R Kabinetinin 1999-cu il 15 mart tarixli 41 n


II. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn İstİsmarının əsasları kabİnetİ (sİnfİ)



Yüklə 0,85 Mb.
səhifə2/5
tarix06.12.2016
ölçüsü0,85 Mb.
#948
1   2   3   4   5

II. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn İstİsmarının əsasları kabİnetİ (sİnfİ)

1. Azərbaycan Respublikasında avtomobil daşımalarını xarakterizə edən diaqramlar.

2. Avtomobil nəqliyyatı müəssisələrinin struktur sxemi.

3. Avtomobillərin parklarda və açıq dayanacaqlarda yerləşdirilməsi sxemi.

4. Avtomobillərə texniki qulluğun texnoloji prosesinin sxemi.

5. Avtomobil daşımalarının mərkəzləşdirilmiş idarə edilməsinin sxemi.

6. Avtomobil təhvil-təslim aktı, yol vərəqəsi, mal-nəqliyyat qaimələri, avtomobilin cari təmirinə sifariş, ehtiyat hissələrin və materialın alınması üçün tələbnamə, avtomobilin boş dayanma aktları, yükün çəkilməsi, yükün əskik gəlməsi (xarab olması) barədə sənədlərin tərtib olunması üzrə plakatlar dəsti.

7. Avtomobillərə texniki qulluq, avtomobil nəqliyyatında əməyin mühafizəsi və təhlükəsizliyinə aid plakatlar dəsti.

8. “Sürücülərin əmək haqlarının vahid tarif stavkası”, “Yanacaq-sürtkü materiallarının məsrəf normaları”, “Avtomobil nəqliyyatı vasitələrinin işinin texniki-istismar göstəricilərinə aid müxtəlif cədvəllər” (plakatlar).

9. Avtomobillərə (avtobuslara, qoşqulara) texniki qulluq üzrə nəzəri sualları izah edərkən əyani nümayiş etdirmək üçün tərtibatların və alətlərin nümunələri.

10. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:

proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;

kinoproyektor, diaproyektor, ekran;

avtomobil nəqliyyatı vasitələrinin istismarı və texniki qulluğu üzrə kinofilmlər və daifilmlər.



III. Yol hərəkətİ qaydaları kabİnetİ (sİnfİ)

1. Yol nişanları və əlavə məlumat vasitələrinin elektrikləşdirilmiş stendi.

2. Müxtəlif yolayrıcıları və dairəsi hərəkətli meydançaların metal əsasında təsvirlərini göstərən planşetlər dəsti (müəllim üçün).

3. Yolayrıcılarında və meydançalarda avtomobillərin keçirilməsi üzrə məsələlərin həll edilməsi üçün avtomobil nəqliyyatı vasitələrinin yol nişanlarının maqnitli maketləri.

4. Yolayrıcıları və meydançaların sxemlərinin dəsti (tədris partalarının sayına uyğun, şagirdlər üçün).

5. Yolların nişanlanması və onun yollarda, körpülərdə, kəsişən yolların üstündən salınan körpülərdə və başqa yerlərdə tətbiqinə aid tədris-əyani vəsaitlər.

6. Svetoforların (bütün tiplər üzrə) elektrikləşdirilmiş modelləri.

7. Nizamlayıcının siqnallarına aid tədris-əyani vəsaitlər.

8. Tədris müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin sxemi, yaxud nizamlayıcı vasitələrin (nizamlayıcıların, svetoforların, yol nişanlarının, yolların nişanlanmasını) qoyulmasını işarə etməklə təlim marşrutları.

9. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, manevretməsi, ötmə, dəmiryol keçidlərinin keçirilməsinə aid tədris-əyani vəsaitlər.

10. Yüklərin və sərnişinlərin daşınmasına və dəstədə hərəkətə aid tədris vəsaitləri.

11. Avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti və avadanlaşdırılması, nömrə, tanınma və xəbərdarlıq nişanları, yazılar və işarələrə aid tədris-əyani vəsaitlər.

12. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:

proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;

kinoproyektor, diaproyektor, ekran;

yol hərəkəti qaydaları üzrə kinofilmlər və daifilmlər.



IV. Hərəkət təhlükəsİzlİyİnİn əsasları və İlk tİbbİ yardım kabİnetİ (sİnfİ)

1. Avtomobilin hərəkət nəzəriyyəsi və avtomobilin sürülməsinin psixofizioloji əsaslarına aid tədris-əyani vəsaitlər.

2. Avtomobilin müxtəlif yol və hidrometeoroloji şəraitlərdə sürülməsinin texniki üsullarına (fənlərə) aid tədris-əyani vəsaitlər.

3. Hərəkətin təhlükəsizliyinə təsir edən mexanizmləri və cihazları göstərməklə avtomobilin (avtobusun) sxemi.

4. Avtomobil nəqliyyatı vasitəsi sürücüsünün əməyinin gigiyenası, yol-nəqliyyat hadisələri zamanı ilk tibbi yardımın göstərilməsi, sürücünün tibb aptekçəsinin məzmununa aid tədris-əyani vəsaitlər.

5. Respublikanın şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə fotomaterialları əks etdirən stend.

6. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:

sürücünün psixofizioloji xassələrinin (diqqət, nəzər nöqtəsi, baxışın dəyişilmə vaxtı, uyğunlaşma vaxtı və s.) yoxlanılması və məşq etdirilməsi üçün cihazlar;

proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;

kinoproyektor, diaproyektor, ekran;

hərəkət təhlükəsizliyinin əsaslarına və ilk tibbi yardıma aid kinofilmlər və daifilmlər.

V. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn quruluşu üzrə laboratorİya

Laboratoriyada hər mövzu üzrə manqanın (briqadanın) nəzərdə tutulmuş işinin yerinə yetirilməsini təmin etmək üçün öyrənilən avtomobillərin (avtobusların, qoşquların) mexanizmləri, aqreqat hissələri və cihazları yerləşdirilir. O cümlədən:



1.

İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərriklər, yığılmış halda

— 8 ədəd

2.

Ötürmələr qutusu

— 2 ədəd

3.

Bölüşdürücü qutu

— 2 ədəd

4.

Qabaq aparan körpülər

— 2 ədəd

5.

Arxa (orta) körpülər

— 2 ədəd

6.

Qida sisteminin cihazları

— 8 kom.

7.

Alışdırma sisteminin cihazları

— 4 kom.

8.

İşıqlandırma və siqnalizasiya cihazları

— 4 kom.

9.

Generator və rele-nizamlayıcılar

— 4 kom.

10.

Starterlər

— 4 ədəd

11.

Kardan ötürmələri yığılmış halda

— 2 kom.

12.

Amortizatorlar

— 4 ədəd

13.

Hidravlikləndirici sükanlı idarəedicilər, sükan mexanizmi

— 4 kom.

14.

Hidravlik və pnevmatik intiqallı tormoz sistemləri

— 4 kom.

15.

Sökmə-yığma işlərini aparmaq üçün alətlər, tərtibatlar və çıxarıcılar

— 8 kom.

16.

İşçi stolları (çilingər dəzgahları)

— 8 ədəd

17.

Tədris sənədləri




18.

Tibbi aptekçə




19.

Yanğın əleyhinə vasitələr




VI. Avtomobİl nəqlİyyatı vasİtələrİnə texnİkİ qulluq üzrə laboratorİya

1.

Öyrənilən komplektləşdirilmiş əsas avtomobillər (avtobuslar, qoşqular)

— 8 ədəd

2.

İsti nizamlanma aparmaq üçün öyrənilən əsas mühərriklər (altlıqlar üzərində)

— 8 ədəd

3.

Nizamlanma rəqəmlərini, texniki qulluqların növləri üzrə yerinə yetirilən işlərin siyahısını göstərən cədvəllərin şitləri

— 2 ədəd

4.

Öyrənilən avtomobillərin (avtobusların, qoşquların) yağlama xəritələri

— 4 ədəd

5.

Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün istismar materialları dəsti




6.

Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün açarlar, tərtibatlar və cihazlar dəsti. O cümlədən:







avtomobilin elektrik avadanlığının texniki qulluğu və təmiri üçün alətlər dəsti karbüratorçunun alətlər dəsti

— 4 kom.




karbüratorçunun alətlər dəsti

— 4 kom.




dinamometrik dəstək

— 4 ədəd




sükan idarəsinin yoxlanılması üçün cihazlar

— 4 kom.




təkərlərin çəpliyinin (razval) ölçülməsi üçün xətkeş

— 2 ədəd




vulkanizasiya üçün əl məngənəsi

— 2 ədəd




300 mm-lik metal xətkeşlər

— 4 ədəd




avtostetoskop

— 4 ədəd




alışdırma şamlarının yoxlanması və təmizlənməsi üçün məmulatlar dəsti

— 2 ədəd




pnevmatik intiqallı tormozların yığılması üçün cihazlar

— 2 ədəd




yük avtomobillərinin şinlərinin quraşdırılması üçün stendlər

— 2 ədəd




sürücünün alətlər dəsti

— 8 kom.

7.

İşçi stolları (çilingər dəzgahları)

— 8 ədəd

8.

Tədris sənədləri




9.

Tibbi aptekçə




10.

Yanğın əleyhinə vasitələr




VII. Avtotrenajorlar kabİnetİ (sİnfİ)

1.

Öyrənilən marka avtomobillərin trenajorları

— 8 ədəd

2.

Komandanın verilməsi və müdavimlərin hərəkətinə nəzarət pultu

— 1 ədəd

3.

Kinoproyektor (diaproyektor) ekranla birlikdə

— 1 ədəd

VIII. Təlİm avtodromu (sürmə təlİmİ üçün meydança)

Təlim avtodromu avtomobil nəqliyyatı vasitələrinin sürülməsi üzrə tədris proqramının tələbinə uyğun avadanlıqlaşdırılır.

Təlim avtodromunun əsas elementləri:

sürmə təliminin ilkin tapşırıqlarının yerinə yetirilməsi üçün meydança və dairəvi marşrut;

qabarit tunelləri, darvazalar, səggizvari, ziqzaqvari keçidlər;

dəmiryol platformaları və keçidləri;

estakadalar;

təpə və yamaclar;



yol nişanları, svetoforlar, hərəkət hissəsinin nişanlanması, istiqamətlər (oriyentir).

n03_mar99_s0602n03_mar99_s0603

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-
cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.

Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması

qaydaları

I. Ümumİ müddəalar

1.1. Bu Qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.

1.2. İşi, fəaliyyəti, təhsili, sosial vəziyyəti ilə əlaqədar tədris müəssisələrində sürücülük ixtisası üzrə hazırlıq keçə bilməyən Azərbaycan Respublikası vətəndaşları yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara, müstəqil hazırlaşa bilərlər.

1.3. Müstəqil hazırlaşmış şəxslər “A1“, “A” və ya “B” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədi ilə imtahanlara buraxıla bilərlər.11

1.4. Müstəqil hazırlaşmış şəxslərdən imtahanların qəbulu və onlara sürücülük vəsiqələrinin verilməsi “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnamənin* tələblərinə uyğun həyata keçirilir.



2. Müstəqİl hazırlıq keçmək İstəyən şəxslərİn qeydİyyata alınması

2.1. İşi, fəaliyyəti, təhsili və sosial vəziyyəti ilə əlaqədar tədris müəssisələrində sürücülük ixtisası üzrə hazırlıq keçə bilməyən şəxslər DİN DYP İdarəsinə ərizə ilə müraciət edirlər.

2.2. DYP vəzifəli şəxsi müstəqil hazırlaşmaq istəyən vətəndaşın orta ixtisas və ali təhsil haqqında sənədi və onun nəqliyyat vasitəsini idarə etməyə yararlılığı barədə tibbi arayışı əsasında ərizəçini qeydiyyata alır. 12

2.3. Ərizə qeydiyyata alındıqdan sonra DYP vəzifəli şəxsi vətəndaşa imtahanların qəbulu vaxtını təyin edir.

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin