R b a y c a n X z r d n z g m


ismixanov Əhmədxan Günəş oğlu



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə16/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   12   13   14   15   16   17   18   19   ...   55
ismixanov Əhmədxan Günəş oğlu – İstehsalat Xidmətləri İdarəsi 

Əsaslı təmir sahəsinin rəisi



imanov Süleyman həmzə oğlu – “Bibiheybət” Gəmi Təmiri Za-

vodu Elektrik-quraşdırma bölməsinin gəmi elektrik quraşdırıcısı



Mikayılov Rəfail qərib oğlu – “Zığ” Gəmi Təmiri Zavodunun 

direktoru



Əliyev Çingiz Mansur oğlu  -   Azərbaycan Dövlət Dəniz Akade-

miyasının rektoru



iyunun 26-da Azərbaycan Silahlı  

qüvvələrinin yaranmasının 98-ci ildönü-

mü tamam oldu.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq 

Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk 

müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan 

korpusu yaradılıb. Həmin il mayın 28-də qə-

bul  edilmiş  “İstiqlal  bəyannaməsi”ndə  qeyd 

edilirdi  ki,  Azərbaycan  özünü  xarici  mü-

daxilələrdən  müdafiə  etmək,  daxili  düşmən 

qüvvələrini  zərərsizləşdirmək  üçün  nizami 

orduya malik olmalı, özünün silahlı qüvvələ-

rini yaratmalıdır. Hökumət tərəfindən 25 min 

nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. 

Avqustun  1-də Azərbaycanın  Hərb  Nazirliyi 

təsis  olundu,  ilk  müdafiə  naziri  isə  Xosrov 

bəy Sultanov təyin edildi.

Azərbaycanda  ilk  hərbi  parad  1919-cu 

ildə Bakıda indiki Muzey Mərkəzinin yerləş-

diyi  ərazidə  keçirilib.  Qısa  müddətdə  Milli 

Ordu  Osmanlı  imperiyasının  Qafqaz  İslam 

Ordusu  ilə  birlikdə  Bakını  və  ətraf  qəzaları 

erməni-bolşevik işğalından azad edə bilmişdi.

1920-ci  ildə  Azərbaycan  sovet  Rusiyası 

tərəfindən  işğal  edildikdən  sonra  Hərbi  Na-

zirlik  ləğv  olundu,  ordumuzun  15  generalı 

bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpa-

sından sonra Azərbaycan Ordusunun yaradıl-

ması haqqında qərar qəbul edildi. Ümummilli 

lider Heydər Əliyevin 1998-ci il 22 may tarix-

li qərarına əsasən, 26 iyun - Silahlı Qüvvələr 

Günü  elan  olundu.  2011-ci  il  iyunun  26-da 

Bakıda Silahlı Qüvvələrin Ali Baş Komanda-

nı, Prezident İlham Əliyev iştirakı ilə Silahlı 

Qüvvələr  Günü  və  müstəqilliyin  bərpasının 

20 illiyi münasibətilə müasir Azərbaycan Or-

dusunun hərbi paradı keçirildi. Növbəti hərbi 

parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün 

yaranmasının 95 illiyinə həsr edildi.

Son  illər  ərzində  Azərbaycan  hərbi  po-

tensialını  xeyli  artırıb.  Ölkəmizə  ən  müasir 

silah-sursat, texnika, avadanlıq gətirilib. Ha-

zırda  maddi-texniki  təchizat  və  döyüş  qabi-

liyyəti baxımından Azərbaycan Silahlı Qüv-

vələri  Cənubi  Qafqazın  ən  güclü  ordusudur. 

Ümummilli  lider  Heydər  Əliyev  siyasətinin 

layiqli davamçısı olan Azərbaycan Preziden-

ti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı 

İlham  Əliyevin  orduya  göstərdiyi  diqqət  və 

qayğı  nəticəsində  Silahlı  Qüvvələrimiz  son 

illər  sürətlə  inkişaf  edir.  Bu  gün  ordu  quru-

culuğu dövlətimizin başçısının diqqət mərkə-

zindədir. Ordunun döyüş hazırlığı səviyyəsi-

nin artırılması, onun müasir hərbi texnika və 

vasitələrlə gücləndirilməsi, hərbi qulluqçula-

rın  sosial-məişət  şəraitinin  yaxşılaşdırılması 

istiqamətində müvafiq tədbirlər həyata keçi-

rilir.

Apreldə  baş  verən  hərbi  əməliyyatlar 



dövlətimizin,  Ordumuzun  gücünü  və  qüdrə-

tini düşmənə və bütün dünyaya nümayiş et-

dirdi. Düşmən təxribatlarının qarşısını almaq 

məqsədilə Silahlı Qüvvələrimizin bölmələri-

nin keçirdiyi əks-hücum əməliyyatı nəticəsin-

də işğal altındakı mühüm əhəmiyyətə malik 

yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit 

və əsgərlərimizin göstərdiyi rəşadət xalqımı-

zın yaddaşında həkk olundu. Aprel hadisələri 

zamanı Silahlı Qüvvələrimizə ən yüksək qiy-

məti Ali Baş Komandan İlham Əliyev verdi.

Prezident  İlham  Əliyevin  Sərəncamı  ilə 

Azərbaycanda  hərbi  sənaye  kompleksi  ya-

radılıb.  Azərbaycanda  min  addan  çox  hər-

bi  təyinatlı  məhsul  istehsal  edilir.  Dünyanın 

aparıcı beynəlxalq sərgilərində Azərbaycanın 

hərbi məhsulları nümayiş olunur.

Son  illər Azərbaycan  Müdafiə  Nazirliyi-

nin beynəlxalq hərbi əlaqələri də genişlənib. 

Azərbaycan  Ordusu  beynəlxalq  terrorizmə 

qarşı  mübarizədə  fəallıq  göstərir.  Ölkənin 

Sülhməramlı Qüvvələri Əfqanıstandakı koa-

lisiya əməliyyatlarında iştirak edir.

Azərbaycan  müdafiə  sektoruna  dövlət  

büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə 

Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələri-

ni  bir  neçə  dəfə  üstələyir.  Ötən  dövrdə  əsas 

diqqət  ordunun  maddi-texniki  təchizatının 

yenilənməsi,  infrastrukturun  yaradılması, 

hərbçilərin  məvaciblərinin  artırılması,  mən-

zil  təminatının  yaxşılaşdırılması,  həmçinin 

müdafiə  sənayesinin  inkişaf  etdirilməsinə 

yönəldilib. Bu gün dövlət qayğısı ilə hərtərəf-

li  əhatə  olunmuş  Silahlı  Qüvvələrimiz  əldə 

edilmiş nailiyyətlərlə kifayətlənmir, torpaqla-

rımızın ərazi bütövlüyünü və müstəqil dövlət-

çiliyimizi qorumağa qadir olan bütün imkan-

ları səfərbər edir.




Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin