Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   2   3   4   5   6   7   8   9   ...   22

XANLARIN ƏSLİ VƏ TƏRƏQQİ DÖVRÜ 
HAQQINDA 
 
Qarabağ xanlarının  əsli Cavanşir oymağı  və Sarıcalı tayfasındandır. 
Bəzilərinin dediyinə görə, onların  əsli tatar elindəndir. Həmin elin əziz və 
hörmətli adamlarından biri vətəni tərk edib Gürcüstanda Lori qalasına getmişdi. 
Gəncə xanlarının tərəqqi dövründə həmin şəxs onların yanına gəlib vəzifə sahibi 
olmuşdu. Nəhayət, oradan da Qarabağa, Cavanşir elinə gəlmiş, burada evlənmiş, 
bir oğlu da olmuşdur. Oğlanın adını da Əli qoymuşdur. Bu oğlan san olduğu 
üçün onu Sarıca Əli çağırırdılar. Malı, dövləti çox olduğu üçün o, ətrafına çoxlu 
yoxsul və muzdur toplamışdı. Bu el Sarıca Əli adı ilə məşhurdur. 
Sarıca Əlidən sonra mal-dövlət onun oğlu İbrahim ağaya keçdi. İbrahim ağa 
isə mal və dövləti çox olduğuna görə  məşhurlaşdı.  İndi  də  Ağdam  şəhərində 
onun bağından nişanələr var. Arasbar isə İbrahim ağanın mal-qarası üçün otlaq 
yeri idi. 
İbrahim xanın Qalaq yaylağı da məşhur yerdir. Nadir şah Cavanşir elindən 
qoşun toplayarkən  İbrahimxəlilin böyük oğlu Fəzləli bəyi  öz yanına aparıb 
eşikağası təyin etdi. Fəzləli bəy vuruşma meydanında öldürüldükdən sonra Nadir 
şah onun kiçik qardaşı Pənahəlini öz yanına gətirib onu qardaşının əvəzində carçı 
təyin etdi. Pənahəli öz vəzifəsini bir müddət yerinə yetirdi. Lakin müəyyən 
zaman keçdikdən sonra Nadir şahın xidmətindən qaçıb Qarabağa getdi. Orda-
burda gizlicə yaşayıb özünü müdafiə etdi. Nadir şah Pənahəlinin tutulması  və 
onun yanına gətirilməsi haqqında Azərbaycan  əmirlərinə, bəylərbəyilərinə, 
Şirvan xanlarına və başqa  şəxslərə  təkidlə  fərmanlar göndərdisə  də, onun əmri 
yerinə yetirilmədi. 
Nəhayət, 1747-ci ildə Nadir şahın öldürülməsi xəbəri hər tərəfə yayıldı. 
Nadirin ölümündən sonra Pənahəli üzə çıxdı və Qarabağ elində başına bir dəstə 
toplayıb hakimiyyətdən dəm vurdu. 
Pənahəli bəy Qarabağın  ən böyük ellərindən olan Cavanşir, Otuz-iki və 
Kəbirli elləri ilə  bərabər sürgündən qayıtmış Gürcüstan ellərini də öz ətrafına 
toplamışdı  və bu ellərin hər biri ilə yaxşı  rəftar edirdi. Pənahəli bu ellərin 
içərisində olan adlı-sanlı cavanları öz başına toplayıb vilayətlər içərisində böyük 
qəhrəmanlıq göstərdi, qonşu hökmdarlarla çəkişmə və vuruşma başladı. Belə bir 
şəraitdə, yəni Nadir şah öldürüldükdən sonra Adil şah adı ilə məşhur olan qardaşı 
 19

oğlu  Əli Qulu xan onun yerində hökmran oldu. Əmiraslan xan isə onun 
tərəfindən Azərbaycan ölkəsinin sərdarı  təyin edildi. Əmiraslan Pənahəli bəyin 
əhvalatını  eşidib onu görmək arzusuna düşdü. Nəhayət, onlar bir-biri ilə 
görüşdülər. Bu görüş zamanı  Əmiraslan xan Pənahəliyə Adil şaha itaətkar 
olmağı təklif etdi. 
Pənahəli bəy dövrün hökmünə görə bu təklifi qəbul etdi. Əmiraslan işin nə 
yerdə olduğunu Adil şah həzrətlərinə xəbər verdi. Xələti, qılıncı və xanın yazılı 
hökmünü Pənah xana apardı. Pənah xan işə təzə başladığından möhkəm bir yerin 
(mərkəz) olması haqqında düşündü ki, baş verə biləcək hadisələrdən orada özünü 
qoruya bilsin. 
1162 (1748)-ci ildə Bayatda səngər və qala binası qoydu, orada bir divanxana 
hasarı tikdi. Bu zaman Qarabağ Xəmsə məlikləri bir yerdə Şirvanatda və başqa 
yerlərdə ixtiyar sahibi Hacı  Çələbiyə belə bir məktub yazdılar ki, Pənah xan 
Qarabağda hökmdar olmuşdur, qala və  səngər tikdirməyə başlamışdır. Özü də 
ağalıq iddiasındadır. Araqarışdıranlar Hacı  Çələbini Pənah xanla vuruşmağa 
təhrik etdilər və ona yazdılar ki, əgər bu işdə lazımi ölçü götürülməsə, bu adamın 
öhdəsindən gəlmək çətin olacaqdır. 
Hacı Çələbi onların yazdıqlarına əsasən Car və Balakəndən, Şir-vanatdan və 
başqa yerlərdən güclü qoşun toplayıb, Pənah xanı  əzmək və  məhv etmək 
niyyətilə yola düşdü. Pənah xan da öz adamlarını Bayat qalasında toplayıb 
müdafiəyə hazırlaşdı. Hacı Çələbi inadla davaya girişdisə də arzu və məqsədinə 
çatmadı və geri qayıtmağa məcbur oldu. 
Hacı  Çələbi geri qayıtdığı zaman yolda demişdi: “Pənah xan indiyə kimi 
sikkəsiz qızıl kimi idi, biz də  gəlib sikkə vurduq və geri qayıtdıq”. Bu söz 
camaatın arasında zərbi-məsəl oldu. Bundan sonra Pənah xan daha özünə 
möhkəm yer axtarmağa başladı. 1165 (1751)-ci ildə  Şahbulaqda dağın lap 
ətəyində Şahbulaq adlanan yerdə bir qala tikdirdi
1*
. Məscid, dörd yol ayrıcında 
hamam tikdirmək üçün plan tərtib edib bu yeri özü üçün sakit və rahat bir 
mərkəzə çevirdi. 
Bundan əlavə, Çiləbörd və Talış məlikləri ilə davaya və döyüşə başladı. Belə 
bir vəziyyətdə Qarabağ  məlikləri arasında özlərinə  rəhbər seçmək işində 
ziddiyyət və ixtilaflar yarandı. 
                                                 
*
 
1
 Müəllif səhv edir. Şahbulaq qalası 1749-cu ildə tikilmişdir. Bayat qalası isə 1748-ci ildə bina 
edilib. 
 
 20

Qarabağ məlikləri öz içərilərində bir nəfər rəhbər məlik seçmək istədilər. O 
hər bir səlahiyyətə malik olub hamı onun əmrinə tabe olmalı idi. Buna görə də 
məliklər arasında ziddiyyət yarandı. 
Məliklik iddiasında olan və özbaşınalıq edən Məlik  Şahnəzər Vərəndə 
mahalının məliki olan əmisi Məlik Həsəni öldürdü. 
Xəmsə  məlikləri bu həyəcanlı  xəbəri eşidən kimi öz qoşunlarını götürüb 
haqsızlıq edərək,  əmisini öldürmüş  Məlik Şahnəzəri cəza-landırmaq üçün onun 
üzərinə birgə hücuma keçdilər. 
Məlik Şahnəzər özünü müdafiə etmək üçün Çanaqçı kəndində qalaça tikdirib, 
ətrafına divar çəkdirmişdi. Ona görə də məliklər Çanaqçı kəndini tuta bilməyib, 
Vərəndə mahalını qarət etdilər. Onlar gələn il yenə  də qoşun və adamları ilə 
Çanaqçı  kəndinin üzərinə hücum çəkmək, buranı güclə  zəbt etmək və  Məlik 
Şahnəzəri tənbeh etmək niyyətilə geri qayıtdılar. 
Məlik  Şahnəzər o biri məliklərə nisbətən özünün zəif olduğunu və  işin pis 
nəticə verəcəyini hiss etdi. O, ümidsiz qalıb, Pənah xanın yanına gəldi və ona 
pənah gətirdiyini, itaət etdiyini bildirdi. Məliklərin şərindən qurtarmaq üçün ona 
kömək göstərməsini xahiş etdi. Pənah xana axıradək itaətkar və  sədaqətli 
olacağını bildirdi. 
 
PƏNAH XANIN YÜKSƏK DƏRƏCƏDƏ 
TƏRƏQQİSİ VƏ ONUN BİR NEÇƏ 
VİLAYƏT ÜZƏRİNDƏ SƏRDARLIĞI 
 
Nadir şahdan sonra İranda müstəqil şah yox idi. Ona görə də İranın müxtəlif 
vilayətlərində hər kəs yerindən qalxıb padşahlıq iddiasına düşür, qoşun düzəldib 
vuruşurdular. Yuxarıda da bu barədə yazılmışdı. 
Azad xan əfqan tayfaları ilə birlikdə  İranın bir hissəsini öz əlinə keçirtdi. 
Fars, Luristan, İran qoşunlarının köməyi ilə  Kərim xan başqa yerləri öz əlinə 
aldı. Astarabad və Mazandaran tərəfləri Məhəmməd-həsən xan Qacar zəbt etdi. 
Urmiya və  Əfşar vilayətlərinə  Fətəli xan sahib oldu. Bunlardan heç birisi bir-
birinə tabe olmurdular. Bu zaman Pənah xan da Qarabağ mahalında baş 
qaldırmışdı. Xəmsə  məliklərini sakitləşdirdi və  tərəddüd edənlərə  də lazımi 
tənbeh etdi. 
O, Qaradağ hakimlərindən Mehri, Güney mahallarını, Bərgüşada kimi 
Naxçıvan hakimindən Tatef və Sisyan mahallarını, Təbriz 
 21

bəylərbəyisindən Uşacıq kəndinin yuxarısınadək, Tərtər çayı sahilində 
Kolanıların məskəni olan Göyçə sərhədinə kimi İrəvan hakimindən aldı. 
Vaxtilə Xudafərin körpüsündən Kürək çayına kimi ərazi Gəncə 
bəylərbəyilərinə tabe idi. İki-üç ilin müddətində, yəni 1755-1757-ci 
illərdə bu qeyd olunan yerləri onların  əllərindən alıb öz ixtiyarlarına 
keçirdi. 
Bundan başqa Kəngərliləri Naxçıvandan olan bir minbaşıya, Gür-
cüstan elindən olan Dəmirçi Həsənli, Çinli tayfalarını da başqa min-
başıya tabe etdi. 
Bunların hamısını öz yanına çağırıb, onlara Qarabağda yer verdi. 
Onlar həmişə Pənah xana ürəklə və sədaqətlə xidmət edirdilər və heç vaxt 
onlarda Pənah xana qarşı xəyanət və ya inadcıllıq görünmürdü. Əsil Elat - 
Qarasuvay, Taxtaqapı, Cavanşir, Otuzikilər və  Kəbirli eli idi. Bunlar 
hamısı  Pənah xanın itaətindəydi. Cavanşir və Otuziki mahallarının 
əhalisindən bəzi vaxtlar müxtəlif xəyanətlər görünürdü. 
Az vaxtda Pənah xan Gəncə, Qaradağ, Ərdəbil, Naxçıvan hakimlərini 
və xanlıqlarını özünə tabe edib, itaətə  gətirdi. Pənah xan vilayətlərin 
bəzilərində onların öz adamlarından hakim və başçılar təyin etdi. 
Vilayətin hər birinin adlı-sanlı adamlarının uşaqlarından və qadınlarından 
gətirib Tərnəküt qalasında əmanət saxlayırdı. 
 
ŞUŞA QALASININ BİNASI, 
QACAR MƏHƏMMƏDHƏSƏN XANIN 
ŞUŞA QALASINA HÜCUMU VƏ 
MƏQSƏDƏ ÇATMADAN GERİ QAYITMASI 
 
Qacar Məhəmmədhəsən xanın istiqlaliyyət xəbəri İran, Azərbaycan və 
Mazandaran vilayətlərinə çatan kimi Pənah xan təşvişə düşdü. Çünki 
Nadir şahdan sonra Məhəmmədhəsən xanın qardaşı oğlu Adil şah sərdar 
Əmiraslan xan ilə dostluğu möhkəmlətmişdi. Buna görə  də 
Məhəmmədhəsən xana onların ziddinə getmək və onlarla düşmənçilik 
etmək çox çətin idi. Eyni zamanda ətraf xanlardan da arxayın deyildi. 
Daxildə  də düşmənlər çox idi. Əgər o başqalarının təhriki ilə Qarabağa 
hücum etsə idi, bunun nəticəsində ancaq onun eli və adamları düşmən 
ayağı altında  əziləcəkdi. Yaxşı demişlər: “Olacaq hadisənin qarşısını 
yalnız hadisə baş verməzdən qabaq 
 22

almaq gərək”. O öz vəzir-vəkilləri ilə məsləhət etdi, bu qərara gəldilər ki, 
gözəl, səfalı  və  xətasız bir yerdə qala tikdirsinlər. Soraqlaşdıqdan və 
axtarış etdikdən sonra Məlik Şahnəzərin bələdçiliyi və nümayəndəliyi ilə 
əhalinin indiki yaşayış yeri olan Şuşa qalasının yerini müəyyən etdilər. 
Bu yeri Pənah xan özü gedib gözü ilə görmüş  və  hər cəhətdən 
bəyənmişdi. Lakin ərazinin ortasından su axmadığı üçün bir neçə yerdə 
quyu qazdırdı  və bu quyulardan çoxlu su çıxdı. Bundan sonra 1166 
(1752)-cı ildə  Pənah xan xoş bir gündə  Şuşa  şəhərinin təməlini qoydu. 
Şəhər cənub-qərbdən,  şimal-şərqdən, həmçinin qərb və  cənub tərəfdən 
piyada və qeyriləri üçün gediş-gəliş mümkün olmayan möhkəm hasar və 
təbii sıldırım qayalarla əhatə olunmuşdur. Divar çəkmək üçün şəhərin 
aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərini ölçdülər. Bu işdə kənd 
əhli, mahalların məlikləri, ellərin başçıları ilə bir yerdə çalışaraq, beş 
arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər. 
Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. Çünki divar 
daş və əhənglə bərkidilmişdi. Bu divarlardan dörd darvaza açdılar. Şimal 
və şərq tərəfdən olan darvazaya - Şuşa kənd darvazası deyilir. İki darvaza 
isə şimal ilə qərb arasındadır. Bunlardan birinə İrəvan darvazası, digərinə 
isə  Gəncə və Çiləbörd darvazası deyilir. Dördüncü darvaza isə dağılmış 
və hazırda onun yerinə divar tikilmişdir.  İndi isə  şəhərin ancaq üç 
darvazası var. 
Şuşa  şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının  əha-
lisini, bəzi Qarabağ  və başqa kənd adamlarını köçürüb Şuşa  şəhərinə 
gətirdi, onlara burada yer verdi. Burada sikkəxana tikdirdi. Pənahabad adı 
ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurdurdu. Sikkənin bir 
tərəfində Pənahabad, o biri tərəfində isə “La ilahə illəllah, Muhəmmədən 
rəsulullah” sözləri yazılmışdı. “Pənahabadın” altısı bir manat, səkkizi isə 
Qarabağ tüməni adlanırdı. 
Pənah xan Şuşa qalasını tikdirib qurtardıqdan sonra asudələşdi. Bir il 
bundan sonra belə bir xəbər gəldi ki, Qacar Məhəmmədhəsən xan İraq, 
Azərbaycan və başqa vilayətlərin  əhalisindən topladığı çoxlu qoşunla 
Qarabağ tərəfə, Şuşa qalası üzərinə basqın etmək fikrinə düşübdür. Pənah 
xan da özünə tabe olan ellərdə, Taxtaqapının və başqa kəndlərin işgüzar 
və döyüşə qabiliyyəti olan kişilərini  Şuşa qalasına toplayıb, düşmənə 
qarşı müqavimət göstərməyə  və  şəhərin müdafiəsinə hazırlaşdı. 
Məhəmmədhəsən xan da özünün çoxlu 
 23

qoşunu ilə  gəlib  Şuşa  şəhərinin  ətrafındakı Xatın arxı yanmda dayandı. 
Oradan yuxarı  tərəfə  hərəkət etməyə  cəsarəti olmadı. O, Pənah xanı 
tutmaq üçün müxtəlif hiyləyə əl atdısa da, bu iş mümkün olmadı. O biri 
tərəfdən də Qarabağ  əhli, onların qoşunları  və başqa dəstələr düşmənin 
mal-dövlətini  əlindən alıb zərər vurdular, hətta  əsgərlərin də atlarını 
əllərindən alıb, var-yoxunu qarət etdilər. Bunlar üçün azuqə  gətirənlərin 
yolunu kəsirdilər. Bu zaman Kərim xanın qələbəsi, istiqlaliyyəti və onun 
İran tərəfə olan yürüşü Məhəmmədhesən xanm qulağma çatdı. Bu xəbəri 
eşidən Məhəmmədhəsən xan İraqa getmək fikrindən  əl çəkdi. 
Məhəmmədhəsən xanm Tehran-dan gətirdiyi hasar topu adı ilə  məşhur 
olan iki böyük topu Xatm arxmda qalmışdı. O gedəndən sonra bu toplar 
Şuşa qalasma gətirildi. 1242 (1826)-ci ildə  Şuşa qalasmm qızılbaşlar 
tərəfindən mühasirəsi zamanı bu toplar rus əsgərlərinin  əlində idi. 
Əsgərlər lazım olan vaxt toplardan istifadə edirdilər. Şuşa qalası əhli gün-
gündən artırdı. Keçmişdə Pənah xanın zamanmda çəkilmiş qalanm qədim 
divarları 1214 (1799)-cü ildə dağılmışdı. İbrahim xanın dövründə və Rus 
döv-ləti zamamnda bilikli və  məlumath mühəndis və  bələdçilərin yaxşı 
planı  və  nəqşəsi üzrə  həmin divarlar bir verstdən artıq uzadıldı  və 
əvvəlkindən daha möhkəm bir divar çəkildi... 
Şuşa şəhərinin məhəllələri aşağıdakılardan ibarətdir:  
Mehrili, Qazançılı,  Əylisli, Çiləbörd Dərə, Aşağı  məhəllə, Qurdlar, 
Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusuflu, Merdinli, Cuhudlar, Saatlı, 
Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası. 
 
PƏNAH XANIN BAŞQA XANLARLA BİRLİKDƏ 
İRAKLİ XAN TƏRƏFİNDƏN TUTULMASI 
 
Elə ki Məhəmmədhəsən xan müvəffəq olmayıb geri qayıtmağa 
məcbur oldu, Pənah xan özünün bacarıq və qabiliyyətini hiss etdi. 
Qaradağlı Kazım xanı, naxçıvanlı Heydər xanı, gəncəli  Şahverdi xanı 
yanına çağırıb, müşavirə etdi və belə bir qərara gəldi ki, Şirvanat 
vilayətləri və Dağıstan tərəfləri Hacı  Çələbinin ixtiyarına keçdiyi üçün 
ona tənbeh etmək lazımdır. O bizə heç etina etmir və heç bir işdə  də 
məsləhətləşmir və nə də yoldaşlıq edir, ona görə biz gərək
 
 
  
 
 24

bütün səyimizi və gücümüzü sərf edib, onu cəzalandıraq və onu qəflət 
yuxusundan ayıldaq. 
Bu əzm və iradə ilə Gürcüstan valisi İrakli xanla əlaqəyə girmişdi. İrakli xan 
öz razılığını onlara xəbər verdi və dedi: 
- Bu barədə müzakirə etmək üçün Gürcüstan tərəfinə  gəlməlisiniz. Mən 
məsləhət görürəm ki, birlikdə Hacı  Çələbinin dəfinə  və  əleyhinə mübarizə 
aparaq. 
Yuxanda adları  çəkilən xanlar hazırlıq görərək qət etdikləri qərarın icrasına 
böyük səy ilə çalışırdılar. Buna görə də Gəncənin yuxarısında Qızılqaya deyilən 
yerdə çadır qurdular. 
Burada İrakli xan müzakirə üçün gələn dörd nəfəri - yəni Pənah xanı, Kazım 
xanı, Heydərqulu xanı və Şahverdi xanı rutub həbs etdirdi. O saat Şahverdi xanın 
nökərlərindən biri atına minib özünü Hacı Çələbiyə yetirdi. Bu vaxt Hacı Çələbi 
Mingəçevirin ayrıcında, Kürün kənarında dayanmışdı. Hacı nökəri görcək onun 
Kürdən keçirilməsini əmr etdi və soruşdu: “Oğlan, nə var?” Nökər cavab verdi: 
“Qoca baba, vali xanları tutdu”. Hacı Çələbi atlıya dedi: “Yenə qoca baban onları 
qurtarar”. Bundan sonra Hacı  Çələbi öz qoşun başçılarına və  əyanlarına  əmr 
verdi ki, bu barədə  məsləhətləşin və eyni zamanda dedi: “Hər nə  məsləhət 
görürsüz görün, Kürü keçməyi unutmayın”. Sonralar bu söz xalq içində bir məsəl 
kimi işlənirdi. O saat Hacı Çələbi qoşunu ilə Kürdən keçir, vali İrakli xan olan 
tərəfə üz qoyur. Vali İrakli xan bu xəbəri eşitdikdə çox qorxur. Çünki ondan 
qabaq da Hacı  Çələbinin zərbəsini yemişdi. Amma çarəsiz qalıb qoşunu Hacı 
Çələbinin qarşısına çıxardı.  Şeyx Nizami məzarının  ətrafında hər iki dəstə 
qarşılaşdı. Valinin qoşunu məğlub olub qaçmağa üz qoydusa da Hacı  Çələbi 
onlara qaçmaq üçün fürsət vermədi.  İrakli çadırları, ordunu və  hərbi sursatı 
Qızılqayada qoyub Tiflisə tərəf qaçdı. 
Hacı Çələbi gürcü qoşununu Sınıq körpüdən üç fərsəx uzağa kimi təqib etdi. 
Onlardan bir çoxlarını qətlə yetirdi. Hacı Çələbi Paydarda səngər qazıb, öz oğlu 
Ağakişini Tiflisin bu tərəfində yerləşən müsəlmanlar üçün başçı və hakim təyin 
etdi. Həbs olan xanlan da azad etdi və onları öz yerlərinə göndərdi, özü isə 
qayıdıb  Şirvana gəldi. Ağakişi bəy üç il o nahiyələrdə hökmranlıq etmişdir. 
Sonralar isə vali Gürcüstandan, Başıaçıq və Çərkəslərdən çoxlu adam toplayıb, 
güclü qoşunla Ağakişi bəyin üzərinə hücum etdi. Ağakişi bəy ona nisbətən 
gücsüz olduğundan onun qarşısmda davam gətirə bilməyib, qaçmağa 
 
  
 
 25

başladı. Valinin qoşununun qabaq hissəsi Tovuz çayında ona yetişdi, hər 
iki qoşun arasında vuruşma başlandı. 
Vuruşma nəticəsində bir neçə  nəfər adamlarından və qoşunundan 
öldürüldü, bəziləri də  əsir alındı. Özü isə sağ  və salamat Kür çayından 
keçib  Şəki vilayətinə  gəldi. Valinin qoşunu Xudafərin körpüsünə kimi 
getdi, qayıdan zaman Gəncə  və Qarabağ  əhalisinə çoxlu zərər vurdu və 
onları qarət etdi. 
 
URMİYA HAKİMİ FƏTƏLİ XAN ƏFŞARIN 
QARABAĞ ÜZƏRİNƏ HÜCUMU, MÜHARİBƏ VƏ 
SÜLH ETMƏSİ, İBRAHİMXƏLİL AĞANIN 
APARILMASI 
 
Urmiya hakimi Fətəli xan Əfşar Nadir şahın adlı-sanlı 
sərkərdələrindən biri olub, Azad xandan sonra Azərbaycanın bəzi 
vilayətlərini istila etmişdi. Bu vilayətlərdə  Pənah xandan başqa ona 
müqabil adam yox idi. Bir neçə  dəfə  Pənah xanın üzərinə hücum edib 
onunla müharibə etdi, amma məqsədə nail ola bilməyib, geri döndü. 
Axırıncı dəfə isə çoxlu qoşunla geniş düzənlik olan Ballıca çayı ilə Xoca 
Əlili çayının arasına gəldi və yolun kənarında səngər qurub burada 
dayandı. Hazırda da burada o səngər divarlarının xərabələri və nişanələri 
qalmaqdadır. Bu yer xalq arasında Fətəli xan səngəri adı ilə məşhurdur. 
Fətəli xan qış  fəslini burada keçirdi. O zaman Çiləbörd və Talış 
məlikləri - Məlik Hatəm və Məlik Usub da Fətəli xanın yanına gəlib onun 
qoşunu ilə birləşdilər və burda özləri üçün ayrıca səngər qurdular. Bu 
səngərlərin də nişanələri qalmışdır.  İran qoşunları altı ay burada qaldı, 
amma bir nəticə  əldə edilmədi. Nəhayət, məliklərin köməyi, ümumi 
əhalinin ittifaqı ilə  qətiyyətlə  və döyüşə hazır bir halda müharibə 
meydanına qədəm qoydular. Pənah xan da düşmən öldürməkdə, 
sədaqətdə, inadkarlıqda tərifə ehtiyacı olmayan bir dəstə qarabağlılarla 
qarşıya çıxdı, düşmənlə müharibə etməyə başladı. 
Hər iki tərəf mübarizəyə hazır olub vuruşa başladılar. Bu vuruşmada 
hər iki dəstə öz igidlik və rəşadətini göstərdi... 
Həmin gün güclü vuruşma oldu. Öldürməkdə,  əzməkdə, bir-birinin 
qol-qıçını qırmaqda heç kəs özünü müqəssir bilmirdi. Fətəli xan gördü ki, 
bu müharibədən bir nəticə çıxmayacaq və məqsədinə  
 26

nail olmayacaq. Bu qədər çalışmaq və səy hədər getdi. Çarəsiz qalıb başqa yol 
axtardı, hiylə düzəltdi, Pənah xanla barışmaq və dostluq yolunu seçdi. Pənah xan 
da  ədalətli bir sülhün olmasına razılıq verdi. Ağa körpüsündə bir-birilə 
görüşdülər. Dostluq, bir-birinə sadiq olmaq şərtilə möhkəm bir müqavilə 
bağladılar. Fətəli xan Pənah xana müraciətlə qeyd etdi ki, bundan sonra bizim 
aramızda ayın-seçkilik olmamalıdır, sizin oğlunuz İbrahimxəlil ağanın məhəbbəti 
də bizim qəlbimizdə yer tutmuşdur. Yaxşı olardı ki, gözəl xasiyyətə malik 
xanzadəni
1*
 bir neçə günə bizim yanımıza qonaq göndərəsən, onun barəsində 
lazımi məhəbbət və qonaqpərvərlik göstəriləcəkdir, belə bir mərhəmət bizim 
üçün başıucalıq olardı. Əlbəttə, görüş bitdikdən sonra yenə də böyük hörmət və 
ehtiramla oğlunuz siz dostumuzun xidmətinə göndərilər. Pənah xan onun 
qurduğu hiyləyə aldanıb, bir neçə  nəfər iş bilən adamları ilə  oğlu  İbrahimxəlil 
ağanı  Fətəli xanın qərargahına göndərdi. Fətəli xan da dövlət başçılarından bir 
neçə  nəfəri  İbrahimxəlili qarşılamaq üçün göndərdi və onu böyük ehtiramla öz 
qərargahına gətirdi. Bir neçə gündən sonra İbrahimxəlil ağa işin başqa  şəkildə 
olduğunu görüb, atasının yanına adam göndərdi və bildirdi: 
- Davranışından məlum olur ki, Fətəli xan məni özü ilə aparacaqdır. Ona 
görə də mənim kürən atımı göndər, ola bilsin ki, o atın köməyi ilə gərək özümü 
bu fəlakətdən qurtarım. 
Atasından sifariş  və at gəlincə  Fətəli xan köçmək  əmrini verdi və 
İbrahimxəlil ağanı da özü ilə götürüb geri qayıtdı. Bu dəhşətli xəbər Pənah xana 
çatanda işıqlı dünya onun gözünə qaranlıq göründü. Ciyərinin parası olan oğlunu 
xilas etmək üçün öz yaxın adamları ilə məsləhətləşdi və dedi: 
- Bu 
barədə kim bir tədbir görə bilər? Kimin açarı ilə  zəfər qapısı açıla 
bilər? 
Bu vaxt Kərim xan Zəndin qardaşı İskəndər xanın öldürülməsi xəbəri gəldi. 
Kərim xan qardaşının qanını almaq məqsədilə Azərbaycana gəlmək fikrinə 
düşdü və Pənah xanın da onun yanında olmasına çalışdı. Bu məsələnin təfsilatı 
belədir: Kərim xan Zənd yaxşı xasiyyətli bir əmir, güclü bir başçı idi. İraq, Fars 
və Rəşti öz möhkəm qolunun gücü ilə almışdı. Fətəli xan öz vilayətinə qayıtdığı 
vaxt Kərim xanla vuruşmağa başladı. Kərim xan öz qardaşı İskəndəri 
 
 
 
 
 
 
                                                 
*
 
1
 Xanzadə - Pənah xanın oğlu İbrahimxəlilə işarədir.  
 
 27

onunla vuruşmağa göndərdi. Vuruşma İsfahan ətrafında başlandı. Allahın 
qəzası ilə bu davada İskəndər xan öldürüldü, qoşunu da məğlub edildi. 
Fətəli xan İraq vilayətlərinin bir neçəsini istila etdi. Qardaşı İskəndər 
xanın ölüm xəbərini eşidən kimi Kərim xanın hirsindən qanı beyninə 
sıçradı.  İntiqam almaq və qan tökmək məqsədilə qüvvətli qolunu 
çırmalayıb saysız-hesabsız qoşun topladı. Azərbaycana gəlməmişdən 
qabaq Pənah xana bir dostluq məktubu yazıb, etibarlı adamlarından biri 
ilə göndərdi. O bu məktubda belə yazmışdı: “Pis adam olan Fətəli xan 
bizimlə qanlı, sizinlə  də qatı düşməndir, bizim qardaşımızı öldürüb, 
sizinlə isə bağladığı müqaviləni pozub, ona riayət etməyib, oğlunuzu 
götürüb aparmışdır, hər gün bir tərəfə  və  hərdən biri ilə vuruşmaya 
başlayır (həyat sizin üçün qisas almaqdan ibarətdir). Buna görə də ədavət 
qılıncını  qınından çıxarıb intiqam almağa  əzm etmişəm. Sizdən 
dostcasına xahiş edirəm ki, tezliklə ixtiyarınızda olan qoşunu götürüb 
mənim yanıma gələsiniz, bir yerdə onunla vuruşmağa hazır olasınız. Həm 
sizin oğlunuzu fəlakətdən qurtarım, həm də öz qardaşının intiqamını 
ondan alım”. Pənah xan oğlunu xilas etmək üçün fürsət axtarırdı  və 
Allahdan yeganə arzusu o idi ki, Fətəli xanı cəzalandırsın. Pənah xan bu 
xəbəri eşidən kimi cəld çoxlu atlı və piyada götürüb, Kərim xanın yanına 
gəldi. Kərim xan onu böyük hörmət və izzətlə qarşıladı. Onlar birlikdə 
Fətəli xanı  dəf etməyə yola düşdülər. Urmiya ətrafına yetişərkən Fətəli 
xanla qarşılaşdılar. Fətəli xan bir az vuruşduqdan sonra davam gətirə 
bilməyib qalaya qayıdaraq gizləndi. Bir neçə müddət sonra zəiflədiyini 
hiss etdi, çarəsiz qalıb, Kərim xana itaət etməyə başladı. 
Kərim xanın verdiyi vədə inanıb üzə  çıxdı  və itaətkarlıq göstərdi. 
Kərim xan özünü şah yox, vəkil adlandırırdı. Burada İbrahimxəlili öz 
yanına çağırıb ona xələt, qılınc, qızıl yəhərli bir at bağışladı, eyni 
zamanda ona Qarabağa getməyə və orada hökmranlıq etməyə əmr verdi. 
Kərim xan Pənah xandan bir neçə günlüyə birlikdə  səyahətə  və kef 
çəkməyə  Şiraza getmələrini xahiş etdi. Pənah xan isə onun bu xahişini 
qəbul etdi. Kərim xan Fətəli xanı da özü ilə götürüb Şiraza getdilər. 
Kərim xanın anası öz qardaşının qisasını  Fətəli xandan almağı 
oğlundan tələb edirdi, buna baxmayaraq, Kərim xan öz verdiyi vədi və 
bağladığı müqavilənaməni pozmaq istəmədi. Birlikdə getdikləri 
 28

zaman yolun yarısında Fətəli xanla İskəndər xanın vuruşduğu yerə 
yetişdilər. Kərim xan Fətəli xandan soruşdu: “Bu yer nə yerdir?” Kərim 
xan dalğınlıqla cavab verdi ki, bu həmin təhlükəli döyüş meydanıdır ki, 
burada  İskəndər xanın həyat günəşi qaranlıqlar içərisində söndü. Kərim 
xan Fətəli xanın bu cavabından elə qəzəbləndi ki, az qaldı ürəyi partlasın. 
Kərim xan o saat Fətəli xanın ölümünə  əmr verdi, cəsədini isə qardaşı 
İskəndər xanın yanında basdırdılar. Bir neçə gündən sonra Kərim xan və 
Pənah xan Şiraza çatdılar. Orada bir neçə gün qaldılar, Pənah xan Şirazda 
xəstələnib öz əcəli ilə  vəfat etdi, onun cənazəsini böyük hörmətlə 
Qarabağa gətirdilər. Ağdamda öz pulu ilə alınmış yerdə  dəfn etdilər... 
Bəziləri deyirlər ki, Pənah xan qəsdən özünü ölülüyə vurmuş idi. O öz 
yaxın adamlarına vəsiyyət etmişdi ki, öləndən sonra onun cənazəsini 
Qarabağa aparsınlar, bu məqsədlə  və hiylə ilə  Şirazdan çıxıb, yolda ata 
minib, Qarabağa getsin və burada öz hökmdarlığını davam etdirsin. 
Kərim xan Pənah xanın fikrini başa düşərək deyir: 
- Pənah xan mənim xeyirxah dostumdur. Buna görə  də  mən gərək 
onun cənazəsini tam hörmətlə Qarabağa göndərəm. 
Onun qarnını yarıb  ədviyyat ilə doldurduqdan sonra Qarabağa yola 
salır. 
 
Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin