QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə35/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   31   32   33   34   35   36   37   38   ...   1096
ALACƏHRƏLƏR  (Janiidae) –sərçəkimilər dəstəsinin quş  fəsiləsi. 

67 növü məlumdur. Həşərat, xırda sürünənlər, siçanabənzər gəmiricilər

xırda quşlar və quş balaları ilə qidalanır. Azərbaycanda 4 növü var: adi 

A., alnıqara A., qırmızıbaş A. və boz A. Kənd təsərrüfatı  və meşə 

təsərrüfatı ziyanvericilərini qırdığı üçün xeyirlidir. 

ALAQ  – Becərilən bitkilər arasında özbaşına bitən bitki. 

Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı  və yonca sahələrində 

müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz 

əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. A. əkinçiliyə böyük 

zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, 

işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait 

yaradır; becərməni, məhsul yığımını  çətinləşdirir; A-lı yerlərdə  kənd 

təsərrüfatı bitkilərin məhsuldarlığı və  məhsulun keyfiyyəti aşağı düşür. 

Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə 

əsas yer tutur. 



ALARMİZM  – insanın təbiətə  təsiri nəticəsində  əmələ  gələn 

təhlükəli vəziyyəti aradan qaldırmaq üçün “təbiət-cəmiyyət” sisteminin 

optimallaşdırılması üçün təcili olaraq həyata keçirilən həlledici 

tədbirlərin zəruriliyi. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin