www.vivo-book.com
222
“O da pis deyil”, – dayə kefsiz halda cavab verdi.
Amma mən içəri girdim, kabinetin qapısı ağzında tamamilə
heyrət içində ayaq saxladım. M-lle Blanche və general bir-
birini qova-qova nə barədəsə danışıb-gülüşürdülər. Veuve
Cominges elə burdaca divanda oturmuşdu. General,
görünür, sevindiyindən ağlını itirmişdi, hər cür cəfəng şeylər
hüdüləyib tökür, əsəbiliklə uzun-uzadı qəhqəhə çəkirdi.Bu
gülüşdən sifətini saysız-hesabsız qırışlar bürüyürdü, gözləri
də hardasa itib-batırdı. Sonra
mən elə Blanche-nin özündən
öyrəndim ki, o, knyazı qovub, generalın ağlamağından xəbər
tutub, ona təskinlik verməyi fikirləşib, bir dəqiqəliyinə
otağına gəlib. Amma
bədbəxt general bilmirdi ki, bu
dəqiqələrdə taleyi daha həll olunub, Blanche günü sabah,
birinci sübh qatarıyla Parisə “uçmaq” üçün yır-yığış
eləməyə başlayıb.
Generalın kabinetinin kandarında ayaq saxlayıb,
içəri
girmək fikrindən daşındım və sezilmədən çıxdım. Öz
otağıma qalxdım, qapını açıb, qəfildən yarımqaranlıqda
küncdə, pəncərənin qabağındakı stulda oturmuş bir fiqur