Son hədd nəzəriyyəsi, istehlak, rifah halı, faydalılıq, gəlir, tələb nəzəriyyələri əsasında formalaşmışdır



Yüklə 368,42 Kb.
tarix24.12.2023
ölçüsü368,42 Kb.
#192058
son hedd nəzəriyyəsi


Son hədd nəzəriyyəsi, istehlak, rifah halı, faydalılıq, gəlir, tələb nəzəriyyələri əsasında formalaşmışdır. Lakin insanların əmtəə və xidmətlərin ödənilməsində daha çox onlardan maksimum faydalanmağa üstünlük verdiyindən istehlakçı davranışında faydalılıq nəzəriyyəsi xüsusi əhəmiyyət daşıyır. Çünki məhsulların yaxşılığı və ya pisliyi, faydalılığı yalnız istehlakçının onları qiymətləndirdiyi şəraitdə mümkün olur. Ona görə də faydalılıq istehlakçı sistemində əsas rol oynayır. Faydalılıq fərdi xarakter daşıdığından, o, müxtəlif istehlakçılar üçün mövcud qiymət və gəlir məhdudiyyətləri baxımından fərqli xarakter daşıyır. Bu da faydalanmada son hədd, əvəz olunma, istehlak artıqlığı, büdcə xətti, fərqsizlik kimi anlayışların meydana gəlməsinə səbəb olur. Faydalılıq nəzəriyyəsi XIX əsrin ortalarından başlayaraq formalaşmağa başlamışdır. Bu istiqamətdə H.Hosenin, Y.Cevonsun, K.Mengerin, O.Bem-Baverkin, F.Vizerin, A.Marşallın, C.Klarkın, V.Paretonun və C.Xiksin adlarını xüsusi qeyd etmək lazımdır. Müasir faydalılıq nəzəriyyəsinin yaradıcıları olan V.Paretonu və C.Xiksi istisna etməklə, yuxarıda adları qeyd olunan iqtisadçılar demək olar ki, iqtisadi nəzəriyyədə elmi istiqamətin əsasını qoymuşdur. Bunun əsasında da müxtəlif elmi cərəyanların yaranması zərurəti meydana gəlmişdir. Faydalılıq nəzəriyyəsi özünü «marjinalizm» adı ilə, «son hədd» ifadəsi ilə elmi istiqamət kimi təsdiqləmişdir. Marjinalizmin mahiyyətində .əsas o götürülür ki, hər hansı məhsulun qiymətliliyi, ona sərf olunan əməklə deyil, istehlakçıya səmərəli fayda gətirmək qabiliyyəti ön mövqeyə çəkilir. Halbuki klassik iqtisadi elmi sistemdə A.Smit, D.Rikardo, C.Mili, K.Marks hesab edirdilər ki, əmtəənin dəyəri onun istehsalına sərf olunan ictimai zəruri əməklə müəyyən olunur. Hətta K.Marks əmtəənin dəyərinin ikili xassəsi vasitəsi ilə istismarçı sinif və izafi dəyər anlayışlarım elmi diskussiyaya gətirib çıxarmışdır. Bu baxımdan marjinalizmin baniləri iqtisad elmində həqiqətən inqilabi dəyişikliklər etdilər. İqtisadi münasibətləri və onun bağlı fəaliyyət mexi- nizmini istehsal sferasından istehlakçının davrandığı sferaya, bölgü, mübadilə, istehlak sferasına gəlirdilər. Burada tələb, təklif, qiymət elementləri ilə bağlı istehlakçıların davranışm- dakı dəyişikliklər sırf subyektiv-psixoloji amillərin təsiri altında formalaşır. Ona görə də son hədd nəzəriyyəsinin baniləri elə hesab edirdilər ki, iqtisad elminin bütün kateqoriyaları, iqtisadi subyektlərin şeylərə olan münasibətindən, üstünlük verilməsindən, gözləməsindən dərk etməsindən, faydalana bilməsindən asılı olaraq müəyyən edilməlidir. Marjinalizmə görə hər bir nemət istehlakçı üçün artım xarakteri daşıyır. O, istehlakçının tələbatını ödəyənə qədər istehlak vahidi kimi mövcud olur. Tutaq ki, adam susayanda onun üçün birinci stəkan suyun əhəmiyyəti susuzluğu yatana qədər, ikinci, üçüncü stəkan içilən suya qədər əhəmiyyətlidir. Lakin sonrakı stəkan sular onun üçün əhəmiyyət daşımır. Ona görə də hər birinci stəkanın suyu sonrakı içiləcək sulardan daha əhəmiyyətli və faydalıdır. Buradan da belə nəticəyə gəlmək olar ki, hər bir əlavə əmtəə vahidi, istehlakçı üçün əlavə faydalılıq gətirir. Ona görə də belə nemətlər «son faydalılığa» malik olan nemətlər kimi qiymətləndirilir. Son faydalılıq, bir neçə nemət vahidinə bərabər olan hər istehlak vahidinin artımına bərabər əlavə faydalanma kəmiyyətinə deyilir. İstehlak olunan nemətlərin kəmiyyətlərinin artımı, onun son faydalılığı ilə tərs mütənasiblik daşıyır. Başqa sözlə, son faydalılıq azalma xarakteri daşıyır. Deməli, o məhsullar ki, tələbatı az ödəyir, onlar daha az son faydalılığa malikdirlər. Buradan da belə qənaətə gəlinir ki, nemətin qiymətliliyi ilə son faydalılığı arasında tərs mütənasiblik var. Bu da o deməkdir ki, istehlakçı nə qədər mövcud nemət vahidindən az kəmiyyətdə əldə etsə, nemət bir o qədər qiymətlidir və əksinə. Burada faydalılıqla son faydalılığı fərqləndirmək lazımdır. Su olmayan isti düzən yerdə bir stəkan suyun qiyməti və ya son faydalılığı çay qırağındakı bir stəkan suyun qiymətliliyindən daha yüksəkdir. Halbuki bu stəkan suyun da faydası vardır. Buradan da belə nəticəyə gəlmək olur ki, qiymətlilik faydalı- lığın tərkibindən ayrılmaqla istehlakçının istədiyi və ya təkid etdiyi tələbatım daha az kəmiyyətli nemətin ödədiyi sonuncu vahidinin faydalılığı ilə müəyyən edilir. Burada qiymətlilik həm subyektiv xarakter daşıyır, həm də nemətin nadirliyi və ya məhdudluğu ilə əlaqədardır. Qiymətlilik nemətin ehtiyat kəmiyəti ilə əlaqədardır. Qiymətliliyin mövcud olması şeylərin və ya nemətlərin məhdud kəmiyyətilə, qiymətliliyin yox olması nemətlərin artıqlığı ilə əlaqədardır. Lakin qiymətliliyin yoxluğu heç də nemətlərin faydalılığını deyil, onun son faydalılığmı əhəmiyyətsiz edir. Məhz bununla əlaqədar olaraq faydalılıq nəzəriyyəsinin baniləri qiymətliliyi faydalı- lığın tərkibindən ayırmaqla onun iki cəhətini fərqləndirmişlər. Birinci şəraitdə insanın bu və ya digər tələbatını ödəyən sıravi nemətlərin faydalılığı, ikinci, mövcud nemətin- nümunəsinin konkret faydalılığını əks etdirən subyektiv qiymətləndirilən faydalılıq. Faydalıhğm son həddinin müəyyən olunmasında onun subyektiv qiymətləndirilməsi əsas götürüldüyündən, o, əsasən mövcud nemətin olan ehtiyatından və onun tələbatının ödənilməsindəki intensivlik səviyyəsindən asılıdır.
Son faydalılıq nəzəriyyəsinin tərəfdarları subyektiv faydalılığın kəmiyyətini müəyyən etmək üçün alman iqtisadçısı H.Hossenin 0810-1858) qanunlarından istifadə etmişlər. Bu qanunlara görə tələbatın ödənilməsi ilə «tutum səviyyəsi» artır, lakin konkret faydalılığın kəmiyyəti azalır. Bu o deməkdir ki, mövcud tələbatı ödəyən hər sonrakı nemət, əvvəlkinə nisbətən az faydalılığa malik olur. Nemətlərin məhdud ehtiyatı zamanı isə istənilən və ya təkid olunan tələbatın ödənilməsində sonuncu nümunə kimi çıxış edir. Buradan da belə nəticəyə gəlinir ki, mövcud nemət nümunəsinin faydalılığının qiymətliliyi istənilən və ya təkid olunan tələbatın ödənilməsinin sonuncu nüsxəsi ilə müəyyən edilir. Marjinalist məktəbinin nümayəndələri, xüsusən E.Bem-Baverk, K.Mengerin məşhur 5 kisə buğda misalından məharətlə istifadə edərək son faydalılıq problemini çox asanlıqla izah etmişdir. Meşədə yaşayan qoca sərgərdan kişi sərəncamında olan beş kisə buğdanın faydalılığından azalan istiqamətdə istifadə edir: birinci kisə ən zəruri ərzaq tələbatının ödənilməsi üçün istifadə edilir, ikincisini ərzağın yaxşılaşdırılmasına yönəldir, üçüncüsünü ev quşlarının yemlənməsinə sərf edir, dördüncüsünü pivə hazırlanmasına sərf edir, beşincisini isə əylənməyə, tutuquşuların yemlənməsinə yönəldir. Hər hansı bir kisədən məhrum olan sərgərdan qoca, faktiki olaraq daha az təşkil olunan tələbatı ödəyən faydadan, yəni tutuquşuların yemləməsi üçün nəzərdə tutulan kisədən imtina edərdi. Məhz bununla beş kisə buğdanın hər birinin qiymətliliyini müəyyən etmək olar. Beləliklə də, şeyin və ya nemətin qiymətliliyini onun kəmiyyətinin son faydalılığı ilə ölçmək olar. Deməli, hər vahid sonuncu nemətin faydalılığı, başqa sözlə, istənilən və ya təkid olunan tələbatı daha az ödəyən nemət son faydalılıq kimi təzahür olunur. İnsanın hər nemətin subyektiv qiymətləndirilməsi, bilavasitə bu nemətin son faydalılığını müəyyən edir. Bütün nemət ehtiyatlarını subyektiv qiymətləndirməklə ümumi və son faydalılığı müəyyən edilir. Məhz bununla da «Smitin paradoksu»nun mahiyyəti izah olunmuşdur. Su və almazın ümumi və son faydalılığı da, onların müxtəlifliyi də bu nöqteyi-nəzərdən izah olunur ki, suyun ümumi faydası almazınkından daha çoxdur, eyni zamanda onun ümumi ehtiyatı da almazınkından qat-qat yüksəkdir. Lakin bu nemətlərin qiymətliliyi son faydahlıqla müəyyən edildiyindən, almazın qiyməti daha yüksəkdir. Qiymətliliyi faydahhğın izahında şərh edən görkəmli neoklassik elmi istiqamətin banisi A.Marşall son faydahlığın tələb, təklif və istehsal xərcləri nəzəriyyəsi ilə sıx əlaqəsini göstərmişdir. Bununla da A.Marşall son faydahlığın istehsal xərcləri ilə sintezləşdirilməsi ilə əmtəənin dəyər tərkibinin müəyyənləşdirməyin mümkünlüyünü göstərdi. Eyni zamanda göstərdi ki, əmtəənin qiymətliliyi üçün onun son faydalılığı ilə istehsal xərcləri üstün rola malikdir. Qiymətlilik predmetin və ya nemətin əhəmiyyətini müəyyən etməyə imkan verir. İstehlakçı öz davranışı ilə bu və ya digər nemətə öz subyektiv qiymətləndirilməsi yolu ilə ondan faydalana bilir. Əgər istehlakçı eyni nemətdən bir neçə vahid istehlak edərsə (məsələn, dönər, pirojna və s.), onda o, bu qisim nemətlərdən ümumi faydalanacaq. Əgər o, hər sonrakı dönərdən və ya pirojnadan imtina edərsə, onda ümumi faydalılıq azalacaq, eyni zamanda sonuncu dönərin və ya pi- rojnanın son faydalılığı yüksələcək. Son faydahlığın belə izahı şərti xarakter daşısa da, lakin onunla faydahlığın ümumi qanunauyğunluğunu subyektiv qiymətləndirmənin yerini və istehlakçının davranışmdakı xüsusiyyətlərini üzə çıxartmaq mümkündür. Eyni zamanda son faydahlığın azalması meyli xarakter daşıdığını görərik. Yəni əmtəə və nemətlərin istehlakı artdıqca, onların son fay- dahlığı azalmağa doğru meyil edəcəkdir. Bu da bir həqiqətdir ki, hər hansı nemətin ilkin vahidinin istehlakı sonrakı vahidlərə nisbətən daha çox razılıq və ya məmnunluq göstərir.
Yüklə 368,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin