Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   2   3   4   5   6   7   8   9   10   ...   22

QOŞUNUN QARABAĞ TƏRƏFƏ VƏ 
DİGƏR YERLƏRƏ GETMƏSİ 
 
Demək lazımdır ki, o zaman vəliəhd Abbas Mirzəyə xidmət edən türk 
(azərbaycanlı) piyada qoşununa, eləcə də şaha xidmət edən İraq piyada qoşununa 
canbazlar
1*
 deyirdilər. 
Xülasə Heydərəli xan aydın xəbər və  fərmanla Tehrandan qayıtdı. Abbas 
Mirzə qoşunu və ordusunu gözdən keçirib hərbə lazım olan şeyləri yerbəyer 
edərək bir neçə tərəfdən Qafqaza qoşun göndərdi. Türk (azərbaycanlı) əsgər, atlı 
və topdan ibarət olan altmış minlik bir qoşunu Abbas Mirzə özü ilə götürüb, 
Qaradağ, Müşk-ənbər və Gülənbər yaylaq yolu ilə Qarabağa yola düşdü. 
İkinci dəstə Xoy, Səlmas,  Əfşar və Urmiya atlı  və piyadalarından ibarət 
qoşunu sərdar Əmir xan və qarabağlı Mehdiqulu xanla Naxçıvan və Sisyan dağ 
yolu ilə Şuşa qalasının üzərinə göndərdi. 
Qacar  əmirlərindən birisi olan sərdar  İbrahim xan şirvanlı Mustafa xanla 
birlikdə İraq qoşunu və Cahardolu atlılarından ibarət böyük bir dəstə ilə Şirvanat 
tərəfə yola düşdü. İrəvanlı sərdar Hüseyn xanı və Sarı Aslan adı ilə məşhur olan 
qardaşı Həsən xanı, Gürcüstan valisi Aleksandr Mirzə ilə birlikdə Tiflis tərəfinə 
təyin etdi. Qarakilsədə  Pənbək və  Şuragül tərəfindən knyaz Sivaralidze ilə 
vuruşmağa başladılar. Habelə talış Mir Həsən xan öz qoşunu və vilayətinin hərbi 
qüvvələrilə Lənkəran və Ərkivana, Hüseyn xan Şəkili (Səlim xanın oğlu) qardaşı 
Hacı xanla Nuxa tərəfə, Ziyadoğlu Uğurlu xan Gəncə tərəfə yollandılar. Bunların 
hər birisi on-on beş min qoşunla müharibəyə hazır olmaq bayrağını ucaldaraq 
Gəncə vilayətini tutmağa yola düşdülər. Rus dövlət başçıları bu xəbərin 
yayılmasına baxmayaraq, qızılbaşların sülhü səbəbsiz pozub müharibəni 
başlamalarına inanmırdılar. Belə bir dövrdə knyaz Menşikov adı ilə məşhur olan 
böyük və inanılmış adam elçi sifətilə yeni padşahı tanıtdırmaq, dostluq əlaqəsini 
möhkəmlətmək, sülh və səmimiyyəti artırmaq xatirəsinə Tehrana yola düşdü. 
Knyaz Menşikov həzrətləri imperator tərəfindən Fətəli  şah üçün bir büllur 
taxt gətirdi. Knyaz Menşikovun mütərcimi olan Şahmirxan Bəylərov da elçi ilə 
bir yerdə Tehrana gəldi. Bu elçilər Uçana yetiş- 
 
 
 
 
 
                                                 
*
 

Canı ilə oynayanlar və ya canından keçənlər 
 
 
 74

dikdə  qızılbaşların burada hədsiz qoşun və ordusunu gördülər. Qızılbaşların bu 
hazırlığını rus dövlətinin başçılarına yetirə bilmədilər. Ruslar Tehrana elçi 
göndərdikləri üçün hələ müharibənin başlanacağına inanmırdılar. Hər kəs öz 
yerində  və öz işində xatircəm  əyləşmişdi. Müharibəyə hazırlıq və ya onu icra 
etmək fikrində deyildilər. Elçi knyaz Menşikovu Tehranda göz dustağı edib ona 
aydın bir cavab vermirdilər. 
Xülasə, birinci sərdar  Əmir xan Mehdiqulu xanla Xoy şəhərindən hərəkət 
edərək Naxçıvana varid oldu və Araz çayının kənarında dayandı, bir-birilə 
məsləhətləşdilər ki, onlar hərgah qoyulan şərt və işarələri gözləmədən bu qoşun 
və atlılar ilə Şuşa qalasının üzərinə hücum etsələr, ehtimal ki, qala əhli darvazanı 
açmasın, Mehdiqulu xana tabe olan adamlar da onların yanına getməsin; belə 
olduqda onların işi çətinləşəcəkdir və ixtiyarlarında olan qoşun və ordunun 
vəziyyəti pərişan olub dağılacaqdır. Nəticədə belə  qərara gəldilər ki, Abbas 
Mirzəyə ərizə yazsınlar və ondan qoşun göndərilməsini və əlavə olaraq iki alay 
sərbaz və iki top verməsini xahiş etsinlər. Bu niyyətlə ki, əgər çətinlik baş 
verərsə, heç olmasa özlərini saxlaya bilsinlər. 
Abbas Mirzə cavabında yazmışdı: “Sərbaz və top sizə lazım deyil, Qarabağın 
bəyləri mənə yazıblar ki, bizim qoşunumuz Xəlifəli darvazasına yetişən kimi, 
onlar darvazanı açacaqlar və bizim dövlətimizə itaət edəcəklər. Bu barədə  də 
göstəriş verilmişdir. Siz birbaşa Naxçıvandan Sisyan dağı yolu ilə heç yerdə 
dayanmadan Şuşa qalasına gedərsiz, onlar sizə kömək etməyə hazırdılar və bizim 
qoşunumuzun köməyini gözləyirlər. Əgər siz əsgər və top götürsəniz, tez hərəkət 
edə bilərsiz. Rusların əsgərləri ilə bizim böyük və çətin müharibəmiz olacaqdır. 
Əgər sizə  sərbaz, top verilərsə, sizin üçün dava çətin olar. Bir də yazmışdı: 
“Sərdar, qarşıda böyük işlər nəzərdə tutulmuşdur. Döyüşlər qabaqdadır, 
vuruşmalıyıq, irəliləməliyik, əgər qalib olsaq, uzun illər istirahət edəcəyik, əgər 
müvəffəq olmasaq, səhrada yorulmuş  qədəmlərimiz  əziyyət, zəhmətdə olub 
məşəqqətə düçar olacağıq. 
 
F ə r d: 
 
Əgər qabağa keçsək, bu mülk bizim olar.  
Ölsək, başqasına çatar (Daraya çatar). 
 
  
 75

Allah qoysa, Allahın köməkliyi ilə, şahənşahın təmiz iqbalı ilə cümə axşamı 
Xudafərin körpüsündən keçib Cəbrayıllı bağında dayanıb, cümə günü Ağoğlana 
varid olaraq, şənbə günü isə Çanaqçıda yerləşən rus qoşunları ilə orada müharibə 
edib bir gün içərisində hər iki işi, yəni həm qalanı alarıq və həm rusların işlərini 
bitirərik,” Həmin xanlar bir neçə dəfə rusların vuruşmalarını görmüşdülər. Abbas 
Mirzədən gələn məktubun məzmunundan xəbərdar olub, sərbaz və topun 
göndərilməsindən ümidlərini kəsdilər. Onlar Yeqorskinin bir batalyon əsgər və 
topları ilə Qapanat və Zəngəzur mahalının mühafizəsindən ötrü onların yollarının 
üzərində durmalarını eşitdilər. Rus əsgərlərinin igidlikləri məşhur idi. Buna görə 
də Əmir xan sərdar və Mehdiqulu xan Abbas Mirzənin məsləhətinə zidd olaraq 
tələsmək əvəzinə, aram və səbirlə yol gedirdilər. Naxçıvandan Sisyan dağına bir 
günlük yol idi. Onlar isə bu yolu üç-dörd günə qət etdilər. Oradaca sərdar Əmir 
xana və Mehdiqulu xana xəbər gəldi ki, Bazarçayda balıq tutmağa və çimməyə 
gəlmiş  əlli nəfər rus əsgəri tutulub həbs olunmuşdur. Bu söz bir qədər sərdar 
Əmir xanı  və Mehdiqulu xanı ruhlandırdı. Qədəmləri yorucu səhrada qüvvətə 
gəlib, özlərində zirəklik hiss etdilər. Sonra dağın üstündən aşıb Bazarçay 
kənarına və Qarakilsə  kəndinə  gəlib burada dayandılar. O gecə bir nəfər 
ruslardan üz döndərib qızılbaşlarla birləşən Hacı  Ağalar bəy Qarabağlının 
yanından gəlib, rusların kənddən çıxıb harayasa naməlum bir tərəfə getdiklərini 
xəbər verdi. Bu xəbərdən qızılbaş qoşunlarının içərisinə qorxu və həyəcan düşdü. 
Qorxudan gecə qoşunun yerini dəyişdilər. O yerlərdə olan Pirsəng təpəsində sən-
gər qazıb vuruşu gözləyirdilər. Sübhə yaxın ayrı bir xəbər gəldi ki, ruslar öz 
qoşunları ilə birləşmək üçün Şuşa qalasına tərəf gedirlər. 
Sərdar Əmir xan bacısı oğlu Məhəmməd Zaman xanı vuruşmaq üçün həmin 
gecəyarısı min atlı ilə rusların ardınca göndərdi. Bu niyyətlə ki, özü sübh vaxtı 
Mehdiqulu xana yetişib birlikdə onlarla vuruşarlar. 
Məhəmməd Zaman xan şərab içməkdə adətkər idi. Dava işini kənara qoyub 
yolun kənarına endi, yaxınlıqdakı Şəhpər kəndinə adam göndərib, oranın məşhur 
şərablarından gətirilməsini əmr etdi. 
Hacı Ağalar Xudafərin körpüsü ətrafında dayanan Abbas Mirzəyə xəbər verdi 
ki, qullar ağası Qasım xan qoşundan bir dəstə tüfəngçi qulam və iki top götürüb 
Qaradağ yolu ilə gəlib Həkərə çayının 
 
  
 76

yanında ruslara çatmış, hər iki tərəfdən qoşunlar arasında  şiddətli vuruşmalar 
olmuşdur. Bir tərəfdən qızılbaşlar, digər tərəfdən Hacı Samlının kürdləri və qeyri 
türklər, eləcə  də günəşin istisi, yolların çətinliyi,  əyri-üyrülüyü ruslara mane 
olduğu üçün qalaya gələ bilmədilər və batalyonu da suya çatdıra bilməyib 
dağıldılar. Bəziləri qətl olundu və bir hissəsi də əsir düşdü, bir qismi də özünü 
meşədə cəngəllikdə və ətrafda olan xaçpərəstlərin himayəsinə arxalanaraq xilas 
edilə bildilər. 
Abbas Mirzə bu şad xəbəri eşitdikdən bir gün sonra ordunu oradaca qoyub 
Gorunruz kəndinə gəldi. Burada ölən və əsir düşən rusların başçıları ilə birlikdə 
sayı 300 nəfər idi. Əsirlərin içərisində polkovnik Nazımov və mayor Kovalenski 
də var idi. Abbas Mirzə onları Gorunruz kəndinə Hacı  Ağaların yanına qonaq 
gətirdi. 
Gorunruz kəndində  sərdar  Əmir xan və Mehdiqulu xan Abbas Mirzənin 
hüzuruna gəlib ona öz sevinclərini bildirərək təbrik etdilər.  Əmir xan Abbas 
Mirzənin dayısı idi, Mehdiqulu xana da bacısı  Ağabəyim ağa  şahın hərəmi 
olduğu üçün ona dayı deyirdilər. Abbas Mirzə bunların hər ikisinə acıqlanıb 
dedi: 
- Bu nə azğmlıqdı, bu nə tənbəllikdi ki, siz etmisiz, bu ov, bu qələbə sizin idi, 
öz laqeydliyiniz və təqsiriniz nəticəsində ov əlinizdən çıxıb, şirin çənginə keçdi. 
Əsgərlər səlamət Şuşa qalasına yetişib, öz yoldaşları ilə birləşsəydilər, bu zaman 
bütün dünya qoşun olsaydı da onların öhdəsindən gələ bilməzdi. 
Əmir xan cavabında dedi: 
- Bu, işin  əvvəli idi. Hələ  fəthdən və müvəffəqiyyətdən bir nişan yox idi. 
Buna görə də biz ehtiyat etdik ki, zəfər qoşununa yaman göz toxunmasın. Allaha 
şükür, yenə  də  qələbə  zəfər qoşununun  əlində oldu. Bundan sonra da zəfər, 
qələbə və səadət bizimlə olacaqdır. 
Bu cavabdan Abbas Mirzə qəzəblənib türkcə dedi: 
- Danışma, saldırram, o qədər vurdurram ki, ayı səsi verərsən, nə dayı-dayı. 
Əmir xan sakit olub danışmağa artıq cəsarət etmədi. Ondan sonra onların 
ixtiyarında olan qoşunları  əllərindən alıb səlahiyyətdən məhrum etdi. Əlavə 
olaraq onlara dedi: 
- Siz qocalmısız, qulluğa sadiq olmağı bilmirsiz, cavanları tərbiyələndirib iş 
başına keçirmək lazımdı ki, mənim rəyimə və tədbirimə müvafiq hərəkət etsinlər. 
 
  
 77

Sonra ölən rusların zabitlərini, başçılarını  və  əsirləri oradan Fətəli  şahm 
hüzuruna göndərdi. Fətəli  şah özü isə  Ərdəbildə Qaradağ  ətrafında idi. Onun 
fikri Abbas Mirzə Şuşa qalasını tutduqdan sonra gəlib orada yerləşmək idi. 
Abbas Mirzə oradan qayıtdıqdan sonra qoşun və topları  Ağaoğlan yolu ilə 
Şuşaya tərəf göndərdi, özü isə ruslarla vuruşmaq üçün Kirs dağı yolu ilə 
Çanaqçıya  getdi.  Bu  xəbər rus qoşununun başçısı polkovnik Reutta çatdı. O, 
vəziyyətdən çaşbaş olub, qoşununu görürərək özünü qalaya yetirdi. Onlar bütün 
nəqliyyat vasitələrini qoyub getmişdilər. Zərgər və Cavanşir elləri bu qalmış 
nəqliyyat vasitələrini talan və qarət etdilər. 
Şahzadə Abbas Mirzə  Şuşanın bir ağaclığında Ağa Məhəmməd  şah 
ordusunun dayandığı və Nabatxan adı ilə məşhur olan yerə gəldi. 
Abbas Mirzə səngərlərin möhkəmləndirilməsinə, qoşunun nizam-intizamının 
qaydaya salınmasına başladı, üç yerdə  qərargah düzəltdi. Yuxarıda adı  çəkilən 
Nabatxanda böyük ordu ilə dayanmışdı. 
Nabatxandan yuxarıda  Əmir xan, Mehdiqulu xan və sair qarabağlılar, eləcə 
də Xocalı  kəndçiləri meşənin və dağın  ətəklərini sığınacaq etmişdilər. Abbas 
Mirzənin qardaşı Şıxəli Mirzə isə Əsgəran yaxınlığında yerləşmişdi. 
 
GÖRÜLƏN İŞLƏRİN NƏTİCƏLƏRİ VƏ 
FƏTHLƏR 
 
Naibüssəltənə Abbas Mirzə böyük təmtəraq və  təntənə ilə  Şuşa qalasını 
mühasirəyə alıb orada dayandı. 
Qarabağ  bəylərinin və  məliklərinin bir hissəsi qaladan uzaq olduqları üçün 
oraya gələ bilmədilər. Qalanları isə istər-istəməz Abbas Mirzənin və Mehdiqulu 
xanın yanına gəlib onların itaətlərində olacaqlarını izhar etdilər. Məsələn, 
çiləbördlü Məlik Vanya, Məlik Aslan Dizaqi, Təklə Muğanlının başqa bəyləri, 
eləcə də qeyri bəyləri Mehdiqulu xanın yanına gəldilər. Bundan başqa Qarabağ 
əhlindən böyük bir dəstə yenə  də Abbas Mirzənin yanına yollandı. O, sərdar 
Əmir xanı və Mehdiqulu xanı öz yanına çağırıb təkəbbür və qürurla dedi: 
- Bundan sonra heç kəs mənim fikrimin ziddinə getməməlidir... 
 
  
 78

Sərdar  Əmir xan və Mehdiqulu xan naçar qalıb bu ağlasığmaz fikri təsdiq 
edib dedilər: 
- Sənə qurban olaq. Bir neçə  əlsiz-ayaqsızdan başqa Rusiyada bir kəs 
qalmamışdır. Onlar da başlarını götürüb gedəcəklər. 
Məliklərdən birisi birinci dəfə idi ki, onun yanına gəlmişdi. Abbas Mirzə ona 
müraciət edərək dedi: 
- Məlik Vanya! Bundan qabaq Əsgəran və Tərnəküt davasında rusların belini 
yaxşı sındırmışdım, amma siz rusların əlindən tutub, yerdən qaldırdınız, özümə 
söz vermişdim ki, sizi yaxşıca tənbeh edəm, amma indi ki, siz öz ayağınızla 
mənim yanıma gəlmisiniz və bizə itaət və qulluq etməyi boynunuza 
götürürsünüz, ona görə sizin təqsirinizdən keçirik. 
Üzdə Abbas Mirzənin lovğalığına və yalan deməsinə baxmayaraq, ruslardan 
çox qorxurdu, o deyirdi: “Elə olmasın ki, ruslar əvvəlki kimi gecə hücuma 
keçsinlər və qoşunumuzu və adamlarımızı darmadağın etsinlər”. 
Xülasə, Abbas Mirzə məsləhət almaq məqsədilə Əmir xana bir məktub yazdı 
və izhar etdi ki: “Sərdar! Hərbi araba və çadırları öz yanımızda saxlayaq və ya 
Çanaqçı  kəndinə göndərək ki, özümüz də yüngülləşib qərargahda qalaq və ya 
ordu içərisində yerləşək”. 
Sərdar cavabında belə yazdı: “Böyük vəliəhd! Qızılbaş qoşununun 
xasiyyətini siz yaxşı bilirsiz, onlar gecə vaxtı dava etməzlər, gündüz ya hücum 
edərlər və ya qoyub qaçarlar. Hərbi ləvazimat və arabalar Çanaqçı  kəndində 
qalarsa, ruslar gecə hücum edib, qoşun və arabaları ələ keçirəcəklər. Əgər yükləri 
öz yanlarında saxlasalar, onda vuruşmayıb yüklərini qorumağa məcbur 
olacaqlar”. Abbas Mirzə  sərdarın məsləhətinə görə  hərbi arabaları öz yanında 
saxladı. 
Qoşuna itaət etməyən adamların mallarını talamaq və ölkəni qarət etmək 
əmrini verdi. Bundan sonra rusların Çanaqçıda qoyub getdiyi hərbi ləvazimatı da 
talan etdilər. Mehdiqulu xanın göstərişi ilə general Mədətovun imarətlərini və 
kilsələrini, eləcə  də rusların Çanaqçı yaxınlığında qurduqları  qərargahların 
hamısını yandırıb xarab etdilər. Mədətovun nəslini, ata-babasının adını 
hörmətsizliklə yad etdilər. 
 
  
 79

QIZILBAŞ QOŞUNUNUN TORA DÜŞMƏSİ VƏ 
BİR-BİRİLƏ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ 
 
Hər iki tərəf sakit oldu, Rus dövləti tərəfdarlarından olan digər kəndləri 
həddindən artıq qarət etdilər...  İranlılar hamısı  ərazi və  ətrafları xarabalıqlara 
çevirib, çalıb-çapdılar. Yıxıb dağıtmaqda, silib-süpürməkdə bir dəqiqə də olsun 
ara vermirdilər. Dağılası yerləri dağıtdılar. Quru və  əkin yerlərini yandırıb 
külünü göyə sovurdular. Qarabağ  əhlinin qızılbaşlara, eləcə  də Abbas Mirzəyə 
vurduğu dağların intiqamını almaq üçün iranlılar bir an belə sakit durmayırdılar. 
Bu  əsnada xəbər gəldi ki, Şuşa qalasının  əhalisi Xəlfəli çayı  tərəfdən çıxıb, 
qalaya yaxın olan yerlərin məhsullarını toplayıb, qalaya aparırlar. Buna görə də 
Mehdiqulu xan və sərdar Əmir xan belə bir məsləhət etdilər: 
- İndi fürsətdən istifadə edib qulluq göstərmək vaxtıdı. Yaxşı olar ki, bir alay 
qoşun götürüb qalaya gediş-gəliş yolu olan Xəlfəli çayı kənarında gecə pusquya 
duraq.  İşi belə başlayaq,  ərzaq gətirmək üçün qaladan çıxan adamları tutaq və 
eyni zamanda qalaya hücum edib onu zəbt edək. 
Bu məsləhət və hiylə barəsində naibüssəltənə Abbas Mirzəyə xəbər verdilər. 
Belə qərara gəldilər ki, onlar pusquda durmağa getdikdən sonra naibüssəltənə də 
o gecə topları qala ətrafına çəksin, səhər hər iki tərəfdən həngamə qopartsınlar və 
qalanı zəbt etsinlər. 
Bundan sonra Əmir xan və Mehdiqulu xan 4 alay sərbaz və 2 min Qarabağ və 
sair atlılarla gecə gedib Xəlfəli çayının  ətrafında Gəncə darvazası  tərəfdən 
pusquda dayandılar. Nəhayət, Mehdiqulu xan və  Əmir xan bu işə başlayandan 
sonra həmin xanlarla ədavətləri və düşmənçilikləri olan bir neçə nəfər fürsətdən 
istifadə edərək, Abbas Mirzəni başa saldılar ki, qalada o qədər rus qoşunu 
yoxdur, əgər siz bu işdə əzm edib onlara kömək etsəniz, top və hərbə lazım olan 
şeylərdən onlara göndərsəniz, onlar şəksiz qalanı alacaqlar. Qalanın malını  və 
dövlətini, habelə Ağa Məhəmməd şahın qalada olan xəzinəsinin hamısını qoşun 
qarət edəcək, Fətəli şahın yanında onların adı uca olacaqdır. Bu məsləhət Abbas 
Mirzənin başına girdi, qoşun göndərmək fikrindən əl çəkdi. 
Əmir xan və Mehdiqulu xan öz fıkirlərinə və tədbirlərinə əmin olaraq o gün - 
bazar ertəsi səhər tezdən pusqudan çıxıb, ərzaq üçün 
 
  
 80

yollanan adamların üzərinə hücum edib vəlvələ saldılar. Qalada yaşayan 
köməksizlərin bəzilərini qılıncdan keçirdilər və güllələdilər. Sonra qala üzərinə 
hücum çəkdilər. Gəncüm ağa Xandəmirov həmin vaxt qalabəyi idi. O, iki dəstə 
əsgərlə qabağına torpaq qalanmış qala darvazasını açaraq, qaladan çıxıb onlarla 
vuruşdu, bəziləri isə fürsətdən istifadə edib bürclərdən keçərək, qalanın üstü ilə 
içəriyə girdilər.   
Gəncüm ağa yenə də qalaya qayıdıb darvazaları torpaqla doldurdu. Bürclərin 
başında yenə dava başlandı.  Əsgərlər qalaya aşıb düşsələr də qalanın 
bürclərindən onlara top atılırdı. Qaladakılar da ruslar ilə birləşib birlikdə 
vuruşurdular. Polkovnik onların hamısına silah verib bürclərin zirvəsinə 
göndərmişdi. Burada çox böyük vuruşmalar baş verdi, amma Abbas Mirzə 
tərəfindən bir kömək yetişmədi. Vuruşmalar səhər gün çıxandan gün batana kimi 
çəkdi. Bu zaman Abbas Mirzə adam göndərib xanların qalaya girmələrinə  və 
qalaya hücum etmələrinə mane oldu və geri qayıtmaq əmrini verdi. Həmin xanlar 
məqsədlərinə nail olmadan geri qayıtdılar və öz ordularına daxil oldular. 
 
İQBALIN MÖHKƏMLƏNMƏSİ, 
FƏTHLƏR VƏ TƏRİFLƏR 
 
Bu hadisələrin  əsnasında xanlar və  ətraf bəylərin qələbə  xəbərləri və 
təbrikləri yetişdi. Belə xəbərlər Mehdiqulu xan və sərdar Əmir xanın təkəbbür və 
iddialarını birə-yüz artırdı: o cümlədən Mirhəsən xan Talış  və  Lənkəran 
tərəflərini asanlıqla zəbt etdi, rusları Ərkivan qalasından çıxartdı. Sərdar İbrahim 
xan Mustafa xan ilə birlikdə  Şirvandan Salyana kimi torpaqları tutdu. Ruslar 
tərəfindən buranı mühafızə edən general Qrabbe baş götürüb Qubaya qaçdı. 
Sərdar Hüseyn xan Pənbək və Şuragül hüdudlarını öz əlinə keçirdi. Bu yerlərdəki 
rus istehkamlarını dağıtdılar. Həsən xan və onun qardaşı Borçalı mahalını talan 
etdi. Çoxlu əsir aldı, Rusiyanın bu vilayətlərdə olan qoşunlarının hamısı Tiflisə 
tərəf getdilər. Gəncənin Zurnabad kəndində olan rus qoşunları  Gəncəyə daxil 
olmaq istədilərsə, amma Gəncə  əhli onlara mane oldu. Onlar da bütün hərbi 
ləvazimatı atıb Tiflisə  tərəf qaçdılar. Abbas Mirzə  sərdar Hüseyn xanın  ərz-
halına belə cavab yazdı. 
 
  
 81

Cavabın eyni: “Allahın sonsuz iltifat və köməyi ilə bu ali tərəfin (Abbas 
Mirzənin) rəğbət və hörmətinə müvəffəq olan uca məqamlı, yüksək rütbəli, 
cəsur, qeyrətli, cah-calallı, dövlət və  şöhrət sahibi, İrəvan və Çuxursəədin 
bəylərbəyisi, böyük əmirlər əmiri Hüseyn xan sərdara məlum olsun ki, o yüksək 
rütbəli xoşbəxtin sədaqətlə dolu olan ərizəsi mərhəmətli, ali tərəfin (Abbas 
Mirzənin) nəzərinə çatdırıldı. Böyük Allahın köməyi və ədalətli cənabın yüksək 
iqbalı sayəsində o səadətli ali məqama və qardaşı Həsən xan Sarı Aslana nəsib 
olan arasıkəsilməz qələbələrdən xəbər tutaraq onlara təşəkkür edilir”. 
Abbas Mirzə yazmışdı ki, o yüksək rütbəli, calal sahibi qalib qoşunu ilə 
hərəkət edib Pənbək və Şuragülü ələ almış və Qarakilsəni də mühasirə etmişlər. 
Dünyaları yaradan Allaha şükür olsun. Bu gün düşmən üçün matəm günüdür. Bu 
gün  şahın bədxahlarının qüvvətinin zəiflədiyi və  məğlub olması  Əli dininin 
qalibiyyətidir. 
Talış  zəfər qoşununun igidliyi nəticəsində düşmənlər məğlub oldu. Şirvan 
həvalisi Salyana kimi əlimizə keçdi. 
Şəki və Carda Qacar təbilinin səsi ucaldı. Gəncənin qapıları  səadətin sehrli 
açan ilə açıldı.  Şuşa  əhlinin  şüşəyəbənzər taqəti və gücü daş kimi bərkimişdi. 
Top və tüfəngin gülləsindən ürəkləri təngə  gəlmişdi. Ancaq o qüvvətli Allahın 
azacıq mərhəməti bu qədər fəthləri aşkar etdi: 
 
F ə r d: 
Kim Allahın hökmünü yerinə yetirməyə bilər. 
 
 
O yüksək rütbəli və  şücaətli Həsən Sarı Aslan şahlıq taleyinə  və onun 
iqbalının məğlubedilməzliyinə ümid edirdi. Kim düşmən qarşısında igid və 
qüvvətli olsa, inşallah, biz Allahın köməkliyilə  Şuşa qalasının işini  ən yaxın 
zamanda bitirib, şəhəri zəbt edərik, Tiflisə gedərik... 
 
  
 82

MÜHARİBƏ DÖVRÜNDƏKİ ƏHVALATLAR 
 
Şuşa qalasının mühasirəsi aşağıdakı qayda üzrə olmuşdur: bir tərəfdən 
qapılar açılmırdı, uzun müddət mühasirədə qalmış qala əhli və qoşun təşvişdə 
idi. Abbas Mirzə dəfələrlə sifariş göndərib qalanın təslim olmasını tələb və təkid 
edirdi. Ancaq bu təkid bir nəticə vermirdi, ərzağın və yeyintinin azlığı  və 
olmaması onları getdikcə qorxuya salıb taqətdən də salmışdı. Bəzi  şayiələr 
yayılmışdı ki, guya sərdar ruslara vilayətdən kənara çıxmaq və qalanı  təhvil 
vermək hökmünü vermişdi. Ona görə  də  qızılbaşlar bu məsələnin düzlüyünü 
yoxlamaq məqsədilə Biçin xanı polkovnik Reuttun yanına göndərdilər. 
Qala  əhli polkovnikin əmrinə görə Biçin xanın gözlərini bağladıqdan sonra 
qalaya buraxıb polkovnikin yanına gətirdilər. Danışıqdan sonra belə  qərara 
gəldilər: qalanın komendantı mayor Çilayev kapitan Adıgözəl bəy ilə birlikdə 
tərəflərə iki həftə müddətinə əmanət və girov verilir. Bu məqsədlə ki, bir rus və 
bir də Abbas Mirzənin adamlarından biri Tiflisə gedib Yermolovdan xəbər 
gətirsin. 
Beləliklə, ruslar tərəfindən bir mayor və şahzadə tərəfindən bir nəfər yasavul 
Tiflisə göndərildi. Tiflisdə sərdarı işin gedişatı ilə tanış etdilər və ondan qalanı 
təslim etməyə icazə verib-verməməsini soruşdular. Sərdar cavabında dedi ki, 
kapitulyasiya sözü rus dilində yoxdur, bu sözün mənası fransız dilində  təslim 
olmaq deməkdir. 
O günlərdə general Mədətov İstisudan qayıdıb Tiflisə gəldi. Abbas Mirzənin 
nümayəndəsini (yasavulu) generalın qulluğuna apardılar. General əvvəl yasavula 
qəzəblənib dedi: 
- Mənim yanıma nə üçün əlağacı ilə  gəlmisən, - sonra Abbas Mirzəni pis 
sözlərlə hədələdi: - Gör o əlağacı ilə Abbas Mirzəyə mən nə edərəm. 
Şahzadə Abbas Mirzənin fikri və rəyi Şuşa qalasını tutmaq və əhalisini itaətə 
gətirib, mal-dövlətinə sahib olmaq idi. Abbas Mirzə istəmirdi qalanın mal-
dövlətini qoşun qarət etsin. Başqalarının fikri və arzusu qalanı güc ilə zəbt edib, 
mal-dövlətini öz aralarında bölmək idi. Abbas Mirzə bir dəfə xidmətçilərinə 
dedi: 
- Ey fahişədən törəyənlər! Hamınız göz dikmisiniz ki, mən Şuşa qalasını zor 
ilə alım, siz də oranın malını, dövlətini qarət edəsiz. Mən burada o qədər 
əyləşəcəyəm ki, Şuşa əhli özü zinhara gəlib qalanı 
 
  
 83

təslim etsin. Sonra da şah babamın malı və xəzinəsi kimin əlində olmuş olsa onu 
geri alacağam. 
Qala hələ alınmamışdan varlılar və böyük rütbə sahibləri qalanın mal-
dövlətini öz aralarında bu qayda ilə bölüşdülər. 
Qala alındıqdan sonra oranın mal-dövlətini öz aralarında bölüşdürmək 
məqsədilə Abbas Mirzə Söhrab ağa Tarımovu və Şeyxovları, Mehdiqulu xan isə 
Müqdisi baba Haqumovu və Xandəmirovları öz tərəflərinə çəkdilər. Allah-Allah, 
bu nə  təəccüblü işdir! Bunlar hələ suya çatmamış  çırmalanırlar. Hamıdan artıq 
qalaya hücum edib, onu tutmaq üçün sərdar  Əmir xan çalışırdı, bu iş onu heç 
vaxt rahat buraxmırdı. Ona görə də şah onu öz oğlu Məhəmməd Mirzə ilə Gəncə 
tərəfə göndərdi. 
Bir gün kəndxuda və başçılardan biri yüzbaşı Sarıxan qala əhlinin yanına 
gedib onlara nəsihət etmək,  İran dövlətinin təbəəliyinə  təhrik və  təşviq etmək 
üçün göndərildi. Yüzbaşı Sarıxan Abbas Mirzənin sifarişini qalada olanlara 
yetirdikdən sonra gizlincə belə demişdi: “Bizim oğlanlar, möhkəm olun, 
qızılbaşların arxaları boşdur”. 
Bu sözləri eşidən Qarabağ türklərindən birisi bunu Mehdiqulu xana nəql 
etmişdir. Mehdiqulu xanın yüzbaşı Sarıxana qəzəbi tutub əmr etdi ki, onun dilini 
kəssinlər. Bu zaman yüzbaşı ilə dost olan Qarabağ bəylərindən biri birtəhər onu 
dilini kəsilməkdən xilas etdi. 
Sonra Mehdiqulu xan özü iki-üç nəfər qızılbaşla qalanın yaxınlığına getdi. 
Qalanın məşhur adamlarından olan Ağa bəy Kələntərovu öz yanına çağırtdırdı. 
Ağa bəy  əvvəl gəlmək istəmədi, bir-birinə  sədaqətli olduqlarını bildirdi. Buna 
görə  də özünü məzəmmətdən,  şübhədən, pis fıkirlərdən qoruduğunu xatırlatdı. 
Nəhayət, polkovnik türkcə bilən çinovniklərindən kapitan Qudoviç və 
Fonkloqinin paltarlarını  dəyişdirib nökər adı ilə  Ağa bəylə birlikdə Mehdiqulu 
xanın və qızılbaş xanlarının yanına göndərdi. 
Mehdiqulu xan Ağa bəylə hal-əhval tutduqdan sonra ona dedi: 
- Ağa bəy! Utanmırsınız mənim çörəyimi yaddan çıxarırsınız, bizə güllə 
atırsız. 
Ağa bəy Kələntərov cavabında belə dedi: 

Biz sizin duz-çörəyinizi yaddan çıxarmarıq və sizə güllə atmarıq,  əgər 
siz özünüz bizim aramıza gəlsəniz, biz hamımız ayaqyalın-başıaçıq imperatorun 
yanına gedib xahiş edərik ki, sizin təqsirinizdən 
  
 84

keçsinlər, amma siz utanmırsınız gedib bizlik-sizlik mal və canımıza göz dikən, 
ata-babalarımızın düşməni olan, köhnə qisasları geri almaq, mal-əyalımıza 
təcavüz etmək istəyən düşmənləri götürüb üzərimizə gəlmisiz. 
Bu sözlərdən Mehdiqulu xan utandı  və oradan geri qayıdıb, ondan sonra 
qalanın tutulmasına o qədər də israr etmədi. Abbas Mirzə  də ona o qədər 
əhəmiyyət vermirdi, özünün hər cür məsləhəti, sözü olsaydı Hacı ağa ilə edərdi. 
General Mədətovun qızılbaş qoşunları ilə Şəmkirdə vuruşması nəticəsində və 
Əmir xan sərdarın məğlubiyyət xəbəri Abbas Mirzəyə yetişən kimi o, Gəncəyə 
getmək fikrindən  əl çəkdi. Bu isə belə olmuşdur: Elə ki Şuşa qalasının 
mühasirəsindən bir ay keçdi, sərdar  Əmir xan hücum edib qalanı tutmağa çox 
mübarizə və böyük səy etdi. Abbas Mirzə Əmir xana əmr etdi ki, Cahardolu və 
qeyri yerlərdən 4 min atlı toplayıb Ziyadoğlu Uğurlu xan ilə birlikdə gedib 
Gəncədə otursunlar və Tiflisdən hərəkət edən qoşunun qabağını alıb ona xəbər 
versinlər. 
Sərdar  Əmir xan qocalmışdı, hər hansı bir işin həllində çox ləng hərəkət 
edərdi, heç də tələsməzdi. Buna görə də Abbas Mirzə öz böyük oğlu Məhəmməd 
Mirzəni sərdara qoşdu ki, fürsət düşdükdə onu zirəng tərpənməyə sövq eləsin. 
Əmir xan da Məhəmməd Mirzə ilə qoşun götürüb Gəncəyə yola düşdü. 
Onlardan qabaq təyin olunmuş  Uğurlu xanla yolda birləşib bir yerdə Tiflisə 
hərəkət etdilər. Kürək çayı ətrafında Tiflisdən Qarabağa kağız aparan bir qasidi 
tutdular. Bu kağızda general Mədətov Qarabağ  əhlini özünə tabe olmağa 
çağırırdı. Kağız türkcə yazılmışdı... 
Bu məktubun məzmunu ürəkləri qorxuya və titrəməyə saldı. Qoşun və 
zabitlər Mədətovun adını  eşitcək sərsəm oldular. Aşağıdakı sözləri mahnı ilə 
oxudular. 
 
F ə r d: 
 
O türk nəslindən olan kişinin 
     Belə bir günə düşdüyünü göz görməsin. 
 
  
 85

Oradan köçə-köçə Gəncəyə yola düşdülər. Gəncə əhli bağların qurtaracağına 
kimi  şəhərin aşağısında  Əmirzadə  Məhəmməd Mirzəni və  sərdarı qarşıladılar. 
Onlara sədaqətli olacaqlarını bildirdilər. Uğurlu xan Gəncənin Narın qalasında 
yerləşdi, oranın camaatını  hər nöqteyi-nəzərdən xatircəm etdi. Əmirzadə  və 
sərdarın orduları  şəhərin aşağı  tərəfində, çayın kənarında dayandılar və  şəhərin 
işlərini nizam-intizama salmaqla məşğul oldular. Bütün Ayrım,  Şəmsəddinli 
rəisləri, eləcə  də o vilayətlərin nümayəndələri onların görüşünə  gəlib, itaət 
etdiklərini bildirdilər. Gəncə elləri Qacariyyə adı ilə adlandığı üçün gəncəlilər 
qızılbaş başçılarına dayı deyərdilər və onlara öz yaxınlıqlarını izhar edərdilər. 
Kəlisa kənd məhəlləsinin erməniləri də onlara itaət və xidmət etməyə hazır 
olduqlarını bildirdilər. 
Sərdar  Əmir xan qardaşı  oğlu Məhəmməd Zaman xanı min nəfər atlı ilə 
birlikdə yolu mühafizə edib qorumaq məqsədilə  Gəncə  və Tiflis sərhədindəki 
Həsənsu və  Zəyəmə göndərdi ki, orada durub Tiflisin vəziyyətindən və 
işlərindən xəbərdar olsunlar. Bundan iki həftə keçəndən sonra qəflətən general 
Mədətovun Tiflisdən Ağstafaya gəldiyi, qoşun, top və  hərbi sursat topladığı 
xəbəri yetişdi. Sərdar  Əmir xan vəziyyəti Abbas Mirzəyə  xəbər verib, belə bir 
məktub yazdı: “Mən  Şuşa qalasında istədim ki, qoşunun ixtiyarını  mənə verə-
siniz ki, qalanı zəbt edim. İndi də öz xahişimi bildirib mənə beş-altı alay sərbaz 
və beş top vermənizi xahiş edirəm. Ya gedib Mədətovu məğlub edərək, Tiflisə 
qədər irəliləyərəm, ya da məhv olaram”. 
Abbas Mirzə onun xahişini qəbul etmədi. Bunun da səbəbi o idi ki, Abbas 
Mirzəyə demişdilər: “Mədətovun yanında o qədər də rus qoşunu yoxdur, əgər siz 
bu topları, əsgərləri sərdar Əmir xana versəniz, o gedib Mədətovu məğlub edib, 
Tiflisə kimi gedər və Tiflisi də zəbt edər. Nəticədə də şahın yanında adı çıxar”. 
Abbas Mirzə bu sözlərə inanıb top və əsgər göndərməkdən boyun qaçırdı. O 
belə yazdı: “Sizi Mədətov ilə dava etməyə göndərməmişəm, onunla mən özüm 
vuruşacağam. Siz Gəncənin Narın qalasını tutub, orada ruslardan qalmış topların 
hamısını qalanın içinə çəkin, bu topların güllə-barıtını hazır edin. Mədətov gələn 
kimi girib qalada oturun, ta ki, onda mən özüm gəlib Mədətovun cavabını 
verərəm”. 
Bir də belə demişdi: “Qoşun və atlı göndərin, rusların Mədətovun yanında 
olan topdaşıyan atlarını, cəbbəxanasını qarət edib özünüzlə  gətirin ki, onlar 
irəliləyə bilməsinlər”. 
 
  
 86

Abbas Mirzənin  əmr və hökmü gələndən sonra Əmir xan ondan boyun 
qaçırıb, Abbas Mirzənin  əmrini qəbul etmədi və Narın qalasının içərisinə 
getməyi rədd etdi, aydınca olaraq Abbas Mirzəyə yazdı ki, mən sərdaram, 
vəzifəm odur ki, qoşun götürüb düşmənin qabağına gedəm və onunla dava edəm. 
Zənən xeylağı kimi qalada əyləşə bilmərəm ki, düşmən bizim dörd tərəfimizi 
tutub əsir edə və ya öldürə. Mən heç vaxt Narın qalasının içərisinə getmərəm və 
getməyəcəyəm. Abbas Mirzənin oğlu Məhəmməd Mirzə də bu əhvalatı müfəssəl 
atasına yazmışdı ki, sərdar qalanın içərisinə getməyə razı olmur. Abbas Mirzə 
əmrini sərdarın rədd etməsindən və qalaya getməməsindən çox qəzəbləndi, 
özünün vəliəhdi olan oğlu Məhəmməd Mirzəyə  zəhərdən də acı bir məktub 
yazdı. 
Oğlu ona yazmışdı ki, sərdar Əmir xan qala üçün olan topu, gülləni və hərbi 
sursatı  Gəncənin Narın qalasına çəkməyə razı deyil. Atası da cavabında ona 
yazdı: “Bunun eybi yoxdur, mən mərəndli Nəzərəli xanı iki alay sərbaz ilə Narın 
qalasında yerləşdirib, onun mühafizəsinə başlamaq üçün göndərirəm. Sizin qala 
ilə  işiniz olmasın, onu Nəzərəli xanın öhdəsinə buraxın. Qalanın bütün işlərinə 
Nəzərəli xan cavabdehdir. Əgər mən oraya gəlsəm, oğluma xidmət edən o 
saqqallı arvadın üzünə gözüm sataşsa, mən bilmirəm ki, onun başına nə oyun 
açaram”. Abbas Mirzə bundan başqa öz əli ilə  sərdar  Əmir xana bir məktub 
yazıb, oğlunun məktubunun içərisinə qoymuşdu.  Əmir xana yazılan məktubun 
mətni: Məktubun surəti eynilə belədir: “Əmir xan! Ey kişi!  Şahın tacına and 
olsun, səni  Əmir xan Cahanbəylinin gününə salaram. Ey kişi! Bidrus bəy 
Mədətovun dayısıdır. Sən də  mənim dayımsan, gör o, Şuşa qalasını  təkbaşına 
necə saxlayır, sən isə qalanı qoşun və top gücü ilə saxlaya bilmirsən. Ah kişi! 
Bəlkə qorxursan ki, sən ölənnən sonra övladların ac qalar, onnan qorxma, 
övladlarını  mən ac qoymaram. Bəlkə  əsir düşməyin fikrini çəkirsən, övrətimin 
sırğasını satıb səni xilas edərəm, bu barədə fikir eləmə və qeyrət et! Vəssalam”. 
Bu sözlər Əmir xanın halına əsla təsir etmədi. Bu işdən daha da artıq boyun 
qaçırıb, mərəndli Nəzərəli xan sərbazları ilə  gəlib qalanın içərisinə yerləşənə 
qədər qalanın bayırında oturdu. Bu əsnada Məhəmməd Zaman xanın yanından 
adam gəldi. O belə yazmışdı: “Keçən gecə general Mədətov öz qoşunu və 
adamları ilə onun üzərinə hücum edib dava etmişlər, o isə bir az müqavimət 
göstərdikdən 
 
  
 87

sonra davam gətirməyib qaçıb mağaralarda, cəngəllikdə (meşədə) gizlənib 
özlərini birtəhər qorumuş, sabahı isə oradan geri qayıdaraq bir mənzil geri 
oturmuşlar, Mədətov da gəlməkdədir.  Əmir xan öz qızılbaş  əmirlərini və 
sərkərdələrini, əsgərlərini toplayıb belə  məsləhət etdilər: Mədətov adlı-sanlı bir 
sərkərdədi, rusların içərisində  cəldlikdə, igidlikdə, rəşadətdə  şöhrəti var. Rus 
qoşunları bizimlə vuruşsalar, biz onların qarşısını az qoşunlarımız və atlılarımız 
ilə ala bilmərik, bəziləri isə rusların piyadasının milçək kimi saysız olduğunu 
təsdiq edib, dağa çəkilməyi, Abbas Mirzə öz qoşunu və adamları ilə  gəlib 
Mədətova cavab verənə  qədər orada qorunmağı  təklif etdilər. Digər bir qismi 
Kürün kənarına çəkilib meşə  və  cəngəlliklər arasında vaxt keçirməyi məsləhət 
gördülər. Bir başqaları geri oturmağı, digərləri isə irəliləməyi lazım bildilər. 
Məhəmməd Mirzə isə dedi: 
- Mən rusların müharibəsini görmək istəyirəm, onları qabaqlayıb vuruşmaq 
lazımdır. Elə ki gördük qalib gəlirlər, onda Gəncə qalasına çəkilərik. 
Əmir xan bu sözün müqabilində dedi: 
- Bu rus davasıdır, zarafat və oyuncaq deyil, hərgah onlar qalib gəlsələr, 
işlərini qurtarmamış bizdən əl çəkməzlər. 
Bu  əsnada iranlı  sərbazlardan ibarət dörd min qoşun və dörd top Abbas 
Mirzənin yanından buraya gəldi. Köməyin gəlməsi onlara dayaq oldu. İrəvan 
sərdan Gəncə yaxınlığında olan Hüseyn xana bir məktub yazdı: “Bizim fikrimiz 
və  qərarımız Mədətovla vuruşmaqdır, siz də öz qoşununuzu götürüb, dağ 
tərəfdən köməyə gəlin, hər iki tərəfdən onunla vuruşub dəfinə çalışaq”. Hüseyn 
xan da cavabında yazıb, özünün böyük düşməni olan knyaz kimi bir sərdarın 
qabağında durduğunu xatırlatdı, bura gəlməsini məqsədə uyğun bilmədi. Bu vaxt 
sərdar Əmir xan onun yanında xidmət edən, divanxana işlərilə məşğul olan katibi 
öz yanına çağırıb ondan soruşdu: “Siz qalib və  məğlub olmağın səbəbləri ilə 
yaxşı tanışsınızmı? Hansımız qalib gələcəyik, Mədətov yainki biz?” 
O  ərz etdi ki, Mədətov bir Rüstəm-Zaldır, Abbas, Hüseyn, İbrahim və 
başqaları onun qarşısında nəkarədir? Sizin ki adınız Əmirdir, bu ad Rüstəm-Zal 
adına bərabərdir,  əgər siz onun üzərinə getsəniz, qalib gələcəksiniz. O sizin 
üzərinizə gəlsə, o qalib olacaqdır. 
 
  
 88

Əmir xan müşavirə və müzakirədən sonra min qorxu və tərəddüd ilə qoşunu 
və topları götürüb, Gəncədən  Şəmkir tərəfə yola düşdü. Gəncə qalasında olan 
Nəzərəli xana xəbər verdilər ki, o da bir-iki alay qoşun götürüb kömək məqsədilə 
onların yanına gəlsin.  Əvvəlcə onlar gedib Mədətovla vuruşacaqlar, qalib 
gəlsələr, çox yaxşı, məğlub olsalar, həmin sərbazları götürüb Gəncə qalasına 
sığınacaqlar. Hamı birlikdə qalanı Abbas Mirzə  gələnə kimi saxlayacaqdır. 
Nəzərəli xan sərbaz göndərməkdən boyun qaçırıb belə cavab verdi: 
- Məni qalanı saxlamağa göndəriblər, sizə  əsgər verməyə göndərməmişlər. 
Sizinlə birləşib vuruşmaq barəsində bir cavab verə bilmərəm. 
Əmir xan və  Məhəmməd Mirzə  həmin  İraq atlılarını, dörd top ilə götürüb, 
çayın bu tayındakı  Şəmkirə  gəldilər. Bir gecə keçdikdən sonra general 
Mədətovun rus qoşunu və adamları ilə onların üzərinə irəlilədiyi xəbəri yetişdi. 
Əmir xan bu xəbəri eşidən kimi arabaları  və çadırları  Gəncəyə  tərəf göndərdi. 
Özü və qoşunu dörd topla Şəmkirin bu tayında dayandı. Üçüncü gün sübhdən 
gözətçilik edən Məhəmməd Zaman xan qaçaraq Mədətovun rus əsgərlərilə 
minarənin altında, çayın o tayından keçdiyini aşkar gördüyü xəbərini verdi. Hər 
iki tərəf döyüşə  və müdafiəyə hazır dayandı. Topçular gəlib sərdardan 
soruşdular: 
- Əvvəl biz atəş açaq, ya rusların atəşini gözləyək? Sərdar cavab verdi: 
- Əvvəl fürsəti düşmənə verərlər. 
Bu zaman rusların topları atıldı. Bu tərəfdən də top atəşi başladı. Getdikcə 
rusların top atəşləri  şiddətlənirdi. Bir dəfədə yeddi topdan atəş açılırdı, bu 
tərəfdən isə yalnız dörd topdan atırdılar. Təəccüblü budur ki, qızılbaşlar arabaları 
bir gün əvvəl Gəncəyə yola salmışdılar. 
Nəhayət, ruslar davanı başlayıb vuruşa-vuruşa öz çadırlarını qururdular. Əmir 
xan sərdar çayın kənarında atdan düşüb durbinlə rus qoşunlarının vuruşmasına 
baxırdı. Məhəmməd Mirzə də başqa bir tərəfdən qoşunun içərisində göstəriş və 
əmr verməklə  məşğul idi. Rusların top güllələri atılandan sonra bu güllələrin 
bəziləri qızılbaşların üstünə düşüb çoxlarını tələf etdi. Yavaş-yavaş qoşunun 
 
  
 89

arxa hissəsinə çaxnaşma düşdü. Qazax
1*
 qoşunları və rusların atlıları müharibə 
meydanının aşağı  və yuxarısında durub çaydan keçdilər. Bu əsnada eşikağası 
sərdar Dəmir xanın yanına gəlib ona dedi: 
- Nə durmuşsunuz, bütün qoşun qaçdı. 
Əmir xan cavabında belə dedi: 
- Mən hara gedim, mən bir də Abbas Mirzənin üzünə baxa bilmərəm. Mənim 
ruslara əsir düşməyim və ya ölməyim, diri qalıb Abbas Mirzənin yanında xəcalət 
çəkməyimdən yaxşıdır. 
Onun atını  gətirdilər, sərdar ata minib Məhəmməd Mirzəni salamat aradan 
çıxartmaq əmrini verib dedi: 
- Məhəmməd Mirzənin başına bir iş gəlsə, mən Abbas Mirzənin əlindən xilas 
ola bilmərəm. 
Özü isə getdi ki, topların rus qoşununun əlinə düşməsinə imkan verməsin. Bu 
vaxt qardaşı  oğlu Məhəmməd Zaman xan iki yüz atlı ilə buraya gəldi. Qazax 
dəstələri də böyük xiyaban tərəfdən çayı keçib arxadan özlərini yetirdilər. Dava 
qızışdı, sərdarı buradaca bir qazax gülləsi yerə saldı və məhv etdi. Həmin qazax 
onun silah-yarağını götürdü. Ölənin sərdar olduğunu bilən general Mədətov çox 
təəssüf etdi ki, niyə onu diri gətirməyiblər. 
Əmir xanın atı, cib Quranı generala çatdı. Sərdar  Əmir xan ilə general 
Mədətov arasında keçmişdən bir tanışlıq var idi. Sərkərdələrin bir-birinə ehtiram 
etməsini və hörmətini bilirdi. General sərdarın nəşini müsəlman adəti üzrə 
oradaca yolun kənarında dəfn etmək əmrini verdi. 
 
Ş e i r (sətri tərcümə): 
 
Bu qorxulu fələyin qanunu belədir ki, 
Dünya insanı gah ucaldır, gah da aşağı endirir. 
 
Əmir xan yoğun, ucaboylu və qarınqulu bir adam idi. O, Qacar Qamqulu 
ağanın oğlu və Canməhəmməd xanın qardaşıdır. Elə ki Qacar Məhəmmədhəsən 
xan Nadir şahdan sonra taxta çıxdı, Qacarlar arasına ikitirəlik düşdü. Onlar bir-
birlərini öldürüb, əsir edirdilər. 
 
 
                                                 
*
 
1
 Don kazakları nəzərdə tutulurdu.  
 
 90

Nəhayət, düşmənçiliyi aradan qaldırmaq üçün qanbahası olaraq Qacar 
ağsaqqallarından olan Canməhəmməd xanın qardaşı  Şamqulu ağanın qızını 
Fətəli  şah adı ilə  məşhur olan Baba xana verdilər. Abbas Mirzə  də  həmin 
arvaddan olmuşdur. Buna görə də Əmir xan Abbas Mirzənin dayısı idi. 
Əmir xan öldürülən vaxt 50 yaşı var idi, yaxşı güllə atardı. Xülasə, rus 
qoşunları  Məhəmməd Mirzənin qoşununu Gəncə  ətrafına kimi təqib etdilər və 
onların çoxunu öldürdülər, çöl-düz əsgər meyiti ilə dolmuşdu. Ölənlərin 
nəşlərindən təpələr  əmələ  gəlmişdi. Ruslar saysız-hesabsız qənimət  ələ 
keçirtdilər. Qabaqda qaçanlar çadırlara, arabalara yetişdilər. Hamısı bir yerdə 
Gəncədən Qarabağa qaçmağa üz qoydu. O qədər tələsdilər ki, çoxlu dəvə  və 
qatırları sürü ilə başdı-başına buraxıb boş qaçırdılar. 
İranlılar o qədər mal və  qənimət tökürdülər ki, dağ  və çöl bərabərləşdi. O 
başsız dəstədən o qədər qənimət qaldı ki, ayaq qoymağa yer olmadı. 
Məhəmməd Mirzə qaçıb Gəncəni keçəndən sonra gecə bir neçə yerdə 
dayandı və şeypurçuya əmr etdi ki, hər kəs yolda yıxılıb qalarsa, şeypur çalsın. 
Ona görə də heç kəs qorxusundan yıxılmırdı və hər kəs çalışırdı ki, bir-birindən 
qabağa düşsün. 
Xülasə, o gecə sübhə kimi qaçaqaç oldu. Sübh açılana yaxın Tərtər çayının 
kənarına yetişib, orada istirahət etdilər. 20 fərsəxlik yolu bir gecədə gedirdilər. 
Nəzərəli xan gecəyarısına kimi əsgərlərlə  Gəncə qalasında qaldı. Amma 
qalanın ruslar tərəfindən zəbt edilməsindən artıq dərəcədə qorxaraq, sərbazlarla 
qaladan çıxıb, Qarabağ  tərəfə qaçdı, yolda Məhəmməd Mirzənin qoşununa 
qoşuldu. Məhəmməd Mirzə bütün baş vermiş hadisəni Abbas Mirzəyə yazdı və 
Abbas Mirzə çarəsiz qalıb Şuşa qalasını tutmaqdan əl çəkdi, oradan əliboş köçüb 
qoşunu ilə Gəncə tərəfə yola düşdü. 
 
  
 91

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin