Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

_______________
Reyhan Mirzəzadə
__________ _____
so 
518 ea
Bir  dəfə  növbəti  iş  günü  qapıda  dayananlarla 
salamlaşıb  otağına  keçəndə,  qoca bir kişi  həyəcanla  Əziz 
Əliyevə  yaxınlaşıb  deyir:“Doxtur,  başına  dönüm,  səni 
deyib gəlmişəm...”
Doktor 
Əziz 
qocanın 
yanındakı 
yeniyetməyə 
diqqətlə  nəzər  salıb,  onun  vəziyyətini  bir  baxışla  qiymət­
ləndirir.  Şöbə  müdirini  yanına  çağırmaq  istəyəndə,  qoca 
onun  əllərindən  tu tu r“Məni  ora-bura  salma,  qadan 
alım.  Mən  kimin yanına gəldiyimi yaxşı  bilirəm”.
Daha  dillənməyən  Əziz doktor xəstəni  müayinə edib 
palataya yerləşdirir.
Axşama  yaxın  oğlanın  vəziyyəti  xeyli  yaxşılaşanda, 
doktor  bir  də  onun  yanına  gəlir.  Üz-gözü  sevinc  içində 
olan qoca,  həkimi görüb  irəli yeriyir:
-  Səni  bura  atan  küləklərə  qurban  olum,  a  doxtur, 
balamı  sən  qaytardın mənə...
Əziz  həkimin  belə  ürəkdən  güldüyünü  Sabunçu 
xəstəxanasında hələ görən olmamışdı...
Zəngin  və  parlaq,  vicdanlı  və  sədaqətli,  zəhmət  və 
xidmət dolu  bir ömür yolu  keçən  Əziz Əliyevin  müqəddəs 
xatirəsi bax,  beləcə hər zaman  ürəklərdə  yaşayacaq.
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“Yeni Azərbaycan” qəzeti, 
30 dekabr 2009-cu il
so 5/9 ce

DAĞISTANDA ONU  DOĞMA BİR İNSAN 
KİMİ  SEVİRDİLƏR
“Ə z iz   Ə liyev  bizim   üçün  m üəm m a  idi.  Çoxlu  s u a lla r 
doğurdu:  Ə z iz   Ə liyev  kimdir,  haralıdır?  A ncaq  o,  c ə m i 
yarım  il işləm işdi  ki,  h ə r
 şey 
məlum   oldu.  Sualları  h e y rə t 
ə v ə z  etdi.B u  insanın  sirri  nədədir,  istedadı,  h ü n əri  n ə ­
dədir? Bu  insan  ömrünün  4 5   ilində  öz  Vətənində  təcrübə, 
cəsarət,  müdriklik  əldə  etm iş  və  bütün  bunları  ü rə k  
genişliyi ilə,  sədaqətlə d ig ər xalqa,  D ağıstana  vermişdir".
Rəsul  Həmzətov 
Dağıstanın Xalq Şairi
_______________
Reyhan Mirzəzadə
_____________
Ə ziz  Ə liyev  dağıstanlılar  üçün  istedadlı  rəhbər,  s ə ­
m im i  və  xeyirxah  yoldaş,  beynəlmiləlçi,  respublikam ızın 
rifahı  nam inə  çoxlu  qüvvə  və  enerji  s ə rf  etmiş  yüksək 
m ən əv i  keyfiyyətlərə  malik  insan  olm uşdur  və  onların 
qəlbində  bu  c ü r də yaşayacaqdır.
Məhəmmədəli  Məhəmmədov 
Dağıstanın  dövlət xadimi
Böyük  Vətən  müharibəsinin  ilk  illərində  Dağıstanın 
müdafiəsi  ilə  bağlı  ağır  problemlər  Moskvanı  ciddi  nara­
hat 
edirdi.  Stalin 
həyəcan 
içində 
hey 
düşünür­
dü. Almanlar  Şimali  Qafqazı  darmadağın  və  zəbt  etmiş, 
Dağıstanın 
girəcəyinə 
yaxınlaşmışdılar.  1942-ci 
ildə 
alman  qoşunları  Qafqaz  torpağında,  Mineralnıye  Vodıda 
azğınlıq  edirdilər.  Reyxin  alpinistləri 
Elbrus  dağının 
zirvəsinə  üzərində  faşist  nişanı  olan  bayraq  sanc­
80 520 05
mışdılar.  Bütün  dünya  Orconikidze  yaxınlığında  baş 
vermiş tank döyüşünün şahidi olmuşdu.
Qroznı  bombalanır,  Xasavyurd od tutub  yanırdı, 
Mahaçqalanın  müdafiə  xətlərinə  alman  təyyarələri  aman­
sız  hücumlar  edirdi  Həmin  təyyarələrin  üzərində  bu 
sözlər yazılmışdı:  “Fürerin  məğlubedilməz qoşunu tezliklə 
Mahaçqalada  olacaq.  Alman  qoşunları  sizə  çörək  və  iş 
verəcəklər”.
Vahiməyə  düşənlər,  fərarilər  və  quldurlar  var 
idi  Belə  bir  vaxtda  Dağıstanın  ən  yaxşı  qüvvələri,  vətən­
pərvərləri,  ləyaqətli  adamları,  müdrik  yaşlıları,  yurdsevər 
gənclərini  öz  ətrafında  birləşdirib  vahid  yumruğa  çevirə 
biləcək,  otuzdan  artıq  xalqın  və  etnik  qrupun  yaşadığı 
respublikaya  rəhbərlik  etmək  üçün  təcrübəli,  canıyanan 
bir  insan  lazım idi.
Dağıstan  bomboş  idi.  Evlərini  tərk  etmiş  kişilər, 
qadınlar,  yaşlılar,  qocalar,  cavanlar  canlarını  faşist  iş­
gəncələrindən  qurtarmaq  üçün  dağlara  pənah  apar­
mışdılar.  Dağıstan  sükut  içində  idi.  Məmurların  Dağıstanı 
xilas  etmək  gücü  tükənmişdi.  Bir yandan  da  aclıq  və  xəs­
təlik  insanlara  ağır zərbələr vurmaqda  idi.  Əslində,  Dağıs­
tan  alman  faşizmi  üçün  elə  bir  güclü  hədəf  deyildi.  Məq­
səd  Bakı  idi.  Dünyanı  heyrətə  gətirən  neft  Bakısı  və  Bakı 
nefti.
Üzərində  xəritə  təsvir  olunan  tortun  Bakı  hissəsini 
kəsib  asanlıqla  həzm  edən  Hitler  düşünmürdü  ki,  Azər­
baycanın  paytaxtını  zəbt  etmək  ona  nəsib  olmayacaq,  bu 
şirin  arzusu  “boğazında qalacaq”.
Stalin  həyəcan  içində  idi.  Nə  etməli? Vəziyyətdən 
necə çıxış yolu  tapmalı?  Yol verdiyi  ciddi  nöqsanlara  görə 
Dağıstan  rəhbərliyindən  uzaqlaşdırılan  Nikolay  Linkun- 
dan  sonra  kimə  etibar  etməli? Bu  sualların  cavabını 
axtararkən  Moskvada  Əziz  Əliyevin  namizədliyi  üzərində
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so  521 05

dayanmışdılar.  Yalnız  ona  inanmaq  olardı.  Lakin  Əziz 
Əliyev  heç  zaman  Dağıstanda  yaşamayıb,  respublikanın 
ab-havasına  bələd deyil...
Yox,  yalnız o,  Əziz Məmmədkərim oğlu Əliyev!..
Stalin  haqlı  qərar vermişdi.  Bu  seçimdə və təyinatda 
əsla  yanılmamışdı.  Əslində,  Dağıstan  Vilayət  Partiya 
Komitəsinin  birinci  katibi  təyin  olunmaqla,  “olum  və  ya 
ölüm”  səddi  ilə  üz-üzə  dayanan  Əziz  Əliyevinsə  üzərinə 
müsəlman,  türk,  azərbaycanlı  övladı  olaraq  iki  məsuliyyət 
düşürdü:  Dağıstanı,  eləcə  də  Bakını  qorumaq,  Azər­
baycan  xalqının  adını,  şərəf  və  ləyaqətini  bir  daha 
ucaltmaq.
Faşistlərin  niyyətinə  görə,  nə  olursa-olsun,  Bakı  və 
Bakı  nefti  xətər yetirilmədən  ələ  keçirilməli  idi.  Stalinin  də 
sərtliyi  bəlli  idi.  Belə  çıxırdı  ki,  Bakı  ələ  keçsəydi  onu  da 
Stalinqradın  aqibəti,  Azərbaycanı  isə  əsl  faciə  gözləyirdi. 
Əlbəttə,  Əziz Əliyev olmasaydı...
Əziz  Məmmədkərim  oğlu  Əliyevin  qarşısında  çox 
ağır,  çətin,  məsuliyyətli,  qayğı,  zəhmət  və  həyəcan  dolu 
yol  uzanırdı.  Bu  yola  isə  onun  üzündəki  nur,  ziya  işıq 
saçırdı.  Müxtəlif  xarakteri,  fərqli  adət-ənənələri  olan  xalq 
və  etnik  qrupları,  o  cümlədən  avar,  ləzgi,  dargin,  qumuq, 
lak,  azərbaycanlı,  noqay,  rutul,  tabasaran,  tatarları  və  s. 
bir  ailədə  birləşdirib  Dağıstanın  müdafiəsinə  səfərbər 
etmək  ən  vacib  məsələ  idi.  Birinci  katib  həm  də 
müsəlman  övladı  kimi  yaxşı  bilirdi  ki,  dağlı  xalqların 
Allahdan  sonra  səcdə  etdiyi  ikinci  varlıq  varsa,  o  da 
ağsaqqallar,  müdrik  qocalardır.  Onların  sözü  xalq  üçün 
yazılmamış  bir qanun  idi.
Hər  bir  ləyaqətli  adam yaxşı  anlayır  ki,  xalq  ölkənin 
ürəyidir.  Dağıstan  xalqları  üçün  milli  şərəf  ən  yüksək 
mənəvi  dəyər  idi.  Əziz  Əliyev  konstruktiv addım  ataraq  ilk 
öncə  qocaları,  hörmətli  kişiləri,  din  xadimlərini  toplayıb
__________________ю_522_ce'>_______________
Reyhan Mirzəzadə
________________
ю  522 ce
onlarla  məsləhətləşdi,  onların  köməyinə  və  tövsiyələrinə 
arxalanmaqla  əhalini  yaşayış  yerlərinə  qaytara  bil­
di.  Cam aat  tədricən  kəndlərə,  evlərinə  qayıtdı.  Res­
publikanın  ərazisində  hərbi  hissələr  yaradıldı.  15  min 
nəfərdən  çox  könüllü  ordu  sıralarına  yazıldı.  Dağıstanın 
840  min  nəfər  əhalisindən  könüllülər  də  daxil  olmaqla, 
130 min  nəfəri cəbhəyə yollandı.
Dağıstanda  özünümüdafiə  dəstələri  təşkil  edil­
di.  Dağ  cığırları  müəyyənləşdirildi.  Respublikada  yerləşən 
hərbi  qoşun  hissələrinə  yerli  bələdçilər  təhkim  olun­
du.  Düşmən  paraşütçüləri,  casusları  və  təxribatçılarını 
aşkara  çıxarıb  zərərsizləşdirmək  üçün  qırıcı  dəstələri 
yaradıldı.  Mübarizəyə  mərdliyi  və  cəsarətinə  görə  kişilər­
dən  heç  də  geri  qalmayan  qızlar  və  qadınlar  da  qoşul­
du.  Bir çox  qadın  əsgər şineli  geyinərək  dağlarda  mühüm 
strateji  obyektləri  qoruyub,  rabitə  sahələrində  növbə 
çəkdilər.
1942-ci  ildə  Dağıstanda  91-ci  atıcı  diviziyası  yara­
dıldı  və  sonralar  ona  “Melitopol”  adı  verildi.  Diviziyanın 
keçdiyi  bütün  döyüş yolu  ilə  Əziz  Əliyev  yaxından  maraq­
landı.  Əsgərlər  məktubların  birində  Əliyevə  yaztrdılar:“Biz 
Dağıstan  zəhmətkeşlərinin  gündəlik  qayğısını  hiss  edi­
rik.  Bu  qayğı  düşmənlə  vuruşmaq  üçün  bizə  yeni  qüvvə 
verir.  Dağıstan  zəhmətkeşlərinin  diviziyamızla  yaxın  əla­
qəsi bizi  qüvvətli və yenilməz etmişdir”.
Əziz  Əliyevin  təşəbbüsü  ilə  Dağıstanda  vətəndaş 
müharibəsi  qəhrəmanı  Qara  Qarayevin  komandanlığı 
altında  milli  süvari  eskadronu  da  yaradıldı.  Eskadron 
cəbhəyə  yola  salınan  zaman  birinci  katib  əsgərlərə  “Əla- 
hiddə Dağıstan  könüllü süvari eskadronu" sözləri yazılmış 
qırmızı  bayraq  təqdim  etdi  Dağıstanlı  döyüşçülər  dağlı 
xalqlarının  etimadını  doğruldaraq  verilən  tapşırığı  şərəflə 
yerinə  yetirəcəklərinə,  al  bayrağı  məğlub  olmuş  Berlinin
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 523
 ca

üzərinə  sancacaqlarına  söz  verdilər  və  bu  andlarına  sa­
diq  qaldılar,  ö z   döyüş  yolunu  cənubi  Mozdokun  İşşer 
stansiyasından  başlayan  eskadron  onu  Berlində  başa 
vurdu.
416-cı  Taqanroq  diviziyasının  tərkibində  zərbə 
bölməsi  kimi  fəaliyyət  göstərən  Dağıstan  süvariləri  ən 
mühüm  döyüş  tapşırıqlarını  yerinə  yetirirdilər.  Diviziya 
komandiri  Vilayət  Partiya  Komitəsinin  Birinci  katibi  Əziz 
Əliyevin  adına  göndərdiyi  məktubda  yazırdı:uDağıstanlı 
əsgərlər bizim  sıralarımızda mətanətlə,  mərdliklə  döyüşə­
rək  Vətənimizin  düşmənlərinə  güclü  zərbə  vurmuş­
lar.  Diviziyanın  bütün  şərəfli  döyüş  yolunda  dağıstanlı 
süvarilər  gözlənilməz  zərbələri  ilə,  düşmən  arxasında 
sürətli  reydləri  ilə fərqlənmişlər”.
Əziz  Əliyevin  rəhbərliyi  ilə  Dağıstanda  təşkil  olun­
muş  azərbaycanlılardan  ibarət  diviziya,  Dağıstan  alayları 
və  digər  ordu  birləşmələri  öz  vətənpərvərlik  və  insanpər­
vərlik borclarını  şərəflə  yerinə yetirdilər.  Düşmənin  Dağıs­
tan  ərazisinə,  oradan da Azərbaycan torpağına  girməsinə 
heç  cür  imkan  yaratmadılar.  Onlar digər  ordu  hissələri  ilə 
birlikdə  hücuma  keçərək  Şimali  Qafqazın,  Rostov vi­
layətinin,  Taqanroqun  azad  olunmasında  şücaət  və 
qəhrəmanlıqla  döyüşdülər,  Berlinə  qədər  şərəfli  döyüş 
yolu  keçdilər.
Dağıstan  zəhmətkeşləri  düşməndən  azad  edilmiş 
respublikalara,  diyar  və  vilayətlərə  28  min  baş  qoyun, 
1100  at,  1200  baş  qaramal  göndərdilər.  Müharibə  illə­
rində  Dağıstan  cəbhəyə  150  vaqondan  çox  isti  palpaltar 
və  140 vaqon  hədiyyə  yolladı.  1944-cü  ildə  Sevastopolun 
bərpası  üçün  respublikada fond  təşkil  edildi.  Dağıstanlılar 
sevastopollulara  12  vaqon  tikinti  materialı  və  xeyli  miq­
darda  pulla  kömək  etdilər.  Təkcə  Stalinqrad  traktor  za­
______________
_Reyhan Mirzazadə
_________________
ю  
524
 03
vodunun  bərpasında  250  nəfər  dağıstanlı  oğlan  və  qız 
iştirak etdi.
Azərbaycanda  səhiyyənin  böyük  təşkilatçısı  kimi 
zəngin  təcrübə  qazanmış  Əziz  Əliyev  Dağıstanda  yeni 
hospitalların  yaradılmasına  nail  olmuşdu.  Bütün  hos­
pitalların  dəqiq,  rəvan  işinə  böyük  diqqət  yetirirdi.  Onun 
tövsiyəsi  ilə  hospitallarda  həkimlər  və  tibb  bacıları  ilə 
bərabər,  məsul  işçilər də  daim  növbə  çəkir,  xəstəxanaları 
ərzaq  məhsulları,  dava-dərman,  yanacaqla  fasiləsiz 
təchiz 
edirdilər.  Müharibə 
illərində 
hospitallara 
130 
mindən  çox  yaralı  gətirilmiş,  onlardan  100  min  nəfərə 
qədəri  sağalmışdı.
Əziz  Əliyev  hərbi  qulluqçuların və  cəbhədə  olanların 
ailələrinə  daim  diqqət  göstərirdi.  Onlara  kömək  etmək 
üçün  respublikada  böyük  işlər  görülmüşdü.  Hərbçilərin 
ailələrinin  beş  min  nəfərdən  çox  üzvü  işlə  təmin  olun­
muşdu.  İki  minədək  ailəyə  fərdi  bostan  yeri  verilmiş,  otuz 
min  ailəyə maddi köməklik göstərilmişdi.
Dağıstanlılar  həmişə  qədirbilənliklə  qeyd  edirlər  ki, 
Əziz  Məmmədkərim  oğlu  Əliyev  uzaqgörən,  parlaq  zə­
kaya  malik  insan  idi.  Qeyriləri  üçün  təhlükəli,  Dağıstan 
xalqı  üçün  isə  müqəddəs  sayılan  Şeyx  Şamil  hərəkatına 
düzgün  qiymət  verərək  ona  müdrikcəsinə  yanaşırdı.  Bu 
comərd  qafqazlıya  müsbət  münasibətini  kimsədən  gizlət­
mirdi.  Rəsul  Məhəmmədov  o  vaxtlar  Şamil  hərəkatı  haq­
qında  əsər yazmışdı.  Bu  əsəri  müəyyən  qüvvələr pis qar­
şılamışdı.  Əziz  Əliyev  kitabı  oxuyandan  sonra  onu  müda­
fiə  etdi,  dəyərləndirdi.  Beləliklə,  söz-söhbətlərə  son  qo­
yuldu.
O,Rəsul  Məhəmmədovun  cəbhədən  qaytarılmasına 
nail  oldu  və  onu  maarif  naziri  təyin  etdi.  Rəsul  Məhəm­
mədov  qayıtdı  və  həmin  illərdə  Dağıstan  üçün  çox  işlər 
gördü.  Əziz  Əliyev  Abdulla  Süleymanovu  da  cəbhədən
____
Azərbaycançılıq  və vatanparvarlik mafkurasi
___ _
so 
525 
ca

geri  çağırdı,  o,  Dağıstan  Yazıçılar  İttifaqının  sədri  ol­
du.  Əziz  Əliyev  22  yaşlı  Abilovu  da  nəzərdən  qaçırmadı, 
onu  Vilayət  Komsomol  Komitəsinin  Birinci  katibi  təyin 
etdi. Yerlərdə  milli  kadrların  yerləşdirilməsi  işini  uğurla 
davam etdirdi.
Əziz  Əliyev  bütün  Dağıstan  xalqlarının  adət-ənə- 
nələri,  milli  dəyərləri  və  xüsusiyyətlərini  yüksək  qiy­
mətləndirir, 
onları 
çox 
sevirdi.  Dağıstanlılara 
daim 
ehtiramla  yanaşırdı.  Dağlıların  milli  dirçəlişinə  sevinir,  bu 
yolda  köməyini  əsirgəmirdi.  Bütün  sahələrdə  olduğu  kimi, 
respublikada  milli  kadrların  yetişməsinə  ən  vacib  və  ən 
əhəmiyyətli  məsələlərdən  biri  kimi  baxırdı.  Bu  baxımdan 
“Dağıstanın  yerli  xalqlarından  kadrların  hazırlanması, 
yetişdirilməsi  və  irəli  çəkilməsi”  barədə  qərar  müstəsna 
rol  oynadı.  Bu  qərarın yerinə  yetirilməsi sonralar  Dağısta­
nın  gələcək  taleyini  məhz  dağlılara  həvalə  etdi.  Heyrə­
tamiz  dərəcədə  incəqəlbli  insan  olan  Əziz  Əliyev  Dağıs­
tan  Muxtar  Respublikasının  25  illiyi  zamanında  bir  qrup 
dağıstanlını  —  Əbilovu,  Şamxalovu,  Kaçkayevi  və 
başqalarını  Ali  Partiya  Məktəbinə  oxumağa  göndərdi.  Bir 
qədər sonra  isə Əziz Əliyevin təşəbbüsü  ilə Mahaçqalada 
Vilayət  Partiya  Məktəbi açıldı.
Dağıstanın  Xalq  Şairi  Rəsul  Həmzətov qeyd  edir  ki, 
Əziz  Əliyev Vətənimizin  böyük vətəndaşı  idi. O,  insanlara 
qarşı  çox  həssas və qayğıkeş bir adam kimi yüksək  nüfuz 
qazanmışdı.  Mən  öz  ailəmizdən  danışmıram.  Hərçənd 
atam  oğlunu  müharibədə  itirən  kimi  Əliyev  dərhal  bizə 
gəlib  başsağlığı,  anama  təskinlik  və  ürək-dirək verdi.  Mə­
nim,  qardaşımın  və  bacımın  başını  sığalladı.  Demək  olar 
o,  hər  gün  gəlirdi  -  gah  büro  üzvləri  ilə  birlikdə,  gah  da 
təkcə özü.  0 ,  hər bir evə  baş çəkirdi.
Dağlılar  həmçinin  qeyd  edirlər  ki,  Əliyevin  Dağıstan 
üçün  gördüyü  bütün  işləri  lazımınca  qiymətləndirmək
_________________Reyhan_Mirzəzadə_________________'>_______________
Reyhan Mirzəzadə
________________
so 526 oa
çətindir.  O,  özü  ilə  Azərbaycanın  və  azərbaycanlıların  ən 
yaxşı  cəhətlərini  gətirmişdi.  Həmin  vaxtlar  Azərbaycan­
dan  Səm əd  Vurğun,  Bülbül  Dağıstanı  ziyarət  etdi­
lər.  Dağıstanlılar  Rəşid  Behbudovu  ilk  dəfə  olaraq 
səhnədə gördülər,  Niyazini  alqışladılar.
Ə ziz  Əliyev  Mahaçqalam  mədəniyyət  mərkəzinə 
çevirdi.  Qumuq  teatrı,  Avar teatrı  buraya  gəldi  O,  Dağıs­
tan  yazıçılarına,  rəssamlarına  çox  qayğı  ilə  yanaşır­
dı.  O nun  icazəsi  ilə  görkəmli  rəssamların,  yazıçıların 
çörək  kartoçkalarındakı  pay  artırılırdı.  Əliyevin  dövründə 
Dargin  teatrı  yaradıldı,  Lak  teatrı  təzələndi.  Dağıstan 
Dövlət  Filarmoniyası  işə  başladı.  Məhz  onun  dövründə 
Dövlət  tə d ris  -   pedaqoji  nəşriyyatının  bünövrəsi  qoyul­
du  D ağıstanın  ədəbiyyat  və  incəsənət  xadimlərinə  fəxri 
adlar verilm əsi  haqqında qərar qəbul edildi. Tahir Xürüklü 
Dağıstanın  Xalq  Şairi,  Patimat  Daniyalova  Əməkdar 
Artist,  Q otfrid  Həsənov,  Əsgər  Sanca  və  başqaları 
Əməkdar  İncəsənət Xadimi fəxri adlarına  layiq  görüldülər. 
0,  “D ağıstanın  görkəmli  adamlarının  həyatı"  silsiləsindən 
kitablar buraxılmasını təklif etdi.
E lm in   müxtəlif  sahələrinə,  xüsusən,  Dağıstan  tari­
xinə,  dillərinə,  etnoqrafiyasına  dair ciddi  elmi  tədqiqatlara 
başlandı.  Mahmudun,  Yetim  Eminin,  Süleyman  Stallının, 
Abutalıbın  və  başqa  yazıçıların  əsərləri,  folklor  topluları 
nəşr olundu.  Həmin  illərdə çox gənc və  istedadlı  şair olan 
Rəsul  Həmzətovun  ilk  kitabı  işıq  üzü  gördü.  Əziz  Əliyev 
onu 
Moskvaya,  Qorki  adına  Ədəbiyyat  institutuna 
oxumağa  göndərdi.
19 44-cü  ildə  Birinci  katib  Dağıstanın  tanınmış  şairi, 
Lenin  ordeni  ilə  təltif  olunmuş  Həmzət  Sadasamn 
yubileyinin  -  ədəbi  fəaliyyətinin  50  illiyi  keçirilməsini  təşkil 
etdi.  Beləliklə,  Əliyev  dağıstanlıları  daha  da  yüksəldib 
ucaldır və   Dağıstanın şan-şöhrətini daha da qaldırırdı.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ao 527 ce

Əziz  Əliyevin  dərin  təfəkkürü,  rəhbərlik  məharəti 
Dağıstan  xalqlarını  bəlalardan  qorudu.  Dağlılar  Krım 
tatarları,  Mesxeti  türkləri,  çeçenlər,  inquşlar,  kalmıkların 
acı  taleyini yaşamadılar.  O,  Dağıstan xalqlarını  Stalin  rep­
ressiyalarından,  deportasiyalarından  qurtardı.  Onlara  ye­
ni,  işıqlı  həyat bəxş etdi.
Cəmi  altı  il  ərzində  Əziz  Məmmədkərim  oğlu  Əliye­
vin  Dağıstanda  iqtisadiyyatın,  mədəniyyətin,  elm  və  təh­
silin  inkişafına  verdiyi  böyük  töhfəni  dağlı  xalqları  minnət­
darlıqla  xatırlayırlar.  O,  Mahaçqalada Akademik  Mərkəzin 
yaradılmasına  böyük  səy  göstərdi  ki,  sonralar  həmin 
mərkəzin  əsasında  SSRİ  Elmlər  Akademiyasının  Dağıs­
tan  filialı,  indi  isə  Rusiya  Elmlər  Akademiyasının  Elmi 
Mərkəzi  təşkil  edilmişdir.  Onun  bilavasitə  iştirakı  ilə 
Dağıstanda  Elmi-Tədqiqat  İnstitutu,  Qadın  Müəllimlər 
İnstitutu,  Pedaqoji  məktəb açılmışdır.
Ciddi  həyat  və  zəngin  bacarığı  Əziz  Əliyevi  Da­
ğıstanın  ləyaqətli  rəhbəri  etdi.  Onunla  işləyən  və  görüşən 
bir  çox  dağlılar  Əziz  Əliyevin  ilk  növbədə  özünə  qarşı 
hədsiz  tələbkarlığını,  mühüm  məsələlərin  həllində  son 
dərəcə  səriştəli  olmasını  və  hər  cür  problemin  aradan 
qaldırılmasında  böyük  məsuliyyət  hiss  etməsini  indi  də 
yaxşı  xatırlayırlar.  O,  respublikanın  spesifik  şəraitini  də­
rindən  başa  düşürdü.  Bu,  təbii  ki,  Azərbaycan  və  Da­
ğıstan  xalqlarının  dostluğunun,  qardaşlığının  daha  da 
möhkəmlənməsində böyük rol oynadı.
Əziz  Əliyevin  xidmətlərini  yüksək  qiymətləndirən 
Dağıstan  zəhmətkeşləri  onu  1946-cı  ildə  SSRİ  Ali  So­
vetinə,  1947-ci  ildə  isə  Dağıstan  Ali  Sovetinə  deputat 
seçdilər.  Təltif  olunduğu  çoxsaylı  mükafatlar  onun  həyat 
səhifələrini bəzədi.
1948-ci  ildə  Dağıstandan  əvvəlcə  Moskvaya,  sonra 
isə  Bakıya  gələn  Əziz  Məmmədkərim  oğlu  qardaş
_______________
Reyhan Mirzəzadə
________________
во 
528
 ca
respublika  ilə  əlaqələrini  kəsmir,  onun  həyatı  ilə  əvvəlki 
kimi  dərindən  maraqlanır,  ömrünün  sonunadək  mün­
təzəm  olaraq  "Daqestanskaya  pravda”  qəzetinə  abunə 
yazılırdı. 
Dağıstanlı 
professor 
Abutalıb 
Əbilovun 
xatirəsinindən:
"Mənim  üçün  yaddaqalan  və  Əziz  Məmməd- 
kərimoviçi yüksək mədəniyyətə,  nəcibliyə və  mənəviyyata 
malik  insan  kimi  səciyyələndirən  hadisə  haqqında 
danışmaya  bilmərəm.  Mən  1960-cı  ildə  Azərbaycan 
Dövlət Universitetində dissertasiya  müdafiə etməli idim.  O 
vaxtkı  qaydalara  uyğun  olaraq,  “Bakı”  axşam  qəzetində 
bu  barədə  kiçik  bir  elan  dərc  edilmişdi.  Müdafiə  günü 
salona  Elmi  Şuranın  bütün  üzvlərindən  əvvəl  əlində 
böyük  bir  gül  dəstəsi  ilə  Əziz  Məmmədkərimoviç 
gəlmişdi.  Şuranın  üzvləri  məni  əvvəlcədən  müdafiə 
münasibətilə  təbrik  etdilər.  Çünki  belə  mötəbər,  son 
dərəcə  hörmətli  bir adam  Şuranın  iclasına  hamıdan  əvvəl 
gəlmişdi.  Müdafiə,  həqiqətən,  çox  gözəl  keçdi  və  bu 
münasibətlə  məni  birinci  olaraq  Əziz  Məmmədkərimoviç 
təbrik etdi”.
Azərbaycan  və  Dağıstan  vətəndaşları  hər  iki  xalqın 
sevimlisi  və  xilaskarı  olan  Əziz  Məmmədkərim  oğlu 
Əliyevi  daim  hörmətlə  xatırlayır  və  nəsillər  dəyişdikcə  də 
hər  zaman  ehtiramla 
xatırlayacaqlar.  Əziz  Əliyevin 
Dağıstanda  keçirilən  100  illik  yubileyi  mərasimində  Rəsul 
Həmzətovun  çıxışındakı  bu  məqamlar  çox  ibrətlidir: 
“Dünyaya  Nizami,  Füzuli,  Mirzə  Fətəli  Axundov,  Şəhriyar, 
Səməd  Vurğun,  Rəsul  Rza,  Mehdi  Hüseyn,  Məmməd 
Rahim  kimi  görkəmli  xadimlər  və  qədir-qiyməti  hələ 
axıradək  lazımınca  dəyərləndirilməmiş,  əziz  xatirəsi 
qarşısında  borclu  qaldığımız  Əziz  Məmmədkərimoviç 
Əliyev 
kimi 
görkəmli 
şəxsiyyət 
verdiyinə 
görə, 
Azərbaycan  xalqına  böyük  minnətdarlığımızı  bildiririk”.
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
вə 
529
 ca

İnanırıq  ki,  yaxın  gələcəkdə  xalqımızın  şərəfli 
övladının  istər  Azərbaycandakı,  istərsə  də  qardaş 
Dağıstandakı  fəaliyyət  və  xidmətləri  daha  dərindən 
araşdırılacaq,  lazımınca dəyərləndiriləcəkdir.
______________
Reyhan Mirzəzadə
_________________
“Xalq  qəzeti” 
6 yanvar 2010-cu  il
sn 530 ea
“ZƏFƏRƏ APARAN  YOLLAR”
Faşizm üzərində qələbənin 65 illiyinə
Dünya  tarixi  sübut  edir  ki,  bəşəriyyət  heç  də 
gözlənilən  və  gözlənilməyən  müharibələrdən  sığor­
talanmayıb.  Faşizmin  yüzlərlə  xalqa  gətirdiyi  fəlakətlər və 
bəlalar  kimi.  Bunların  içində  qərinələr,  yüzilliklər  boyu 
qəhrəmanlıq,  hünər məktəbi  keçmiş Azərbaycan  xalqı  da 
ölüm-dirim  savaşında  və  mübariz  qələbədə  öz  qətiyyətli 
sözünü  dedi,  ön  və  arxa  cəbhədə  həyatlarını  vəhşi 
faşizmi  məhv  etmək  yolunda  fəda  etmiş  minlərlə  cəsa­
rətli,  fədakar övladlarının  misilsiz  şücaəti  ilə.
Xalqımızın  qürur  mənbəyi  olan  övladları  içində 
böyük  alim  və  nüfuzlu  dövlət  xadimi  kimi  tanınan  Əziz 
Məmmədkərim  oğlu  Əliyev  haqqında  xatirələri  bir  daha 
yad  etmək,  onun  ruhuna  rəhmətlər  diləmək  bu  günlərdə 
xüsusilə  yerinə  düşür.  Azərbaycanın  görkəmli  yazıçısı 
Mirzə  İbrahimov  1930-cu  illərdə,  Əziz  Əliyev  respub­
likamızda  bir sıra  məsul  vəzifələrdə  çalışdığı  zaman  hələ 
onunla  şəxsən  tanış  olmamışdan  əvvəl,  haqqında  xalq 
arasında  yayılan  yüksək  fikirlər  eşidir.  Onun  bacarıqlı, 
mədəni,  işgüzar,  insanlara  qarşı  həssas  və  diqqətli 
olduğu barədə danışırlar.
30-cu  illərin  axırlarında  yazıçının  "Həyat”  pyesi 
Azərbaycan  teatrının  səhnəsində  müvəffəqiyyətlə  oyna­
nıldığı  və  daha  sonra  ədib  respublika  incəsənət  işləri 
idarəsinin  rəisi  işlədiyi  zaman  Əziz  Əliyevlə  ara-sıra 
görüşməli  olur.
M.İbrahimov  nəinki  Əziz  Əliyev  haqqında  eşit­
diklərinin  tam  doğru  olduğu  qənaətinə  gəlir,  eyni  za­
manda Əziz müəllimdə  yeni  dəyərli keyfiyyətlər də  müşa­
hidə  edir.  Hər  şeydən  əvvəl,  onun  davranış  mədəniyyəti, 
sadəliyi,  mehribanlığı  yazıçıda  ona  qarşı  dərin  hörmət
ю  
531 ea
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin