Referat elmi rəhbər: Nağıyeva Vüsalə Tələbə: Həbibova Aydan Bakı-2023 plan


Qısamüddətli dövrdə firmanın tarazlığı



Yüklə 56,3 Kb.
səhifə2/4
tarix07.01.2024
ölçüsü56,3 Kb.
#207973
növüReferat
1   2   3   4
Həbibova Aydan Mikroiqtisadiyyat

2. Qısamüddətli dövrdə firmanın tarazlığı
Sahənin tarazlığı (şəkil 19.7) və firmanın tarazlığı (şəkil 19.8) qrafiklərinin müqayisəsi üzərində dayanaq. Bu qrafiklərin istehsal miqyasından başqa tələb əyrisinin mailliyi ilə də fərqləndiyini görmək çətin deyil. Firmanın davranışının təhlili zamanı mühüm bir şərtiliyə yol verilir ki, bu da istehsalçının özünü səmərəli aparmasından ibarətdir. İstehsalçı davranışının səmərəliliyi istehlakçının istifadə etdiyi prinsiplə eynidir. Faydalı nəticə (bu halda istehsalçının gəliri) daha bir məhsul vahidi istehsalının verdiyi son hədd uduşu həmin əlavə vahidin istehsalına son hədd məsrəflərdən çox olduqda əldə olunur. Son hədd gəliri və son hədd xərclər arasındakı müsbət fərq firmanın hədd gəlirini təşkil edir.
Başqa sözlə, istehsalçı istehsal həcmini onun son hədd gəliri hədd xərcləri ilə bərabərləşənə qədər artıracaq. MR = MC olduğu halda istehsalçı öz gəlirinə daha heç nə əlavə edə bilməyəcək, çünki sonuncunun həcmi maksimuma çatmış olur. Əgər istehsal yenə də davam etdirilsə, onda son hədd gəliri son hədd xərclərindən az olar, gəlir isə aşağı düşməyə başlayar.
Deməli, MR = MC gəlirin maksimallaşdırılması şərtidir, MR və MC əyrilərinin kəsişmə nöqtəsi isə firmanın tarazlıq nöqtəsidir (şəkil 19.9-da E nöqtəsi). Firmanın tarazlığı firma gəlirinin maksimuma çatdığı PE tarazlıq qiyməti və QE tarazlıq istehsal həcmi ilə səciyyələnir* Firma gəlirinin maksimallaşdırılması şərtləri Firma davranışının əsas konsepsiyası firmanın əsas məqsədinin gəlir olması müddəasına söykənir. Mənfəəti maksi- mallaşdırmaq cəhdi sahibkarın bütün niyyət və hərəkətlərinə daxil olur. Bəs təkmil rəqabət şəraitində bu məqsəd necə həyata keçirilə bilər? Problemin öyrənilməsində iki yanaşma mövcuddur. Birinci ümumi göstəricilərə, ikinci isə son hədd və orta göstəricilərə əsaslanır. Ümumi göstəricilər metodu Firmanın ümumi gəliri ümumi gəlirlə (satışdan əldə olunan pul) ümumi xərclərin fərqindən ibarətdir. TP=TR—TC Aydındır ki, ümumi satış pulu ilə ümumi xərclər arasındakı fərq ən böyük kəmiyyətə çatdıqda gəlir maksimum olur.
Fərz edək ki, firmanın məhsuluna tələb bir o qədər də yüksək deyil, bu halda ola bilər ki, bazar qiyməti orta xərclərin heç də hamısını deyil, yalnız orta dəyişənləri və orta təsbit olunmuş xərclərin bir qismini ödəsin (şəkil 19.12). Bu halda əgər firma qısamüddətli dövrdə fəaliyyətini dayandırsa, onun zərəri təsbit olunmuş xərclərin kəmiyyətinə bərabər olacaq (onsuz da bank kreditinə, lizinqə görə ödəmələri etmək lazım gələcək). Lakin qısamüddətli dövrdə firma istehsalını MR = MC olan həcmdə davam etdirsə, onda əməliyyat gəliri adlandırılan gəlir əldə etmiş olar və bununla da zərəri minimallaşdırar. Qiymət orta dəyişən xərclərdən yüksək olduğundan bu müsbət xərc (şaquli NE parçası) orta əməliyyat gəlirini təşkil edəcək. Ümumi əməliyyat gəliri PeENK dördbucaqlısının sahəsi ilə təmsil olunacaq. Bu halda zərər yalnız təsbit olunmuş xərclərin STEPE dördbucaqlısının sahəsinə bərabər olan qismini təşkil edəcək. Şəkil 19.12-də aşkar görünür ki, qısamüddətli dövrdə istehsalın dayandırılması zamanı zərər (STNK) istehsalın davam etdirilməsi zamanı olduğundan (STEPe) xeyli çoxdur. Aydındır ki, uzunmüddətli dövrdə firma ya xərclərini xeyli azaltmalı, ya da istehsalı dayandırmalıdır. Beləliklə, MR = MC olan həcmdə məhsul istehsalı firmaya istehsalı dayandırmadan gəliri maksimallaşdırmağa və ya zərəri minimallaşdırmağa imkan verir. Bəs hansı halda firma qısamüddətli dövrdə belə istehsalını dayandırmalıdır? Aydındır ki, bunun üçün qiymət o qədər aşağı olmalıdır ki, ən yaxşı halda yalnız orta dəyişən xərclər ödənilsin.

Yüklə 56,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin