Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   47   48   49   50   51   52   53   54   55

________ ______
Reyhan Mirzəzadə
_________________
so 614 ся
hala  gətirməlidirlər.  Bunun  üçün  bütün  əhalinin  mübariz 
əhval-ruhiyyəsini  səfərbər  edib  onu  düşmən  casuslarına, 
paraşütçülərə,  düşmənin  dəyirmanına  su  tökən  təxribat­
çılara qarşı mübarizəyə qaldırmaq  lazımdır..."
Dağıstan Vilayət  Partiya  Komitəsinin  Birinci katibi və 
Mahaçqala  Müdafiə  Komitəsinin  sədri  Əziz  Əliyev 
Dağıstanda  yaşayan  xalqların  həyat  tərzinə,  xarakterinə, 
adət-ənənələrinə,  milli  məfkurəsinə,  spesifik  xüsusiy­
yətlərinə  mütaliələrindən  bələd  idi.  Odur ki,  ən  ucqar  dağ 
aullarına  qədər  gedib  çıxır,  camaatı,  kəndliləri  yığıb 
vəziyyəti  onlara  başa  salırdı.  Onun  tapşırığı  ilə  mövcud 
durumu  aydın  dərk  edən  ağsaqqallar,  əhali  arasında 
sözükeçən  nüfuzlu  adamlar  ayrı-ayrı  yaşayış  məntə­
qələrində  olur,  insanlarla  görüşür,  işin  nə  yerdə  olduğunu 
şərh  edir,  adamlara  ciddi  tövsiyyələr  və  məsləhətlər 
verirdilər.
1942-ci  ilin  oktyabrın  28-də  Əziz  Əliyevin  rəhbərliyi 
ilə  keçirilən toplantıda  “Bütün  qocalara,  Dağıstanın  qadın 
və  kişilərinə”  müraciət  qəbul  olundu.  Həmin  müraciətlə 
Əziz  Əliyev  toplantı  iştirakçılarına  üzünü  tutub  dedi: 
“...Qafqazın  başı  qarlı  zirvələrinin  üstünü  ağır,  qara 
buludlar  almışdır.  Azğın  və  amansız  düşmənlərimiz  olan 
alman  faşistləri  çiçəklənən  vadilərimizə  və  dağlarımıza 
soxulmuşlar.  Kuban  və  Terek  çayları  qana  boyanmışdır. 
Çərkəzin,  Kabarda  -  Balkarın,  Çeçen  -  İnquşun  təhqir 
olunmuş qızlarının  acı  naləsi dağlarda əks-səda verir.  Biz 
almanlara  əsir  düşmüş  dağlı  qardaşlarımızın  ürək 
parçalayan  fəryadını  eşidirik.  Hitler  bütün  Qafqazı  ələ 
keçirmək,  azadlıqsevər  dağlıları  öz  quluna  çevirmək,  bizi 
sevinc  və  xoşbəxtlikdən  məhrum  etmək  istəyir.  Hiyləgər 
tülkü  kimi  Hitler qafqazlıları  aldatmaq  istəyir ..Qocalar  da, 
qadınlar  da,  uşaqlar  da  əsgər  olmalıdır,  əgər  xalq  bir- 
birinə  qovuşaraq  mehriban  olarsa,  onu  məğlub  etmək
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
so 615 c*

olmaz. 
Dədə-babalarımızdan 
qalma 
əski 
adətlərin 
tələbinə  görə,  belə  ağır  saatlarda  biz  Vətənə  sədaqət 
andı  içməlyik!  Doğma  Qafqazı  müdafiə  etmək,  düşməni 
dağlarımıza  buraxmamaq  vəzifəsi  bizim  boynumuza  dü­
şür,  başqa  cür  olsa,əbədi  nifrinlər  bizim  çal  başımızda 
qalacaqdır!  Bizim  doğma  torpaqlarımızda  bir  alman 
əsgəri  qalsa  belə,  atalarımız  öz  qəbirlərində  rahat  uyu­
mayacaqlar!!!”.
Əziz  Əliyevin  bu  həyəcanlı  və  təsirli  çıxışı  düşün­
cələrimi  bircə  anlıq  Mir  Cəlalın  sevimli  müəllimi  olmuş 
Hüseyn  Cavidin  sanki  ölməz  Üzeyirin  “  Koroğlu”  üvertü- 
rası  sədaları  altında səslənən  misralarına  pərvazlandırdı:
Iştə  Qafqaz!..  Səfalı  bir məna!
Allah-Allah,  nədir bu  abü-həva?!
Nə qədər şairanə  bir xilqət!
Yerə enmişdir adətən cənnət!
Həmin  vaxtlar  Qafqaz  dünyanın  hərbi  və  siya­
si  xəritəsində  öz  strateji  mövqeyi  ilə  nəzərlərə  hakim 
kəsilmişdi.  Şeirin  səmimi  və  doğma  misraları  müharibə  il­
lərində  məsafəcə  uzaqlara  düşən Vətən  övladlarının  Qaf­
qaz  nigarançılığını  yaddaşımda yenidən duyğulandırdı.
1942-ci  ilin  yazında  Mir  Cəlal  Uzaq  Şərqə  yola 
düşmüşdü.  Gördüklərini  “Qafqaza  məktub”  adlı  məqalə­
sində  (“Ədəbiyyat"  qəzeti,  16  iyun  1942-ci  il)  mükəmməl 
canlandırmışdı.Ədib  yazırdı:“Biz  çox  uzaqda,  Azərbay­
candan  on  minlərlə  kilometr aralı  bir  məsafədəyik.  Ancaq 
Vətəndəyik.Uzaq  Şərq  döyüşçüləri  arasındayıq.  Bakı 
nefti  ilə,  Donbas  kömürü,  Ukrayna  çörəyi  ilə  tanındığı 
kimi,  Sovet  Şərqi  də  öz  şanlı  döyüş  tarixi  ilə  məşhurdur. 
Bu  ucsuz-bucaqsız  meşələri  qılınc  kimi  kəsib  ötən  düz 
yollar,  Komsomolsk  kimi  gənc  şəhərlər,  Amur  üzərində
_______________
Reyhan Mirzəzadə
________________
so 6/6 ca
qartal  kimi  qanad  gərib  duran  nəhəng  körpülər,  Voloçaev 
günlərinin  şanlı  abidəsi  Xasan  gölü,  Xanka  gölü,  Xalxın 
Qol  döyüşləri  Uzaq  Şərq  igidlərinin  Vətənə  layiqli  xid­
mətini  göstərir.  Buranın  hər  addımında  mübarizə,  qəh­
rəmanlıq,  insan  əməyinin  ecazkar  qüdrəti  görünür.  Ona 
görə  də  burada  hərbi  təlim  görmək,  ixtisas  almaq  əyani 
məktəb keçmək kimidir”.
Göyçaydan  gəlmiş  aqronom  Həmid  Həmidov,  Nax­
çıvandan  gəlmiş  müəllim  Bektaşi,  tələbə  Nadir  Əliyev, 
Kirovabaddan  (indiki  Gəncədən  -  R.Mirzəzadə)  gəlmiş 
sürücü  Məmməd  Səmədov,  Ağdamdan  gəlmiş,  ürəkaçan 
şeirlər  yazan  zirək  tankçı,  “Qafqaza  məktub”  adlı  şeiri  ilə 
arzularını  Vətənə  çatdırmağı  yazıçıdan  xahiş  edən  Əziz 
Əzizov,  hava  topçusu  Səməd  Paşayev,  radist  Səməd 
Ağamirov,  Qubadan  gəlmiş  əsgər  Mövlud  Qurbanovdan, 
döyüşçülərin  Vətənə  göndəriləsi  xəbərlərindən  maraqla 
bəhs  edən  Mir Cəlal daha  sonra yazır:“...Məmmədov  İdris 
sərhəd  keşiyində  durur.  Tunc  rəngli  sifətində  kəskin 
cizgilər  vardır.  Baxışında,  duruşunda gələcəyə  etimad, 
qalib  olmaq  etiqadı  duyulur.  Yaşıl  təpələr,  sıx  meşələr, 
tayqalardan  keçən  sərhəd  xəttində  o,  özünü  Azərbay­
canda,  doğma  kəndlərində  duyur.Onun  da  anasına, 
ailəsinə  deməli  sözü  var:“Mənim  adımdan  -  deyir,-  Vətə­
nə  salam  yetirin.  Deyin  xatircəm  olsunlar.  Bir  aylıq  yol 
gəlmişik,  gəzməyə,  kefə  yox,  döyüşə  gəlmişik.Silahı 
öyrənirik.  Uzaq  Şərq  qəhrəmanlarından  dərs  alırıq.  Nə 
qədər  ki,  canımız  sağdır,  bu  yerlərdən  arxayın  ola  bilər­
siniz.  Əlimizdə  silah,  gecəli-gündüzlü  sərhəd  boyunda 
dayanmaq  bizə  ləzzət  verir.  Çünki  biz  zəhmətimizlə 
vətəndaşlarımızın  istirahətini qoruyuruq.  Yuxusuz qalaraq 
ailələrimizin  rahat  yatmasını  təmin  edirik.  Mən  sənətimlə 
fəxr edirəm".
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
so 6/7 oa

Mir  Cəlal  Paşayev  “Qafqaza  məktub”unu 
bu 
sətirlərlə  bitirir:  "...Onlar  öz  gündəlik  hərbi-siyasi  hazırlıq 
işlərində,  gələcək  döyüşlərdə  öz  babalarına  -  babəklərə, 
koroğlulara  layiq  olmaq  istəyirlər.  Onlar  istəyirlər  ki,  Ko­
roğlu  dedikdə,  Azərbaycan  əsgəri  xatırlandığı  kimi,  A zə r­
baycan  əsgəri  dedikdə  Koroğlu  yada  düşsün.  Ə sgər­
lərdən  Qafqaza  gələn  məktubların  qısa  məzmunu  budur. 
Minlərlə  məktubun  xətti,  stili  başqa-başqa  olsa  da,  m ə­
nası,  məqsədi  birdir".
Cəbhədən  gələn  məktublardan  bir  daha  aydın  olur­
du  ki,  insanların  mütəmadi  olaraq  hərtərəfli  maariflən­
məyə  ehtiyacı  vardı.  Bu  barədə  ədəbiyyat,  kitab və  qəzet 
adamların  həyatı,  həqiqətləri  öyrənməsinə,  dünyagörü­
şünün  artırılmasına xeyli  köməklik edirdi.  Vaxtilə  rus  şairi 
Puşkin  deyirdi  ki,  mütaliə  ən  yaxşı  təlimdir.Tam  razıyam. 
Həqiqətən  böyük adamın  fikirləri  ilə  məşğul  olmaq  özü  ən 
maraqlı  elmdir.  Mir  Cəlalın  həmin  dövrdə  yazdığı  “Kitab 
mədəniyyətimiz  haqqında"  adlı  məqaləsini  xatırlayaq. 
Həmin  məqalədə ədib  kitabı  xalqın  mənəvi  sərvətlərindən 
biri  kimi  uca  tutaraq  yazırdı:"...Kitab  bizim  həyat  və 
məişətimizin  vacib  bir amili  olmuşdur.  Şəhər yox,  uzaq  və 
kiçik  bir  kəndə  sıravi  bir  kolxozçunun  evinə  gedin,  orada 
yalnız  xalça,  yalnız  samovar,  yalnız  kasa  yox,  kitab  da 
görərsiniz...  Kitab  bizim  adamlarımıza  yalnız  zərurət 
vaxtında  (imtahanda,  nitq  söyləmək,  bir məsələ  haqqında 
fikir  demək  üçün)  deyil,  hər  bir  vaxtda  lazım  olur.  Onlar, 
həqiqi  bir dost,  gözəl  ünsiyyət vasitəsi,  vacib  mənəvi  qida 
kimi  kitabdan  ayrılmaq  istəmirlər.  Ən  ağır zamanlarda  be­
lə,  kitab  öz  işini  görür.  Cəbhədə,  ara  verən  qızğın  vuruş­
malardan  sonra  döyüşçü  qoltuğundakı  kitablara  müraciət 
edir,  əsgərlər  yazıçılara  yazdıqları  məktubda  kitab,  ma­
raqlı  hekayə,  şeir  istəyirlər.  Kapitan  Nəsibov  “Vətən  uğ-
_________________Reyhan_Mirzəzadə___________________ю__61H__oa'>_______________
Reyhan Mirzəzadə
_________________
ю  
61H
 oa
runda” -jurnalının  bir nömrəsini  itirdiyini yazaraq əlavə  edir 
ki, cəbhədə ən əziz bir şey itirmiş kimi heyfslənirəm..
Mir  Cəlal  müharibə  dövründə  yazdığı  əsərlərində 
böyük  həyəcanların,  ciddi  və  təsirli  hadisələrin  ifadəsinə 
xüsusi fikir verirdi.  Mövzuya  dair ilk  hekayəsi  olan  “Yollar” 
da,  “Anaların  üsyanı” da  bu  səpkidə  yazılmış  əsərləri­
nə  parlaq  bir  misaldır.  Belə  əsərlərin  bəzi  parçalarını 
mənsur  şeir  də  adlandırmaq  olar.  “Anaların  üsyanf’na 
qiqqət  yetirək:"...Dünyanın  bütün  qadınları,  bəşəriyyəti 
bəsləyib  böyüdənlər,  insanlığın dayələri,  dahilərin,  alimlə­
rin,  filosofların,  şairlərin  anaları,  köksü  saf,  təmiz  hiss­
lər  yatağı  olan  qadınlar  böyükdən  kiçiyə,  şərqdən  qərbə, 
cənubdan  şimala  hamısı  ayağa qalxmışdı.  Dünyada  birin­
ci və  axırıncı  dəfə  olaraq  anaların  müqəddəs  qiyamı  baş­
lanırdı.  Dənizlər çəkilir,  dağlar baş  əyir,  üfüqlər açılır,  hər 
şey  bu  həyəcan selinə yol verirdi.  Analar indi müsəlləh  və 
qəzəbli  bir  ordu  kimi  əl-ələ,  səs-səsə  verirdilər.  Ağsaçlı 
nəvə  sahibləri  bütün  nəsillərini  vuruşa  çağırırdı.  Kəndli 
qadın  əlində  alakeş,  kürək,  toxa  gəlirdi.  Fəhlə  qadın 
yumruğunu  düyünləyərək  bayraq  kimi  qaldırırdı.  Müəllimə 
kitabını  silahla  dəyişir,  yazarlar  qələmini  süngüyə  çevi­
rirdi.  Dəniz  kimi  dalğalanan,  vulkan  kimi  coşan  bu  hərə­
kət  getdikcə  böyüyür,  böyüdükcə  sürətlə  yeriyirdi.  Əliya­
lınlar  yerdən  daş  götürür,  ağac  alır,  ümumi  düşmənə, 
insanlığın  düşməninə,  faşist  başkəsənlərə  qarşı  yüyü­
rürdü...”
Vəziyyət  son  dərəcə  gərgin  idi.  Mir  Cəlal  Paşayev 
Azərbaycanda,  Əziz  Əliyev  isə  Dağıstanda  silahdaşları 
ilə  bərabər  faşizmə,  onun  çirkin  ideologiyası,  xəbis  niy­
yətləri  ilə gecəli - gündüzlü  mübarizədə  idilər.
Əziz  Əliyev  Qızıl  Ordunun  və  Hərbi  Dəniz  Donan­
masının  hissə  və  birləşmələrinə,  o  cümlədən  416-cı 
Taqanroq  və  169-cu  Vitebsk  diviziyaları,  Qara  Dəniz
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
£0
 6/9 03

Donanmasının  hərbi  gəmiləri,  Əziz  Əliyevin  özünün  də 
hərbi  şuralarının  üzvü  olduğu  47-ci  və  58-ci  ordular,  747- 
ci  zenit  -  artilleriya  diviziyası,  Q.Qarayevin  komandiri 
olduğu  1-ci  Dağıstan  könüllü  süvari  eskadronuna  və  s. 
hamilik edirdi.
Maxaç  Daxadayev  adına  Dağıstan  partizan  dəstə­
sinin  komissarı  öz  xatirələrində  yazırdı  ki,  işğalçılarla 
mübarizədə  vilayətin  partizanları  düşmənin  3300  əsgər 
və zabitini məhv etmiş,  çoxlu tankını  yandırmiş,  8  topunu, 
25  pulemyotunu,  66  avtomaşınını,  döyüş  sürsatı  və 
ərzaqla  dolu  9 anbarını  ələ  keçirmiş,  349 traktoru,  82  min 
baş  mal-qaranı,  5880  atı  düşmənin  əlindən  geri  almışlar. 
Onlar 47 kəndi və yaşayış məntəqəsini azad etmişlər”.
Mir  Cəlalın  qələmi  susmaq  bilmirdi.  Vətənpərvər 
yazıçının  ürəyindən  və  ruhundan  keçən  ağrı-acılar,  od- 
alov,  qan  içində  olan  döyüş  meydanlarındakı  qəhrəman­
lıq  şücaətləri  tarixin  səhifələrinə  yazılmaqda  davam  edir­
di.O  əsərləri  oxuyan  hər  bir  oxucu  düşmənlə  son  damla 
qanına  qədər  vuruşmağa  daha  da  ruhlanırdı.O  illərdən 
çox-çox  sonralar  Mir  Cəlalın  iki  dəfə  Sovet  ittifaqı  Qəhrə­
manı  adına  layiq  görülmüş  azərbaycanlı  general-mayor 
Həzi  Aslanovun  cəsurluqlarından  bəhs  etdiyi  “Vətən 
qəhrəmanı”  adlı  hekayəsini  dəfələrlə  oxumuşdum.  Hər 
dəfə  də  əsərdə  yeni  çalarlar kəşf etmişdim.  İndi  də ədibin 
təsvirlərini  oxuyanda  özümü  sanki  bu  müharibə  od- 
alovunun,  dəhşətlərinin  içində  hiss  edirəm:
“ ...Düşmən  məhv  edildi.  Kənd təmizləndi.  Hərəkətdə 
olan  qüvvələrimiz təpələrdən yağan  atəşdən xilas  oldular. 
Günü  qələbə  ilə  tamamlayan  ulduz  nişanlı  maşınlar  nərə 
çəkib  cəbhə  xəttində  düşmənə  meydan  oxuyanda, 
Aslanov  qabaqda  gedən  və  atəşi  ilə  havanı  titrədən 
tankın  içində  idi.  Döyüşün  hər  dəqiqəsində  o,  vəziyyəti 
diqqətlə  öyrənir,  hissənin  hərəkətinə istiqamət verirdi.
_________________Reyhan_Mirzəzadə___________________so__622__oa'>_______________
Reyhan Mirzəzadə__
_______________
ю  
620
 oa
Həzi  düşməni  məğlub  etməyi  kifayət  saymırdı;  onu 
məhv  etməyə  çalışırdı  Bu  gün,  -  deyirdi,  -  daş,  divar 
dibinə  təpilib  qorunan  və  qabağımızdan  qaçan  faşist, 
sabah  silahını  işə  salmağa  fürsət  axtaracaqdır.  Murdar 
həşəratın  kökünü  kəsməliyik!
...Aslanov  bilirdi  ki,  yaralı  canavar  daha  da  quduz­
laşacaqdır;  bu  saat  dişini  itiləyib  haradansa  irəli  soxul­
mağa  cəhd  edəcəkdir.  Komandir  tankların  buradan,  düş­
mənə  məlum  olan  bu  mövqelərdən  çıxarılmasına  əmr 
verdi.Düşmənə  cinahdan  ani  bir  yara  vurmaq  üçün  fənd 
işlətdi.
Bu dəfə də komandirin  niyyəti  doğru  çıxdı.  Hitlerçilər 
uzaqdan  tanklarımızın  arxasına  keçməyə  çalışırdılar,  igid 
tankçılarımızın  düşmənə  nagihanı  hücumu  burada  da 
düşmənin  planını  puça  çıxartdı.  Almanlar,  gözləmədikləri 
yerdən  dolu  kimi  yağan  top  və  mina  atəşinə  məruz  qalıb 
qırıldılar".
Bu  cür  hadisələrlə  üz-üzə  gələn  bizim  döyüşçülərin 
də  içində yaralanıb  sağlamlığını  itirənlər,  şikəst olanlar az 
deyildi.  Azərbaycanda  tibbin  və tibb  elminin  inkişafı  sahə­
sində  zəngin  təcrübə  qazanmış  doktor  Əziz  Əliyev 
Dağıstanda  yeni  hospitalların  yaradılmasına  nail  olmuş­
du.  Bütün  səhiyyə  ocaqlarının  dəqiq,  rəvan  işinə  diqqət 
yetirilirdi.  Onun  tövsiyyəsi  ilə  hospitallarda  həkim  və  tibb 
bacıları  ilə  bərabər,  məsul  işçilər  də  daim  növbə  çəkir, 
müəssisələr  ərzaq  məhsulları,  dava-dərman,  yanacaqla 
fasiləsiz  təchiz  edilirdilər.  Müharibə  illərində  hərbi  xəstə­
xanalara  130  min  nəfərdən  çox  yaralı  gətirilmiş,  onlardan 
100  min  nəfərə  qədəri  sağalmış,  əksəriyyəti  yenidən 
cəbhəyə  qayıtmışdı.
Amerikanın  dövlət  xadimi,  azadlıq  uğrunda  fəal 
mübariz  Patrik  Henrinin  bu  sözləri  bir  daha  təsdiqini  tapır
Azərbaycançılıq  və vətənpərvərlik məfkurəsi
____

 6 
2 1
 cs

ki,  döyüşdə  yalnız  qüvvətli  olanlar  qələbə  qazanmırlar. 
Onu  ayıq, fəal və cəsarətli olanlar udurlar.
Beləliklə,  bir  qəzet  səhifəsinə  qeydləri  sığışmayan 
misilsiz  qəhrəmanlıqlar  hesabına  Dağıstan  və  Azərbay­
can  işğalçı faşist qoşunlarından  mərdliklə qorundu.
Dağıstanın  tanınmış  dövlət  məmuru  olan  Səid 
Qurbanov  əslində  bütün  dağlıların  fikrini  ifadə  edirdi: 
“Əziz  Məmmədkərimoviç  Əliyev  milliyyətcə  azərbaycanlı­
dır,  lakin  tarixi  xidmətlərinə  və  Dağıstanın  bir  respublika 
kimi  qorunub  saxlanması,  onun  iqtisadiyyatının,  mədəniy­
yətinin  möhkəmləndirilməsi  və  inkişafı,  milli  dirçəliş  işinə 
verdiyi  çox  böyük  töhfəyə  görə  haqlı  olaraq  həm  də 
dağıstanlı  hesab edilir”.
Faşist  qəsbkarlarının  Qafqazı,  xüsusilə  doğma 
Azərbaycanı  və  Bakını  işğal  etmək  planlarının  puça  çıx­
dığını  və  onların  ümidsiz  bir  halda  geri  qaçdıqlarını  Mir 
Cəlalın  “Çəkmə"  hekayəsindəki  kimi  müvəffəqiyyətlə gös­
tərən  bir  əsər  Azərbaycan  sovet  nəsrində  yaradılma­
mışdı.
Artıq  hitlerizm  qara  kabus  kimi  millətlərin  başı 
üstündən  geri  çəkilmək  rüsvayçılığı  ilə  üz-üzə  qalmışdı. 
Mir  Cəlal  Paşayev  bunu  “Hitlerizmə  ölüm  hökmü”  məqa­
ləsində  tarixi  hadisələrin  dili  ilə  də  açıqlayırdı:(“  Ədəbiy­
yat”  qəzeti  24  fevral  1945-ci  il.)  “Üç  böyük  dövlət  rəhbər­
lərinin  Krım  Konfransı  zəmanəmizin  ən  böyük  hadisələ- 
rindəndir.  Bu  konfrans  bəşəriyyətin  gələcəyi,  taleyi  və 
səadəti  üçün  çağırılmışdı.  Hitlerizmin  qəbri  qazılmış,  Hit­
ler  Almaniyası  ölümə  məhkum  edilmişdir.  Bu,  mədəniy­
yət,  səadət  yolunda  duran  xalqları  əsarətə  məhkum  edib 
qul  halına  salmaq,  dünyanı  Hitlerin  murdar  və  qaranlıq 
dustaqxanasına  döndərmək  istəyən  təhlükəli,  ən  qorxulu 
bir  qüvvənin,  ən  quduz  və  yırtıcı  bir  vəhşinin  məhv 
edilməsi deməkdir.
_______________
Reyhan Mirzəzadə
_________________
so 
622
 oa
...Krım  konfransı  və  onun  qərarları  faşist  quldur­
larının  kəlləsinə  son  və  öldürücü  zərbə  oldu.Ədalət  qalib 
gəlir.  Birləşmiş  millətlərin  rəhbərləri  faşizmə  qarşı  düşü­
nüb  tökdükləri  tədbirlərdə  mütərəqqi  bəşəriyyətin  iradə­
sini təmsil etmişlər.  Krım  Konfransı  insanlığı,  mədəniyyəti 
və səadəti sevən  hər bir kəsi sevindirir,  ilhamlandırır...”
Mir Cəlal  “Cəhənnəmin  uçurulm asfm   isə  belə  təsvir 
edirdi:“ ...Düşmənin  yolu  bağlanan  kimi  başına  odlar, 
qurğuşunlar  yağdı.  Pəncəsini  səadət  bağının  lap  içərilə­
rinə  uzadan,  murdar bədəni  ilə  Şərqə  doğru  can  atan  sarı 
əjdahanın  başına  ədalət  qılıncı  endi.  Cəhənnəm  vəhşisi 
yaralı  gövdəsilə  sürünərək  yuvasına  soxuldu.  Daldalanıb 
ufuldadı,  sağalmaq,  daha  müdhiş  bir  sıçrayışla  insanların 
üstünə cummaq  istədi...
Bütün  xalqlar,  bütün  səadət  əhli  günəşlə  silahlana­
raq  zülmət  üstünə  hücuma  getdilər.  XX  əsrin  cəhənnəmi, 
faşizmin  təcavüz  yuvası,  qara  və  qanlı  əsarət  sarayı,  qan 
və  sümükdən  tikilən  zülm  və  zülmət  qalası  milyon  əllərin 
zərbəsi  ilə  kökündən dağıdıldı.  Cəhənnəm  belə uçuruldu!
(İlər  boyu  faşizmin  zülm  və  təcavüzünə  düçar  olan 
Avropa  bu gün,  min doqquz  yüz qırx beşinci il  mayın doq­
quzundan  etibarən  rahat və  arxayın  nəfəs  alacaqdır.  Ra­
diolar  XX  əsrin  və  bəlkə  də  bütün  bəşər  tarixinin  ən 
böyük  sevincli  hadisəsini  xəbər  verdilər...Bu  zəfər,  kainat 
durduqca  yaşayacaqdır...Bütün  təcavüzkarların  axırı  belə 
olacaqdır!”.
Deyirlər,  mənəviyyat  -  ürəyin  ağlıdır.  70-ci  baharını 
yola  salacaq  füsunkar  qələbə  naminə  qanlı  mübarizələr­
də  qoca  Qafqazın  və  Ana  Azərbaycanın  keşiyində  məğ­
rurluqla  dayanan  Əziz  Əliyev  və  Mir  Cəlal  Paşayev  həm 
böyük  mənəviyyat,  həm  də  böyük  ürək  sahibləri  idilər. 
Onlar  özlərindən  çox,  mənsub  olduğu  xalqı  və  xalqları 
düşündülər.  Talelərinini  millətinin  yə  millətlərin  taleyi  ilə
____
Azərbaycançılıq və vətənpərvərlik məflturəsi
____
во 
623
 ся

bağladılar.  Xalqların,  millətlərin  xoşbəxtliyi  yolunda  hünər 
və  bacarığını  əsirgəmədilər.  Əsl  azərbaycançılıq  və 
vətənpərvərlik məfkurəsi  nümayiş etdirdilər.
Onlar  böyük  adamlar  idi.  Taleyini  millətin  taleyi  ilə 
bağlayan  insanların  ömrü  isə  elə millətin  də ömrü  qədər 
olur.
________________
Reyhan Mirzdzadd
_________________
“Həftə içi” qəzeti, 
8  aprel 2015-ci  il
so  624 
ca
BİRİNCİ  XANIM IN  AZƏRBAYCANÇILIQ 
M ƏFKURƏSİ
"M əktəblərini xalq ın   düşünən  beyni,  alimlərini  görən 
gözü,  m üəllim lərini  ə b ə d i  sərvəti,  q ad ın ların ı  əxlaq   abi­
dələri,  gənclərini  şah  dam arı,  şəh idlərini şəfaətçiləri,  b a y ­
ra ğ ın ı  ürəyi,  Vətənini  a n a s ın ın   lə y a q ə ti  kim i  görən  m illət 
var olub yaşayacaqdır".
_____
Azsrbaycançılıq  və vətənpərvərlik məfkurəsi
_____
"Füyuzat "ju rn alından
O, 
kifayət  qədər  formalaşmış  xadimdir;  ictimai  və 
siyasi  xadim.  İki  nüfuzlu  beynəlxalq  təşkilatın  xoşməramlı 
səfiri  olmaq  da  onun  zəngin  fəaliyyətini  xeyli  rövnəqlən­
dirib.  Mehriban  xanım  Əliyeva  bu  istiqamətdə  neçə-neçə 
irimiqyaslı  layihələr  həyata  keçirib.  Təkcə  “Yeniləşən 
Azərbaycana  yeni  məktəb”i  qeyd  etsəm,  zənnimcə  şərhə 
ehtiyac  qalmayacaq.  Onun  ölkə  daxilində  balalarımızın 
mükəmməl  təhsili  üçün  gördüyü  işlər  göz  qabağındadır. 
Xarici  ölkələrin  nüfuzlu  ali  məktəblərində  isə Azərbaycan 
övladlarının  təhsil  alması  ilə  bağlı  Mehriban  xanım  deyir; 
"Heydər  Əliyev  Fondu  'ümummilli  liderin  kursunu  davam 
etdirir  və  tələbələrimizin  xaricdə  təhsil  almalarım  mən 
əlbəttə  ki,  ölkəmiz  üçün  vacib  və  lazımi  bir  proses  kimi 
qiymətləndirirəm.  Lakin  bizim  üçün  bu  da  vacibdir  ki, 
müvafiq  təhsil  aldıqdan  sonra  istedadlı  gənclər  Azərbay­
canda  qalaraq,  əldə  etdikləri  bilikləri  Vətən  naminə 
istifadə  etsinlər.  Bu  gün  bir  neçə  tələbə  Fondun  xətti  ilə 
xarici  ölkələrin  müxtəlif  ali  məktəblərində  təhsil  alır.  Biz 
əminik  ki,  dünyanın  aparıcı  universitetlərində  əldə  olun­
muş  biliklər ölkəmizin tərəqqi  işinə  böyük xeyir verəcək”.
Bəşəriyyəti  sarsıdan  alman  faşizmi  üzərində  qələ­
bədə  xalqımızın  böyük  haqqı  və  şücaəti  oldu,  “izvestiya” 
qəzetinin  müxbiri  Oleq  Siqanovun  (2005-ci  i!)  “Böyük
so  625 ca

Vətən  müharibəsində Qələbənin 60  illiyidir.  Siz M oskvada 
keçirilən  bayramda  iştirak etmişiniz.  Şəxsən  Sizin  üçün  9 
may  nə  deməkdir?”  sualına  Mehriban  xanım  cavab  ve rə ­
rək  bildirir  ki,  Moskvada  keçirilən  bayram  olduqca  n a dir 
hadisə  idi  və  məncə,  onun  iştirakçılarının  heç  biri  buna 
biganə  qalmamışdır.  Mənim  üçün  Qələbə  bayramı  ilk 
növbədə,  şərin  cəzalandırılacağı  və  xeyirin  qalib  gələcəyi 
mövzusunda  daha  bir  tarix  dərsidir.  600  mindən  çox 
azərbaycanlı  cəbhəyə  getmiş  və  onların  yarısından  çoxu 
geri  qayıtmamışdır.  O  illərdə  cəbhəyə  lazım  olan  neftin 
90  faizdən  çoxunu  Bakı  verirdi.  Məşhur "Molotov kokteyli” 
də  Azərbaycan  neftçilərinin  məhsulu,  daha  dəqiq  desək, 
100  yaşı  YUNESKO  tərəfindən  bu  il  qeyd  olunan  aka­
demik Yusif Məmmədəliyevin kəşfidir.
ölkəm izin  Birinci  xanımı  Azərbaycan-YUNESKO 
əlaqələrindən  söz  açır:“Uğurlu  inkişafın  mühüm  amillə­
rindən  biri  də  ondan  ibarətdir  ki,  Azərbaycan  dünyəvi 
dövlət,  yüksək  dözümlülüyü  ilə  seçilən  bir  ölkədir.  Azər­
baycan  ilə  YUNESKO  arasında  əməkdaşlığın  tarixi  müs­
təqilliyimiz  dövründən  başlayır,  ötən  illər  ərzində  təhsil, 
elm  və  mədəniyyət  sahələrində  bir  çox  birgə  layihələr 
həyata  keçirilib.  Azərbaycanın  maddi  və  qeyri-maddi 
mədəni  abidələri  artıq  YUNESKO-nun  Dünya  İrsi  siyahı- 
sındadır.  Məsələn,  YUNESKO  tərəfindən  İçərişəhər  dün­
yanın  ən  gözəl  abidələri  siyahısına,  Azərbaycan  muğamı 
isə  Qeyri-Maddi  Mədəni  İrs  siyahısına  salınıb.  Eyni  za­
manda  biz  YUNESKO  ilə  birlikdə  qaçqın  və  məcburi  köç­
kün  uşaqlar üçün  mühüm  təhsil  layihələri  həyata  keçiririk. 
YUNESKO  ilə  əməkdaşlığımız  “Atəşgah”  məbədinin 
bərpası,  Qobustanın  Dünya  Mədəni  İrs  siyahısına  salın­
ması  kimi  layihələri də əhatə  edir".
Mehriban  Əliyeva  bütün  dünyanın  baxışlarının 
zilləndiyi  ən  yüksək  beynəlxalq  tribunalarda  bəlamıza
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin