Referat elmi rəhbər: Nağıyeva Vüsalə Tələbə: Həbibova Aydan Bakı-2023 plan


Xalis inhisar şəraitində firmanın davranışı



Yüklə 56,3 Kb.
səhifə3/4
tarix07.01.2024
ölçüsü56,3 Kb.
#207973
növüReferat
1   2   3   4
Həbibova Aydan Mikroiqtisadiyyat

3. Xalis inhisar şəraitində firmanın davranışı
İnhisarçı firmanın davranışını tədqiq edərkən aşağıdakı şərtilikləri qəbul edək:
■ firma gəliri maksimallaşdırmağa can atır;
■ inhisarçı istehsalçı resursları rəqabət bazarlarında alır;
■ firma qiymət ayrı-seçkiliyi apara bilmir, yəni firmanın məhsulu bütün istehlakçılara eyni bir qiymətə satılır;
■ firma qiymət dəyişməsinə istehlakçının reaksiyasını öncədən bilmək üçün kifayət qədər dolğun informasiyaya malikdir. Başqa sözlə, firma öz məhsuluna tələb əyrisini qurmaq imkanına malikdir. Bu ilkin şərt gerçəklikdən bir o qədər də uzaq deyil, çünki hazırda iri firmalar bir qayda olaraq geniş marketinq tədqiqatları aparırlar və bütövlükdə tələbi və onun ayrı-ayrı hissələrini xeyli dəqiq müəyyənləşdirirlər. Tələb əyrisini bildikdə inhisarçı istehsal həcmi ilə qiymətin hansı kombinasiyasının ona maksimum gəlir gətirəcəyini müəyyənləşdirə bilir. Yuxarıda qeyd olunduğu kimi, inhisarçı öz əmtəəsinə istənilən qiyməti qoya bilməz. Bazarda hər bir qiymət səviyyəsinə istehlakçının həmin anda almağa hazır olduğu müəyyən miqdarda məhsul var. Buna görə də, inhisarçı hərdən təsəvvür edilən qədər də tam hökmran deyil. İstehsal həcmini müəyyənləşdirirsə, tələb əyrisi ona istehlakçının qəbul edəcəyi son hədd qiymətini bildirir. İnhisarçı qiyməti müəyyənləşdirirsə, təklifini istehlakçı tələbinin diktə etdiyi həcmlə məhdudlaşdırmalıdır. Buna görə də inhisar şəraitində firma eyni zamanda həm istehsal həcmi, həm də qiymət haqqında qəraq qəbul etməlidir, yəni tələb əyrisinin xüsusiyyətlərindən çıxış edərək onların müəyyən kombinasiyasını seçməlidir. Beləliklə, inhisarçının özünün onun məhsuluna tələb əyrisindən asılı olmayan təklif əyrisi yoxdur. Firma təklif əyrisi üzərində özünün olmalı olduğu bir nöqtəni seçir. İnhisarçı üçün istehsal həcminin bir vahid artırılması, əgər o, istehsal olunmuş məhsulun hamısının istehlakçılar tərəfindən alınmasını istəyirsə, qiymətin aşağı salınması zərurəti deməkdir. Yalnız əlavə məhsul vahidinin deyil, istehsal olunan hər bir məhsul vahidinin qiyməti aşağı düşdüyündən, satışdan əldə olunan pul get-gedə azalan nisbətdə artacaq (TR=PQ). İnhisarçının son hədd gəliri, rəqabətli firmadan fərqli olaraq, məhsulun qiymətinə bərabər deyil və daimi kəmiyyət deyil. Məhsulun birinci vahidindən başqa bütün istehsal həcmi üçün inhisarçının son hədd gəliri məhsulun qiymətindən azdır və istehsal həcmi artdıqca azalır. Son hədd gəlir əyrisi tələb əyrisindən aşağıda yerləşən mənfi maillikli enən xətdir (şəkil 20.1). Son hədd gəliri bilavasitə tələbin elastikliyindən asılıdır. Tələb elastik olanda istehsalın artırılması satışdan əldə olunan pulun ümumi məbləğini artırır və son hədd gəliri müsbətdir. Tələb qeyri-elastik olanda istehsal həcminin artırılması ümumi satış pulunu azaldır və hədd gəliri mənfi olur. Tələb qiymətə görə bir elastikliyə malikdirsə, onda tələb kəmiyyətinin artımı qiymətin aşağı salınması ilə tam kompensasiya edilir. Bu zaman satışdan əldə olunan pulun ümumi kəmiyyəti dəyişmir, son hədd gəlir isə sıfra bərabərdir. Bu asılılıq şəkil 20.2 və 20.3-də əyani göstərilmişdir. Qeyd edək ki, inhisarçı yalnız tələbin elastik hissəsində fəallıq göstərir. Onun istehsal həcmi heç vaxt tələbin qeyri- elastik olacağı çərçivə hüdudlarından çıxmır, çünki əks halda ümumi gəlir aşağı düşməyə başlayar. Ümumi gəliri (satışdan əldə olunan pul) son hədd gəliri sıfra bərabər olanda, yəni sonuncu istehsal olunmuş məhsulun satışından əldə olunan pulun ümumi məbləğinə heç nə əlavə edə bilmədiyi istehsal həcmində maksimallaşır. İnhisarçının bazarda vəziyyəti riyazi yolla da şərh oluna bilər. Məlum olduğu kimi, firmanın son hədd gəliri ümumi gəlirin (TR=PQ) funksiyasının birinci törəməsidir. Ümumi gəlirin funksiyasını Q üzrə differensiallaşdırdıqdan sonra aşağıdakım alarıq: MR = dTR/dQ = d {P(Q) x Q}/dQ = P + Q x dP/dQ.

Yüklə 56,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin