AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ
SUMQAYIT DÖVLƏT TEXNİKİ KOLLECİ
«Sənaye sahələrinin proses və aparatları»
fənnindən mühazirələr
Orta ixtisas təhsili müəssisələrində
fənnin tədrisi üçün nəzərdə tutulub
Tərtib edən:
Dadaşova Esmira Vaqif
qızı
SUMQAYIT-2020
Giriş. Əsas proses və aparatların hesablanasının ümumi
prinsipləri. Statika və kinetika. Proses və aparatlarin təsnifatı
Azərbaycanın gələcək iqtisadi və sosial inkişafının əsas istiqamətlər”ində
motor yanacaqları, habelə kimya, neft kimyası və mikrobiologiya sənayesi üçün
xammal istehsalının genişləndirilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması neft
emalı sənayesinin qarşısında duran əsas məsələlərdəndir.
Kimya neft emalı, neft kimya sənayesində müxtəlif kimyəvi texnoloji
proseslər nəticəsində xeyli sayda məhsullar alınır.
Emal edilən maddənin kimyəvi çevrilməsi, yaxud da fiziki kimyəvi
xassələrinin dəyişməsi ilə gedən istehal proseslərinə kimyəvi- texnoloji proseslər
deyilir. Mürəkkəb kimyəvi texnoloji proses ayrı-ayrı fərdi proseslərdən fiziki,
kimyəvi, fiziki- kimyəvi proseslərdən ibarətdir.
Emal edilən madənin kimyəvi tərkibi dəyişmədən formasının, ölçüsünün,
rənginin yaxud digər fiziki xassələrinin dəyiməsilə gedən proseslərə fiziki
proseslər deyilir. Maddənin kimyəvi tərkibinin və daxili quruluşunun reaksiya
nəticəsində dəyişməsilə gedən proseslər kimyəvi proseslər adlanır. Fiziki
proseslərlə yanaşı sistemi təşkil edən fazalar arasında maddələr mübadiləsilə gedən
proseslər fiziki- kimyəvi proseslərə aid edilir.
Kimyəvi texnoloji proseslərin aparılmasında müxtəlif konstruksiyalı
aparatlardan və maşınlardan istifadə olunur. Konkret prosesin getməsi üçün
istifadə edilən quruluşa aparat deyilir.
Əksər kimyəvi texnoloji istehsal üçün eyni olan əsas proseslər və aparatlar
“Kimya sənayesinin proseslər və aparatları” xüsusi kursda öyrənilir.
Proselər və aparatlar elmi ümummühəndis elmi olub , kimya
texnologiyasının inkişafı ilə əlaqədar olaraq inkişaf etmişdir. Bu elm təbiət elmləri
üzərində qurulmuşdur, elmin predmeti kimya texnologiyasıdır. Daha doğrusu,
proseslər və aparatlar elmi kimya texnologiyasının nəzəri əsaslarını öyrənən elmdir
və aşağıdakı vəzifələri vardır:
kimyəvi texnoloji proseslərdə baş verən qanun və qanunauyğunluqları
öyrənir;
kimyəvi texnoloji proseslərin hesablanması üçün hesablama üsülları
işləyib hazırlayır;
texnoloji prosesləri aparmaq üçün tələb olunan maşın və aparatların
quruluşunu və işləmə prinsipini öyrənir;
maşın və aparatların hesablanması üçün hesablama üsulları işləyib
hazırlayır.
“Proseslər və aparatlar” elmi haqqında əsas fikir ölkəmizdə hələ XlX əsrin
ortalarında söylənilmişdir. Lakin kursun əsası Peterburq Texnoloji İnstitutunun
professoru A.Krupskinin “Kimya texnologiyasının lahiyələndirilməsinin başlanğıc
fəsilləri” adlı dərs vəsaitinin nəşri 1909-cu ildə qoyulmuşdur. Bu kurs ilk dəfə
Moskva Ali Texniki məktəbinin professoru A.Tişşenko tərəfindən 1912- ci ildə
çap edilmişdir. Sonralar bu elmin inkişafında xarici və Azərbaycan alimləri bu
kursun inkişafı üçün böyük əmək sərf etmiş və onu hazırki səviyyəyə çatdırmışlar.
Hazırda kimya texnologiyasının müxtəlif sahələrində istifadə edilən
proseslərin nəzəri əsasları verilmiş və müvafiq aparatların hesablanması üsulları
müəyyənləşdirilmişdir.
Ümüdvarıq ki, “ Kimya sənayesinin proses və aparatları” fənninin
mənimsənilməsində bu dərs vəsaiti tələbələrə yardım göstərəcəkdir.
Dostları ilə paylaş: |