Rəyçilər: Yeganə Qəhrəmanova


Məcəllə (latın dilində codex



Yüklə 374,31 Kb.
səhifə15/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   11   12   13   14   15   16   17   18   ...   113
İşgüzar -A5 (1) 2003

Məcəllə (latın dilində codexkitab) bir və ya bir neçə sahənin sistemləşdirilmiş normalarını özündə birləşdirən hüquqi aktdır. Məcəllənin strukturu əsasən sahənin sistemini əks etdirir.
Sahə haqqında qanunvericiliyin məcəllə ilə sistemləşdirilməsi sahə ilə bağlı müxtəlif normaların vahid normativ kompleksə salınma prosesidir.
Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir. Dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təsbit edir. Vətəndaşların hüquq və azadlıqlarını elan edir və zəmanət verir.
Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir.
Bir qayda olaraq konstitusiyaları iki əsas növə görə təsnif edirlər: Yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar.


Gündəlik işgüzar üslub (və ya inzibati-kargüzarlıq, eləcə də ofis əsaslı) inzibati aktlarda, göstərişlərdə, əmrlərdə, müqavilələrdə – həm əmək, həm də kollektivdə, kargüzarlıq sənədlərində, təşkilatlar arasındakı işgüzar yazışmalarda və şəxsi yazışmalarda istifadə olunur.Bu alt üslubda sənədin tərtibi üçün tələblərin ciddiliyi əvvəlki alt üslublara nisbətən bir qədər yumşaqdır.
Qeyd: İnzibati akt inzibati orqan tərəfindən inzibati fəaliyyət ilə əlaqədar alınan tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər.
Göstəriş nə etmək, necə hərəkət etmək haqqında əmr, təlimat, məsləhət, izahatdır.
Əmr ərəb sözü olub, bir işin görülməsi üçün verilən hökm və göstərişi özündə ehtiva edən sənəddir. Yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab edilir. Məsələn: Universitet rektorunun əmri, işə qəbuletmə əmri, işdən azadetmə əmri və s.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin