Reyhan Mirzəzadə azərbaycançiliq və


Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə53/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   47   48   49   50   51   52   53   54   55

____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____

so 637
 ce

öm rünə əbədi həmdəm seçibsən,
Yaratmaq eşqilə od tək yananı.
Qəlbinin  gözüylə görə bilmişən,
Əsl  məhəbbətə  layiq olanı.
Mehriban  xanım  əsl  məhəbbətə  layiq  olan  xanımdır. 
Bu  məhəbbətin  içində  ümumxalq  məhəbbətinin  öz  yeri 
var.  Onun  özünəməxsus  istedadı  bu  məhəbbəti  bir az da 
artırır.  Belə  ki,  Mehriban  xanımın  nitqinə,  çıxışlarına  və 
müsahibələrinə  diqqət  yetirəndə  əsl  yaradıcılıq  xüsusiy­
yətlərini  aydın  müşahidə  etmək  olur.  Cümlələrdəki  bir- 
birinə  bağlılıq,  söz  və  ifadələrin  düzgün  seçilməsi,  şəkil­
çilərin  yerində  işlədilməsi,  yığcamlıq,  az  sözlə  böyük fikir­
lər  ifadə  etmək,  səlistlik,  məntiqdə  birbaşa  hədəfə toxun­
maq,  fəlsəfi  dərinlik  kimi  əsl  dilçilərə  layiq  keyfiyyətlərlə 
Mehriban  xanım  mənin  aləmimdə  daha  çox  babası  Mir 
Cəlal  Paşayevi xatırladır.  Böyük  şəxsiyyət,  istedadlı yazı­
çı,  dəyərli  alim,  tanınmış  ictimai  xadim,  unudulmaz  Mir 
Cəlal  Paşayevi...
Danılmaz  həqiqətdir  ki,  Azərbaycan  dili  dünyanın 
qədim  tarixə  malik,  inkişaf etmiş  dillərindən  biridir.  Zəngin 
Azərbaycan  ədəbi dili ilə ən mürəkkəb və  ən  dərin  məna­
lı fikirləri  ifadə  etmək  mümkündür.  Şifahi  və  yazılı  nitqimi­
zin  aydınlığı,  hamı  üçün  anlaşıqlı  olması  vacib  məsələdir. 
Çünki  səlist  nitq  mədəniyyəti  hər  bir  xalqın  mənəvi 
səviyyəsini  müəyyən  edir.  Bu  mənəvi  səviyyədə  konkret­
lik,  lakoniklik  böyük  rol oynayır.
XIX  əsr  görkəmli  Avropa  yazıçısı,fransalı  Qü- 
stav  Flobber  vaxtilə  yazırdı:  “Əgər  cümləni  qısaltmaq 
mümkünsə,  qısalt.  Bunu  həmişə  etmək  olar.  Ən  yaxşı 
cümlə?  -  Ən  qısa  cümlədir”.  Buna  görə  də  sözdən  yerli- 
yerində,  qədərində,  mahiyyətinin  gücündən  ağılla  istifadə 
etmək  az  bacarıq  tələb  etmir.  Sözə  həm  həssaslıqla,həm
________________
Reyhan Mirzəzadə
________________
ю  6
38
 оз
də  ustalıqla  yanaşmaq  kifayət  qədər  təcrübə,  savad,  və 
yaradıcı qabiliyyətini zəruriləşdirir.
Söz və  onun  qüdrəti  barədə çox yazmaq  olar.  Lakin 
rus  şairi  A.Tvardovskinin  “Söz  haqqında"  adlanan  şe­
rindən  misraları  yada  salıb,  mövzumun  simaları  barədə 
fikirlərimi davam etmək istəyindəyəm:
...Dünyada  hər fikri deməyə söz var,
Sözlə  ordular da qalxar döyüşə.
Çeynənmiş kəlmələr,  hazır kəlamlar 
Milçək uçuşuna bənzər həmişə.
Söz var atəşindən yanır  bədənlər,
Ən  dərin  ümmanı  üzüb qət edir.
Sözü  sözçülüklə əvəz edənlər 
Sözün qarşısında xəyanət edir.
Bəlkə  buna görə,  ey ana Vətən,
Korluq  çəkməsə də sözdən bu  sinə,
Çox vaxt əsə-əsə,  qənaətlə mən 
Şeir həsr edirəm sənin  eşqinə.
Mehriban  xanım  babası 
kimi  sözə  və  onun 
qüdrətinə  sədaqətlə  xidmət  edir.  Doğrudur,  onun  istər 
ata,  istər  ana tərəfdən  mənsub olduğu  ailələr böyük  ziya­
lıları,  alimləri,  dilçiləri,  ictimai - siyasi  xadimləri təmsil edib 
və  indi də təmsil etməkdədir,  -  bu  insanların  hamısı  sözə, 
onun  hüquqi  və  məntiqi  çəkisinə  hörmətlə  yanaşıb,  lakin 
mən  nədənsə  bu  barədə  Mehriban  xanımın  genlərində 
daha  çox  Mir  Cəlal  özəlliyini  duyuram.  Nəvə  öz  sevimli 
babasının  genetik  xüsusiyyətlərini  şərəflə,  məhəbbətlə 
yaşadır.  Mehriban  xanımın  çıxışını  dinləyəndə,  yaxud 
məqalələrini  oxuyanda  Mir  Cəlal  üslubu,  Mir  Cəlal  qay­
dası  bir  daha  yaddaşımda  canlanır.  Babadan  nəvəyə 
keçən  genetik  ənənə  necə  də  təbii  və  səmimi  görünür. 
Çünki  bu  səmimilik  və  bu  təbiilik  Mehriban  xanımın  üzvü
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
_____
£0 639
 
03

olduğu  ailələrin  insanlıq  fəlsəfəsinin  bir  nümunəsidir. 
Burda  alman  filosofu  Lüdviq  Feyerbaxın  sözü  yadıma 
düşür:  “Əsl yazıçılar insanlığın  vicdanıdır”.
Mir  Cəlal  əsl  yazıçı  idi,  insanlığın  vicdanı  idi. 
İnsanlığa,  məhz  böyük  hərflə  yazılan  insanlığa  xidmət 
edirdi.  Xeyirxah  idi,  kimsədən  kömək əlini,  məsləhətlərini, 
tövsiyələrini  əsirgəmirdi.  Böyük  kimi,  ağsaqqal  kimi  çoxla­
rının  onun  məsləhətlərinə  ehtiyacı  vardı.  Çoxlarına  yol 
göstərirdi.  Onun  məsləhətinə  qulaq  asanların  hamısı 
həyatda  xeyir  tapırdı.  O,  işləməkdən  yorulmurdu.  Həm 
ədəbiyyatçı,  həm  alim,  həm  də  yazıçı  idi.  “Füzulinin 
poetik  xüsusiyyətləri",  “Azərbaycan  ədəbiyyatında  ədəbi 
məktəblər"  adlı  böyük  elmi  əsərlərin,  Cəlil  Məmmədqu­
luzadə  və  digər ədəbiyyat  korifeylərimiz  haqqında  onlarla 
elmi  məqalələrin,  üç  yüzdən  artıq  hekayənin,  bir-birindən 
maraqlı  roman  və  povestlərin  müəllifi  idi.  Gecəli-gündüzlü 
zəhmətə  qatlaşmasına  baxmayaraq,  uzun  illər  ailəsi  ilə 
birlikdə darısqal  mənzildə əziyyətlər çəkmişdi.
1937-ci  ildə  repressiyalara məruz qalan,  həbs edilən 
ədiblərin  evlərini  ona  təklif edəndə,  o,  həmin  mənzillərdə 
yaşamaqdan  qətiyyətlə  imtina etmişdi.
Mir  Cəlal  müəllim  bayağı  restoran  məclislərini  sev­
mirdi.  Bütün  övladlarının  toy  şənliklərini  sonralar  halal 
zəhməti  ilə  aldığı  mənzilində  keçirmişdi.  Onun  evinə  tez- 
tez alimlər,  yazıçılar gəlirdi.  Hər adamı  öz məclisinə dəvət 
etməzdi.  Bir  dəfə  irihəcmli  əsərlər  yazan  bir  yazıçıya 
əmək  qəhrəmanı  adı  vermişdilər.  Mir Cəlal  bunu  eşidən­
də  dem işdi:“Gərək  onun  oxucusuna  da  əmək  qəhrəmanı 
adı  verəydilər”.  Ondan  soruşanda  ki,  nə  əcəb  sizə  Xalq 
yazıçısı  adı  vermirlər?  -  cavab  verirdi  ki,  mən  antixalq 
deyiləm  ki?..
Qırx  ildən  artıq  işlədiyi  Azərbaycan  Dövlət  Uni­
versitetində  onun  kafedrası  qədər  elmi  kadr  hazırlayan
_____________
Reyhan Mirzəzadə
______________
so 
640 
ca
ikinci  kafedra  yox  idi.  Heç  zaman  rəqibindən  qorxmurdu. 
Rəhbərlik  etdiyi  kafedrada  qəddar  bir  müəllim  tələbəni 
imtahandan  loru  dildə  desək,  kəsmişdi.  Mir  Cəlal  müəllim 
imtahan  təşkil  edib  həmin  müəllimlə  bərabər  tələbənin 
biliyini  yoxlamışdı.  Müəllim  qiymət  vermək  istəməyəndə 
Mir  Cəlal  müəllim  tələbəyə  demişdi  ki,  sovet  şairlərindən 
birinin  adını  desin.  Tələbə  Səməd  Vurğunun  adını  çəki­
mişdi.  Götürüb tələbəyə  qiymət yazmışdı.
Yaxşı  tələbələrə  həmişə  atalıq  edirdi.  Onları  ruh­
landırır,  daha  yaxşı  çalışmağa,  həyatda  öz  yerini  tap­
mağa  istiqamət  verirdi.  Yəqinki  sevimli  oxucularım  Əziz 
Mirəhmədov,  Kamal  Talıbzadə,  Bəxtiyar  Vahabzadə,  Bə­
kir  Nəbiyev,  Kamran  Dadaşoğlu,  Məsud  Əlioğlu,  Təhsin 
Mütəllibov,  Xalid  Əlimirzəyev,  Firidun  Hüseynov  və 
başqalarının  adım  yaxşı  xatırlayırlar.  Mir  Cəlal  Paşayevin 
tələbələri  olmuş  bu  tanınmışlar  həyatda  və  cəmiyyətdə 
öz yerini  məhz bu  böyük insanın  köməyi  ilə tapmışdılar.
Mir  Cəlalın  əsərlərini  oxuyanda  onun  bədii  dilinin 
sadəliyindən  həmişə  zövq  almışam.Xalq  şairi  Bəxtiyar 
Vahabzadə  həmin  vaxtlar  yazırdı  ki.Mir  Cəlal  cümləni 
qurmamışdan  əvvəl  “Bu  fikri,  bu  mətləbi  xalq  necə  de­
yər?”  sualını  özü-özünə  verib  sonra  yazır.Bədii  əsərləri 
bir yana,  hətta  elmi-tədqiqat əsərlərində də  Mir Cəlal  süni 
kitab dilindən  qaçır.  Ədibin  Səməd Vurğun  haqqında  yaz­
dığı  bir  məqaləsi  belə  başlayır:“Səməd  Vurğun  əlinə  qə­
ləm alan gündən şairdir.O,  kağız-kuğuz korlamamışdır”
Mənəviyyatını  və yaradıcılığını  çox sevdiyim  Mir Cə­
lal  Paşayevin  “İnsanlıq  fəlsəfəsi”  kitabım  hələ  yeniyetmə 
ikən  sayını  itirdiyim  qədər  təkrar-təkrar  oxumuşdum.  Ki­
tab,  içindəki  əsərlər əsl  insanlığı  açıb  göstərən və  nəcibli­
yi  adamlara  aşılayan  sənət  nümunəsi  idi.  Mir  Cəlal  Paşa­
yev  bu  sənət nümunəsini  ustad  bir zərgərliklə  yaratmışdı. 
Sadə və təmiz bir dillə.  Son  dərəcə maraqlı  və  dəyərli  ob­
____
Azarbaycançılıq va vətənpərvərlik  məfkurəsi
so 6 41 ea

razlarla.  Oxuduqca,  oxumaq  istəyirdim.  Hadisələri  izlə­
dikcə,  insanların  daxili  aləmlərinə  baş  vurduqca,  həyata 
məhəbbətim  artırdı.  Mir  Cəlal  müəllim  böyük  insanlığın 
böyük  təbliğatçısı  idi.  İnsanlıq  fəlsəfəsinin  böyük  alimi  idi. 
Bir daha  anlayırdım  ki,  oxucu  ilə  səmimi  ülfət yaradan  M ir 
Cəlal  Paşayev  əsl  söz  bayraqdan  idi.  Sözü  yerində  və 
qədərində  işlətməyin  mahiyyətinə dəqiqliklə  varan  söz 
memarı  idi.  Düşünürdüm  ki,  Latın  Amerikası  yazıçısı 
Varqas  Lyosa  “özünü  yalnız ədəbiyyatın  ixtiyarına  verən, 
bütün  vaxtını,  enerjisini  bu  işə  sərf  etməyi  qərara  alan 
kəslər  əsl  yazıçı  olmağa  və  özünə  şöhrət  gətirən  əsərlər 
yazmağa qadirdir”- deməklə heç də yanılmamışdı.
Mir  Cəlal  Paşayev  bədii  yaradıcılığa  1928-ci  ildən 
başlamışdı.  İlk  hekayə  və  oçerkləri  "Qızıl  Gəncə”,  “Ədə­
biyyat  cəbhəsində",  “Hücum” jurnallarında  və  “Gənc  işçi” 
jurnallarında  dərc  olunmuşdu.  Bu  barədə  yumoru  sevən 
yazıçı 
zarafatla  deyirdiı'Gördüm  hamı  hekayə  ya­
zır,oxuyuram.  Bir  gün  də  mən  başladım  yazmağa,  oxu­
cular bəyəndilər,  oldum yazıçı”.
Ədibin  əsərlərini  sevən  oxucu  kimi  qeyd  etmək  istə­
yirəm  ki,  onun  yaradıcılığında  yumorla  lirika,  realizmlə  ro­
mantika  vəhdətdədir.Məsələn.Mir Cəlal "Kəmtərovlar ailə­
si”,  “Anket Anketov",  “İclas qurusu” kimi sırf realist,  yumo- 
rist  hekayələri  ilə  yanaşı,  “Söyüd  kölgəsi”,  “imtahan", 
“Kəhərin  son  günləri”  kimi  lirik fəlsəfi  hekayələr,  “Bir gən­
cin  manifesti” kimi  ciddi,  lirik povest də yazmışdır.  “Dirilən 
adam”,  “Açıq  kitab”,  “Yaşıdlarım",  “Təzə şəhər”, “Yolumuz 
hayanadır?”  və  s.  kimi  irihəcmli  bədii  əsərləri  də,  yazıçı­
nın  elmi  yaradıcılığı  da ədəbiyyatımızın  inkişafında  böyük 
rol oynamışdır.
Böyük  Vətən  müharibəsi  illərində  Azərbaycan  yazı­
çıları  tarixdə  ilk  dəfə  olaraq  müharibə  ədəbiyyatı  yarat­
mışdı.Bu  barədə  Səməd  Vurğun yazırdı:“Aldığımız cəbhə
_________________Reyhan_Mirzəzadə____________________so_642__ce'>_______________
Reyhan Mirzəzadə
_________________
so 642 ce
məktubları  göstərir ki,  döyüşçülər bizim  şeirlərimizi və  he­
kayələrimizi  oxuyaraq  and  içib  hücuma  keçirlər.  Aldığım 
bir  məktubda  bir döyüşçü  yazır  ki,  Mir  Cəlalın  “Vətən  ya­
raları”  hekayəsini  oxuduqdan  sonra  mən  düşmənə  qarşı 
daha  kinli və amansız oldum".
Bu  bir  həqiqətdir  ki,  Mir  Cəlal  Paşayevin  hər  bir 
əsəri  elə  bil  həyatın  özüdür.  Elə  bil  biz  əsər  oxumuruq, 
həyatın  bir parçasını  görür,  özümüzü  təsvir  olunan  əhva­
latın  iştirakçısı  kimi  hiss edirik.  Onun  1941-ci  ildə  öz doğ­
ma  Azərbaycan  xalqı  barədə  qələmə  aldığı  “Xalqın  ürək 
sözü”  adlı  məqaləsindəki  fikirlər  bu  günün  həqiqətləri 
ilə  tamamilə  üst-üstə düşür.  Yazıçı yazır:
“Azərbaycan  xalqının  tarixi  həmişə  həqiqət,  ədalət 
uğrunda  mübarizə  tarixi  olmuşdur.  Gənclər  və  qocalar, 
qadınlar  və  kişilər  öz  ömürlərini,  yaşayışlarının  məna  və 
məzmununu  istilaçılara,  zalımlara,  zorakılara,  xalq  əmək 
və səadətinin qəsbkarlarına  qarşı  döyüşlərdə görmüşlər... 
İstilaçı  nə qədər güclü,  nə qədər qüvvətli olur-olsun,  onun 
ən zəif və ən xəstə bir cəhəti vardır.  O da  istilaçı,  qəsbkar 
olmasıdır.  O,  nə qədər qəddar,  nə qədər qansız,  amansız 
olur-olsun,  xalq  onunla  mübarizədə  yeni-yeni  qüvvələr 
tapır...  Bu  gün  azadlığımızı,  yurdumuzu,  qələbələrimizi 
qorumaq,  düşməni  məhv  etmək  uğrunda  hər  bir fədakar­
lıq  sənətə və əbədiyyətə layiqdir.  Düşmən  əzildikdən,  Və­
tən  təhlükədən  qurtardıqdan  sonra  bu  fədakar  oğulların, 
qızların  hər  birinin  adına  yeni-yeni  dastanlar  yaradıla­
caqdır.  Vətən  qəhrəmanları  haqqında  mahnılar  isə  hə­
mişə xalqın  ürək mahnısı  olmuşdur” .
Ədib  73  il  bundan  əvvəl yazdığı  bu  cümlələrini  sanki 
həyatımızın  bugünkü  reallığına  həsr  etmişdi.Və  onun 
ürək  sözləri,  qəlbinin  həyəcanları  ilə  bu  gün  nəvəsi  Meh­
riban  xanım  Əliyeva  dünyanın  ən  böyük  tribunalarından 
bəşəriyyətə  səslənir.  Görün  Mehriban  xanımın dedik­
____
Azər bay cancılıq və vətənpərvərlik məfkurəsi
____
во 643 
ca

ləri  ilə  babasının  yazdıqlarında  nə  qədər  oxşar  hisslər, 
oxşar duyğular var:
“...Təəssüf  ki,  xalqımız  tarix  boyu  bu  kimi  ədalət­
sizliklərlə  üzləşmişdir.  Erməni  millətçilərinin  Azərbaycana 
qarşı  ərazi  iddialarını  və  təcavüz  siyasətini,  qanlı  cina­
yətlərini  dünya  ictimaiyyətinə  çatdırmaq,  gələcək  nəsil­
lərin  milli  yaddaşını  qorumaq  və  soyqırımı  qurbanlarının 
xatirəsini əbədiləşdirmək  məqsədilə  Heydər Əliyev  Fondu 
tərəfindən  Quba şəhərində  Soyqırım Memorial  Kompleksi 
yaradılmışdır...  Azərbaycanın  tarixi  həqiqətlərinin,  o 
cümlədən  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  mü­
naqişəsinin,  XX  əsrin  ən  dəhşətli  soyqırımı  hadisəsi  və 
beynəlxalq  cinayət  kimi  təsdiq  olunmuş  Xocalı  faciəsinin, 
münaqişə  nəticəsində  ölkəmizə  vurulan  zərərin,  işğal 
olunmuş  ərazilərdə  törədilən  vandalizmin 
əsl 
ma­
hiyyətinin  dünya  ictimaiyyətinə  çatdırılması  Heydər  Əliyev 
Fondunun  əsas  hədəflərindən  biridir.
Torpaqlarımızın  20  faizinin  işğalı,  ölkədə  bir  milyon­
dan  çox  qaçqının  və  məcburi  köçkünün  olması  faktlara 
əsaslanan  acı  həqiqətdir.  Heydər Əliyev  Fondu  bu  müna­
qişə,  azərbaycanlılara  qarşı  həyata  keçirilmiş soyqırım  si­
yasəti  haqqında  həqiqətlərin  və  faktların  dünya  parla­
mentlərinə,  beynəlxalq  ictimaiyyətə  çatdırılması  üçün  ar­
dıcıl  və  davamlı  fəaliyyət  göstərir...  Bizim  məqsədimiz 
Azərbaycan  həqiqətlərini  bütün  dünyaya  çatdırmaq  və 
məkrli  erməni  təbliğatını  ifşa  etməkdir”.  “Xocalıya  əda­
lət”  kampaniyasının  bir  çox  ölkələrdə  uğurla  həyata  keç­
məsinin  başlıca  bir  səbəbi  vardır.  Bu,  tarixi  həqiqətlərin 
dünya  ictimaiyyəti tərəfindən  qəbul olunmasıdır”.
Mehriban  xanımın  Azərbaycan  həqiqətləri  barədə 
bütün  çıxışlarında  düşmənə  nifrət,  torpaqlarımızın  işğal­
dan  azad  olunması  naminə  qəsbkarlara  qarşı  amansız
_________________Reyhan_Mirzəzadə___________________sə_6_46'>_______________
Reyhan Mirzəzadə
_________________
so 
644 ел
mübarizə  çırpıntıları,  eyni  zamanda  Vətən  məhəbbəti, 
yurd  sevgisi özünü  aydın  büruzə verir.
Yenə  Mir  Cəlal  dünyasına  qayıtmaq  istəyirəm.  İn­
sanlıq fəlsəfəsinə.  Bu  insanlıq  fəlsəfəsi qanla  bərabər Mir 
Cəlal  müəllimin  övladlarının  ruhuna  keçib  Bu  insanlıq 
fəlsəfəsindən  doğan  insanpərvərlik,  zəhmətkeşlik,  qayğı­
keşlik  bu  gün  onun  övladlarının,  başda  Mehriban  xanım 
olmaqla,  nəvələrinin,  nəticələrinin daxili  aləmində yaşayır. 
Sədaqət rəmzi  kimi yaşayır.  Bir məqalədə oxumuşdum  ki, 
Mir Cəlal müəllim yaxşı  adamlar irəli  çəkiləndə,  onlara  ad, 
mükafat veriləndə deyərmiş:'Anasının  südü  kimi  halaldır ”. 
Onun  yolu  ilə  gedənlərə,  onun  qoyduğu  ənənələrə  sadiq 
qalanların  hamısına anasının südü  halal  olsun!
O,  qız-qadınlara  çox  hörmətlə yanaşırmış,  Azərbay­
can  qızlarının  daim  maariflənməsinə,  təhsilli  olmalarına, 
xalqın  ictimai-siyasi  həyatında  fəallıq  göstərmələrinə  ça­
lışırmış.  Dərs  dediyi  universitetdə  tələbə  qızların  güman 
yeri  imiş.  Dilçi-alim  Raifə  Həsənovanı  başa  salırmış  ki, 
sən  bu  qızların  yolunu  kəsmə,  onlara  əziyyət  vermə! 
Azərbaycanlı  qızı  gəlib  oxuyur,  savadını  artırır,  yüksəlir. 
Onlara yol  açmaq  lazımdır!
Mehriban  xanım  Azərbaycan  qadınına  münasibətdə 
babasının  ruhunu  nə  qədər şad  edir.  Qadınların  vəzifələ­
rə  çəkilmələrinə,  idarəçilkdə,  Parlamentdə,  məhkəmə sis­
temində  daha  çox  təmsil  olunmalarına,  siyasət  aləmində 
daha  fəal  çalışmalarına  imkanlar  yaradır.  Onlara  istiqa­
mət  verir.  Qadınları,  nəinki  Azərbaycan  qadınlarını,  dün­
yanın  bütün  qadınlarını,  analarını,  onların  hüquqlarını  da­
im  müdafiə edir:
“Milyonlarla  qadının  fundamental  azadlığı  hər  gün- 
hətta  III  minillikdə  də pozulur.  Ayrı  - seçkilik  dünyanın  çox 
yerlərində  -  həm  Şərqdə,  həm  də  Qərbdə  müxtəlif form a­
larda  mövcuddur...  Bizi  narahat  edən  digər  problem
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
so 
645 ОЯ

məişət  zorakılığıdır.  Hətta  ən  inkişaf  etmiş  cəmiyyətlərdə 
qadınlar  müxtəlif  növ  zorakılığa  məruz  qalırlar.  Azər­
baycan  da  istisna  deyildir...  Ənənələrimiz  və  mentalite­
timizdən  istifadə  edərək,  bu  cür davranışa  rəvac  vermək 
mənəviyyatsızlıqdır.  Azərbaycan  xalqının  adət-ənənə­
lərində  qadına  çox  böyük  hörmət  və  qayğı  ilə  yanaşılır. 
Azərbaycanlılar üçün  Ana  müqəddəs  simadır.  Əgər müa­
sir  cəmiyyətdə  qadının  vəziyyətini  və  taleyini  əsasən 
onun  ətrafında  olan  kişilər müəyyən  edirsə,  bilmək  lazım­
dır ki,  həmin  kişilər qadınlardan tərbiyə alıblar...”
Mehriban  xanım  Əliyeva  uşaqlıq  illərini  yada  salar­
kən  qeyd  edirki,  ailədə  bizə  dəqiq  və  düzgün  həyat  yolu­
nu  göstərirdilər.  Yaşlı  həyatımızın  bütün  təməli  məhz  o 
vaxt,  uşaqlıq  dövründə,  bu  ailə  mühitində  qoyulmuşdu. 
Bütün  bunlar  bizim  ailənin  yaşlı  nəslinin  çox  böyük 
xidmətidir...
Doğrudur.  Babalarının,  nənələrinin  nəsihət  və  və­
siyyətləri  Mehriban  xanımın  həyatının  müqəddəs  ama­
lıdır.  Bu  amal  naminə  yaşamaq  və  yaratmaq  onu  yalnız 
haqq-ədalət  yolu  ilə  zirvələrə  ucaldır.  O,  ailə  ənənələrini 
bir  an  belə  unutmur,  Mır  Cəlal  bütövlüyünü  hər  kəsə 
aşılayır.  YUNESCO  tərəfindən  keçirilən  Mir  Cəlal  Paşa­
yevin  100  illik  yubilyində  həmin  təşkilatın  xoşməramlı 
səfiri  kimi çıxış edən  Mehriban xanım deyir:
“Görkəmli  müəllim  və  maarifçi  kimi  Mir  Cəlal  Paşa­
yev  vurğulayırdı  ki,  dil  və  ədəbiyyat  nəinki  tarix və  mədə­
niyyətin  bir  hissəsidir,  o  cümlədən  bunlar  hər  bir  insanın 
ürəyində  və  qəlbindədir.  Bu  şəxsiyyətin  çoxşaxəliliyini 
sözlərlə  təsvir etmək  çətindir,  çünki  o,  özündə yazıçı  iste­
dadını,  alimin  intellektual  səviyyəsini  və  müəllim  həssaslı­
ğını  cəmləşdirirdi..,  Bu  gün  mən  onun  ailə  üzvü,  nəvəsi 
kimi  həmin  böyük  insanı  burada,  belə  bir  nüfuzlu  təşkilat­
da təmsil  etməkdən  böyük  şərəf hissi  duyuram...  Son  də­
_______________
Reyhan Mirzəzadə
_________________
sə 6
46
 ca
rəcə  təvazökar  insan  olan  Mir  Cəlal  heç  vaxt  şöhrət  və 
fəxri  adlar haqqında düşünmürdü.  O,  tez-tez təkrarlayırdı: 
“Mənim  yazılarım  və  tələbələrim  var.  Bu,  mənim  üçün 
kifayətdir!”.  Bu  gün  isə  biz  əlavə  edə  bilərik:  O,  Azərbay­
can  xalqının  böyük  hörmətini  qazanmışdır və  onun  əbədi 
xatirəsindədir”.
Mir Cəlal  müəllimin daxili saflığı,  əqidəsinin təmizliyi, 
mənəviyyatının  zənginliyi  övladlarının  hamısında  əksini 
tapmışdır.  Müsahibələrinin  birində  Mehriban  xanıma  sual 
verirlər  ki,  insanlarda  hansı  keyfiyyətlərə  qiymət  verir­
siniz?  Mehriban  xanım  cavab  verir:“Saflığı  və  mənliyi, 
səmimiliyi  və  xeyirxahlığı,  ağlı  və  peşəkarlığı.  Heç  bir  ifa­
dədə süniliyi  qəbul  etmirəm. Təəssüf ki,  müasir həyat qu­
ruluşu  çox  şeyi  yox  edir,  insana  yeni-yeni  bilik,  bacarıq, 
imkan  verərək  bəzən  onun  mənəvi  tamlığını  tapdalayır. 
Uğurun,  firavanlığın  arxasınca  qaçmaq,  bunlara  nəyin 
bahasına  olursa-olsun,  nail  olmaq  istəyi  insanları  tanın­
maz  dərəcədə  dəyişir,  bu  da  məyusluq  gətirir.  Düzdür,  il­
lər  ötdükcə,  mən  insanların zəifliklərinə  və  bir çox  şeylərə 
daha  dözümlü  yanaşmağa  başlamışam.  Lakin  özüm 
üçün  yolverilməz  saydığım  şeylərə  görə  başqalarını  da 
bağışlaya  bilmərəm.  Xoşbəxtlikdən  məni  həm  ailəmdə, 
həm  də  peşəkar  fəaliyyətimdə  yalnız  parlaq,  pozitiv,  sə­
mimi  və xeyirxah  insanlar əhatə edir.  Onlarla  ünsiyyət hə­
mişə  sevinc gətirir...
...Onun  doğum  günü  yaxınlaşır.  Bu  gün  ən  əziz 
adamları  -  Aida  xanım  Imanquliyeva,  Mir  Cəlal  Paşayev, 
Nəsir  imanquliyev  kimi  sevimliləri  cismən  yanında  olma­
salar  da,  qəlbən,  ruhən  onunla  bərabərdirlər.  Soyadını 
sevə-sevə,  sədaqətlə  daşıdığı,  ikinci  əvəzsiz  həyat  mək­
təbi  olan  Əliyevlər  ocağının  hər  bir  üzvü  onunla  birlikdə­
dirlər, istəkli qayınatası,Ulu  öndərimiz  Heydər  Əliyev,  ana­
sı  qədər  sevdiyi  qayınanası  Zərifə  xanım  Əliyeva  həmişə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 6
47
 caa

ona  xeyir-duaçıdır.  Bütün xalqımız,  elimiz-obamız ona xe- 
yir-duaçıdır.
Dünya  şöhrətli  Vilyam  Şekspir  şeirlərinin  birində 
bütün  analara  üz tutub deyirdi:
Versən  öz ömrünü övladına  sən,
Onun varlığında  ömür eyləyərsən.
Bu  gün  əziz Aida  xanım  İmanquliyeva  Mehriban xa­
nım  kimi,  Nərgiz  xanım  kimi  övladlarının  varlığında  ömür 
eyləyir.  Onların  hər  bir  uğuruna  sevinir,  ruhu  şad  olur. 
Onlarla  qürur  duyur,  fəxr  edir.  Atalar  məsəlidir,  qardaş 
dost olmaya  bilər,  amma dost həmişə qardaş  olmalıdır.
Nərgiz  xanım  Mehriban  xanıma  sədaqətli  bacı  ol­
maqla  bərabər,  həm  də  dost  olan  qardaşdır.  Görkəmli 
alim,  insanpərvər  ziyalı,  humanist  şəxsiyyət  olaraq  atası 
Mir Cəlal  Paşayev  kimi  böyük  nüfuz  sahibi  olan  və  onun 
vəsiyyətlərinə  sadiq  olub  arzularını,  irsini  yaşadan  Arif 
Paşayev  ailədə  ağsaqqal  kimi  yeri  seçilən  və  seviləndir. 
Dünyada  heç  bir  ev  ağsaqqalsız  olmasın!  Leyla,  Arzu, 
Heydər,  Mikayıl,  Əli,  Aydın  Mehriban  xanımın  taleyinin  ul­
duzlarıdır.
Qoy bu  ulduzlar onun taleyini daim  rövnəqləndirsin!
Qoy  İlham  Əliyev  və  Mehriban  Əliyeva  cütlüyü  da­
im  könülləri  şad  etsin!  Qoy  bu  cütlüyün,  bu  bərabərliyin 
səadəti  hər  zaman,  hər  an  Anamız  Azərbaycana  xoş 
günlər,  xoşbəxt gələcək  nəsib etsin!
________________
Reyhan Mirzəzadə
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin