Referat elmi rəhbər: Nağıyeva Vüsalə Tələbə: Həbibova Aydan Bakı-2023 plan


İnhisarçı firmanın qısamüddətli və uzunmüddətli dövrlərdə tarazlığı



Yüklə 56,3 Kb.
səhifə4/4
tarix07.01.2024
ölçüsü56,3 Kb.
#207973
növüReferat
1   2   3   4
Həbibova Aydan Mikroiqtisadiyyat

4.İnhisarçı firmanın qısamüddətli və uzunmüddətli dövrlərdə tarazlığı
Bütün firmalar kimi, inhisarçı da son hədd gəliri son hədd xərclərindən az oluncaya qədər istehsalı davam etdirir. MR və MC əyrilərinin kəsişmə nöqtəsi firmanın tarazlıq nöqtəsidir (şəkil 20.4). Bu göstəricilər arasındakı müsbət fərq firmanın son hədd gəlirini təşkil edir. Nə qədər ki, MR MC-dən böyükdür, ümumi gəlir artacaq. MC MR-dən artıq olan kimi ümumi gəliri azalmağa başlayacaq. Deməli, gəlirin maksimallaşdırıl- ması şərti MR=MC-dir.
İnhisarçı üçün son hədd gəliri qiymətdən aşağı olduğundan tarazlıq nöqtəsində son hədd xərcləri qiymətdən aşağıdır: MC5. İnhisar və cəmiyyət
Təbii inhisarın tənzimlənməsi Hər bir sağlam cəmiyyət iqtisadiyyatda inhisarçı meylləri məhdudlaşdırmağa çalışır. Nə üçün inhisarın tənqidə məruz qaldığını və onun cəmiyyətə zərərinin nədən ibarət olduğunu nəzərdən keçirək. Təsəvvür edək ki, inhisarçı firmanın tərkibinə daxil olan müəssisələr, bütün başqa şəraitlərin eyniliyi şərtilə, müstəqil bazar agentləri kimi fəaliyyət göstərirlər (və ya əksinə, təsəvvür edək ki, sahədəki təkmil rəqabət qabiliyyətli müstəqil firmaların hamısı vahid inhisarçı şirkətdə birləşdirilib), bu halda inhisarın son hədd xərcləri əyrisi həm də sahənin son hədd xərcləri əyrisi olacaq və ya sahənin təklif əyrisi ilə əsasən üst-üstə düşəcək. MC əyrisi (o həm də təklif əyrisidir) ilə tələb əyrisinin kəsişmə nöqtəsi təkmil rəqabət şəraitində tarazlıq nöqtəsini əmələ gətirir, PCK və QCK təkmil rəqabət şəraitində tarazlıq qiyməti və tarazlıq istehsal həcmini bildirəcəklər. Bu nəticələri inhisar fəaliyyətinin analoji göstəriciləri ilə müqayisə etsək, asanlıqla görmək olar ki, inhisar şəraitində sahə daha az məhsul istehsal edir, amma onu daha baha qiymətə satır. Süni surətdə qıtlıq vəziyyəti yaradılır ki, bunun da nəticəsi cəmiyyət üçün birbaşa itki, inhisar üçün isə xalis qazanc deməkdir. Təkmil rəqabətdə istehlakçının qazancı ACPCK üçbucağının sahəsi ilə, inhisar şəraitində isə kiçik üçbucaq ABPM -in sahəsi ilə göstərilmişdir. Bu itkilərin bir qismi (PMBFPCK düz- bucaqlısının sahəsi) inhisarçı firmanın gəlirini təşkil edir. Amma istehlakçı hələ BFC üçbucağının sahəsinə bərabər kəmiyyəti də itirmişdir. Bu vəziyyətdə istehlakçının itkiləri inhisarın mənfəətini təşkil edir. Bu, cəmiyyətin xalis itkiləridir. İstehsalçı qazancının dəyişməsi nəticəsində cəmiyyətin xalis itkiləri də analoji qaydada müşahidə olunur. Sonuncu PCK sahəsindən PMBLK sahəsinə qədər dəyişir. Bu zaman FLC sahəsi xalis itkidir. İstehlakçı və istehsalçıların xalis itkiləri istehsalın inhi- sarlaşması nəticəsində cəmiyyət rifahının xalis itkiləridir. 1) Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, iqtisadi və sosial təbəqələşməni artıraraq inhisar cəmiyyətin real gəlirlərinin yenidən bölgüsünə səbəb olur. 2) inhisarın təhlilinin gedişində göstərildi ki, inhisar olanda allokativ səmərəlilik əldə olunmur, çünki P>MC. Bu o deməkdir ki, bazar resursları istehlakçıların real tələbatına müvafiq olaraq bölüşdürmür. Cəmiyyətin nöqteyi-nəzərincə, inhisar məhsulu az istehsal edir və əmtəə və xidmətlərin qeyri-optimal quruluşunu təklif edir. 3) İnhisar zamanı P>LRACmin olduqda istehsal səmərəliliyi də müşahidə olunmur. Rəqib olmadığından firma məhsuldarlığı artırmağa və uzunmüddətli orta istehsal xərclərini minimuma endirməyə imkan verən texniki yeniliklərə can atmır. 4) inhisarçı firma adətən X-qeyri-səmərəlilik hiss edir, çünki hər bir istehsal səviyyəsində firmanın xərcləri uzunmüddətli orta xərclərdən yüksəkdir. X-qeyri-səmərəlilik, məsələn, qeyrisəmərəli idarəetmədən, böyük həcmli təmsil etmə xərclərindən, dəbdəbəli ofislərin saxlanılmasından, bahalı avtomobillərin alınmasından və s. irəli gəlir. Təsadüfi deyil ki, iqtisadiyyatın inhisarlaşmasınm belə mənfi nəticələrinə görədir ki, cəmiyyət inhisarlaşma meyllərinə qarşı durmağa və bazarın rəqabətli quruluşunu bərpa etməyə çalışır. Bir qayda olaraq hökumətlər tərəfindən inhisarların yaranmasına mane olan, mövcud inhisarları kiçildən, kapitalın sahələrarası azad axınına dəstək verən antiinhisar qanunvericilik aktları qəbul olunur. Təbii İnhisarlar Bəzi hallarda dövlət firmaya inhisarçı vəziyyətini saxlamağa icazə verir, lakin onun fəaliyyətini ciddi nəzarət və tənzimləmədə saxlayır. Əksər vaxtlar bu, təbii adlandırılan inhisarlara aid olur. Bəzi hallarda sahədə bir neçə deyil, bir firmanın mövcud olması cəmiyyətin maraqlarına daha çox cavab verir. Bu əsasən texnologiyanın yalnız irimiqyaslı tətbiqi zamanı renta- belli olması ilə şərtlənir. Buna misal olaraq enerji təchizatı, telefon rabitəsi, su təchizatını göstərmək olar. Bu sahələrdə miqyasın müsbət effektini tam həcmdə yalnız müəssisənin ölçülərini sahə məhsuluna bazar tələbi səviyyəsinə yaxınlaşdırmaqla həyata keçirtmək olar. Şəkil 20.12-də göstərildiyi kimi, ictimai tələbi həm beş kiçik firma, həm də bir böyük firma ödəyə bilər. Lakin sahədə bir inhisarçı firma işləyərsə istehsalın uzunmüddətli orta xərcləri ən az olacaq. Beləliklə, böyük həcmli müsbət miqyas effektini həyata keçirən firma təbii inhisarçı adlandırıla bilər. Cəmiyyət üçün onun əhəmiyyəti istehsal xərclərinin minimallaşdırılmasındadır. Təbii inhisar üçün ilkin yüksək kapital qoyuluşu və yüksək təsbit olunmuş xərclər də səciyyəvidir. Sahibkarların heç də hamısı belə investisiyaları və bu kimi təsbit olunmuş xərcləri həyata keçirməyə qabildir. Eyni zamanda qeyd olunmalıdır ki, təbii inhisarın son hədd xərcləri çox aşağıdır. Yəni firma ilkin kapital qoyuluşunu həyata keçirəndən sonra xidmət istehsalını cüzi əlavə xərclərlə artıra bilər. Deyilənlərdən görünür ki, firmanın orta xərcləri mütəma- di azalacaq ki, bu da onları adi rəqabət qabiliyyətli firmanın və ya adi inhisarın orta xərclər dinamikasından fərqləndirir. Birinci variant qiymətlərin istehsalın son hədd xərcləri səviyyəsində müəyyənləşdirilməsin-dən ibarətdir.
NƏTİCƏ
Son illərdə hansı firmanı təbii inhisar hesab etməyin mümkünlüyü ətrafında mübahisələr artıb. Təbii inhisarların saxlanılmasının əleyhdarları tamamilə haqlı olaraq texnika və texnologiyadakı dəyişikliklərin təbii inhisarın ən mühüm göstəricilərindən birini - böyük kapital qoyuluşunu və təsbit olunmuş xərcləri - aradan qaldırır. Müasir şəraitdə onlar xeyli azalıb ki, bu da firmanın bütün xərc əyrilərini onların tipik formalarına yaxınlaşdırır. Nəticədə yerli və ya milli səviyyədə bir telefon şirkətinin və ya bir elektrik şirkətinin mövcudluğuna miqyasın müsbət effekti ilə bəraət qazandırmaq qeyri-mümkündür.

ƏDƏBİYYAT

  1. Asəf Qəribov. Mikroiqtisadiyyat

  2. E.Kərimov.,B.Osmanov. «İqtisadi nəzəriyyə». Bakı-2010

  3. BBU Mühazirə mətnləri

Yüklə 56,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin