Prezident İlham Əliyev müəssisəni işə saldı



Yüklə 46,48 Kb.
səhifə1/3
tarix29.11.2023
ölçüsü46,48 Kb.
#169991
  1   2   3
İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki


İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, müəssisənin tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilmişdir. Zavod 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın “Cnim” şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilmişdir. Bu sahədə dünyanın ən aparıcı şirkətlərindən biri olan və 50 illik təcrübəyə malik “Cnim” bir çox ölkələrdə, xüsusilə də Avropada 120-dən çox bu tipli zavod tikmişdir. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.
Bildirildi ki, 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən bu zavodun 20 illik istismarı da “Cnim” tərəfindən həyata keçiriləcəkdir.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Məlumat verildi ki, zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalacaqdır. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaqdır. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcəkdir. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaqdır.
Məlumat verildi ki, bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcəkdir. Yanma zamanı əmələ gələn tüstü külü xüsusi süzgəclərlə tutulacaqdır. Daha ağır və zərərsiz olan dib külündən isə yol tikintisində istifadə edilə bilər. Tullantı hədlərinin monitorinqinin gündəlik aparılacağı zavod ətraf mühitin idarə edilməsi üzrə ISO 14001 standartlarına tam cavab verir. Zavodun fəaliyyəti nəticəsində illik 100 min tona yaxın karbon dioksin-CO2 qazı ekvivalentində istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısı alınacaqdır.
Sonra dövlətimizin başçısı məişət tullantılarının idarə olunması sahəsində görülən işlərdən bəhs edən filmə baxdı.
Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:
- Əziz dostlar.
Hörmətli xanımlar və cənablar.
Mən sizi Balaxanıda tikilmiş bərk məişət tullantılarının yandırılması zavodunun açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl hadisədir. Bu kiçik filmdə zavodun tikilməsi ilə bağlı bəzi məqamlar göstərilmişdir. Üç il bundan əvvəl - 2009-cu ilin noyabr ayında bu yerdə zavodun təməl daşı qoyuldu. Çox şadam ki, qısa müddət ərzində belə nəhəng sənaye müəssisəsi yaradılmışdır. Bu zavodun tikintisində iştirak etmiş bütün qurumlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Zavodun dəyəri, yəni, qoyulan investisiyanın həcmi 365 milyon avrodur. Onun bir hissəsi İslam İnkişaf Bankı tərəfindən kredit şəklində verilmişdir. Qalan hissə isə Azərbaycanın dövlət büdcəsi hesabına formalaşdırılmışdır.
Zavodun tikintisində Fransanın böyük təcrübəyə malik olan “Cnim” şirkətinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, bu şirkətlə əməkdaşlığımız bundan sonra da davam edəcəkdir. Çünki 20 il ərzində zavodun idarə edilməsi “Cnim” şirkətinə həvalə edilmişdir. Mən çox şadam ki, Fransanın böyük şirkəti olan “Cnim” ilə Azərbaycan arasında belə işgüzar münasibətlər qurulmuşdur. Mən bu ilin sentyabr ayında Fransanın aparıcı şirkətləri ilə “Medef”də görüşdə bir daha gördüm ki, Azərbaycan ilə əməkdaşlıq etmək, biznes əlaqələrini genişləndirmək üçün hər iki tərəfdə böyük maraq vardır və böyük imkanlar açılır. Fransa şirkətləri uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərirlər. İstər energetika, istərsə də qeyri-neft, tikinti, nəqliyyat sektorlarında, kosmik sənaye müəssisələrinin inkişafında bizə kömək göstərirlər. Bu böyük investisiya tutumlu müəssisənin yaradılması da Fransa şirkəti tərəfindən icra edilmişdir.
Zavodun tikintisinə böyük ehtiyac var idi. Çünki bu kiçik filmdə göstərildiyi kimi, bu ərazi ekoloji fəlakət zonası idi. Bakı sakinləri yaxşı bilirlər ki, uzun onilliklər ərzində bu bölgədə yığılan tullantılar faktiki olaraq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbə vurmuşdur. Məişət tullantılarının burada yığılması və bir çox hallarda yandırılması ekoloji vəziyyəti daha da gərginləşdirirdi. Bu ərazinin üzərində daim tüstü buludları var idi. Bu tüstü Bakını bürüyürdü, bunun insanların sağlamlığına, şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsiri olmuşdur. Bir neçə il bundan əvvəl bütövlükdə Bakının və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməyə başlanmış və onların içərisində bu zavodun tikintisi xüsusi yer tutmuşdur. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini davam etdirir. Çünki bizim üçün insanların sağlamlığı hər şeydən üstündür.
İnsanların sağlamlığının təmin edilməsi üçün kompleks tədbirlər görülür. Son illər ərzində Azərbaycanda, xüsusilə Bakıda ağacəkmə kampaniyası geniş vüsət almışdır. Artıq bu, kampaniya deyildir. Bu, artıq dövlət siyasətidir. On milyondan çox ağac əkilmişdir.
Bakının və bütün şəhərlərin təmiz içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edilir. Bu layihələrin əsas hissəsi, yəni, mütləq əksəriyyəti gələn ilin sonuna qədər başa çatacaqdır. Beləliklə, hər bir şəhərdə, hər bir rayon mərkəzində əhali keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli su ilə təmin ediləcəkdir ki, bu da tarixi nailiyyət olacaqdır. İki il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhərində içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdırılmışdır və bu istiqamətdə əlavə tədbirlər görülür. Tədbirlər nəticəsində vəziyyət daha da yaxşılaşacaqdır. Yəni, bu zavodun tikintisi böyük siyasi istiqamətin və eyni zamanda, sosial istiqamətin tərkib hissəsidir.
Bu zavodda Avropada mövcud olan ən sərt ekoloji normalar, meyarlar tətbiq edilir. Bu zavod ekoloji cəhətdən demək olar ki, dünya miqyasında ən öncül yerlərdədir. Eyni zamanda, burada ən müasir texnoloji proses də yaradılmışdır. Texnoloji cəhətdən yüksək avadanlıq gətirilmiş, quraşdırılmış və bu proses demək olar ki, tam şəkildə avtomatlaşdırılmışdır.
Zavodun istismara düşməsi və daha əvvəl tikilməsi nəticəsində müəssisənin ətrafında digər obyektlərin yaradılması üçün konkret tədbirlər görülmüşdür. Buraya gəlməzdən əvvəl mən yaxınlıqda yerləşən çeşidləmə zavodunun fəaliyyəti ilə tanış olmuşam. Məhz “Cnim” tərəfindən tikilmiş bu müəssisənin nəticəsi olan çeşidləmə zavodu da mühüm funksiya daşıyır. Eyni zamanda, zavodun tikintisi dövründə belə bir fikir yarandı, təşəbbüs irəli sürüldü ki, Balaxanıda texnologiya parkı yaradılsın və bu gün o texnologiya parkının təməl daşı qoyulacaqdır. Yəni, gözəl bir təşəbbüsün görün nə qədər böyük təsiri vardır və burada yüzlərlə iş yeri açılmışdır. Burada işləyən işçilərin əksəriyyəti yerli vətəndaşlardır və getdikcə yerli kadrların sayı artacaqdır. Onlar yüksək maaş alırlar. Yəni, bu zavodun tikintisi kompleks tədbirlərin görülməsində bizə kömək göstərir. Onu da qeyd etmək istəyirəm ki, zavodun tikintisi ilə bağlı Balaxanıda sosial layihə də həyata keçirilmişdir. Balaxanı qəsəbəsinin içməli su ilə təchizatı üçün yeni layihə icra edilməyə başlamış və yaxın zamanlarda başa çatacaqdır. Bu layihənin dəyəri təqribən 10 milyon manat ətrafındadır. Bu layihə onu göstərir ki, biz məsələlərə kompleks şəkildə yanaşırıq, qarşıya qoyulan hədəfə uğurla çatırıq.
Mən əminəm ki, uzun illər bundan sonra zavod səmərəli şəkildə fəaliyyət göstərəcəkdir. Zavodun istehsal gücü 500 min tondur. Bakı şəhərində bəzi məlumatlara görə, daha çox məişət tullantıları yığılır və istisna edilmir ki, gələcəkdə zavodun sahəsi genişlənə bilər. Buna imkan da vardır. Əsas məsələ bundan sonra ondan ibarətdir ki, məişət tullantılarının yığılması, çeşidlənməsi, yandırılması və təkrar emala verilməsi prosesini biz bir-biri ilə uzlaşdıraq. Hazırda biz məsələnin son mərhələsini həll etdik. Çeşidləmə, yandırma, təkrar emal. Amma bu prosesin ilkin mərhələsi hələ ki, bizim tələblərimizə cavab vermir. Məişət tullantılarının idarə edilməsində şəffaflıq prinsipinə mənfi təsir edən amillərdən biri də bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə ödənişlərin hansı qurum tərəfindən yığılmalı olması ilə bağlı vahid bir tənzimləmənin olmamasıdır. Bu isə eyni ödənişlərin bəzən həm “JEK” kimi tanınan və qanunsuz fəaliyyət göstərən Mənzil Kommunal İstismar İdarələri tərəfindən, həm də bələdiyyələr tərəfindən toplanması ilə nəticələnir.41 Deputat F. Mustafanın fikrincə, sözügedən qurumların vətəndaş qarşısında heç bir xidmətləri olmadığına görə vətəndaş heç birinə ödəniş etməməlidir.42 Son dönəmdə bütün kommunal xidmət haqlarını elektron qaydada ödəmək mümkün olsa da, "zibil pulu" üçün bu, keçərli deyil.43 Bu da tullantıların yığılıb daşınması üçün lazım olan vəsaitlərin toplanmasında şəffaflığın təmini məsələsini sual altında qoyur. Həmin pulların yığılmasına və hansı istiqamətdə xərclənməsinə dair hesabatlılıq yoxdur. Məişət tullantıların idarə edilməsi sektorunun dövlət büdcəsindən asılılığını aradan qaldırmaq üçün tullantıların idarə olunması infrastrukturu və xidmətlərinə özəl sektor investisiyalarının artırılmasına ehtiyac var. Həmçinin tullantıların idarə olunması xidmətlərini maliyyələşdirmək üçün tullantıların enerjiyə çevrilməsi layihələri kimi gəlir gətirən modellər araşdırılmalıdır. Bərk məişət tullantıları əsasən məişətdə yaranan tullantılardan ibarətdir və bəzən məişətdə yaranan kommersiya tullantıları da bura aid edilir. Bunlar, ümumiyyətlə, təhlükəli sənaye tullantıları istisna olmaqla, bərk və yarım-bərk xarakterli tullantılardır. Qalıq tullantılar çeşidlənməyən və yenidən emal olunmayan məişət xarakterli materialların əsasında yaranır.Bərk məişət tullantılarının tərkibi: ərzaq tullantıları, kağız, karton, plastik, tekstil, dəri, həyət-bağ tullantıları, taxta, şüşə, metal, kül; təhlükəli məişət tullantıları: dərmanlar, boyalar, kimyəvi maddələr, işıq və fluoresyent lampaları, aerozol balonları, gübrə və pestisid qabları, batareyalar, ayaqqabı mazı; xüsusi tullantılar (məsələn: iri həcmli tullantılar, məişət elektronikası, yağlar, şinlər).
Ümumiyyətlə, insanın məişətdə, nəqliyyatda, sənayedə fəaliyyəti nəticəsində əmələ gələn məhsullar tullantı hesab olunur. İstehsal tullantıları kimi material, xammal, yarımfabrikatlar qalığı, yəni məhsul hazırlanması prosesində əmələ gələn və özünün faydalı fiziki xüsusiyyətlərini tamamilə və ya tədricən itirmiş qalıqlar hesab olunur. İstehsal tullantıları kimi o məhsullar hesab olunur ki, xammalın fiziki-kimyəvi emalı nəticəsində əmələ gəlsin.İstehlak tullantıları sonrakı istifadəyə yararlı olmayan, müəyyən qaydada silinən maşınlar, alətlər məişət məmulatlarıdır. İstifadə imkanından asılı olaraq utiləşdirilən və utiləşdirilməyən tullantılar olur. Utiləşdirilən tullantılar üçün emal texnologiyası və təsərrüfat dövriyyəsinə qoşmaq halları olur. İkinci üçün hazırda bu hallar yoxdur.
Tullantıların bütün sinifləri bərk, pasta şəkilli, maye, toz şəkilli və ya qaz şəkilli formalarda olur. Bərk tullantılara: yararsız hala düşən metal, taxta, kardon, plastmas taralar, sürtülmüş materiallar, işlənmiş süzgəc materiallar, polimer boru kəsikləri, kabel məhsulları aiddir.

Yüklə 46,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin