www.vivo-book.com
227
– Neyləsəyən, axı! – səsləndim. – Bir də bu De-Qriyeni
necə, hə, necə sevə bilmisən? Ah, əclaf, əclaf! Hə,
istəyirsiniz, onu dueldə ödürüm! O, indi hardadı?
– Frankfurtdadı, üç gün orda qalacaq.
– Bircə sözünüz bəsdi ki,
elə sabah, birinci qatarla
gedim! – mən qəribə axmaq coşqunluq içində dilləndim. O,
rişxəndlə güldü.
– Nolar, o,
üstəlik deyər, zəhmət olmasa,
əvvəlcə əlli
min frankı qaytarın. Həm də nəyə görə dalaşsın, axı?.. Bu nə
cəfəngiyatdı!
– Yaxşı, bu əlli min dolları hardan, hardan alaq, – mən
dişlərimi qıcırdada-qıcırdada təkrar elədim – elə bil, o
pulları qəfildən yerdən götürmək mümkünüydü. – Qulaq
asın? Mister Astley? – qəribə bir ideyanın başlanğıcıyla ona
müraciət eləyib soruşdum. Onun gözləri parıldadı.
– Nolar, bəyəm,
sən özün istəyirsən ki, yanından bu
ingilisin yanına gedim? – O, sirayətedici baxışlarla üzümə
baxaraq, acı-acı gülümsəyib dilləndi. Həyatında birinci kərə
mənə “sən” dedi. Deyəsən, bu dəqiqələrdə onun həyəcandan
başı hərləndi, birdən elə bil, haldan düşüb divana oturdu.