www.vivo-book.com
28
xidmətçiyə fikir vermədi; uzun-uzadı cibindən kisəsini
çıxardı, uzun-uzadı kisəsindən üç yüz frank qızıl pul çıxardı,
pulları qaraya qoydu və uddu. O, uduşu götürmədi, onu
masanın üzərinə qoydu. Yenə qara çıxdı; o, bu dəfə də
pulları götürmədi, amma üçüncü dəfə min iki yüz frank
itirdi. General təbəssümlə qırağa çəkildi, mətanətini qoruyub
saxladı. Əminiydim ki, qəlbindən qara qanlar axır, əgər
banka qoyulan pul iki, yaxud üç dəfə artıq olardısa, – o,
mətanətini saxlaya bilməzdi, həyəcanını büruzə verərdi.
Bununla belə, bir fransız mənim yanımda nəşəylə, hər cür
həyəcansız-filansız əvvəlcə uddu, sonrasa otuz min franka
qədər uduzdu. Əsl centlmen, əgər bütün var-yoxunu uduzsa
da, həyəcanlanmamalıdır. Pul centlmenlikdən o qədər aşağı
olmalıdı ki, demək olar, onun qayğısını çəkməyə dəyməsin.
Əlbəttə, bütün bu yaramazların, bütün bu şəraitin
iyrəncliyini tamamilə eyninə almamaq daha kübarsayağıdı.
Amma bəzən əks fənd də, məsələn, bütün bu yaramazları
gözlük arxasından da olsa, sezmək, qiymətləndirmək də az
kübarlıq deyil; lakin bütün bu kütləni, bütün bu iyrəncliyi bir
növ əyləncə, centlmen oyunları üçün düzəldilmiş tamaşa
www.vivo-book.com
29
kimi qəbul eləməkdən başqa bir şey deyil. Özünüz bu
kütlənin arasına soxula, amma hamıya büsbütün inamla baxa
bilərsiniz ki, əslində, siz özünüz müşahidəçisiniz və
doğrudan da qətiyyən onun tərkibinə daxil deyilsiniz.
Bununla belə, yenə də çox diqqətlə müşahidə eləmək lazım
gəlmir: bu, yenə də centlmensayağı olmayacaq, ona görə ki,
hər halda, bu mənzərə böyük, olduqca diqqətli müşahidəyə
dəymir. Ümumiyyətlə, centlmen üçün həddən artıq diqqətli
müşahidəyə layiq olan tamaşalar azdı. Bununla yanaşı,
şəxsən mənə elə gəldi ki, bütün bunlar da xüsusilə, yalnız
təkcə müşahidə üçün gəlməyən, özünü də səmimi qəlbdən,
vicdanla bütün yaramazlara aid eləyən kəs üçün həddən artıq
diqqətli müşahidəyə dəyər. Mənim ən gizli əxlaqi
etiqadlarıma gələndəsə, həqiqi mülahizələrimdə onlara
əlbəttə, yer yoxdu. Qoy doğrudan da, belə olsun: vicdanımı
təmiz çıxarmaq axır vaxtlar ərzində hərəkətlərimi və
fikirlərimi hansı olur olsun, əxlaqi ölçüyə hesablamaq
məndən ötrü nəsə dəhşətli dərəcədə xoşagəlməz işiydi. Məni
başqa şey idarə eləyirdi.
|