Rəyçilər: Yeganə Qəhrəmanova


Azərbaycan dilində rəsmi-işgüzar üslubun, işgüzar ünsiyyətin əsas xüsusiyyətləri



Yüklə 374,31 Kb.
səhifə9/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   5   6   7   8   9   10   11   12   ...   113
İşgüzar -A5 (1) 2003

Azərbaycan dilində rəsmi-işgüzar üslubun, işgüzar ünsiyyətin əsas xüsusiyyətləri
Rəsmi-işgüzar üslub, onun alt üslubları və əsas xüsusiyyətləri. Rəsmi-işgüzar üslubun bir çox tərifi var. Bu üslub sənədlərin üslubudur: beynəlxalq aktlar, hüquqi qanunlar, fərmanlar, nizamnamələr, təlimatlar, rəsmi yazışmalar, işgüzar sənədlər və s. Rəsmi-işgüzar üslub Azərbaycan ədəbi dilinin ən ənənəvi üslublarından biridir. Bu üslub qanuna, sənədləşmə işlərinə (o cümlədən işgüzar yazışmalara), hüquq münasibətləri sahəsinə xidmət edir. Obyektivliyə, ümumiləşdirməyə, təqdimatın məntiqi təşkilinə, semantik aydınlığa, birmənalılığa və əminliyə meyil göstərir. Rəsmi-işgüzar üslub dövlətlə dövlət arasında, dövlətlə vətəndaşlar, vətəndaşlarla vətəndaş arasında rəsmi sənədli əlaqə vasitəsidir. Bu üslubun hər bir mətni bir sənəd xarakterinə malikdir. Buna görə rəsmi işgüzar üslub ciddi ifadə standartlarından istifadə edir. Bu üslubun bütün mətnləri resept xarakterlidir və bütün üslublardan ən mühafizəkarıdır. Digər üslublarda daim müşahidə olunan dil dəyişiklikləri burada çox yavaş və nadir hallarda baş verir. Bu üslub bir neçə alt üsluba bölünür:
• diplomatik işgüzar üslub;
• sənədli işgüzar üslub;
• gündəlik işgüzar üslub.
Diplomatik işgüzar üslub beynəlxalq müqavilələrdə, konvensiyalarda, bəyannamələrdə, memorandumlarda, etimadnamələrdə, şəxsi nota və müraciətnamədə, verbal notada, yaddaş qeydlərində istifadə olunur. Bu alt üslub xüsusi beynəlxalq terminlərin (məsələn: status-kvo, persona non grata, preambula və s.) istifadəsi ilə xarakterizə olunur.
Qeyd: Status müəyyən müddət ərzində mövcud olmuş və ya hazırda mövcud olan faktiki, yaxud hüquqi vəziyyət. Status-kvo latın sözüdür, “dəyişdir” deməkdir. Ancaq mövcud olmuş və ya hazırda mövcud olan faktiki, yaxud hüquqi vəziyyəti qorumaq deməkdir.
Persona non grata latın mənşəli sözdür, “istənməyən adam” mənasını bildirir. Dövlətlərarası əlaqələrdə bir şəxsin ölkəyə girməsi və ya qalması, həmin ölkənin hökuməti tərəfindən qadağan olunan şəxs persona non grata adlanır. Bu şəxsə siyasi toxunulmazlıq verilir, tutula və sorğulana bilməz.
Preambula fransız sözüdür, “qabaqda gedən, başlanğıc, müqəddimə” mənalarını bildirir. Bu söz hal-hazırda üç mənada işlənir: 1) qanunvericilik aktının, yaxud digər hüquqi aktın, habelə bəyannamənin, yaxud beynəlxalq müqavilənin giriş və ya müqəddimə hissəsi; 2) rəsmi sənədlərdə hər hansı bir sənədin, qərarın, qanunun, qanunlar toplusunun giriş, izahedici hissəsi; 3) məcazi mənada söhbətə giriş.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin