www.vivo-book.com
239
Polinanın obrazı görünüb,
yox olurdu; xatırlayırdım, dərk
eləyirdim
ki, onun yanına gedirəm, indi onunla
görüşəcəyəm, ona danışacağam, göstərəcəyəm… amma
artıq bir az qabaq mənə nə dediyini də, nəyə görə getdiyimi
də güclə xatırlayırdım, cəmi saat yarım əvvəl olan həmin
bayaqkı duyğular indi daha məndən ötrü nəsə çoxdan ötüb-
keçmiş, düzəliş edilmiş, köhnəlmiş görünürdü – artıq bunları
bir daha xatırlayacağıq, ona
görə indi hər şey təzədən
başlayacaq. Xiyabanın az qala lap qurtaracağında məni
qəfildən qorxu bürüdü: “Əgər indi məni soysalar, öldürsələr,
nə olar?” Hər addım atdıqca qorxum ikiqat artırdı. Demək
olar ki, qaçırdım. Qəfildən xiyabanın sonunda saysız-
hesabsız lampalarla işıqlandırılmış otelimiz göründü, –
Allah, sənə çox şükür: evdəyəm!
Yaşadığım mərtəbəyəcən qaçdım, cəld qapını açdım.
Polina burdaydı, mənim divanımda, yandırılmış şamın
qarşısında əlləri qoynunda oturmuşdu. O,
heyrətlə mənə
baxdı, əlbəttə, bu dəqiqələrdə yetərincə qəribə görkəmim
varıydı. Mən qabağında dayandım, bütün pul dəstlərimi
masanın üstünə atmağa başladım.