QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə67/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   63   64   65   66   67   68   69   70   ...   1096
ASİDOFOB ORQANİZMLƏR – çox turşuluğa davam gətirməyən 

və yalnız qələvi mühitdə inkişaf edən (bazifil) orqanizmlər. Bəzi bakte-

riyalar (məs. sidik cövhərini parçalayan bakteriyalar, həmçinin çuğun-

dur, yonca və lobya kimi ali bitkilər A.o.-dir). 



ASPEKT  (yun. Aspectus - görünüş)  vegetasiya dövrü ərzində 

bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar fito-

senozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları  fəsillərə görə 

dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişir. Bu çəmənlərdə

bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. A. 

müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir. A. adətən, bitkilərdə 

üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə 

edilir. Məs. cilin quru yarpaqlarının qonur A-i, xoruzgülünün qızılı-sarı 

A-i və s. 

ASPEKTLƏŞDİRMƏ – ilin mövsüm tsikllərinin (erkən yaz, yaz, 

yay, payız və  qış) bitki və heyvan qruplarının xarakterinə, xarici 

görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir 

edilməsi. 



ASSENİZASİYA – kanalizasiya olmayan yerlərdə təmizləmə siste-

mi:  əsasən çalalardan müxtəlif çirkab və tullantıların daşınması üçün 

görülən tədbirlər. Müasir şəhərlərdə A.-ya ehtiyac aradan qalxmışdır. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin