Elektron Hökumət Layihəsinin Müasir vəziyyəti, Sosial Media və digər sahələrdə beynəlxalq təcrübə üzrə inkişaf perspektivləri XƏyalə. A. MƏMMƏdova (Ph d)



Yüklə 80,06 Kb.
tarix28.11.2016
ölçüsü80,06 Kb.
#401


Elektron Hökumət Layihəsinin Müasir vəziyyəti, Sosial Media və
digər sahələrdə beynəlxalq təcrübə üzrə inkişaf perspektivləri

XƏYALƏ .A.MƏMMƏDOVA (Ph.d)

Xəzər Universiteti

Elektron hökumət – xalqa, vətəndaşlara, işçilərə və iş ortaqlarına informasiya texnologiyalarından istifadə edərək ictimai xidmətlərin çatdırılması və bundan istifadə etmələrini təmin edən sistemdir. Dövlət- bü gündə ölkədaxili və ölkəxaricində yaşayan vətəndaşları ,hətta başqa ölkə vətəndaşlarını da əhatə edən bir qurumdur. Hal hazırda cəmiyyətimiz 2 əsas istiqamətdə yəni, qloballaşma və sürət kimi anlayışların hər keçən gündə yeni bir sahəyə nüfuz etməsini açıq-aşkar görmək olar.

Elektron hökumət anlayışı təkcə vətəndaş-dövlət münasibəti quran sadə bir veb-saytından çox irəlidə olub , siyasi –sosial, vətəndaş-dövlət əlaqəsini quran sadə bir web saytdan ibarət deyil, bu əlaqənin qurulmasında siyasi və ictimai gücə malik olan böyük bir inqilab edərək, tam anlamında onlayn şəkilə çevirir. Cəmiyyətimizin inkişaf etdiyi ,iqtisadi çətinliklərin aradan qalxdığı informasiya texnologiyalardan istifadənin sürətlə artdığı bir zamanda Azərbaycanda da digər inkişaf etmiş ölkələr kimi ,hədəf olaraq ən çox "e" xidmətlərinin genişlənməsinə yönəldilmişdir. E –hökuməti meydana gətirən amillər isə e-şirkət, e-təşkilatlar, e-vətəndaşlardan ibarətdir. Bəzi ölkələr elektron-hökumət strategiyalarına müvafiq diaqramları daxil etsələrdə, e-hökumətin strateji struktur nəzəriyyəsini həyata keçirmək kimi hesab edilə bilməz. Bu strukturun adekvat şəkildə e-hökumətin strategiyasından uzaqlaşması mümkünsüzdür.Çünki struktur komponentlərnin görülə bilən,hərəkət nöqtələri və əsas təminediciləri var. Tək Sinqapuru e-hökumət strateji strukturunu daxil edən və prinsiplərə cavab verən ölkə kimi nümunə gətirmək olar. Təbii ki , uğurlu Elektron hökumət sistemini tətbiq edən digər ölkələr də vardır:



  • Sinqapur:Sinqapurun elektron hökumət sisteminin tətbiqindəki əsas məqsədi hər cür ictimai xidmətlərdəki bürokratiyanı ortadan qaldıraraq internet vasitəsilə həyata keçirməkdir. Dövlət tərəfindən hazırlanan və xüsusi sektorda çalışan “ Sinqapur-One” adlı şəbəkəyə bütün xidmətlər üçün yüksək sürətlə çalışan, internetlə təmin olunmuşdur. Məktəblərdə internet təhsilini önə çıxarmaq məqsədilə işlər görülmüş, yaşlı, işsiz və əlillər üçün pulsuz Internet təhsilləri verilir.5 yaşından yuxarı hər vətəndaş pulsuz elektron poçt ünvanları ilə təmin olunur. Ümumi olaraq baxdıqda, Sinqapurun yeni iqtisadiyyat yarışında geri qalmaq istəməməsi açıq-aydın görünür.

  • İngiltərə: İngiltərə demək olar ki, bütün dövlət xidmətlərini iinternet mühitində reallaşdırmışdır. Sağlamlıq, turizm, İqtisadiyyat kimi mövzularda online məsləhət xidməti verən saytda bütün xidmətlər əlifba sırası ilə düzülmüşdür. Ölkədə bu veb sayta internet çıxışı olmayan vətəndaşların telefonları ilə əlaqə quraraq dövlət xidmətləri haqqında məlumat alaraq,yönləndirən qaynar xəttləri vardır.

  • Avropa Birliyi:İlk növbədə Avropa birliyi haqqında məlumat almaq istəyən hər kəs üçün ilk olaraq 1995-ci ildə saytı yaranmışdır. Yaranan zaman cəmi 1.5 milyon sənədlərin araşdırması ilə məşğul olan portal, hər gün yenilənir. Portal 11 dildə xidmət verməkdədir. Portalda e-ticarətin gücləndirilməsi üçün, ağıllı kart sistemi ilə etibarlı girişin təmini, əlillər üçün bütün xidmətlər və kağız vasitəsilə həyata keçirilən bütün əməliyyatlara dair xidmətlər tam fəaliyyət göstərir.

Elektron hökumət və sosial media

Ümumi götürdükdə sosial şəbəkələr əsasən dost-tanışla, xaricdə qohumlarla danışmaq üçün ünsiyyət və müxtəlif şirkətlər haqqında məlumatlar əldə edilməsi üçün, vətəndaş cəmiyyətinin xeyiri və inkişafı üçün interaktivliyi, bizə verdiyi üstünlüklərdən istifadəsi nəzərdə tutulub. Lakin,təəssüf ki ,bu gün Azərbaycanda böyük istifadəçi kütləmiz bu sosial şəbəklərdən effektiv istifadə etməməkləri, lazımı, faydalı və mobil inkişaf üçün veb alətlərin istifadəsi, yeni media, sosial media alətlərinin produktivliyi haqqında biliklərə yiyələnməmələri və geniş məlumat bazasına malik olmamaları, vaxtlarını mənasız virtual yazışmalara sərf etmələridir. Gənclərin dünyagörüşünün formalaşmasında, onların aktivliyinin artmasında sosial şəbəkələrin əhəmiyyətli rolu artıq bütün dünyada etiraf olunur. Belə ki, şəbəkələrdə hər hansı bir məsələ ilə əlaqədar təbliğat aparmaq, fikirlər paylaşmaq mümkün olur ki, bunun da təsirinin digər təbliğat vasitələrindən qat-qat artıq olduğu heç kimə sirr deyil.



Oxford Universitetinin tədqiqatçıları bu fəsadların nədən ibarət olduğunu araşdırıb. Araşdırmanın ümumi nəticəsi bundan ibarətdir: “Sosial şəbəkələr gənclərin qürurlu və məqsədli böyüməsinə səbəb olur, eyni zamanda gənclərin şəxsiyyətini formalaşmasına mənfi təsir edir”. Azərbaycan ərazisində internet istifadəçilərinin sayı artdıqca, gənclərimiz də sosial şəbəkələrə daha çox qoşulmağa başlayıb .Son 4 ay ərzində Azərbaycanda Facebook istifadəçilərinin sayı 2 dəfə artıb. Gənclər müstəqil həyata yenicə qədəm qoyduğundan istənilən vasitədən alınan yeni informasiya onların düşüncə tərzinə birbaşa təsir etmək gücünə malikdir . Bu fakt isə informasiyanı gənclər üçün təhlükəli məfhuma çevirir.Eyni zamanda həyatımızda daha çox sosial şəbəkələr üzərindən təsirini hiss etdiyimiz “ikinci (virtual) həyat” bir çox sahələrdə artıq baxışımızı da dəyişməkdədir.Sosial şəbəkələr və Sosial Mediadan danışdıqda ilk olaraq, ağlımıza sosial struktura malik, şəxslər və təşkilatlardan ibarət qarşılıqlı əlaqələr başa düşülür. Sosial Media əhatəli bir şəkildə, insanların fikirlərini, dünyagörüşlərini, təcrübələrini, perspektivlərini paylaşmaq və bir-birləriylə ünsiyyət halında olmaq üçün istifadə etdikləri online platformadır.Misal olaraq , Facebook, Twitter , LinkedIn , YouTube , Bloglar ,Forumlar , Wikipedia kimi ensiklopediyalar, Stackoverflow , Quora və digər sosial şəbəkələri göstərə bilərik. Bununla bağlı Facebook, Twitter, YouTube kimi sosial medya vasitələri ilə e-hökumət xidmətlərinin tətbiqində demokratik,şəffalıq və hesabatvermə kimi xidmətlərinə də nə qədər müsbət təsir göstərməsini də müzakirə edəcəyik.

Sosial şəbəkələr, texnologiya istifadəçilərinin istifadə etdiyi şəkilləri,yazı və statusları vasitəsilə başqa istifadəçilər ilə qurulan virtual münasibət kimi tanınır.Bu vəziyyətdə sosial media da virtual şəbəkələri sistemli bir şəkildə və ya hər hansı marka altında istifadə olunan bir texnologiya vasitəsi kimi tərif edilə bilər.Sosial medianın cəmiyyətə təqdim etdiyi xidmətlərindən istifadə edənlər, eyni zamanda E-hökumətin tətbiqində də bənzər xüsusiyyətləri araşdırmalarına və bunları tələb etməllərinə yol açır.Buna görə,Facebook,Twitter,Youtube kimi sosial media vasitələri E-hökumətin tətbiqində iki fərqli lakin bir-biri ilə cox sıx əlaqəli şəkildə bəhrəsini verə bilir.



Dünya səviyyəsində yaşanılan bir çox nümunələr bunu dəstəkləyir:

  • ABŞ-da bir çox ictimai təşkilatlar YouTube vasitəsilə təşkilatları və cəmiyyətə təqdim etdiklər xidmətlər haqqında tanıdıcı videolar qoyaraq öz səhifələrini yaradıblar.

  • Mobil telefonları vasitəsilə gələn qısa mesaj xidməti (SMS) və İnternet bloqları formatlarını birləşdirərək İnternetə daşımasında yaranan Twitter, 2009-cu ildə İran seçkilərindən sonra küçələrdəki etirazların dünya ictimaiyyətinə çatdırılmasında çox əhəmiyyətli bir rol oynamışdır.

  • Son dövrlərdə də ərəb ölkələrində yaşanan ictimai etiraz aksiyalarının təşkilatlanmasında sosial media vasitələrindən sıx olaraq yararlanması açıq-aşkar görünür.

  • Sosial media vasitəsilə korrupsiyanın və ədalətsizliyin ortaya çıxarılmasına aid 2 konkret nümunə verə bilərik: dünya səviyyəsində dövlətlərin haqqsızlıq və gizli yazışmalarını internet vasitəsilə paylaşan Wikileaks, Əfqanıstan prezident seçkilərinin nəticələrini işlənilməmiş məlumat şəkilndə nümayiş edən veb-sayt. (http://www.afghanistanelectiondata.org)

  • ABŞ-da QHT-ri və vətəndaşları məlumatlandırmaq, onların fikir və şikayətlərini şərhləri vasitəsilə almaq üzrə daimi olaraq İnternet bloqları fəaliyyət göstərir.

  • Dövlət xaricində də bir çox sahibkarlar də sosial media vasitəsilə E-hökumət sisteminə qoşulan, ictimaiyyətin problem və fikirlərini bildirəbiləcəğı SeeClickFix və FixMyStreet kimi veb xidmətləri fəaliyyət göstərir.

İstər ümumilikdə, istərsə də E-hökumət sistemində sosial media vasitələrindən istifadə etməklə keyfiyyətli və şəffaf bir mühitin ortaya çıxaracaq yüksək gözləntilər gözləməsək daha yaxşı olar.Necə ki,ABŞ prezidenti Barak Obamanın prezident olduğu müddətdə həyata keçirilən Açıq Hökumət (Open Government) layihəsinin incələdiği idarəetmədə , sosial media vasitəsilə qısa müddətdə kiçik amma böyük dəyişikliklərin yarana biləcəyini bildirmişdir.

  • Bu dəyişikliklər prosesini yaxşı idarə edə bilmək üçün ictimai təşkilatları işçilərinin sosial mediadan istifadə etməsində açıq və sadə qaydalar qoyulmalıdır.,Bu müddətdə diqqət edilməsi lazım olan əsas bölmələr aşağıdakılardır.Bu mövzu yeni texnologiyaların köməyi vasitəsilə müzakirə edilməli və həll olunmalıdır.

  • Texnologiyaya çıxışı olmayan və texnologiyandan əlavə dəyər mənbəyi kimi istifadə edən kütlələrin problemini ifadə edən "informasiya uçurumu" anlayışı, sosial mediayaya da aiddir.İctimai məlumatlar və xidmətlər sosial media yolu ilə çatdırılırsa,sosial mediyaya çıxışı olmayanların və ya sosial media vasitələrindən istifadə etməyə üstünlük verməyənlərin vəziyyəti necə olacaq? Bu dəfə də bir “sosial media uçurumu” ortaya çıxmayacaqmı?

  • Sosial media vasitələrində təqdim olunan fərdi məlumatların məxfi saxlanılması ilə bağlı qaydalara diqqətlə əməl olunmalıdır.

  • E-hökumət sisteminin tətbiqində məcbur deyildir ki,bütün sosial media vasitələrində istifadə olunmalıdır.Bunun üçün,hansı sosial medianın hansı xüsusiyyətləri nə dərəcədə, hansı ölçüdə E-Hökumət sistemi ilə bütünləşib işlənilməsi vətəndaşlardan soruşulmalıdır.

  • Sosial media vasitələri, yalnız hal-hazırda mövcud xidmətlərə istiqamətli bir əlaqə vasitəsi olaraq qalmamalı, başqa hansı ictimai xidmətləri yeni üsul və texnologiyalarla sorğulayan bir quruluşa malik olmalıdır.

Zaman- zaman sosial şəbəkələr vasitəsilə qeyd olunan ön mühakimə, irqçilik və ya ayrı-seçkilik kimi faktorlara bölüne bilən "nifrət ifadəsi" nin qarşısı planlı şəkildə tənzimlənməli və qarşısı alınmalıdır.

Elektron –hökumətdən gələcəyə……

Bu hissədə e-hökumətin inkişafı üçün dünyada bu sahədə liderlik edən ABŞ, Avropa və Uzaq Asiya dövlətlərinin informasiya və texnologiya mərkəzlərinin təcrübəsindən faydalanmışıq. İlk növbədə sərmayələrin səmərəli şəkildə xərclənməsindən və nəticə verdiyindən əmin olmaq lazımdır.   Bu sahədə daha çox diqqət çəkən və yeni bir proqram olan, hal- hazırdakı ictimai Sektor üzrə informasiya texnologiyaları layihələri və bu layihələrin maliyyə və icra proseslərini daha yaxşı izləyə bilmək üçün 2009-cu ilin iyun ayında İnternet vasitəsilə yaradılan Federal İnformasiya Texnologiyaları (İT) Kontrol Panelidir. (Federal IT Dashboard Online). Bu yolla Federal Hökumətin E-hökumət layihələri üçün ayrılan maliyyə hesablarının düzgün hesablanması və planlaşdırılan zamanda bitib-bitməyəcəyi asanca öyrənilir.Federal İnformasiya Texnologiyala Kontrol Panelinə Control Paneli'nə dörd fərqli informasiyalar yerləşdirilmişdir.

1. Hər hansı bir layihədən siyasi cəhətdən məsuliyyət daşıyan qurum və nazirliyin məlumatları

2. Layihədən məsul qurumun informasiya üzrə əsas məsul şəxsin (Chief Information officer, CIO) fotoşəkili və məlumatları,Layihəyə dəstək verən özəl sektor şirkətlərinin informasiyaları ,

4. Layihə ilə əlaqədar maliyyə və inzibati məlumatların köməyi ilə layihənin hansı inkişaf mərhələsində olduğunu və planlaşdırılan şəkildə inkişaf edib-etmədiyi haqda ( işıqfor məntiqi ilə yaşıl, sarı və qırmızı rənglərin köməyi ilə) məlumatlar göstərilir:

Dövlət sektorundakı texnoloji layihələrinin siyasi, inzibati və texnoloji məsuliyyətləri ilə birlikdə, layihənin inkişaf mərhələsini, hər kəs tərəfindən istifadə edilə bilən bir platformada, uğurlu və ya uğursuz olduğunu hər kəs rahat izləyə bilər.Bu da siyasi və inzibati layihələrin rəhbərlərinin qoyduqları investisiyalarının nəticəsini görərək,layihəyə gələcək olan qaynaqlar haqqında daha sağlam qərar verə bilmələrini təmin edir. İnformasiya Texnologiyalar Kontrol Paneli,Veb-saytdan bir layihənin dəyərləndirilməsinə aid nümunə aşağıdadır:





Azərbaycanda E-hökumətin inkişafı necə gedir? Problemlər və təkliflər.

Son zamanlarda Azərbaycanda telekommunikasiya infrastrukturu tamamilə modernləşib desək yanılmarıq. Ölkəmizin 60-70%-dən çoxunun internetlə təmin olunması,telekommunikasiya imkanlarının artması,insanlarda bu sahəyə marağın artması,sosial şəbəkələrin genişlənməsi,dövlət qurumlarında müxtəlif İnformasiya Kommunikasiya Texnologiyaları əsasında geniş layihələrin həyata keçirilməsi ,informasiya sistemlərinin yüksək səviyyədə qurulması, və.s kimi proseslər Elektron hökumət”in formalaşması prosesini sürətləndirir. Onu da qeyd etməliyik ki,“Elektron hökumət” yeni bir hüquqi mühit olduğu üçün onun hüquqi bazasının formalaşdırılmasına, inkişaf etdirilməsinə böyük ehtiyac var: «Azərbaycan qanunvericiliyində bu istiqamətdə müəyyən qanunlar qəbul edilsə də, beynəlxalq təcrübə ilə müqayisədə , bunların hələ də yeterli olmadığını bir daha deyə bilərik.



Bu layihədə dövlət qurumlarında elektron xidmətlərin təşkili üçün bütün çatışmamazlıqların aradan qaldırılması məsələləri nəzərdə tutulur. (Maliyyə vəsaitin ayrılmaması,kadr çatışmamazlığı və.sAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli və 2010-cu il 17 avqust tarixli 149 nömrəli qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən addımlar atılsa da , bir çox qurumlar hələ də bununla əlaqədar bir tədbir görmürlər.
Bütün görülən işlərə təkan vermək məqsədilə,

  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin , Bakı şəhəri, 1 may 2014-cü il tarixində qəbul etmiş № 118 saylı qərarına əsasən, "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında qərarın qəbul edildiməsi,eyni zamanda həyata keçirilməsi gözlənilən uğurlu addımlardan biri də ölkədə rabitə və kommunal xidmətlər üzrə internet vasitəsilə aparılan qeyri-nəğd ödənişlərin sayının artması ilə əlaqədar bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Golden Pay şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan -"Elektron pul kisəsi” layihəsinin tətbiqini planlaşdırılmasıdır.


Beynəlxalq təcrübəyə əsasən E-hökumət portalı əsas hansı funksionallıqlara sahib olmalıdır? (nümunə olaraq ABŞ-ın rəsmi dövlət portalı)
Portal bir veb-sayt olub internet vasitəsilə fəaliyyət gösteren bir çox veb saytlara yönələbilməyi təmin edən ana çıxış qapısını ifadə edir.Portalın məqsədi istifadəçilərin arzuladıqları sahədə axtardığı informasiyanı asan tapa bilmək və boş zaman sərf etməməkdir.Bildiyimiz kimi, ölkəmizdə də "elektron hökumət”in formalaşdılrıması beynəlxalq təcrübəyə əsaslanır. Ölkəmizdə keçən il bu istiqamət üzrə görülən işlər çərçivəsində "E-hökumət" portalının yeni versiyası istifadəyə verilib və dövlət orqanlarının "E-hökumət" portalına qoşulması prosesi davam etdirilir.Bütün dövlət qurumları, mərkəzi icra hakimiyyəti orqanlarının bu prossesə qoşularaq daha geniş şəkildə “e-xidmət”ləri göstərməyə başlayıblar. Hazırda “elektron hökumət” portalına 35 –dən çox dövlət təşkilatları informasiya sistemlərinə qoşulmuşdur.

Son 10 ildə ölkəmizin bu sahədə mühüm nailiyyətlər əldə etməsi ilə əlaqədar , BMT-nin elektron hökumət üzrə son hesabatında Azərbaycan 28 pillə irəliləyərək 193 ölkə arasında hazırda 68-ci yerdə qərarlaşıb. Azərbaycan peykinin orbitə çıxarılması isə 10 ilin nailiyyətləri arasında xüsusi yer tutduğunu da qeyd etməliyik.
Təbii ki, inkişaf üçün müəyyən addımları atılsada, yenə də iş prosesini gücləndirmək və əhaliyə keyfiyyətli iş təklif etmək üçün beynəlxalq təcrübədən maksimum dərəcədə yaralanmalıyıq.Bunu fikri rəhbər tutaraq, müxtəlif ölkələrə mənsub bir çox rəsmi e-hökumət portallarını araşdırdım. Daha çox bəyəndiyim ABŞ-in rəsmi e-portalı oldu.

NÜMUNƏ: ABŞ-rəsmi e-portal saytı - www.usa.gov
Portalın ümumi quruluşu:

Ana səhifə içərisində sol tərəfdə “ Sualını e-mail et” bölməsinə rast gəlmək olar ki,burda dövlətin prezidentindən tutmuş , sıradan bir işçiyə qədər portal üzərindən xüsusi asan formanı dolduraraq sual göndərə bilərsiniz. Səhifənin tam ortasında “Xidmətlər,Bloqlar,Mövzular,Dövlət agentlikləri və dövlət təkilatları ilə əlaqə bölmələri var. Maraqlı bölmələrdən biri də sual ünvanlarkən Amerikada digər dövlətlərin səfirlikləri və ya Amerikanın başqa ölkələrdə fəaliyyət göstərən bütün səfirlikləri ilə qısa müddətdə portal vasitəsilə həm bütün məlumatları əldə etmək eyni zamanda istənilən sualı ünvanlamaq olar.Səhifədə aşağı sol tərəfdə isə bu portalın kimlər üçün nəzərdə tutulmağı ilə bağlı bölmələr var ki, bunlar “ Vətəndaşlar,Biznesmenlər,Hökumət və dövlət işçiləri,investisiya qoyanlar,uşaq və gənclər və.s eyni zamanda mənim ən çox xoşuma gələn bölmə isə ABŞ-a ilk dəfə gələnlər üçün bir tək bu portala daxil olmaqla,iş haqqında,kirayə haqqında,övladlarının təhsili haqqında qısa müddətdə məlumat əldə edə bilmələri üçün yaradılan şəraitdir.



Ayrıca portalda “Axtarış sistemi” və İspanyolca eyni zamanda digər dillərdə də xidmət verilir.

Azərbaycanda elektron hökumətin həyata keçirilməsi ilə bağlı , E-Azərbaycana doğru yeni təkliflər

  • Təklifim- ali məktəblərdə ixtisaslardan asılı olmayaraq bütün tələbələrə vacib olaraq, RYTN təyin etdiyi mütəxəssislərin rəhbərliyi ilə 1 semestrlik “Elektron hökumət” adlı ,sırf maarifləndirmə xarakteri daşıyan dərs tədris olunsun. Tədrsi olunacaq ali təhsil müəssisələrində həmin mütəxəssislər tərəfindən institut işçiləri və müəllimləri üçün qısamüddətli ixtisasartırma kursları və ya təlim də keçirilə bilər.


(Beynəlxalq təcrübə əsasında,təklif etdiyim Elektron –hökumət dərsinin proqramını, məqalənin sonunda vermişəm)

  • Bu sahənin geniş inkişafı üçün beynəlxalq təcrübəyə əsaslanaraq RYTN təşkilatçılığı ilə evdar xanımlara kompüterdən istifadə ilə bağlı dərslər təşkil oluna bilər.Eyni zamanda gələcəkdə e-portalda yerləşdirilən xəbərlərə uyğun olaraq məlumatlandırıla bilərlər.

  • E-sığorta olunun

Bu sahə ilə məşğul olan dövlət təşkilatı, nümunə üçün,DSMF –ni götürürəm.Məsələn DSMF e-sığorta deyilən bir layihə həyata keçirə bilər.Layihədə mövcud olan bütün sığorta təşkilatları ilə əməkdaşlıq edilərək, online mərkəzə bağlana bilərlər. Məqsəd vətəndaşların sığorta təşkilatlarına getmədən sığorta paketini əldə edə bilər,ödəyəcəyi məbləğin bank hesabına oturub-oturmadığını dəqiqləşdirə,hətta nə zaman təqaüdçü olacağı haqqında belə məlumat əldə edə bilər.

  • Maksimum sürət, minimum sənədləşmə

Dölət Gömrük Komitəsi də elektron hökumətdə , vətəndaşların e-gömrük xidmətinə qoşularaq ,əşyalarının gömrükdən keçərkən idxal və ixrac əməliyyatları tamamlana qədər bütün mərhələlər kompüterlərində əks olunur. Bu cür xidmətlərin əsas məqsədi ticarəti asanlaşdıraraq, dünya bazarında idxal və ixraca dəstək verməkdir. Qısa desək,E-gömrük “maksimum sənəd ,minimum sənədləşməsi, malların elektron mühitdə gömrükdən keçməsi deməkdir.

  • E-Əkinçilik sektoru

Kənd Təsərrüfatı Nazirliyinə aid olan bütün sahələrdə “e-kənd təsərrüfatı “ adında xidmətlər təşkil etmək olar.Bununla əkinçilik sektoruna,heyvanlar sektoruna qeydiyyat və nəzarət,eyni zamanda gübrəsiz meyvə-tərəvəzlərin yetişdirilməsinə nəzarəti təşkil etmək olar.

  • Evdən çıxmadan konsulluq işlərinin həlli

Xarici İşlər Nazirliyində tətbiq olunmalı bu e-xidmətdən daha çox ölkədaxilində yaşayan vətəndaşlar rahat istifadə edə bilər.Bu e- E-Xidmət əsasən 3 hissədən ibarət olur: Vətəndaşlar konsulluqdakı işlərini rahat həll edə bilir, elektron arxivdən özləri ilə bağlı bütün məlumatları rahatlıqla əldə edərək formaları doldurur,Məlumat bankından belə istədikləri sualları cavablandırılır.

  • Verdiyin vergi nəyə xərcləndi? Öyrən !

Dövlətin vergi hesablarını toplayan bölmələr gündəlik olaraq mərkəzdən izlənilir.Vətəndaş verdiyi verginin hara getdiyini,Vergilər Nazirliyinin hesablar bülletenindən oyrənə biləcək.Bu mərkəzdə o cümlədən bütün illərə aid hesablar bülleteni yerləşdirilir və xərclərin hamısı görünür.

  • Tozlu rəflərdən – internetə

Burda əsasən bütün nazirliklər,əsasən də qanunvericiliyə aid bütün məlumat sistemini internetdə yerləşdirir. Dəyişən qanunlar və yenilənmiş sənədlər asan şəkildə vətəndaşlar tərəfindən izlənilə billəcək.

  • Virtual mədəniyyət mübadiləsi

Mədəniyyət və Turizm nazirliyinin təşkil etməli olduğu bu layihədə dövlətə aid hər cür mədəni fəaliyyət, tarixi zənginlik sərgilənməlidir.Ən azı 5-6 dildə hazılanmalı,digər nazirliklərin də fəaliyyəti tam təmin olunmalıdır. Azərbaycan ilə bağlı bütün suallara online cavab verilir.Bu virtual mühitdə ticarət etmək imkanı da var , Opera və Balet biletlərinin satışları da təmin olunur.

  • İşsizlərə iş

İşsizlik sigortası uygulama sistemi, iş itirilməsi ilə bağlı təzminatın ödənilməsi , işsizlərə sosial dəstək, ölkədaxili və xaricdə işə qəbulolunma, məşğulluq ilə bağlı,işsizlərə müvəqqəti ödənişlər edən və işə qəbulolunmalarını təmin edən təhsil kursları,eyni zamanda bu kurslara qatılan vətəndaşların bioqrafiyası internetdə işəgötürənlərə təqdim olunur.

ƏLAVƏ - Təklif etdiyim Elektron –hökumət dərsinin proqramı


Dərs haqqında ümumi məlumatI

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı, insan həyatının hər sahəsinə daxil olması, öz növbəsində bütün dünya dövlətlərinə də öz təsirini göstərir. Bu gün dövlətlər informasiya texnologiyalarının təqdim etdiyi imkanlardan faydalanaraq, klassik xidmət anlayışlarını dəyişirlər. . Bu yeniliklər, dövlət anlayışını və quruluşunu da dəyişməsini zəruri edir. Necə ki son illərdə tez-tez qarşılaşdığımız "e-Dövlət" və ya "Mobil Dövlət" anlayışları bu yeni dövlət modelini ifadə edir. Bu dərs çərçivəsində, dövlət anlayışının elektronlaşması ilə bağlı keçirdiyi mübadilələr və bu dəyişmənin necə reallaşması birbaşa dövlətin səlahiyyətli qurumları tərəfindən həyata keçirilir. Şübhəsiz dövlətdə yaşanan bu e-dəyişmələrin hüquqi tərəfi də söz mövzusu olduğu üçün, bu sahədən də dərslərdə məlumatlar veriləcək .

Bu dərslə bağlı tələbələrin əldə edəcəyi üstünlüklər

  • Tələbələr E-hökuməti tam mənimsəyə biləcəklər.

  • Tələbələr e-hökumətə nədən ehtiyacımız olduğunu və e-hökumətin imkanlarnı rahat ifadə edə biləcəklər.

  • Bu sahədə kifayət qədər təcrübəsi olan dövlətləri tanıya biləcəklər.

  • Tələbələr e-hökumətin tətbiqi üçün lazım olan əsas prinsipləri öyrənəcəklər.

  • Tələbələr e-hökumət layihələrini analiz edə biləcəklər.

Dərsdə Qiymətləndirmə

Dərslərin oxumasında və müzakirələrdən başqa aralıq və final imtahanları tətbiq ediləcək və 100 ballıq sistemlə qiymətləndiriləcək.

Təqdimat işi-20%, Gündəlik quiz-20%, Aralıq imtahanı-25%, Final imtahanı-25%, Davamiyyət/Müzakirə-10%









Dərs proqramı

E- İmza

İnformasiya Cəmiyyəti Strategiyası

Texnologiya və Milli Təhlükəsizlik

Beynəlxalq təcrübə əsasında E-hökumətin tətbiqi E-faktura və E-ticarətŞəxsi məlumatların qorunması

İnternetdə siyasət,e-demokratiya və e-idarəetmə

E-hökumətin iqtisadi siyasətə giriş tarixi

İnternetdə Əxlaqi Problemlər

E-vergi tətbiqi

E-səhiyyənin tətbiqi

E-Azərbaycan layihəsi, tətbiqi və e-dövlətləşmə prosesinin bügünki vəziyyəti

Azərbaycanda e-hökumətin tətbiqində elektron informasiya idarəçiliyi






ƏDƏBİYYAT VƏ ONLİNE RESURSLAR:

  1. A., M. Brueggemeier, Dovifat, et al. (2007). The model of micropolitical arenas: A framework to understand the innovation process of e-Government-projects. Information Polity: The International Journal of Government & Democracy in the Information Age 12(3): 127-138.

  2. Brown, M. M. ve C. Brudney “A ‘Smarter, Better, Faster, and Cheaper’ Government”, Public Administration Review, 1998.

  3. “Common Law Trademark Rights”, http://www.bitlaw.com/trademark/common.html

  4. Rich, Sarah (2011), “Should Government Crowdsourcing Websites be Developed In-House?”, Government Technology, Tərcümə: http://www.govtech.com/e-government/Should-Government-Crowdsourcing-

shortage of Information Technology Workers.

  1. Stevenson, S. (2009). Digital Divide: A Discursive Move Away from the Real Inequities, International Journal of The Information Society, 25, 1–22.

  2. World Wide Web”, http://www.fenwick.com/docstore/publications/IP/

  3. www.e-gov.az

  4. http://www.ictnews.az/

Yüklə 80,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin