QəRİb məMMƏdov mahmud xəLİlov


LANDŞAFTIN SİNANTROPLAŞDIRILMASI



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə33/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   29   30   31   32   33   34   35   36   ...   1096
AQROMETEOROLOJİ  XİDMƏT  – Kənd təsərrüfatı bitkiləri 

yetişdirmək üçün iqlim şəraiti vəziyyətinin təbii və antropogen 

dəyişilməsinə nəzarət xidməti, k.t. əhəmiyyətli meteoxidmət. 

AQROMETEOROLOGİYA – meteoroloji amillərin bitkiyə  və 

k.t. heyvanlarına  tə’sirini, bu amillərin k.t.-na vurduğu zərərin qarşısını 

almaq metodlarını tədqiq edən elm. 

AQROMEŞƏMELİORASİYA – Kənd təsərrüfatı üçün əlverişsiz 

təbii 


şəraitin yaxşılaşdırılmasına yönəldilən və sahələrinin 

məhsuldarlığının yüksəlməsini tə’min edən meşəçilik tədbirləri sistemi-

dir; meliorasiyanın bir növüdür. A. qoruyucu meşələrin torpaqqoruyucu

sutənzimedici və digər mühit qoruyucu xassələrindən istifadə 

olunmasına  əsaslanır. A.-nın obyekti k.t. sahələridir. Tarlaqoruyucu 

meşə zolaqları tarlalarda mikroiqlimi yaxşılaşdırır, küləyin sürətini 

zəiflədir, səthi axım azaldır, eroziyanın qarşısını alır və bununla da 

bitkinin inkişafı üçün şərait yaxşılaşır, onun məhsuldarlığı yüksəlir. Ot-

laqlarda meşə zolaqları üçün şəraiti  

yaxşılaşdırır, qumluqları  

bərkidərək istifadə olunmayan torpaqları  kənd təsərrüfatı dövriyyəsinə 

daxil etməyə imkan yaradır. 



AQRONOMİYA – kənd təsərrüfatı bitkilərinin becərilməsi 

üsullarını  və qanunlarını  tədqiq edən elmi fənnlərin (əkinçilik, aqro-

kimya, aqrofizika, bitkiçilik, seleksiya, toxumçuluq, fitopotologiya, 

kənd təsərrüfatı entimologiyası, bitki mühafizəsi, kənd təsərrüfatı 

meliorasiyası) məcmusu. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin