Qaradağli faciƏSI



Yüklə 296.78 Kb.
Pdf просмотр
səhifə1/3
tarix06.09.2017
ölçüsü296.78 Kb.
  1   2   3

                                                                                                  

 

DAĞLIQ QARABAĞDA ERMƏNİ TERRORU 

 

 



 

QARADAĞLI   FACİƏSI 

 

17 fevral 1992-ci il 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı  2010 

 

 



 

2

 



                                                                                                         

 

 



 

 

 



                                                                                                                                                              

Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət 

Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir. 

 

          



 

 

 



 

Müəllif:  tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı 

 

 


 

3

 



 

Mündəricat 

 

Ön söz 



I    Faciədən əvvəl kəndin vəziyyəti 

II    Qaradağlının işğalı 

III    Faciənin canlı şahidləri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

    


 

4

Ön söz 

 

Azərbaycanın çağdaş tarixinin dərindən öyrənilməmiş səhifələrindən biri də XX əsrin sonlarında yenidən 



qızışdırılan Dağlıq Qarabağ münanaqişəsi zəminində azərbaycanlıların yaşadığı kənd və rayonlarda törədilən 

soyqırım hadısələridir.  

Bu hadisələr zamanı çoxlu sayda yerli azərbaycan  əhalisi erməni işğalçıları  tərəfindən məhv edilməklə 

yanaşı,  xeyli maddi – mədəniyyyət abidələri də  məhv edilmişdir. Münaqişə başlayandan 547 memarlıq 

abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq abidəsi, 205 arxeoloji abidə, 927 

kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 şəkil qalereyası, 10 

mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılmış, beynəlxalq əhəmiyyətə malik 

40 minə yaxın qiymətli və XI-XIX əsrlərin nadir muzey əşyaları, erməni təcavüzkarları  tərəfindən qarət 

edilmişdir.(1) Dağlıq Qarabağ probleminin 1988 – 2010 – cu illər tarixşünaslığının tədqiqi göstərir ki, bu 

mövzuda çoxlu sayda kitab və  məqalələr yazılıb. (2) Lakin bunların mütləq  əksəriyyəti yalnız yerli oxucu 

üçün nəzərdə tutulduğundan bu nəşrlərdən beynəlxalq ictimaiyyət demək olar ki, xəbərsizdir. 

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ildə  qəbul etdiyi Xocalı soyqırımı günü haqqında 

qərarından sonra Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında bir sıra məqsədyönlü işlər 

görülüb.  

Xocalı faciəsi haqqında bir sıra kitab və məqalələr yazılıb (3), faciənin baş verdiyi dövrdə  hətta müxtəlif 

xarici KİV - lərdə hadisə barədə məlumatlar yayılıb.(4)   

Azərbaycanda Vətəndaş  Cəmiyyətinin  İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  da Xocalı 

soyqırımının haqqında obyektiv məlumatların dünyaya çatdırılmasında bir sıra mühüm işlər həyata keçirib və 

3 kitab nəşr edib.(5) Kitabların elektron variantı 

www.avciya.az

 saytına yerləşdirilib. Assosiasiya 2006 - cı 

ildə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması tələbilə kütləvi imzatoplama kampaniyasına başlayaraq 

bir milyon Azərbaycan vətəndaşının imzası toplanmış  və “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici 

mətbuatda)” adlı kitabı azərbaycan, ingilis, rus dillərində nəşr edib müxtəlif beynəlxalq qurumlara göndərib.  

Xocalı faciəsi ilə  əlaqədar informasiya blokadasını yarmaq sahəsində müəyyən işlər görülsə  də, digər 

faciələr haqqında bunu etmək  çox təəssüf  hələ ki, mümkün olmayıb. Diqqətdən kənarda qalmış  və az 

öyrənilmiş belə faciələrdən biri  

Xocavənd rayonu Qaradağlı kəndində baş vermiş faciədir. 

Hətta Azərbaycan 

Respublikası Milli Məclisin rəsmi saytında (www.meclis.gov.az) - Münaqişələrin tarixi “Ermənistanın 

Azərbaycana təcavüzü” başlıqlı yazının 1992 – ci ilə aid xronologiyasında da Qaradağlı faciəsi haqqında 

məlumat yoxdur. Fikrimizcə bunu əsas səbəbi Dağlıq Qarabağda erməni cinayətlərinin  həddən artıq çox 

olması və bu cinayətlərin əksəriyyəti haqqında informasiya qıtlığının mövcudluğudur.  

Çağdaş tarixdə dünyanın digər bölgələrində  də  Qaradağlı faciəsinə oxşar hadisələr baş verib və 

beynəlxalq ictimaiyyət bunlar barədə kifayət qədər məlumatlıdırlar.  Məsələn, 1995-ci ilin iyulunda serb etnik 

millətçiləri tərəfindən Bosniyanın Srebrenitsa şəhərində 17-70 yaş arası olan 10 mindən artıq müsəlman 

əhalini kütləvi  şəkildə  qətlə yetirmış,  insanlar diri-diri kütləvi məzarlıqlarda basıdırılmışdır. Bu dövrdə 

Bosniyanın 13 yaşayış məntəqəsində müsəlmanlara qarşı kütləvi qətliamlar həyata keçirilib. Bu hadisələrdə 

200 mindən artıq günahsız insan qətlə yetirilib, minlərlə insan yaralanıb, 2 milyondan artıq adam qaçqına 

çevrilib. Bosniyanın 13 yaşayış  məntəqəsində baş verən soyqırımdan, BMT, Avropa Parlamenti və digər 

beynəlxalq qurumlar heç olmasa  birini, Srebrenitsa soyqırımını tanımasına baxmayaraq, ermənilərin 

azərbaycanlılara qarşı törətdikləri  çoxsaylı soyqırımlarla bağlı hələ ki, susmağa üstünlük verirlər.(6) 

Qaradağlı faciəsinin canlı  şahidləri bu faciəni Xocalı soyqırımı 

ilə müqayisə edilə biləcək faciə kimi 

qiymətləndirirlər. Bəziləri Qaradağlı faciəsini ikinci Xaocalı faciəsi adlandırılar. 

Dağlıq Qarabağda  Xocavənd rayonunun Qaradağlı  kəndi və azərbaycanlıların yaşadığı digər yaşayış 

məntəqələrində baş vermiş cinayətlər haqqında uzun müddət mövcud olmuş informasiya qıtlığının  əsas 

səbəbləri fikrimizcə aşağıdakılardır: 

 

Hadisələrin baş verdiyi dövrdə Mockvadan idarə olunan yerli hakimiyyətin faciələri  haqqında 



məlumatları ört- basdır etməyə, ictimaiyyətdən gizlətməyə çalışması; 

 



Cənubi Qafqazda, o cümlədən Azərbaycanda siyasi sabitliyin pozulmasında maraqlı olan daxili 

və xarici qüvvələrin faciələrdən öz məqsədləri üçün istifadə etmək  cəhdləri; 

 

SSRİ – nin  dağılmasında maraqlı olan beynəlxalq qüvvələrin bu facələrə biganə qalması; 



 

Faciələrin baş verdiyi ərazilərin dünyadan təcrid edilməsi, həmin  ərazilərdən informasiya əldə 



etməyin olduqca çətin və təhlükəli olması; 

 



Cinayətkarların öz vəhşiliklərinin izini itirmək üçün müxtəlif qabaqlayıcı tədbirlər görməsi; 

 



Faciələrin baş verdiyi dövrdə Azərbaycanın haqq səsinin beynəlxalq qurumlar tərəfindən 

eşidilməməsi və  ya onların Azərbaycanın haqq səsini eşitmək istəməmələri və  s. 



 

5

Qaradağlı faciəsi haqqında informasiya qıtlığının olmasına baxmayaraq canlı  şahidlərin verdiyi 



məlumatlar çağdaş tarixin  bir sıra qaranlıq səhifələrinə işıq salınmasına kömək edir. 

Qaradağlı faciəsi ilə bağlı tədqiqat işləri apararkən məlum olmuşdur ki, “Qaradağlı” adında Azərbaycanın 

16 rayonlarında eyni adlı  kənd mövcuddur. Konkret olaraq Azərbaycan Respublikasının  Şəki, Xaçmaz, 

Gədəbəy, Salyan, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Beyləqan, Tərtər, Goranboy, Kəngərli, Bərdə, 

Ağaş, Ucar rayonlarında, bundan başqa tarixi Azərbaycan  ərəzisi olan, hazırda  Rusiya Federasiyasının 

Dağıstan MR tərkibindəki Dərbənd rayonda da əhalisi azərbaycanlılardan ibarət Qaradağlı  kəndi var. Hətta 

Ermənistan SSR-in azərbaycanlılar yaşayan Qəmərli (Artaşat) rayonunda da Qaradağlı  kəndi olub. Lakin 

sonradan kəndin adı  dəyişdirilib. Cənubi Azərbaycanda Qaradağ vilayətinin olması, Xürrəmilərin  əsas 

iqamətgahı olan Bəzz qalasının bu vilayətdə yerləşməsi, Azərbaycan xalqının qəhraman oğlu, 1905 - 1911 – 

ci illər hərəkatının lideri, “Sərdari milli” adını almış  Səttar xanın burada anadan olması  və s. faktlar 

qaradağlıların tarixən qəhrəman və mərd insanlar olduğunu sübut edir. (7) Bundan başqa Xocavənd atlılarının 

I və II Rus – İran müharibəsində rus işğalcılarına qarşı göstərdiyi qəhrəmanlıqlar haqqında  hətta xarici 

tarixçilərin kitablarında (8) geniş məlumatlar verməsi bu torpaqda yaşayan əhalinin vətən uğrunda canından 

keçməyə hazır olan mərd insanlar olduğunu göstərir. 

Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər rayonlarının Qaradağlı kəndlərinin də  işğal altında olduğunu və  

faciələr yaşadığını nəzərə alsaq, deməli tədqiq olunan problemi digərləri ilə qarışdırmamasına ciddi ehtiyac 

var. Cənubi və Qafqaz ərazisində, həmçinin Cənubi Azərbaycan ərazisində Qaradağlı adlı kəndlər çox olsa da 

çağdaş tarixdə Xocavəndin Qaradağlı  kəndi, başına gətirilən faciələrin, dəhşətlərin miqyasına görə 

digərlərindən fərqlənir. 

Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat 

qrupunda Xocalı, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər Azərbaycan kəndlərində ermənilərin törətdikləri 

cinayətlərlə bağlı 286 nəfərin insanlıq əleyhinə cinayətlərdə günahkar bilinərək, təqsirləndirilən şəxs qismində 

məsuliyyətə cəlb olunması üçün qərar qəbul edilib. Əməliyyat-istintaq qrupunda Qaradağlı soyqırımı ilə bağlı 

6 nəfər barəsində  məsuliyyətə  cəlb etmə  qərarı verilib. Bundan başqa Qaradağlı soyqırımı ilə bağlı kifayət 

qədər  şübhəli  şəxs müəyyən olunub. Onların təqsirləndirilən  şəxs qismində istintaqa cəlb olunması 

istiqamətində işlər davam etdirilir.(9) 

Qaradağlı faciəsi ilə bağlı yuxarıda qeyd olunan faktlar erməni vəhşiliklərinin çox az hissəsinin əhatə edir. 

Canlı  şahidlərin gözləri ilə gördükləri, ermənilər tərəfindən kənd sakinlərinin diri - diri silos quyularında 

basdırılması və s. kimi dəhşətli faktlardan əksəriyyətin xəbəri yoxdur.  

Xocavənd rayonunun Qaradağlı kəndinin faciəsinə aid son illər bir sıra kitab və məqalələrin nəşr olunması 

müsbət haldır.(10) Lakin bu işlərin daha da genişləndirməsinə, içtimaiyyətdən gizli qalan yeni - yeni faktları 

üzə çıxarılmasına və toplanmış materialları azərbaycan dili ilə yanaşı, dünya xalqlarının  dillərində  nəşr edib 

yayılmasına ciddi ehtiyac var. 

 

                  



 

6

I  Faciədən əvvəl Qaradağlının vəziyyəti 

 

 Qaradağlı  kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 



erməni kəndinin  əhatəsində yerləşmiş  və 800 evdən ibarət olan böyük bir azərbaycan kəndi idi. Sovet 

hakimmiyyyəti dövründə  kəndin qonşuluğundakı  Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı azərbaycan kəndlərinin 

əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi. 

 Çar 


Rusiyası dövründə  və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın  azərbaycanlı 

əhalisinə, o cümlədən Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar törətmişdilər. Belə bir təxribat 1967- ci 

ildə olmuşdur. Həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan 

olan  şəxslərə böhtan ataraq onları  həbs etdirmişlər. Onlar məhkəmədə  bəraət almalarına baxmayaraq erməni 

quldurları günün günorta çağı Xankəndində, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanların 

üstlərinə benzin töküb yandırmışlar. 

 Sovet 

dövründə Qaradağlı kəndi bir müddət ermənilər yaşayan  Qağarza və Baravat kəndləri ilə eyni bir 



kolxozda birləşdirilmişdi. Kolxozun bütün rəhbər işçiləri ermənilərdən təyin edilirdi. Ermənilər daima 

Qaradağlıların hüquğunu tapdalayır, kəndin rəhbərliyinə yaxın buraxmır, əmək haqlarını mənimsəyirdilər. 1971-

ci ildə Qaradağlılar hökumət qarşısında erməni kəndlərindən ayrılmaq, müstəqil kolxoz yaratmaq məsələsini 

qoyaraq məqsədlərinə nail olmuşdular. Həmin ildən Qaradağlı camaatı ayrılaraq Nərimanov adına kolxoz 

təsərrüfatında birləşmişlər. Ayrılma zamanı Xocavənd rayonunun erməni rəhbərləri  əvvəlki kolxozun ümumi 

əmlakından Qaradağlıya heç bir pay verməmişlər. Hətta Qaradağlılara dədə-baba torpaq sahələrindən istifadəyə 

belə  imkan verilmirdi. Nəhayət gərgin mübarizə  nəticəsində onlar müəyyən qədər  əmlak payı, o cümlədən 

Nərgiz Təpə deyilən yerdən 100 hektar əkinə yararlı torpaq sahəsi ala bildilər. Bu sahə  kənddən 30 kilometr 

aralı olsa da kolxozun inkişafında mühüm rol oynamışdı. 

Müstəqil fəaliyyətinin beşinci ilində Nərimanov adına kolxoz Xocavənd (Martuni) rayonunda ən qabaqcıl 

təsərrüfatlardan birinə çevrilmişdi. 

Xocavənddə  1988-ci ilin fevral ayının 12-də keçirilən iclasda həmişə olduğundan fərqli olaraq iclasın 

ancaq erməni dilində aparılması, azərbaycan dilində danışmağa imkan verilməməsi, iclasdan sonra ermənilərin 

azərbaycanlılara qarşı təhqiramiz fikirlər səsləndirməsi, əllərində Azərbaycan dövləti əleyhinə şüarlar tutmaları, 

səhəri günü Xankəndində keçirilmiş fəallar yığıncağında da ermənilərin eyni hərəkətlər etməsi Qarabağın  bütün 

azərbaycanlı əhalisini,  o cümlədən Qaradağlıları da narahat etməyə başlamışdı. Bundan sonra Xankəndində və 

Qarabağın ermənilər yaşayan bütün şəhər və kəndlərində millətçi nümayişlər və mitinqlər başlandı.  

Bundan dərhal sonra bir qrup Qaradağlı  kəndinin sakini Ağdama gedərək rayon rəhbəriyinə erməni 

təxribatları haqqında Bakıya məlumat verilməsini və ciddi tədbir görülməsini tələb etmişdilər. Onlar həmçinin 

erməni təxribatları haqqında  Respublika və SSRİ rəhbərlərinin ünvanına  yazılı müraciətlər də göndərmişdilər. 

Rəhbərlik təxribatların qarşısını almaq əvəzinə Qaradağlıların şıkayət məktublarını tədbir görmək üçün vilayətin 

erməni rəhbərlərinə göndərirdilər ki, bu da onların vəziyyətini daha da ağırlaşdırırdı. Respublika rəhbərliyi 

tərəfindən Qarabağın digər azərbaycanlı əhalisi kimi taleyin hökmünə buraxılan Qaradağlılar özləri acınacaqlı 

vəziyyətdən çıxış yolunu axtarmağa məcbur olmuşdular. Kəndin nüfuzlu şəxslərindən, rayonun Tədarük 

İdarəsinin rəisi Məzahir Ağalarov, Xocavənd (Martuni) rayonu İcra hakimiyyətində işləyən yeganə azərbaycanlı 

Nüsrət Əzizov, kənd məktəbinin direktoru Nobil Zeynalov, Cahid Məmmədov, Soltan Bayramov Qaradağlını 

erməni təxribatlarından qorumaq üçün bəzi tədbirlər görməyə başlamışlar.  

Kəndin belə ağır vəziyyətində əslən Qaradağlı,  Rusiya ordusunda zabit kimi xidmət edən, baş leytenant  

Ədalət Məmmədov  1988-ci il mart ayında həmkəndlilərinin müracətinə cavab olaraq öz doğma kəndinə qayıtdı. 

Kəndin müdafəsinin təşkilində  Ədalət Məmmədova  kənd məktəbində  hərbi hazırlıq müəllimi, ehtiyatda olan 

zabit Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramov və digər vətənpərvər oğullar  yaxından 

kömək etmişdilər. Qaradağlıda AXC özəyinin sədri Ağalar Məmmədovun könüllü müdafiə  dəstəsinin 

yaradılmasında mühüm rolu olmuşdur. Onun təşkil etdiyi özünümüdafiə  dəstəsinin  Ədalət Məmmədovun 

sərəncamına keçməsi kənddə müdafiə batalyonunun yaradılmasına yaxından kömək etdi. Kəndin könüllüləri 

hərbi hazırlıqlara başlasalar da, kəndi müdafiə etmək üçün silahın olmaması ciddi çətinliklər yaradırdı. Dağlıq 

Qarabağda erməni təxribatları başladıqdan sonra 1988 – 1989 – cu illərdə rəsmi strukturlar Qaradağlı kəndində 

üç dəfə silahyığma  əməliyyatı keçirmiş,  əhalidə olan adi ov silahlarını belə tamamilə müsadirə edilmişdir. 

Vəziyyətdən çixmaq üçün Qaradağlılar  ətraf rayonlarda yaşayan dostlarına, tanışlarına müracət etmiş, onlar da 

müəyyən qədər ov tüfəngi taparaq Qaradağlının müdafiəçilərinə göndərmişlər. 

 Münaqişə başlanandan bir neçə ay sonra Azərbaycan rəhbərliyi gec də olsa Qaradağlının problemləri ilə 

maraqlanmağa başladı. O zaman Qaradağlının  ətraf erməni kəndləri və rayon mərkəzi ilə  əlaqəsi kəsilmiş, 

işləyənlər işdən qovulmuşdular. Problemi həll etmək üçün kənddə çörək sexi, maqazalar, yeməkxanalar 

fəaliyyətə başladı. Qaradağlıda Bakı  şəhəri 1 saylı tikiş fabrikinin və  Gəncə Xalça Zavodunun sexləri, Bakı 

soyuducular zavodunun filialı açıldı. Bundan başqa məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və 

xəstəxana binalarının inşasına başlanıldı. Gənc ailələrə ayrılmış  həyətyanı torpaq sahələrində 60-a qədər yeni 

evlər tikildi. Bundan başqa Qaradağlının müdafiəsi ilə bağlı da müəyyən işlər görüldü. Azərbaycan SSR Daxili 



 

7

İşlər Naziri 30 nəfər Qaradağlı  gəncini milis işçisi kimi işə  qəbul edərək kəndin müdafiəsinə göndərməsi, 



Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə güçünü bir qədər artırmışdı. 

     


1989-cu ilin ortalarından başlayaraq ermənilərin Qaradağlı kəndinə  qarşı təxribatları getdkcə daha da 

gücləndi. Həmin il oktyabr ayının 12-də bir dəstə erməni qulduru kəndin yaxınlığındakı mal fermasına basqın 

edərək mal-qaranı ələ keçirmiş, ferma binasına və ot tayalarını  yandırmışlar. Kəndin müdafiəçilərindən Ədalət 

Məmmədov, Faiq Tağıyev, Qərib Mustafayev, Nazim Vəliyev özünü hadisə yerinə yetirərək çətinliklə də olsa  

quldurları geri oturda bilmişlər. 

         1989  –  cu  ilin    dekabrında kənd  əhalisini vahiməyə salmaq və onları qaçmağa məcbur etmək üçün 

ermənilər hər axşam  yanacaqla dolu alovlanan çəlləkləri  ətraf dağlardan aşağı buraxmağa başlamışdılar. 

Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı.  

 1990 

– 

cı il yanvarın  15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb kəndin kənarındakı 



evləri atəşə tutmuşlar. Özünü hadisə yerinə çatdıran müdafiəçnlər ilk açıq silahlı döyüşə girirərək düşməni geri 

oturtmuşdular. Erməni quldurları 10 aprel 1990 – cı il tarixdə yenidən kənddə hücüm etmişdilər. Atışma zamanı 

kənd sakini İlqar Əliyev ağır yaralanmışdı.  

 1990-cı il noyabr ayının 24-də saat 17- 00 radələrində Qaradağlıdan Ağdama  gəlin aparan maşın 

karvanı, kəndin 5 kilometrliyində rus hərbi paltarı geymiş erməni quldurlarının təcavüzünə məruz qalmış, həmin 

hadisədə 3 nəfər qaradağlı  həlak olmuşdu. Quldurlar hadisə yerini mühasirəyə alaraq meyidləri aparmağa 

gələnləri irəli buraxmır, prezident Ayaz Mütəllibovun gəlməsini tələb edirdilər. İki saatdan sonra, çətinliklə də 

olsa  camaat meyidləri erməni quldurlarının əlindən ala bilmişdi. 

 Bu 

hadisədən sonra Qaradağlı müdafiəçiləri kəndin  ətrafında güclü müdafiə postları, istehkamlar və 



səngərlər qurmaq qərarına gəldilər. Kəndin  ətrafında 5 post yaradılıb etibarlı müdafiə qurğuları ilə  təhçiz 

olundu.  

 Xankəndindən gələn yolu üstündə üç post qurulmuşdu. Xocavənd rayonu istiqamətində, kəndin 

girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab olunurdu. Bu postun keşikçilərlə  təmin 

olunmasını məktəb direktoru Nobil Zeynalov öz üzərinə götürmüşdü. Orada əsasən Nobil müəllimin şagirdləri 

olmuş gənclər və məktəblilər keşik çəkirdilər.  

 

Asfalt yoldan azca aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş post ikinci hesab olunurdu. Mirzəli və 



Zahir bu postun məsuliyyətini daşıyırdılar. 

 

 Kəndin çıxışında asfalt yolun üstündə qurulmuş 3-cü postda Nazim, Qərib, Telman, Vidadi və başqaları 



dayanırdılar.  

 

 Kəndxurə istiqamətində qurulmuş 4-cü post da mühüm postlardan biri idi. Kənddə olan basqınların 



əksəriyyəti bu istiqamətdən olurdu. Burada Faiq, Rabil, Xudayat və onların dostları keşik çəkirdilər.  Nəhayət

5-ci post kəndin ortasında keçən Xonaşen çayının üstündə, Zinki dərəsinin qarşısında yaradılmışdı. Zinki 

postunun qorunması  Məmməd,  Şamil,  Əlqəmə  və  Ələddin kimi cəsur oğullarına tapşırılmışdı. 1990-cı ilin 

noyabr ayından başlayaraq bütün postlarda fasiləsiz olaraq silahlı müdafiəçilər keşikdə dayanırdılar. 

 1991-ci 

ilin 


əvvəllərində baş vermiş faciə  vəziyyəti daha da gərginləşdirdi. Yanvarın 10-da kəndin 

nüfuzlu şəxslərindən olan Sultan Bayramov erməni quldurlarına qarşı birgə mübarizə tədbirləri hazırlamaq üçün 

qonşu  Əmrallar kəndinə getmişdi. Sultan Qaradağlıya qayıdanda kəndə çatmamış birinci postdan 4 kilometr 

məsafədə onun mindiyi “UAZ-469” markalı 53-55 AQT dövlət nişanlı minik maşını ermənilər tərəfindən qəfil 

atəşə tutulur. Maşının sürücüsü Kərəm Tağıyev maşını sürüb kəndə çatdırsa da Sultan Bayramovun həyatını 

xilas etmək mümkün olmur. O, iki saatdan sonra aldığı yaralardan dünyasını dəyişir. 

 Sultanın dəfn günü Laçın-Şuşa yolunda jurnalist Salatın Əsgərovanın ermənilər tərəfindən öldürülməsi 

xəbəri kəndə yayıldı. Bu xəbərdən hiddətlənən dinc əhali  erməni quldurlarının vəhşiliyinə etiraz  üçün onların 

yaşadıqları  kəndlərə doğru yürüşə çıxdılar. Lakin kəndin müdafiəçilərindən bir qrupu qabağa çıxaraq  əhalini 

boş  əllə erməni quldurlarının üstünə getməyin mənasız olduğunu bildirərək, onları dayandırmağa  müvəffəq 

oldular. 

 Bu 


faciəli hadisədən sonra qaradağlılar erməni təxribatlarının qarşısını almaq üçün əməliyyat planı 

hazırladılar.  Əməliyyata  Ədalət Məmmədov rəhbərlik edirdi. Əməliyyat qrupuna - İlqar Hüseynov, Elmidar 

Bayramov, Telman Tağıyev, Eldar Dadaşov, Rafiq Quliyev, Qərib Mustafayev, Məmməd Məmmədov və 

Məmməd Mustafayev daxil idi. Onlar iki dəstəyə ayrılıb Xankəndi-Xocavənd yolunu həm girişdən, həm də 

çıxışdan nəzarətə aldılar. Kəndin müdafiəçiləri tərəfindən Xankəndindən Xocavəndə  tələsən, içində 6 erməni 

quldurun olduğu “UAZ” markalı maşın  ələ keçirilərək, məhv edildi. Beləliklə də, Sultan Bayramovun, Salatın 

Əsgərovanın və digər şəhidlərin qisası qudurlardan alındı. Ermənilər ancaq üç gündən sonra rus hərbiçilərinin 

müşaiyəti ilə  gəlib meyidlərini meşədən apardılar. Bundan sonra  Xankəndi - Xocavənd yolunda ermənilərin 

hərəkəti dayandı. Bu qisas əməliyyatında Qaradağlı müdafiəçiləri altı ədəd xarici avtomat, bir ədəd ov tüfəngi 

və xeyli patron  ələ keçirdilər. 

 

1991 – ci il martın 9-da  erməni quldurları kəndin yaxınlığındakı mal fermasına qəfildən silahlı basqın 



edib iki nəfəri qətlə yetirdilər. Həmin il, iyun ayının 28-də isə gecə saat bir radələrində Qaradağlı  kəndi 

ermənilər tərəfindən toplardan, pulemyotlardan və avtomatlardan şiddətli atəşə tutuldu. Kəndin bir neçə evini 



 

8

alov bürüdü, bir neçəsi isə  mərmi zərbəsindən dağıldı. Qadınlar, qocalar və  uşaqlar düşmən atəşindən 



qorunmaq üçün zirzəmilərə sığınmağa məcbur oldular.    

 

Həmin gecə  ən böyük faciə  kəndin 5 kilometrliyində  Vərəndəli sahəsində yerləşən fermada baş 



vermişdi. Quldurlar kəndi atəşə tutmaqla yanaşı eyni zamanda fermadakı evlərə soxularaq altı  nəfər günahsız 

ferma işçisini də güllələmiş  və izi itirmək üçün onları yanan evlərdən birinin içinə atmışdılar. Bundan sonra 

onlar kənara çəkilərək ferma tam yanana qədər oranı atəş altında saxlamışlar.   

 

Bəyverdi Novruov başda olmaqla faciə yerinə  gələn kənd camaatı yanan otaqların birində üç nəfərin 



güllədən dəlik  dəlik olmuş, odun-alovun içində yanmış meyidlərini çıxara bilmişlər. Başqa bir otağın odu 

sönduruldukdən sonra isə tamamilə yanmış digər üç nəfərin cəsədləri aşkar edilmişdi. 

 

Şəhidlərin dəfnindən üç gün sonra Ruzigar Məmmədov Ağdam polis batalyonunun 2 nəfər əməkdaşı ilə 



birlikdə  əməliyyat planı hazırlayır. Onlar silahlanıb gecə erməni kəndi Kəndxurda tərəf gedir və  nəzarət 

postlarının birinin yaxınlığında mövqe tuturlar. Gecə erməni yaraqlılarının komandiri üç nəfərlə postları 

yoxlamağa çıxarkən  atasının və dayısının intiqamını onlardan alırlar. 

 Qaradağlı  kənd sakinləri Çingiz Məmmədov, Kərəm Ağalarov və  Şəfqət Məmmədova  Qaradağlının 

ağır günləri haqqında aşağıdakı məlumatı vermişlər: 

 

“1991-ci il sentyabr ayının 8-də Ayaz Mutəllibovun prezident seçilməsi günü idi. Qaradağlılar səhər 



tezdən seçki məntəqəsinə  gəlib səs verirdilər. Səsvermədən sonra bazarlıq etmək üçün kənd sakinləri seçki 

məntəqəsinin qarşısında dayanmış avtobusa minərək Ağdama getmişlər. Geri qayıdarkən avtobus Xocavənddən 

3 kilometr aralıda hər tərəfdən avtomat atəşinə tutulmuş, avtobusda olan 40 nəfərdən 2 oğlan, 6 qadın qətlə 

yetirilmiş, 23 nəfər ağır yaralanmışdır. Yaralılar təcili olaraq Ağdam xəstəxanasına çatdırılmışdır.” 

 Avtobus 

faciəsindən sonra Qaradağlının cəsur gənclərindən Elnur Süleymanov, Xanalı Hüseynov və 

Rayət Quliyev sentyabr ayının 25-də gecə silahlanıb, ermənilərin tutduğu Aşan kəndinin arxa hissəsinə 

keçmişlər. Onlar kəndə yaxınlaşıb onun kənarı ilə  gəzən üç nəfər silahlı erməni hərbiçisini atəşə tutub qətlə 

yetirmişlər. Bu əməliyyat zamanı Rayət ağır güllə yarası alsa da, yoldaşları onu gizli meşə yolu ilə kəndə gətirib 

oradan Beyləqan xəstəxanasına çatdırara həyatını xilas etmişlər. 

 

8 sentyabr 1991 – ci il hadisəsindən sonra qaradağlıların nümayəndələri Məzahir Ağalarov, Nobil 



Zeynalov 20 nəfərlə Bakıya gedərək, prezident Ayaz Mütəllibovla görüşmüş, ona Qaradağlının ağır vəziyyəti 

barədə məlumat vermişlər. 

 A. 

Mütəllibovla qaradğlılara kəndin müdafiəsi ilə şəxsən özü məşğul olacağına söz vermiş və bundan 3-



4 gün sonra 11 nəfərdən ibarət bir qrup hərbiçi Qaradağlıya göndərilmişdi. Onlar kəndin yuxarı hissəsində 

Abbasovun evində yerləşmişdilər. Kəndin müdafiəçiləri həmin dəstə ilə birlikdə bir qisas əməliyyatı hazırlayıb 

həyata keçirməyə müvəffəq oldular. 21 nəfərlik dəstə Vərəndətiyə gedən yolun kənarında yerləşən çoxlu erməni 

quldurlarının toplaşıb keşik çəkdiyi, hərbi əhəmiyyətli məntəqə olan fermaya hücum edərək üç nəfər  qulduru 

zərəsizləşdirmiş, qalanlarını isə qonşu erməni kəndlərinə çəkilməyə məcbur etmişlər. Lakin təxminən 1 aydan 

sonra kənddin mühafizəsinə kömək üçün göndərilmiş  hərbiçilərin müəmmalı  şəkildə geri çağrıldması 

Qaradağlının ağır olan vəziyyətini daha da ağırlaşdırdı. 

 

 



                      

 

9




Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə