R Kabinetinin 1999-cu il 15 mart tarixli 41 n


Sürücülük vəsİqəsİ, İmtahanların qəbulu, sürücülük vəsİqələrİnİn verİLməsİ və dəyİşdİrİlməsİ 33



Yüklə 0.85 Mb.
səhifə4/5
tarix06.12.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5

3. Sürücülük vəsİqəsİ, İmtahanların qəbulu, sürücülük vəsİqələrİnİn verİLməsİ və dəyİşdİrİlməsİ 33

3.1. Sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.

3.2. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün.

3.3. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:

60 yaşına çatmamış şəxslər üçün — 10 il;

60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;

70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

3.4. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), vəsiqədə göstərilən məlumatların adı isə Azərbaycan və ingilis dillərində yazılır.

3.5. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumalıdır.

3.6. Bütün kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün nəzəri və təcrübi imtahanlar, QİM-nin imtahan komissiyaları tərəfindən qəbul edilir.

3.7. Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır.

Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:

Sədr — qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;

Üzvlər — tədris avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.

3.8. İmtahan komissiyası üzvləri yol hərəkəti qaydalarını və imtahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:

avtomobil ixtisası üzrə ali və ya orta ixtisas texniki təhsili;

imtahan qəbul olunan kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.

3.9. Sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları QİM məntəqələrində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər. İmtahan tədris müəssisələrinin məzunlarından imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir. 34

3.9-1. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.10-cu bəndində göstərilən sənədləri bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.

3.9-2. Sənədlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə dərhal məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.35

3.9-3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.36

3.10. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

3.10.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 37

3.10.2. müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə);

3.10.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;

3.10.4. sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə sənəd.38



Qeyd: Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Respublika ərazisində müvəqqəti yaşayan xarici vətəndaşların malik olduğu etibarlılıq müddəti keçməyən milli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər.

3.11. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmırlar.

3.12. Bu Əsasnamənin 2.10 bəndinin tələblərinə uyğun olaraq, imtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 20 gündən tez olmayaraq qəbul oluna bilər. İki dəfə nəzəri və ya təcrübi imtahandan qeyri-məqbul qiymət almış, imtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahana buraxılırlar. 39

3.13. Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi, imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Əsasnamənin 1 və 2 nömrəli əlavələrinə uyğun formada protokolla sənədləşdirilir.

3.14. Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir.

3.15. Sürücülük vəsiqəsi, yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən 30 dəqiqə ərzində verilir. 40

3.15-1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:

3.15-1.1. etibarlılıq müddətinin qurtarması;

3.15-1.2. sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;

3.15-1.3. yazılarında dəqiqsizlik müəyyən edilməsi;

3.15-1.4. yararsız hala düşməsi;

3.15-1.5. itirilməsi;

3.15-1.6. yeni nümunəsinin təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

3.15-2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.

3.15-3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

3.15-3.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

3.15-3.2. sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);

3.15-3.3. qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz;

3.15-3.4. bu Əsasnamənin 3.3-cü bəndinin üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulduğu hallarda tibbi arayış.

3.15-4. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir. 41

3.16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar bu Əsasnamədən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təsdiq etdiyi müvafiq təlimatlarla tənzimlənir.

n03_mar99_s0611

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-
cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
3 nömrəlİ əlavə

Nəzəri imtahanın keçirilmə

Metodikası*

1. İmtahanın keçİrİlmə formaları

1.1. Yol hərəkəti qaydaları üzrə nəzəri imtahan informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qəbul edilir.

1.2. İmtahan prosesinin interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında quraşdırılan videokameralar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. 42

2. İmtahanın məzmunu

2.1. Nəzəri imtahan aparılarkən sürücülüyə namizədin biliyi və fənni necə başa düşməsi müəyyən edilir:

qanunçuluğu, o cümlədən xüsusi diqqət yetirməklə nəqliyyat vasitələrindən istifadə edilməsi barədə əsasnaməni və yol hərəkət qaydalarının pozulmasına görə inzibati məsuliyyəti;

yol hərəkətinə, yol nişanlarına və siqnallarına, yolların nişanlanmasına və nişanların mənalarına aid qayda və tələbləri;

hərəkət vaxtı nəqliyyat vasitələrinin təhlükəsizliyinə aid texniki tələbləri;

iş gününün uzunluğu və istirahət vaxtları da daxil olmaqla yol hərəkətinin təhlükəsizliyinə dair bilavasitə sürücüyə aid olan qaydaları;

yol-nəqliyyat hadisələri baş verdikdə sürücülərin düzgün davranışına aid qaydaları;

yol-nəqliyyat hadisəsini törətdikdə sürücünün mülki və cinayət məsuliyyəti;

yol-nəqliyyat hadisələrinin baş verməsinə imkan yaradan amilləri;

yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat vasitələrinin elementlərini;

yol-nəqliyyat hadisələri nəticəsində zədə almış şəxslərə ilk tibbi yardım (həkimdən əvvəl) göstərilməsinin üsullarını;

nəqliyyat vasitələrindən ətraf mühitə yayılan zərərli maddələrin normadan artıq olmasına imkan verməyən nəzarət-nizamlama işləri və idarəetmə üsullarını.

2.2. İmtahan sualları, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq arzusunda olan şəxslərdən, yol hərəkəti qaydaları haqqında imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuşdur.43

İmtahan sualları yol-hərəkət qaydalarının bütün fəsillərini, hərəkətin təhlükəsizliyi tələblərini və tibbi hazırlığı əhatə edir.

Hər bir namizədə 10 sual verilir. Öz növbəsində hər bir sualın 2-dən 5-dək cavabı vardır ki, onlardan yalnız biri tam və düzgündür.44

2.3. Yol hərəkəti qaydalarına, digər sənədlərə əlavələr və dəyişikliklər edilərsə və yaxud suallar cavablara uyğun gəlmədikdə, belə suallar imtahan üçün yararsız sayılır.45

İmtahanlar, yalnız qüvvədə olan normativ sənədlərə tam cavab verən qaydada hazırlanmış suallara əsasən aparılır.

2.4. İmtahanların nəticələri bu metodikaya əlavədə göstərilən formada xüsusi imtahan vərəqəsində qeyd olunur.



3. Nəzərİ İmtahanın keçİrİlməsİ

3.1. Otağın sahəsindən və orada olan avadanlıqdan, eləcə də imtahan verənlərin davranışına nəzarət etməyin mümkünlüyü ilə əlaqədar olaraq, imtahan eyni zamanda bir neçə şəxsdən qəbul edilir.

İmtahan verənin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənədi əsasında müəyyənləşdirilir.46

3.2. İmtahan aparatı və imtahan vərəqi ilə rəftarla bağlı izahat apardıqdan sonra imtahan verən şəxsə bilet götürülməsi təklif edilir. İmtahan vaxtı 15 dəqiqə müəyyənləşdirilir. 47

İmtahan verən hər bir sualı diqqətlə oxumalı və təklif edilmiş variantlardan ən tam və düzgün bir cavab seçməlidir.

Bütün dərəcələrdən olan avtonəqliyyat vasitələrinin, eləcə də tramvay və trolleybus sürücülərinə cavab üçün 10 sual təklif edilir.

3.3. Bütün suallara cavab verdikdən sonra imtahan verən şəxs, imtahan vərəqəsini qəbul edən QİM əməkdaşına təhvil verir.

İmtahanların nəticələri informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müəyyən edilir.48

İmtahan verən şəxsə məqbul qiymət o halda verilir ki, ona təklif olunmuş 10 sualdan 9-na düzgün cavab vermiş olsun.

Təklif edilmiş suallara 15 dəqiqə ərzində cavab verə bilməyən və yaxud 2 səhv edən şəxs imtahanı verməmiş hesab edilir.

3.4. İmtahan keçirilməzdən əvvəl QİM-in əməkdaşı imtahan verilmə qaydaları və bu işlə əlaqədar imtahan verən şəxsə izahat verməlidir. 49

Nəzəri imtahan

keçirilməsinə metodikasına

ƏLAVƏ


Yol hərəkəti qaydalarına aid imtahan

VƏRƏQƏSİ50



Sürmə təliminin imtahan cədvəli

Al

A

B

C

D

BE

CE

DE

Troll.

Tramv.

YHQ-dan imtahan cədvəli

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Soyadı_______________________________________________

Adı _________________________________________________

Atasınınadı __________________________________________

Doğulduğu vaxt və yer________________________________

_____________________________________________________

_____________________________________________________

Yaşadığı yer __________________________________________

_____________________________________________________

Həkim müayinəsindən keçmişdir _______________________

_____________________________________________________

_____________________________________________________
İmatahan verənin

imzası


-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

İmatahanın səbəbi

(lazım olanın Altından

xət çəkin)

İlk sürücülük vəsiqəsinin alınması ,

Sürücülük hüququndan mərhum etmə müddətinin bitməsi
Dövlət aftomobil müfətdişi__________________________


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-
cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
4 nömrə əlavə

Təcrübi imtahanın keçirilmə

Metodikası*

1. Nəqlİyyat vasİtəsİ və onun avadanlığı

1.1. Sürücülüyə namizəddən təcrübi imtahan uyğun dərəcəli nəqliyyat vasitəsində qəbul edilir:

1.1.1. "B" - minik avtomobillərində;

1.1.2. "BE" - qoşqulu minik avtomobillərində;

1.1.3. "C" - yük avtomobillərində;

1.1.4. "CE" - qoşqulu yük avtomobillərində;

1.1.5. "D" - avtobuslarda;

1.1.6. "DE" - qoşqulu avtobuslarda. 51

1.2. Təcrübi imtahan qəbulu üçün nəzərdə tutulmuş avtomobillər əlavə ilişmə (avtomatik transmissiyalı nəqliyyat vasitələrindən başqa) və tormoz ayaq altlıqları ilə, eləcə də sağ arxanı göstərən güzgü ilə təchiz edilməlidir.

1.3. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə edilməlidir.52



2. Avtomobİldə İmtahan qəbul edİlməsİnİn təşkİlİ

2.1. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul edilir:53

2.1.1. avtodrom və ya bağlı meydançanın ərazisinin örtüyü möhkəm olmalı, onlar nəqliyyat vasitələrinin hərəkətlərindən ayrılmalı və imtahan qəbul edilməsi üçün müvafiq vasitələrlə təchiz edilməlidir.

İmtahanın birinci mərhələsində təcrid edilmiş ərazidə sürücülüyə namizədin sürmə təlimi elementlərinin yerinə yetirilməsi bacarığı və vərdişi yoxlanılır;

2.1.2. “B”, “C”, “D” təcrübi nəqliyyat vasitələrində, birinci mərhələdə imtahan üçün istifadə edilən ərazinin mütləq aşağıda göstərilən quruluşları olmalıdır:

2.1.2.1. yoxuş sahəsi (maillik 16%-dən aşağı olmayaraq);

2.1.2.2. hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi;

2.1.2.3. avtomobilin geriyə dayanacaq yerinə verilməsi üçün qutu (boks).

Avtodromun, yaxud bağlı meydançanın ölçüləri və onlardakı element quruluşları, imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuş avtomobillərin ölçülərindən asılı olaraq müəyyən edilir;

2.1.3. daimi avtodrom, yaxud da bağlı meydança olmadıqda, başqa ərazidən də istifadə edilə bilər. Bu halda onların element quruluşları daşına bilən vasitələrin köməyi ilə tərtib olunmalıdır:

2.1.3.1. minik avtomobilləri üçün “hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi”nin və “avtomobillərin geriyə dayanacaq yerinə verilməsi üçün boks”un elementləri, 1,2 m hündürlüyündə, davamlı özülü olan, yuxarılarında bayraqlar asılmış və boz-yaşıl rəngli dayaqlarla təchiz edilir.

Yük avtomobilləri üçün isə belə elementlər, aralarında tarıma çəkilmiş tros və onlara rəngli bayraqlar bağlanmış dayaqlarla təchiz edilir.

Tarıma çəkilmiş trosun hündürlüyü, avtomobilin yük platformasının hündürlüyünə uyğun gəlməlidir;

2.1.3.2. bütün tipli avtomobillər üçün nəzərdə tutulmuş “Yoxuşlu sahə” elementi, kifayət qədər davamlığı olan və onun üzərindən keçərkən hərəkətin təhlükəsizliyini təmin edən estakada kimi də düzəldilə bilər;

2.1.4. vaxt itkisinə yol verməmək məqsədi ilə bağlı meydançalarda elementlərin yerləşdirilməsi onlarda eyni zamanda iki və daha çox avtomobildə imtahanların qəbulu mümkün olduqda məqsədəuyğun hesab edilir. Hərəkət yol nişanlarının və nişanlanma xətlərinin köməyi ilə təşkil olunur.

Sürücülüyə namizədi əvvəlcədən tanış etmək üçün sınaq elementləri göstərilməklə bağlı meydançanın və ya avtodromun hərəkət sxemi tədris müəssisələrində yaxşı görünən yerdə asılmalıdır.54

2.2. Sınaq marşrutunda hərəkətin sıx olduğu şəraitdə:

2.2.1. aşağıda göstərilən şəraitlərdə sürücülüyə namizədin bilik və vərdişlərinin sınaq marşrutunda mütləq yoxlanılması aparılmalıdır:

2.2.1.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4 nömrəli əlavəsində verilən üstünlük nişanlarından 2.4 “Yol verin”, yaxud 2.5 “Dayanmadan keçmək qadağandır” nişanında yol ayrıcından keçmək;

2.2.1.2. xəbərdaredici, istiqamətverici və sürücüyə məlumat verən digər nişanları olan yol sahəsindən keçmək;

2.2.1.3. svetoforla nizamlanan, yaxud nizamlanmayan yol ayrıcından keçmək;

2.2.1.4. iki dəfə sola dönmənin, yaxud da bir dəfə geriyə dönmənin yerinə yetirilməsi;

2.2.1.5. iki dəfə sağa dönmənin yerinə yetirilməsi;

2.2.1.6. bir istiqamətdə hərəkət üçün iki və daha çox zolağı olan yolla hərəkət.

2.2.2. QİM-i üçün sınaq marşrutlarının sayı, xidmət edilən əhalinin sayı, küçə yol şəbəkəsinin vəziyyəti və uzunluğundan asılı olaraq müəyyən edilir.55

Marşrutların sayının əhalinin sayı 500000 və daha çox olan şəhərlərdən 5-dən 10-a qədər, digər yaşayış məntəqələrində isə 3-dən 5-ə qədər olması məsləhət görülür.


Каталог: files -> legislation
legislation -> Hərbi-həkim ekspertizası haqqında Əsasnamə
legislation -> Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında
legislation -> Sosial müavinətlər haqqında
legislation -> Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
legislation -> Azərbaycan Respublikasının Seçki Məcəlləsi
legislation -> Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında
legislation -> Hərbi vəzifə və hərbi xidmət haqqında
legislation -> Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında
legislation -> Əhalinin sağlamlığının qorunması haqqında


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə