R. T. Qurbanov


  SIĞORTA MÜQAVĠLƏSĠNƏ VAXTINDAN ƏVVƏL XĠTAM VERĠLMƏSĠ



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix02.01.2022
ölçüsü291,59 Kb.
#1450
1   ...   6   7   8   9   10   11   12   13   14
13. 

SIĞORTA MÜQAVĠLƏSĠNƏ VAXTINDAN ƏVVƏL XĠTAM VERĠLMƏSĠ 

 

13.1


 

 Sığorta  qanunvericiliyində  və  ya  könüllü  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  hallarda, 

həmçinin  tərəflərin  başqa  cür  razılaşmasına  əsasən,  sığorta  müqaviləsinə  sığortalının  və  ya 

sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verilərkən,  bu  barədə  bir  tərəf  digərinə  ən  azı  30  gün 

əvvəl  (sığorta  müqaviləsi  beş  ildən  çox  müddətə  bağlanmış  olduqda  60  gün,  3  aydan  az  müddətə 

bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.

 

13.2


 

 Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə  münasibətdə)  Sığortalının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə,  sığorta 

qanunvericiliyində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin 

aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı 

bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu 

tələb  Sığortaçının  sığorta  müqaviləsi  üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  Sığortaçı 

sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə 

ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır. 

13.3


 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı,  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə  münasibətdə)  sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə  o,  sığorta 

haqlarını(qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə 

ödənilmiş  sığorta  haqlarını)  bütünlüklə  Sığortalıya  qaytarır;  əgər  bu  tələb  Sığortalının  sığorta 

müqaviləsi üzrə vəzifələrini yerinə  yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin 

aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında 

sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarını) 

qaytarır. 

13.4


 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı 

tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər 

hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta 

ödənişi  verilmişdirsə,  sığorta  haqqı(qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir 

sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır. 

13.5


 

Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək 

Sığortaçı  tərəfindən  Sığortalıya  ödənilmiş  sığorta  haqqından(qrup  halında  sığorta  zamanı  həm  də 

müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarından)  az  miqdarda  sığorta 

ödənişi  verilmişdirsə,  həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi  məbləği  arasındakı  fərq 

miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 13.1-ci və 13.2-ci 

bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

13.6


 

Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş 

qaydada  xitam  verilmiş  hesab  edildikdə,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərclərini 

çıxmaqla  müqavilənin  (qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta 




 

11 


predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 13.3-cü və 13.4-

cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.  

13.7

 

Əgər  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  işlərin  aparılması  xərcləri 



dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur. 


Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin