QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə73/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   69   70   71   72   73   74   75   76   ...   1096
ATMOSFER FAKTORU – atmosferin fiziki vəziyyəti və kimyəvi 

tərkibi ilə 

əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi

çirkləndiricilərin olması). 



ATMOSFER FİZİKASI  – atmosferdə baş verən fiziki proses və 

hadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini

onların radiasiyasını udması  və  şüalandırmasını  və buxarın 

kondensasiyasını, buludların və yağıntıların  əmələ  gəlməsini, 

atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçinin bu 

hadisələr arasındakı asılılığı və s. öyrənir. 



ATMOSFER TƏZYİQİ  – atmosferin Yer səthinə  və cisimlərə et-

diyi təzyiq. Hər bir nöqtədə A.t. o nöqtədən atmosferin üst sərhədinə 

qədər olan hava sütununun ağırlığı ilə müəyyən olunur. Normal A.t. 760 

mm hündürlüyündə civə sütununun ağırlığına bərabərdir. A.t. -ni 

ölçmək üçün təzyiq vahidi olaraq bar qəbul edilmişdir. A.t. barometrlə 

ölçülür. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin