Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 374,31 Kb.
səhifə10/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   6   7   8   9   10   11   12   13   ...   113
İşgüzar -A5 (1) 2003

Beynəlxalq müqavilə hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmadır.
Konversiya latın mənşəli conventio sözündəndir, “müqavilə, saziş” mənasını bildirir. Hər hansı bir məsələ barədə dövlətlər arasında bağlanan müqavilə, sazişdir. Beynəlxalq hüquqi sənəddir. Konvensiya bəyannamə və ya müraciətnamədən fərqli olaraq, qanun statusuna malikdir. Onu imzalayan və ratifikasiya edən dövlətlər tərəfindən (müvafiq beynəlxalq strukturların üzvləri) icrası məcburidir.
Bəyannamə (latın dilində declaratio) dövlətlərin özlərinin daxili və xarici siyasətinin prinsiplərini və ya xarici məsələlərə öz mövqeyini bildirmək üçün verdiyi birtərəfli, ikitərəfli, çoxtərəfli bəyanatdır. İkili və çoxtərəfli bəyanatlar çox vaxt imzalanır. Lakin tərəflərin razılığı olmadan da qəbul oluna bilər. Praktikada dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, başqa dövlət xadimlərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə bəyannamə ilə çıxış etmək təcrübəsi var. Həmçinin dövlət və təşkilatların tanınması bəyannamələr vasitəsilə həyata keçirilə bilər. Bundan başqa, bəyannamə formasında beynəlxalq müqavilələrin bağlanmasına da rast gəlinir.
Memorandum latın sözüdür. Hər hansı bir məsələ haqqında hökumətin fikirləri izah edilmiş diplomatik sənəddir. Memorandum diplomatik yazışma formalarından biridir (əhəmiyyətinə görə notadan sonradır). Barəsində danışıqların aparıldığı məsələnin faktik və ya hüquqi tərəfinin təsviri formasında tərtib olunur. Əksər hallarda notanın müddəalarını əsaslandırmaq və inkişaf etdirmək məqsədi ilə ona əlavə edilir.
Bu sənəddə hər hansı məsələnin faktiki tərəfi ətraflı nəzərdən keçirilir. Memorandum şəxsən, yaxud kuryerlə göndərilir. Gerbsiz nota kağızında çap edilir. Göndərişin nömrəsi, möhürü, yeri və tarixi göstərilmir. Əvvəllər memorandumu çox vaxt fransızca deduction (nəticə), yaxud expose des motifs (motivlərin qeydi) adlandırırdılar. Mərkəzdə memorandum sözünün yazılması nəzərdə tutulur.
Diplomatlar konfrans zamanı, yaxud öz hökumətinin təlimatına görə hər hansı incə, prinsipial təklifi müzakirəyə çıxarmaqdan çəkinə bilərlər. Belə olan halda, diplomat qeyd olunan məsələni özü müzakirə edə və məsələnin qeyri-müəyyən, bir qədər mücərrəd formada əks olunduğu qeyri-rəsmi kağız (non paper) qoya bilər.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin