R b a y c a n X z r d n z g m


fəaliyyətinin nəticələrini tam şəffaf açıqlayan Hesabatda



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə19/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   15   16   17   18   19   20   21   22   ...   55
fəaliyyətinin nəticələrini tam şəffaf açıqlayan Hesabatda 

keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mü-

hafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə 

yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini 

tapmışdır. AXDG-nin Davamlı İnkişaf haqqında Hesabatı 

Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sis-

teminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud 

tələbləri nəzərə alınaraq hazırlanmışdır. Bu proses 2015-ci 

ilin noyabrından başlanmış və sənəd 2016-cı ilin əvvəlində 

dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən olan 

“Ernst & Young”a təqdim edilmişdir.

Davamlı  İnkişaf  haqqında  Hesabatda  yer  almış  hər  bir 

məsələ daim Gəmiçilik rəhbərliyinin diqqət mərkəzindədir. Bu 

barədə geniş izah və şərhlər müvafiq bölmələrdə öz əksini tap-

mışdır.

Beynəlxalq  iqtisadiyyatda  müşahidə  edilən  qlobal  çətin-

liklər, onların iqtisadi fəaliyyətə təsiri fonunda davamlı inki-

şafın təmin olunması, iqtisadi, sosial və ekoloji sahələrdə qar-

şıya qoyulmuş vəzifələrin reallaşdırılması AXDG üçün uğurlu 

fəaliyyətin başlıca meyarıdır. Bu istiqamətdə Davamlı İnkişaf 

haqqında  Hesabatın  hazırlanması,  onun  müstəqil  beynəlxalq 

auditinin keçirilərək dərc edilməsi müstəsna əhəmiyyətə ma-

likdir və bundan sonra da Gəmiçiliyin fəaliyyətində şəffaflığın 

təmin edilməsinə xidmət edəcəkdir.

Qeyd edək ki, bu, AXDG-nin Davamlı İnkişaf sahəsində 

ilk  hesabatıdır.  Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi  Xəzər 

hövzəsində  Sosial  Korporativ  Məsuliyyəti  üzrə  fəaliyyətinə 

dair Davamlı İnkişaf haqqında Hesabatını açıqlayan ilk gəmi-

çilik şirkətidir. 


Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin