www.vivo-book.com
4
cavab verirdim ki, elə bil pərt olurdu. Təmtəraqlı nitqlə,
sözləri bir-birinin üstünə mindirə-mindirə, nəhayət,
tamamilə dolaşaraq, məni başa saldı ki, uşaqları vağzaldan
uzaq yerə, parka gəzməyə aparım. Axırda o lap hirsləndi və
qəfildən səsini qaldırdı: “Yoxsa siz, ola bilsin ki, onları
vağzala, ruletkaya aparasınız. Məni bağışlayın, – o əlavə
elədi, – bilirəm, hələ yetərincə düşüncəsiz oynamağa, güman
ki, qabilsiniz. Hər halda, mən sizin tərbiyəçiniz deyiləm,
belə rolu öz üzərinə götürməyi də arzulamıram, amma heç
olmasa, məni nüfuzdan salmamağınızı arzulamağa ixtiyarım
var…”
– Bəs axı, mənim pulum da yoxdu, – sakitcə cavab
verirdim; – pul uduzmaq üçün pulun olmalıdı.
– Siz pulu dərhal alarsınız, – general bir qədər qızarıb
dilləndi, öz masasında qurdalandı, kitabları yoxladı, məlum
oldu ki, onda mənim 120 rubla qədər pulum var.
www.vivo-book.com
5
– Biz necə hesablaşacağıq? – o dilləndi, – talerə
2
çevirmək lazımdı. Gəlin yüz taler götürün, yuvarlaq hesabla,
– qalanı, əlbəttə, batmaz.
Mən sakitcə pulu götürdüm.
– Siz, lütfən, mənim sözlərimdən inciməyin. Elə
dəymədüşərsiniz… Əgər mən sizə irad tutdumsa, onda necə
deyərlər, xəbərdar elədim, artıq buna bir qədər haqqım
çatır…
Nahardan qabaq uşaqlarla evə qayıdanda bütöv bir
dəstə ilə rastlaşdım. Bizimkilər hansısa xarabalığa
gedirdilər. İki qəşəng fayton, əla atlar! Mademoiselle
Blanche
3
Marya Filippovna və Polinayla bir faytonda;
fransızciyəz, ingilis və bizim general at belində. Yoldan
ötənlər dayanıb tamaşa eləyirdilər; təsir göstərmişdi; ancaq
general yaxasını qurtara bilməyəcəkdi. Hesabladım ki,
gətirdiyim dörd min frankın üstünə də, çox güman, ələ
keçirdiklərini də əlavə eləyə bilsək, onların yeddi, yaxud
2
3 markalıq qədim gümüş alman pulu
3
mademuazel Blanş – fransızca
|