məliyyata  məruz  qalmışdır.  LXE-nın  digər  ciddi  fəsadı-endoskopik  yolla 
dayandırıla  bilinməyən  qanaxma    8  xəstədə  (2,  %)  rast  gəlinmişdir.  Qanaxmanın 
mənbəyi 2 xəstədə isə qaraciyərin alt kənarından bitişmələrin qopması, bir xəstədə 
də 
sağ 
qaraciyər 
arteriyasının 
yan 
zədəsi 
olmuşdur. 
Laparoskopik 
xolesistektomiyada qanaxmalar orta hesabla 10 % halda  baş verir [15]. 
Laparoskopik  xolesistektomiyada  açıq  üsula  keçid  35  xəstədə  baş 
vermişdir  (0,26%). Konversiyanın səbəbləri içərisində öd kisəsi ətrafı infiltrativ və 
adheziv  dəyişikliklər  üstünlük  (65,7%)  təşkil  etmişdir.  Ədəbiyyat  məlumatlarında 
kəskin  xolesistitdə  rast  gəlinən    intraoperasion  çətinliklər  və  fəsadlarla  bağlı 
laparoskopiyadan  açıq  üsula  keçid  tezliyi  8-31%  arasında  göstərilir  [5,  6]. 
Endoskopik üsuldan laparotomiyaya keçid riski amillərinə böyük  yaş həddi, kişi 
cinsi,  patoloji  piylənmə,  xolesistitin  tez-tez  kəskinləşməsi,  qarın  boşluğunda 
qabaqlar  keçirilmiş  əməliyyat  və  s.  aid  edilmişdir  [16,  17].  Kəskin  xolesistitdə 
laparoskopik  xolesistektomiya  ilə  ənənəvi  xolesistiektomiya  əməliyyatlarının 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
38 
nəticələrinin  müqayisəvi  təhlili  ədəbiyyatda  müzakirə  mənbəyi  kimi  qalmaqdadır. 
Tədqiqatların  bir  qismində  [18]  endoskopik  üsulun  bir  sıra  göstəricilərə  görə 
(xəstəxanada qalma günləri, yara problemi, ölüm faizi) açıq üsuldan üstün olduğu 
vurğulansa  da  digərlərində  [19]  üsullar  arasında  yalnız  xəstəxanada  qalma 
günlərinə görə laparoskopik yanaşmanın üstünlüyü göstərilir. 
Bizim  müayinələrdə  də  laparoskopik  və  laparotomik  xolesistektomiyaların 
ə
sas göstəricilərə görə əhəmiyyətli dərəcə də dərqlənmədiyi qeyd edilmişdir. 
Nəticələr:  
1.  Kəskin  xolesistitin  cərrahı  müalicəsində  erkən  icra  edilən  laparoskopik 
xolosistektomiya effektli  və təhlükəsiz  əməliyyatdır. 
2.  Açıq  xolesistektomiya  ağır  və  davamiyyətli  gedişli  kəskin  xolesistitdə 
ilkin  əməliyyat  kimi  və  endoskopik  əməliyyatın  gedişində  baş  verən  ciddi 
fəsadlaşmalarda ehtiyat müdaxilə kimi öz əhəmiyyətini saxlayır. 
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Sharp K.W. Acute cholecystitis. Surg Clin North Am 1988, 68; 269-79. 
2.Friedman A.D. Natural history of asymptomatic and symptomatic gallstones. //Am I Surg. 1993; 165:399-404 [Pubmed]. 
3.Rather D.W; Fergusson C, Warshaw A I. factors associated with successful Laparoscopic cholecystectomy for acute cholecystitis. 
4.Cuscheri A, Bercia, Mc Sherry C.K. Laparoscopik cholecystectomy. //Am.I Surg 1990; 159, 273 . 
5.Lohansson M. Thune A, Blomquist A et all. Management of acute cholecystitis in the laparoscopic era:  resuets of a prospective 
randomuzed clinical trial. //I.gastrointest Surg 2003; 7:642-5 
6.Ballal M, david A, Willmoot S et all. Conversion after laparoscopic cholecystectomy in England. //Surg Endosc. 2009; 23: 2338-44 
7.Yokoe  M,  Takada  T,  Strasberg  smetol  TG  13  diaqnostik  criteria  and  severity  grading  of  acute  cholecystitis.  //I  Hepatobiliary 
Pancreat Sci 2013; 20(1):35-46 [Pubmed]. 
8.Kiviluoto  T,  Siren  I,  Luukonen  P,  Kivilaauso  E.  Randomized  triol  of  laparoscopic  versus  open  cholecystectomy  for  acute  and 
ganqreous cholecystitis. //Lancet 1998; 351: 321-5. 
9.Serralta AS, Bueno IL, Planells MR, Rodero D. Prospective avalmatio of emergency versus laparoscopic cholecystectomy for early 
cholecystitis. //Surg LaparoscEndosc Percutan Tech 2003; 13; 71-5 
10. Lai  PB,  Kwong  KH,  Leung  K.L  et  all.  Randomized  triol  of  early  versus  delayed  Laparoscopic  cholecystectomy  for  acute 
cholecystitis. //Br I. Surg 1998; 85: 764-7 
11. Madan AK, Aligadi-Wahle S, Tesid et all. How early is early laparoscopic treatment of acute cholecystites? //Amm I.Surg 2002; 
183: 232-6 ern 
12.Chandler  A.F.  Lane  I.S,  Ferguson  P  et  all.  Prospective  evalmation  of  early  versus  delayed  laparoscopic  cholecystectomy  for 
treatment of acute cholecystitis //Am Surg 2000; 66; 896-900. 
13. Pessaux  P,  Tuech  IY,  Regenet  N  et  all.  Laparoscopic  cholecystectomy  in  the  treatment  of  acute  cholecystitis.  Prospective 
nonrandomized study. //Gastroenterol Clin Biol 2000; 24: 400-3 
14. Nuzzo  A,  Giblante  F,  Giovannini  I  et  all.  Bile  duct  injury  during  laparoscopic  Cholecystectomy:  rezults  of  an  Italian  National 
Survery on 56591. Cholecystectomies. //Arch of Surg.2005, vol 140  10 986-992 
15. Phillips PA, Amarol YF. Abdominal ecces complications in laparoscopic surgery. //I Am Coll Surg 2001; 192: 525-36 
16. Botaitis S, Pitikandis M, Perente S. Laparoscopic cholecystectomy in acute cholecystitis: An analysis of the risk factors  SAYS 
2012, v 50 N3 
17.Ibrahim  S,  Tay  KH,  Lim  SH  et  all.  Risk  factors  of  conversion  to  open  Surgery  in  patients  undergoing  laparoscopic 
cholecystectomy. //World I Surf 2006; 30: 1968-1704 
18. Kama NA, Kologlu M, Doganay M et all. A risk score for conversion from laparoscopic to open cholecystectomy //Amm I Sury 
2001; 181: 520-5 
19.Teixeira  I.A.  Riveiroc.  Moreira  L.M  et  all.  Laproscopic  cholecystectomy  and  open  cholecystectomy  in  Acute  Cholecystitis: 
Critical  Analysis of 520 Cases. Acta Med Port 2014 27(6) 685-  691 
20. Галлингер Ю. И Карпенкова    В.М. Осложнения лапароскопической холецистэктомии.  //Анн. Хирург гепатол. 2000 Т5-
№2-С 103-104. 
 
 
Дахил олуб:  25.04.2016. 
 
 
 
                       
 
 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
39 
 ОРЪИНАЛ МЯГАЛЯЛЯР  ОРИГИНАЛЬНЫЕ СТАТЬИ 
ORIGINALS  
 
 
PİYLƏNMƏ İLƏ ƏLAQƏDAR BARİATRİK ƏMƏLİYYATA MƏRUZ 
QALMIŞ XƏSTƏLƏRİN MÜALICƏ DİNAMİKASINDA HƏYAT 
KEYFİYYƏTİNİN ÖYRƏNİLMƏSİ 
 
Ömərov T.İ., Mayılova A.Ə. 
 
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi; 
“Modern hospital” klinikası, Bakı, Azərbaycan. 
 
Açar sözlər: həyat keyfiyyəti, piylənmə, mədə kiçiltmə, mədəşuntlayıcı əməliyyatlar. 
Ключевые 
слова: 
качество 
жизни, 
ожирение, 
рукавная 
резекция 
желудка, 
гастрошунтирование. 
 
Hazırda  morbid  piylənmə  (MP)  ilə  xəstələnənlərin  sayı  bütün  dünyada  armışdır. 
Tədqiqatçılar  bunun  əsas  səbəbini  az  hərəkətlilik,  yüksək  kalorili  qida  məhsullarının  qəbulu, 
hormonal dəyişikliklər və digər amillərlə əlaqələndirirlər [1].  
Xəstəliyin  müalicəsinin  ilkin  mərhələlərində  konservativ  korreksiya  üsulları  təyin  edilir. 
Lakin  təcrübə  göstərir  ki,  MP  inkişaf  etdikdə  bunun  medikamentoz  müalicəsi  bir  o  qədər  də 
qənaətbəxş olmayıb, kifayət qədər maddi sərfiyyat və davamlı müşahidənin aparılmasını tələb edir 
[2].   
Belə  bir  durumda  xəstəliyin  cərrahi  müalicəsinə  göstərişlər  artır.  Hazırda  isə  MP-nin 
müalicə  səmərəliliyinin  artırılması  məqsədi  ilə  müxtəlif  növ  bariatrik  əməliyyatlar  tətbiq 
edilməkdədir  [3].    Ölkəmizdə  MP-nin  cərrahi  müalicəsi  nisbətən  yeni  başlandığından,  müalicə 
nəticələrinin  müxtəlif aspektlərdə öyrənilməsi maraq yaratmışdır.    
Məlumdur  ki,    MP  olan  xəstələrin  müalicə  nəticələrinin  öyrənilməsi  əksər  hallarda  bədən 
kütlə  indeksinin  (BKİ)  dinamikada  azalması,  eləcə  də  qeyd  edilən  xəstəlik  ilə  əlaqəsi  olan  yanaşı 
xəstəliklərin  gedişinə  əsasən  aparılır  [1,4].  Bununla  yanaşı  olaraq,  göstərilən  xəstəliyin  cərrahi 
müalicə nəticələrinin qiymətləndirilməsi üçün xəstələrin həyat keyfiyyətinin dinamikada öyrənilməsi 
vacib  məqamdır.  Lakin  qeyd  etmək  lazımdır  ki,  hazırda  MP  olan  xəstələrin  həyat  keyfiyyətinin 
müalicə dinamikasında öyrənilməsi üçün ümumqəbul edilmiş müayinə üsulu yoxdur.   
 Əksər  hallarda  cərrahi  müalicəyə  məruz  qalan  xəstələrin  həyat  keyfiyyətinin  öyrənilməsi 
üçün  müxtəlif  üsullardan  istifadə  edilir.    Bu  məqsədlə  qastroenteroloji  xəstəliklərin  müalicə 
nəticələrinin  öyrənilməsində  tətbiq  edilən  GIQLI  (Gastrointenstinal  Quality  of  Life  İndeks)  şkalası 
daha çox diqqəti cəlb edir.    
Ə
dəbiyyat məlumatlarına əsasən GIQLI anketi sadə və informativdir [3]. Düşünürük ki, bu 
şkalanın  köməyi  ilə  tədqiq  etdiyimiz  xəstələrin  müalicə  dinamikasında  həyat  keyfiyyətinin 
öyrənilməsini,  eləcə  də  MP  ilə  əlaqədar  digər  antropometrik  göstəricilərlə  korrelyativ  əlaqənin 
qiymətləndirilməsi müasir təbabətin cavablarına uyğundur.  
Beləliklə,  hazırda  MP  ilə  olan  xəstələrin  cərrahi  müalicə  nəticələrinin  öyrənilməsi  üçün 
digər  müayinə  üsulları  ilə  yanaşı,  xəstələrin  həyat  keyfiyyətinin  daha  səmərəli  şəkildə 
qiymətləndirilməsi də çox aktual bir məsələdir.   
İşin  məqsədi  –  bariatrik  əməliyyata  məruz  qalan  morbid  piylənməsi    olan  xəstələrin 
müalicə mərhələlərində həyat keyfiyyətinin  qiymətləndirilməsi 
Material  və  metodlar.  Tədqiqat  işi  “Modern  hospital”  klinikasında  MP  ilə  əlaqədar 
ə
məliyyat  olunmuş  28  xəstənin  müalicə  nəticələrinin  öyrənilməsinə  əsaslanmışdır.  Tədqiq  edilən 
xəstələrin 19(67,9%)  nəfəri qadın, 9 (32,1%) nəfəri isə kişi olmuşdur. Xəstələrin yaşı 29-59 arasnda 
olmuşdur, orta yaş həddi 43,6±1,3 təşkil etmişdir.    

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
40 
Xəstələrin  23  nəfəri  (82,1%)  mədə  kiçiltmə  (Sleeve  Gastrectomy),  5  nəfəri  isə  (17,9%) 
mədənin  şuntlayıcı  (Gastryc  bypass)  əməliyyatına  məruz  qalmışdır.    Əməliyyatlar  laparoskopik 
üsulla aparılmışdır.  
Müşahidə etdiymiz xəstələrdə MP dərəcəsinin öyrənilməsi üçün 2 əsas göstəricidən istifadə 
edilmişdir: artıq bədən çəkisi (ABÇ) və bədən kütlə indeksi (BKİ). 
ABÇ  Brok  düsturu  ilə  ölçülmüşdür  [1].  Qeyd  edilən  düsturla  ideal  bədən  çəkisi    100% 
hesab edilir.  
ABÇ isə aşağıda göstərilən düsturla hesablanmışdır –  
ABÇ (%) = Bədən çəkisi (%) – 100.  
BKİ isə ümumqəbuledilmiş düsturla ölçülmüşdür-  
BKİ = bədəb çəkisi (kq) / boy (m
2
)  
Tədqiq  edilən  xəstələrdə  (29  nəfərə)  həyat  keyfiyyəti  əməliyyatdan  əvvəl  və  sonra  
öyrənilmişdir.  
Qeyd  etmək  lazımdır  ki,  biz  müalicə  mərhələlərində  BÇİ  ilə  xəstələrin  həyay  keyfiyyəti 
arasında korrelyativ əlaqəni də öyrənmişik.  
Müqayisə  aparmaq  üçün  24  könüllü  olan  sağlam  şəxslər  də  tədqiqata  cəlb  edilmşdir  ki, 
bunlarda xroniki xəstəlik anamnezi, eləcə də MP müəyyən edilməmişdir.  
Xəstələrin  həyat  keyfiyyətinin  öyrənilməsi  üçün  biz  tədqiq  edilən  xəstələrin  müalicə 
mərhələlərində  GİGLİ  anketi  əsasında  sorqu  ilə  qiymətləndirmişik.  Göstərilən  anket      universal  və 
spesifik  hissələrdən  ibarətdir.  Universal  hissəyə  aid  edilən  suallar  “funksional  fəallıqı”  xarakterizə 
edir.  Bunlar  xəstənin  fiziki  fəallığını,  gündəlik  fəaliyyətini,  sosial  və  ekonomik  vəziyyəti  əsasında 
qiymətləndirilir  (sıra  nömrəsi  ilə  1-24-cü  sualllar).  Bundan  başqa  həmin  hissənin  köməyi  ilə 
xəstənin  özünün  sağlamlıq  vəziyyəti,  aparılan  müalicənin  səmərəliliyi  və  onun  həyat  statusunun 
necə  qiymətləndirməsi (25-29-cu suallar) öyrənilir.  
Anketin spesifik hissəsi isə (30-38-ci suallar) xəstəliyə aid olan sualları əhatə edir.  
Hər bir sual 0-4 arası balla qiymətləndirilmişdir.   
Statistik  işlənmələr  Excell  proqramında  Styudent  dürüstlük  kriterisinin  istifadəsi  ilə 
aparılmışdır. Alınmış nəticələr və öyrənilən göstəricilər arasında asılılığın öyrənilməsi  üçün  Pirson 
korrelyasiya  koeffisiyenti  hesablanmışdır.    Qruplar  arasında  müqayisənin  aparılması  üçün  orta 
göstərici (M) və standart kənara çıxma (δ) göstəricilərinin hesablanmasından istifadə edilmişdir. 
Nəticələr və onların müzakirəsi. Müşahidə  etdiyimiz  MP  –si  olan  xəstələrin  əməliyyatönü 
dövrdəki  müayinə  nəticələri  cədvəl  1-də  göstərilmişdir.  Alınmış  nəticələr  göstərmişdir  ki,  bütün 
tədqiq edilən göstəricilərdə əməliyyatdan sonrakı dövrdə müqayisəli müsbət dinamika qeyd edilir.  
Ə
ksər hallarda (29 xəstədən 22-ndə) MP-li xəstələrin BÇİ 40 kq/m2 yuxarı olmuşdur.  
Ə
məliyyatdan  sonrakı  dövrdə  bu  göstərici  yenidən  tədqiq  edilmişdir.  Alınmış  nəticələr 
cədvəl 2-də göstərilmişdir.  
Ə
məliyyatdan  əvvəlki  dövrdə  tədqiq  edilən  bütün  göstəricilər  əməliyyatdan  sonrakı  ilə 
müqayisədə  bütün  hallarda  yüksək  olmuşdur,  lakin  bu  BKİ  göstərici  istisna  olmaqla  bütün 
göstəricilərdə fərq statistik dürüst olmamışdır.  
Cədvəl  3-də  tədqiq  edilən  xəstələrin  müalicə  dinamikasında  xəstələrin  həyat  keyfiyyəti 
öyrənilmişdir.    Alınmış  nəticələr  göstərmişdir  ki,  həyat  keyfiyyəti  indeksi  MP-li  xəstələrdə  kontrol 
qrupa  aid  olan  şəxslərdən  fərqli  olmuşdur  (p≤0,05).  Əməliyyatdan  sonra  isə  alınmış  nəticələr 
kontrol  qrupa  tam  olaraq  müvafiq  olmasa  da,  normal  rəqəmlərə  yaxınlaşmışdır  (göstəricilər 
arasında fərq statistik dürüst olmamışdır).  
Жядвял  № 1. 
Morbid piylənməsi olan xəstələrdə əməliyyatönü göstəricilər 
Tədqiq edilən xəstələr 
Yaş 
Bədən çəkisi (kq) 
BKİ, kq/m2 
ABÇ, % 
Qastroşuntlama əməliyyatı 
planlaşdırılan xəstələr  
45,4±7,3* 
136,9±23,7 
45,8±6,4* 
97,7±28,6 
Mədə kiçiltmə əməliyyatı 
planlaşdırılan xəstələr 
38,5±8,5* 
115,7±19,6* 
41,1±6,9 
81,2±27,5* 
Qeyd: * - p 

0,05 fərq dürüstdür 

САЬЛАМЛЫГ – 2016. № 4.
 
 
41 
Жядвял  № 2. 
Müşahidə edilən xəstələrin əməliyyatdan sonrakı dövrdə antropometrik göstəricilərı 
Müşahidə dövrü 
Bədən çəkisi (kq) 
BKİ, kq/m2 
ABÇ, % 
ABÇ azalması %  
Əməliyyatdan 2 il sonra 
93,9±22,7* 
42,3±7,8 
43,3±34,4* 
37,2±27,9 
Əməliyyatdan 1 il sonra  
98,3±31,5 
34,2±8,1* 
47,8±24,3 
52,3±18,7  
Qeyd: * - p ≤0,05 fərq dürüstdür 
Жядвял  № 3. 
Morbid piylənməsi olan xəstələrin müalicə mərhələlərində həyat keyfiyyəti indeksi göstəricisinin nəticələri 
 
Жядвял  № 4. 
Morbid piylənmə ilə əlaqədar əməliyyata məruz qalmış xəstələrdə həyat keyfiyyəti indeksi antropometrik göstəricilər 
arasında korrelyasiya 
 
 
Funksional fəallıq 
Mənimsəmə 
Xəstəliyə aid olan 
spesifik suallar 
BÇİ  
ABÇ 
ABÇ azalması % 
1 il sonra 
2 il sonra 
1 il 
sonra 
2 il 
sonra 
1 il sonra 
2 il 
sonra 
Funksional fəallıq  
 -0,05 
-0,42 
-0,09  
-0,46 
  -0,02 
0,46 
Mənimsəmə 
-0,03  
-0,39 
-0,04  
-0,33 
-0,06   
0,27 
Xəstəlik-spesifik suallar 
 -0,18 
-0,43 
 -0,17 
-0,29  
 -0,14 
0,06 
Balların cəmi 
-0,07  
-0,49 
 -0,11 
-0,42 
0,004  
0,34 
 
Ə
məliyyatönü  və  əməliyyatdan  sonrakı  dövrdə  MP  olan  xəstələrin  həyat  keyfiyyəti,  bədən 
çəkisinin azalması arasında korrelyativ əlaqə aşkar edilmişdir. Korrelyasiyanın dürüstlüyü p≤0,05 
bərabər  olmuşdur.  Bu  qeyd  edilən  parametrlərin  xəstələrin  həyat  keyfiyyətinin  öyrənilməsi  üçün 
ə
həmiyyətli olmasını sübut edir.  
Mədəşuntlayıcı  əməliyyata  məruz  qalan  xəstələrdə  isə  bu  göstəricilər  arasında  korrelyativ 
koeffisiyent (Pirson) “0” bərabər olmuşdur. 
Nəticələr.  
Aparılan  bariatrik  əməliyyatlardan  sonra  1  il  tədqiq  edilən  bütün  MP  –li  xəstələrdə  həyat 
kefiyyətinin yaxşılaşması müəyyən edilmişdir. Analoji müsbət dinamika əməliyyatdan 2 il sonra da 
davam  etmişdir.  Nəticələr  göstərmişdir  ki,  tədqiqatın  hər  iki  dövründə  xəstələrin  həyat  keyfiyyəti 
göstəriciləri arasında dürüst fərql aşkarlanmamışdır.   
Beləliklə, MP olan xəstələrdə bariatrik əməliyyatlardan sonra xəstələrin dinamikada bədən 
çəkisinin,  eləcə  də  BKİ  göstəricisinin  azalaması  ilə  yanaşı  həyat  keyfiyyəti  də  tədqiq  edilməlidir. 
Aldığımız  nəticələr  göstərmişdir  ki,  sonuncunun  qiymətləndirilməsi  MP-li  xəstələrin  müalicə 
nəticələrinin öyrənilməsində vacib göstəricidir.  
Aldığımız  nəticələr  göstərmişdir  ki,  həyat  keyfiyyəti  MP  xəstələrdə  əməliyyatdan  əvvəlki 
dövrdə (85,1) sağlam insanlarla (113,4) müqayisədə 24,96% aşağı olmuşdur (p<0.05). 
Ə
məliyyatdan  sonrakı  dövrdə  tədqiq  etdiyimiz  xəstələrdə  mədə  kiçiltmə  və  ya 
mədəşuntlayıcı əməliyyatlardan  sonra həyat  keyfiyyəti yaxşılaşmışdır.   Müşahidənin  bu  dövründə 
həyat  keyfiyyəti  göstəriciləri  tam  da  normallaşmasa  da  kontrol  rəqəmlərə  yaxınlaşmışdır.  Qeyd 
 
Funksional 
fəallıq 
Mənimsəmə 
Xəstəliyə aid olan 
spesifik suallar 
Balların cəmi  
Sağlam insanlar  
 69,2±8,3 
13,4 ±2,3 
 31,2±3,6 
  113,8±9,8 
Əməliyyatönü dövrdə MP olan 
xəstələr 
56,9±9,4 
8,4±2,7 
 19,8±4,6 
85,1±18,5 
Əməliyyatdan 2 il sonra 
65,8±14,6 
12,7±2,9 
23,6±5,7 
102,1±21,8 
Əməliyyatdan 1 il sonra  
64,3±10,8 
12,9±3,1 
24,2±5,9 
101,4±19,3 

            
САЬЛАМЛЫГ – 2016. № 4. 
42 
etmək  lazımdır  ki,  həyat  keyfiyyəti  indeksi  bariatrik  əməliyyatlara  məruz  qalan  bütün  xəstələrdə 
(mədə kiçiltmə və qastroşuntlama) əməliyyat növündən asılı olmayaraq fərqlənməmişdir.  
Tədqiq  edilən  xəstələrdə  həyat  keyfiyyəti  ilə  bədən  çəkisinin  azalması  dinamikasının 
arasında  olan  korrelyativ  əlaqənin  öyrənilməsinin  nəticələri  bunun  daha  çox  mədə  kiçiltmə 
ə
məliyyatından sonra  baş verməsi  müəyyən edilir. BKİ-nin azalması  xəstələrin həyat keyfiyyətinin 
bir o qədər də yaxşılaşması ilə səciyyələnmişdir. Artıq bədən çəkisinin azalması ilə xəstələrin həyat 
keyfiyyəti  arasında  olan  korrelyasiya  da  düz  mütənasib  əlaqələnmişdir.  Düşünürük  ki,  bariatrik 
ə
məliyyatlardan  sonra  xəstələrin  həyat  keyfiyyəti  ilə  digər    yanaşı  xəstəliklər  arasında  olan  
korrelyativ  əlaqələrin  xüsusiyyətlərin  öyrənilməsi  də  məqsədəuyğundur.  Bu  istiqamətdə 
tədqiqatlarımız davam etdirilir.   
 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Eypasch  E.,  Troidl  H.,  Wood-Dauphinee  S.  Quality  of  life  and  gastrointenstinal  surgery  a  clinic  metric  approach  developing  an 
instrument for its measurement. Theor.Surg., 1990, 5, p.3-10 
2.Obeid T., Krishnan A., Abdalla G. et.al. GERD Is Associated with Higher Long-Term Reoperation Rates After Bariatric Surgery // 
J. Gastrointest. Surg. 2016, 20(1), p.119-24 
3.Obeid N., Deese-Laurent S., Schwack B. et al.  
Location and number of sutures placed for hiatal hernia repair during laparoscopic 
adjustable gastric banding: does it matter?
 // Surg Endosc. 2014, 28(1), р. 58-64.  
4.Obeid A., Long J., Kakade M. et al. 
Laparoscopic Roux-en-Y gastric bypass: long term clinical outcomes.
 // J.Surg Endosc., 2012, 
26(12), p. 3515-20 
 
Р Е З Ю М Е 
 
ИЗУЧЕНИЕ КАЧЕСТВА ЖИЗНИ В ДИНАМИКЕ ЛЕЧЕНИЯ   БОЛЬНЫХ С МОРБИДНЫМ 
ОЖИРЕНИЕМ ПЕРЕНЕСШИХ БАРИАТРИЧЕСКУЮ ОПЕРАЦИЮ 
 
Омаров Т.И., Маилова А.А. 
 
В  бариатрической  хирургии  наиболее  часто  для  оценки  качества  жизни  пациентов 
применяют  две  шкалы:  GIQLI  (Gastrointestinal  Quality  of  Life  Index)  и  BAROS  (Bariatric 
Analysis  and  Reporting  Outcome  System).  Мы  в  своей  работе  использовали  оригинальную 
оценку  качества  жизни,  разработанную  на  основе  анкеты  GIQLI.  После  хирургического 
лечения  процент  снижения  избытка  массы  тела  достоверно  выше  у  больных  после 
гастрошунтирования, т.е. потеря лишних килограммов происходит в большей степени после 
шунтирования, чем после бандажирования желудка. По данным проведенного исследования 
индекс  качества  жизни  больных  морбидным  ожирением  значительно  ниже,  чем  в 
контрольной группе (р≤0,05). После операции все показатели выше в группе оперированных 
больных, чем у больных ожирением до операции (разница статистически достоверна, р≤0,05). 
При  сравнительной  оценке  двух  операций  нами  отмечены  практически  идентичные 
результаты  после  гастрошунтирования  и  бандажирования  желудка.  Для  бандажирования 
желудка  значимым  показателем  для  улучшения  качества  жизни  является  динамика  массы 
тела, в то время как после гастрошунтирования такой закономерности не выявлено.  
 
Дахил олуб:  13.05.2016. 
 
 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin