Qaradağli faciƏSI



Yüklə 296,78 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix06.09.2017
ölçüsü296,78 Kb.
#29115
1   2   3

II Qaradağlının işğalı 

 

Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki



dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşmüşlər. Düşmənin 

hərbi qüvələri ilə qeyri – bərabər döyüşlərdə  mərdlik,  şücaət göstərmiş yerli əhali, təklənməsinə, köməksiz 

qalmasına baxmayaraq vətən uğrunda 5 ildən artıq düşmənə  qəhrəmanlıqla müavimət göstərmişdir. 

Təxribatların 1988 – ci ilin fevralından başladığını, Tuğ, Saləkətin  kəndlərinin 30 oktyabr 1991, Xocavəndin 

özünün 19 noyabr 1991, Naxullunun 10 yanvar 1992,  Qaradağlının  17 fevral 1992 , Muğanlı,  Əmirallar, 

Kuropatkinin 02 oktyabr 1992, Xətainin 20 avqust 1993, Günəşlinin  23 avqust 1993- cü ildə  işğal olunması  

deyilənləri sübut edir. 

Xankəndi  ilə Xocavənd rayon mərkəzi arasında yerləşən Qaradağlı erməni kəndlərinin mühasirəsində 

olduğundan Qarabağ münaqişəsinin başladığı ilk gündən fasiləsiz olaraq erməni quldur dəstələrinin aramsız 

hücumlarına məruz qalmışdır. Ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin 

fevralında 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində 

isə  kənd sakinləri itkilər vermişlər. Ermənilərin Qaradağlıda insanlığa sığmayan vəhşiliklər törətməsinə  şərait 

yaradan əsas səbəblərdən biri kəndin Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq  əlaqəsinin kəsilməsi və  

dörd tərəfdən mühasirəyə alınmış  kəndin səmasında Azərbaycan vertolyotlarının mütəmadi atəşə  məruz 

qaldığından hava xətti ilə də heç bi köməyin göstərilməməsi idi. 

 1991-ci 

ilin 

yayından başlamış dinc əhalinin Qaradağlıdan çıxarılması  əməliyyatı ilin sonunda demək 



olar ki, tamamilə başa çatdırılmışdı. İşğal ərəfəsində Qaradağlını 125 nəfər müdafiə edirdi. Bunlardan yalnız 14 

nəfəri Ağdamdan köməyə gəlmiş Milli Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri 

idi. Bundan başqa 17 nəfər yaşı 60-dan yuxarı olan kişi, 13 nəfər məktəb yaşlı uşaq əllərində silah vuruşmağa 

hazır dayanmışdılar. 11 nəfər yaşı 50-dən yuxarı olan qadın könüllü kənddə qalaraq ərlərinə, oğullarına və 

qardaşlarına arxa olub kömək edirdilər. Qəhrəman Azərbaycan qadınlarından Zivər, Sitarə, Tavar, Gərəkməz, 

Mina, Minarə, Səadət, Mirvari, Minayə, Gülər və  Həqiqət dekabr ayından başlayaraq 125 nəfərə yaxından 

köməklik etmişlər. 

 

1991-ci ilin noyabr ayının 20-də Qarakənd üzərində içərisində    Azərbaycan dövlət rəsmilərinin də 



olduğu vertolyotun ermənilər tərəfindən  vurulması yerli əhalinin təşvişini daha da artırdı. Mühasirə 

vəziyyətində olan kəndlə əlaqə ancaq vertalyotlar vasitəsilə mümkün idi.  Bundan sonra kəndə gələn vertalyotlar 

kənd  əhalisinin bir hissəsini təhlükəsiz yerlərə aparmağa başlaılar. Erməni yaraqlıları demək olar ki, hər gün 

kəndə həmlələr edir, müdafiəçilər bütün istiqamətlərdən olan atəşlərə atəşlə cavab verməli olurdular.  

 

 

1992-ci il yanvarın 8-də ermənilər yenidən kəndə güclü hücuma keçdilər. Milli Ordunun və könüllü 



müdafiə  dəstəsinin döyüşçüləri bu hücumun qarşısını alıb quldurları geriyə  çəkilməyə  məcbur etdilər. Bu 

döyüşdə  Əliqismət Kərimov, Alov Əzizov, Namiq Hüseynov, Ərəstun Məmmədov,  İlqar Hüseynov 

qəhrəmanlıq köstərərək, çoxlu sayda erməni yaraqlısını zərərsizləşdirdilər. Döyüşdə ağır yaralanmış  Məzahir və 

Hidayət yanvarın 9-da kəndə  gəlmiş vertolyotla Ağdam xəstəxanasına çatdırılsa da, Məzahirin həyatını xilas 

etmək mümkün olmamışdır. 

 Yanvarın 12-də quldurlar kəndə  gələn vertalyotun düşməsinə imkan verməmiş, buna görə  də ekipaj 

gətirdiyi  ərzaq və sursatı vertolyotdan kəndə ataraq geri qayıtmağa məcbur olmuşdur. Lakin bir qədər sonra  

çətinliklə də olsa Qaradağlıya enən bir vertalyotla şəhid Məzahirin dostları qayıdaraq onun qisasını alacaqlarına 

and içmişlər. Onların sırasında  Milli Ordunun döyüşçüsü Eldar Arazov da var idi.  

 Lakin 


qüvvələr nisbəti bərabər deyidi. Canlı qüvvəyə, hərbi texnikaya, sursata böyük ehtiyac duyulurdu. 

Top, “Qrad”qurğusu, BMP, avtomat, pulemyot və s. silahlarla silahlanmış düşmən hərbi texnika və canlı qüvvə 

baxımından  çox böyük üstünlüyə malik idi.  

 Qaradağlıların haray səsi hər gün dəfələrlə ratsiya ilə ölkəyə yayılırdı. Bu işdə rabitəçi Zahid Xəlilovun, 

İmran Hüseynovun və Həqiqət Hüseynovanın  xüsusi xidməti var idi. Lakin Moskvadan asılı olan o zamankı 

Respublika rəhbərliyi Qaradağlının harayını eşitməzliyə vurur,  heç bir əməli tədbir həyata keçirmirdilər.   

 1992-ci 

il 


yanvarın 15-də qaradağlılar Azərbaycan xalqına son dəfə müraciət etdilər və bu müraciət bir 

neçə gün radio ilə elan olundu. Müraciətin mətni belə idi: 

“Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zamanın  ən çətin sınaqlarından mərdliklə 

çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir. Dörd ildir ki, Qarabağın bir parça incisi olan 

Qaradağlı düşmən hədəfinə çevrilsə  də, qorxmaz oğulları  tərəfindən qorunur, müdafiə olunur. İllərlə 

yaddaşımızda həkk olunmayan unudulmuş bu kəndin sakinləri ömrünün ən çətin günlərini yaşayır. Yaşayış 

evləri, müxtəlif inzibati binalar od tutub yanır, gunahsız insanlar qətlə yetirilir, mal-dövlət talan edilib aparılır. 

Bir sözlə erməni quldurlarının aramsız hücumlarına məruz qalır. Düşmənlər bu gözəl, əhəmiyyətli mövqeyi ələ 

keçirmək istəyir. Axı Qaradağlı Xocavənd ilə Xankəndi arasındakı yolu kəsmiş, onların bu yolda hərəkətinə 

birdəfəlik mane olmuşdu! Xocavəndin quldur dəstələr tərəfindən işqal olunmasından sonra Qaradağlıda 

vəziyyət daha da gərginləşib. 


 

10

 Doğma xalqım! Qanınızda namus, qeyrət işartısı varsa Qarabağın azadlığı  uğrunda mübarizəni 



dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə bilər.” 

 Fevralın 15-də  səhər tezdən erməni hərbi birləşmələri hər tərəfdən Qaradağlı  kəndi üzərinə hücuma 

keçdilər. Hücumda qonşu erməni kəndlərinin döyüşçüləri, muzdlu əsgərlər, rus zabitləri, 366-cı rus alayının 

əsgərləri iştirak edirdilər. Lakin onlar üçün kəndə doğru irəliləmək asan başa gəlmirdi. Bir saylı postda məktəb 

direktoru Nobil Zeynalov, milis əməkdaşı Xanalı Hüseynov və könüllü müdafiə dəstələrinin döyüşçüsü Altay 

Həsənov dayanmışdılar. Döyüş çox gərgin keçirdi. Kəndin qəhrəman qadınları güllə yağışı altında döyüş 

meydanına girib müdafiəçilərə patron, su, ərzaq daşıyır, yaralılara tibbi yardım göstərir, qanaxmasını dayandırır 

və onların yenidən döyüşə girməsinə nail olurdular. Bu döyüşlər zamanı 74 yaşlı Zivər anaın həlak olması 

müdafiəçilərin düşmənə olan nifrətini artırdı. Həmin gün ermənilər xeyli itki verərək geri çəkildilər. Lakin  

səhəri gün düşmən bir saylı posta yenidən hücuma keçdi. Qanlı döyüşlərdə Nobil müəllim və onun səngər 

dostları Altay, Xanalı mərdliklə vuruşaraq  11 nəfər erməni qulduru məhv etdilər. Ermənilər kəndin  qəhrəman 

müdafiçilərinin qoruduğu stehkamı hücümla ala bilmədiklərini görüb, yanğın törədən mərmilərlə  

müdafiəçilərin mövqelərini atəşə tutmağa başladılar. Od - alov içərisində düşmənə  qəhrəmanlıqla müqvimətı 

davam etdirən 1 saylı postun döyüşçüləri son nəfəslərinə  qədər öz mövqelərindən geri çəkilmədilər. Onların 

hamısı öz döğma kəndləri uğrunda axıra qədər döyüşərək  şəhid oldular.  Fevralın 16-da gecə digər postların 

müdfiəçiləri Qara, Novruz, Dəmir və  Əlqismət sürünə-sürünə 1 saylı posta yaxınlaşaraq qəhrəman  şəhidlərin 

cəsədlərini qərargaha gətirdilər. Çətinlikə olsa da şəhid atası Məhəmməd kişinin rəhbərliyi ilə qəhrəmanlar dəfn 

olundular. 

 

Həmin gün Qaradağlı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan və şəhid olmuş oğullarımızdan biri də 



Eldar Arazov idi. O, qranatatanla 2 düşmən hərbi texnikasını məhv etmiş, atəş nöqtələrini susdurmuşdu. Eldar 

Arazov dostu Məzahirin qisasını düşməndən alaraq vətən uğrunda  şəhid olmuşdu. Həmin gün şəhid olmuş 

oğullarımızdan biri də Arif Bayramov idi. 

 Amansız döyüş 5 gün davam etmişdi. Axırıncı gün Qaradağlı müdafiəçilərinin hərbi sürsatı tükənmək 

üzrə idi. Onlar son anda da kömək üçün müraciət etsələr də kənardan heç bir kömək gəlmədi. Güllələri qurtaran 

döyüşçülər qərargaha - kolxoz inzibati binasına yığışmağa başladılar. Yaralılar və  həlak olmuş döyüşçülərin 

meyiddəri də qərargaha gətirildi. Qərargah uğrunda amansız döyüş fevralın 17-si gecə səhərə qədər davam etdi. 

Səhər qərargahdan düşmənə  tərəf atəşlərin sayı xeyli azalmışdı. Qəhrəman döyüşçülər arabir atəş açmaqla 

erməniləri yaxına buraxmırdılar. Artıq sonuncu güllələr  atılırdı. Bunu hiss edən erməni quldurları  qərargaha 

yaxınlaşaraq, rus dilində: “Çölə çıxın, silahlarınızı, əşyalarınızı, qiymətli əşyalarınızı və sənədlərinizi töküb bir 

cərgəyə düzülün” deyə fasiləsiz meqafonla qışqırmağa başladılar və bununla da o vaxtki  Respublika rəhbərliyi 

tərəfindən taleyin hökmünə buraxılmış Qaradağlı, kənd sakinlərinin qəhrəman müdafiəsinə baxmayaraq  

düşmən tərəfindən işğal olundu.  

 

                                 



 

11

 



III    Faciənin canlı şahidləri 

                                

 

 Bu 


hadisənin canlı  şahidi, kəndin müdafiəsində sona qədər iştirak etmiş, 118 nəfər kənd sakini ilə 

birlikdə ermənilər tərəfindən girov götürülmüş və Telman Tağıyevin göstərdiyi qəhrəmanlıq sayəsində düşmən 

caynağından xilas olmuş Qaradağlı sakini Vidadi Hüseynov belə xatırlayır: 

“Ermənilər bizi girov götürərkən onların yanında ağ xalatlı  həkim qrupu da var idi. Erməni əsgərləri cərgədə 

yanımıza gəlib saatlarımızı, pullarımızı  və qiymətli  əşyalarımızı  tələb edirdilər. Arxadan 10-15 nəfərin üst-

başını yoxladılar. Sonra yoxlamanı davam etdirmədilər.  Kolxoz  idarə binasınıi həyətındə biri “Ural”, o birı 

KAMAZ markalə iki yük maşını dayanmışdı. Bizə maşınlara tərəf hərəkət  əmri verildi. Bir erməni zabiti 

qocaları  və qadınları KAMAZ - a, cavanları isə üstü çadırlı “Ural”a münmələrini  əmr etdi. Mən 14 yaşlı 

məktəbli  Avtandil Nağıyevə maşına çıxmağa kömək etdim və özum ən axırıncı olaraq maşına çıxdım. 

Oturmağa yer olmadığından Faiq məni özunə tərəf çəkdi və mən onun dizləri üstündə oturdum. Birdən bir mulki 

geyimdə olan orta yaşlı erməni maşına yaxınlaşıb dedi: “Mən burda 3 nəfər turk öldurməliyəm”. Sonra Eldarı 

adla çağırdı. Eldar Dadaşov yerə düşən kimi tapança ilə onu alnından vurdu. O biri maşından da bir nəfər 

düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa heç kim cavab vermədi. Maşınlar hərəkətə  gəldi. Bəylik 

Bağını və ondan sonra gələn Tut bağını keçdik. Silos quyusunun yanında maşınlar dayandırıldı. Erməni zabiti 

arxada gedən “Ural” maşınına yaxınlaşıb 10 nəfərin düşməsini tələb etdi və yaxınlaşıb arxa bortu açdı. Mən 

arxada oturduğumdan birinci düşdüm. Mənim arxamca da 10-15 nəfər cavan döyüşçülər düşdülər. Bizi nəyə 

görə düşürdükləri aydın idi. Ona görə  də hamımız sinəmizi açıb qışqırırdıq: “Güllələyin  əclaflar, onsuz da 

qanımız yerdə qalmayacaq! Sizi it kimi qovacaqlar!” Bu sözləri eşidən 10-15 nəfər erməni  əsgər və zabitləri 

avtomatlarını sinələrinə qaldırıb atəş açmağa hazırlaşırdılar. Mən yolun sağ  tərəf kənarında dayanmışdım. 

Ermənilər isə sol tərəfdə maşının arxa hissəsinə yaxın bir yerə toplaşmışdılar. Ölumə sinə gərən oğullar mənim 

sağ tərəfimdə düzülmüşdü. Ən axırıncı bizə tərəf  Telman Tağıyev gəlirdi. O, mənim yanıma çatar-çatmaz qəfil 

ermənilərə tərəf döndu. 3-5 metr irəliləyib əlindəki qumbaranı onların ortasına atdı. Ermənilər qaçmağa maçal 

tapmamış qumbara partladı. Partlayışın təsirindən mən yolun kənarındakı qalın kolluqla örtülü arxa düşdüm. 

Aldığım qəlpə yarasından və  zərbənin təsirindən huşumu itirdim. Bu hadisə  təxminən saat 14-00 - 15-00 

radələrində baş vermişdi. Mən ayılanda gördüm ki, hava qaranlıqlaşıb, özum də qan içindəyəm. Ağlım başıma 

gəldikcə başıma gələnləri və harada olduğumu muəyyənləşdirə bildim. Gecə yarı yerimdən durub meşələrin içi 

ilə  Ağdamın Abdal Gulablı  kəndinə  gəlib çıxdım. Sonradan öyrəndim ki, həmin hadisə olan yerdə sağ qalan 

ermənilər bizim maşında olan silahsız adamları avtomat atəşinə tutmuş, 33 nəfəri qətlə yetirmişlər.” 

 Hadisənin digər canlı  şahidi Telman Tağıyevin atası Aslan Tağıyev ermənilər tərəfindən Xankəndinə 

aparılarkən yolda oğlu Telmanın qəhrəmanlığının  şahidi olmuş  və 2 ay erməni  əsirliyində qaldıqdan sonra 

qaytarılmışdır. Aslan Tağiyev hadisələri belə xatırlayır: 

 

“ Fevral ayının 14-də ermənilər kəndimizi hər tərəfdən mühasirəyə alıb artilleriya atəişnə tutmuşdular. 



Bu zaman kənddə 120-dən çox mudafiəçi var idi. 90 nəfərə yaxın gənc və  cəsur oğlanlar gecə-gündüz 

səngərlərdə dayanıb erməni hücumlarının qarşısını alırdılar. Oğlum Telman 15 nəfərlə Qağarza istiqamətindəki 

3 saylı postda vuruşurdu. Onların qəhrəmanlıqla vuruşduğunu ondan bilirəm ki, bizi əsr aparan erməni 

döyüşçüsü deyirdi: “Ara, sənin oğlun olan postun uşaqları bizdən 64 nəfəri öldurub”. Telman hərbiçi idi. O, çox 

dəqiq və  sərrast atəş açırdı. Onun çox təsadufi hallarda gülləsi boşa çıxa bilərdi. Döyüşlərin 3-cü günü, yəni 

fevralın 16-da patron qurtarmaq üzrə idi. Qərargahda isə ehtiyat patron qalmamışdı. Axşam saat 20.00 

radələrində döyüşün komandiri Ədalət Məmmədov butun postlarda olan döyüşçülərin qərargaha yığışmasını 

əmr etdi. Mudafiəçilər bir-bir geri çəkilib qərargaha yığışdılar.  Telman  da  qərargaha gəldi. Bundan sonra 

qərargahın həyətinə gəlib çıxmış erməni quvvələri ilə mudafiəçilər arasında qızğın döyüş başladı. Döyüş səhərə 

qədər davam etdi. Mudafiəçilər son patronlarını  işlədirdilər. Bunu hiss edən ermənilər qərargahın həyətinə 

doluşmuşdular. Fevralın 17-si səhər saat 10- 00 -a qədər döyüş davam etdi. Daha biz tərəfdən atəş açmağa 

imkan qalmamışdı. Həyətdən erməni komandirləri azərbaycanca və rusça: “Çölə çıxın, təslim olun” - deyə əmr 

etdilər. Mən Telmanın dayandığı yerə  gəldim. O, hərbi formada, başını dik tutub vuqarla dayanmışdı. 

Düşündüm ki, onun hərbi paltarı ermənıləri qızışdıra bilər. Odur ki, cəld hərəkətlə  dəri gödəkçəmi və köhnə 

şalvarımı soyunub Telmana uzatdım və paltarını  dəyişməsini tələb etdim. O, mənə tabe olub hərbi formasını 

mənə verdı  və  mənim verdiyim paltarları geyindi. Bu zaman mən onun paltarın altında qranat gizlətdiyini 

gördüm. Dedim ki, oğlum, üst-başımızı axtaranda onu səndə tapsalar axırına az qalar. Onu bir kənara at. Telman 

kövrək səslə dedi: “Yox! Ata, o mənə lazım olacaq. Hələ döyüş dayanmayıb. Onsuz da ermənilər bilirlər mən 

kiməm” 

 Bayırdan ermənilər öz tələblərini tez-tez və daha qəzəbli səslə  təkrar edirdilər. Komandirimiz Ədalət 



Məmmədov ermənilərlə danışıqdan qayıtdı. Beş  dəqiqəlik məsləhətləşmədən sonra çölə  çıxmaq qərara alındı. 

Bir-bir çölə çıxır, sılahlarımızı qapı ağzında yerə atır sıraya düzülürdük. Yenidən əmr verildi ki, kimdə silah, 

sənəd, pul və qiymətli  əşya varsa yerə töksun. Pul və  sənədlərdən böyuk bir qalaq alınmışdı. Arxada 

dayananlardan başlayaraq bizim adamların üst-başlarını  əlləri ilə yoxlamağa başladılar. Təxminən 15 nəfər 



 

12

yoxlandı, onlardan heç nə tapılmadı. Telmana növbə çatmamış yoxlamanı davam etdirməyı lazım bilmədilər. 



Ürəyim bir az sakitləşdi. 

 

Qərargahın həyətində “Ural” və KAMAZ markalı iki yuk maşını dayanmışdı. Əmr etdilər ki, cavanlar 



“Ural” maşınına, qocalar və qadınlar isə KAMAZ maşınına otursunlar. Mən, Telmanı da KAMAZ maşınına 

mindirmək istədim. Erməni zabiti etiraz etdi. Turkcə danışan başqa bir erməni zabiti mənə yaxınlaşıb dedi ki, 

onda gödəkçəni mənə ver. Soyunub verdim və onun köhnəsini əynimə geydim. Bundan sonra o yenə Telmana o 

biri maşına oturmağı əmr etdi. Mən yenidən ona yaxınlaşıb yalvarmaq istədim. Onda Telman: “Ata, yalvarma, 

lazım deyil”, - deyib “Ural” maşınına mindi. Hamı maşınlara oturmuşdu. Yaralılarımız yerdə çabalayırdılar. 

Onlara fikir verən yox idi. 

 Maşınlara hərəkət  əmri verildi. Heç 100 metr getməmişdik ki, qonşu kəndlərindən gələn adamların 

tələbi ilə maşınları saxladılar. Hər maşından bir nəfər düşürüb hamının gözü qarşısında güllələdilər. 

 Maşınlar yenidən hərəkətə  gəldi. Qarşıda Tut Bağı deyilən yerdə çoxlu erməni qadın və kişilər 

toplaşmışdı. Onlara çatanda, Silos quyularının yanında, yenə  də maşınlar saxlanıldı. Biz cavanlar gələn 

maşından 20 metr irəlidə idik. Erməni komandirlərinin səsi gəldi: “Kim öz vətənində ölmək istəyirsə maşından 

düşsün”. Eyni zamanda iki nəfər erməni avtomatlardan cavanlar olan maşına atəş açdı. Onda cavanlardan bir 

neçəsi maşından düşdü. Mən Telmanın da düşdüyünü gördüm. O, maşından düşüb mənə tərəf baxdı. Nə demək 

istədiyini bilmədim. Camaatı süzdü. Birdən ermənilərin yığcam dayandığı yerə tərəf qaçdı. Bir göz qırpımında o 

ermənilərə çırpıldı və dərhal da partlayış baş verdi. Gözlərimiz qarşısında 10 erməni yaraqlısı parça-parça oldu. 

Daha bir neçə erməni də yaralanıb yerə sərildi. Telman özü də aldığı qəlpə yarasından yerindəcə öldü. Sağ qalan 

ermənilər özlərinə gələn kimi həmin yerdə 33 nəfəri güllələdilər. İgidlərimizin “Yaşasın Azərbaycan”, “Allahu 

Əkbər” deyə qışqırtısı indi də qulaqlarımdan getmir. 

 

Nəhayət maşınlar Xankəndinə  tərəf yenidən hərəkətə başladı. 2 ay Xankəndində girovluqda qaldım. 



Ermənilər əsirlikdə igid oğullarımızı işgəncələrlə məhv etdilər. 48 nəfər qadın, qoca və şikəst uşaqlar isə iki ay 

müddətində girovluqdan azad olundular. Meyidləri isə öldurülən yerdə köhnə silos quyularında basdırıb 

üstlərini torpaqlamışdılar. Sonralar biz 14 meyidi həmin quyulardan çıxarıb dəfn edə bildik. Hamısının 

basdırıldığı yerləri bilirəm. Qarabağ azad olan kimi sümüklərini çıxarıb layiqincə  dəfn etdirəcəyəm. Sağlıq 

olsun. İgidlərimiz sağ olsun. Biz qalib gələcəyik.” 

 Hadisələrin digər canlı şahidi Həqiqət  Hüseynova əvvəlcə rabitəçi vəzifəsini yerinə yetirirdi. Son iki 

gündə isə rabitə əlaqəsi kəsilmiş və kömək gəlməsinə ümid azalmışdı.  Bundan sonra H. Hüseynova beşatılan 

tüfəng götürərək,  əri  İmran Hüseynovla çiyin-çiyinə düşmənə qarşı döyüşlərdə bilavasitə  iştirak etmişdir. 

Həqiqət  Hüseynova hadisələr barədə bunları deyir: 

 

“İki aya yaxın idi ki, 100 nəfərdən çox kişiyə qulluq edirdik. Biz qadınların işı kişilərinkindən çox idi. 



Elə gün olurdu ki, 12 dəfə  təndir qalayır, çörək bişirirdim. O qədər paltarı  əllə yumaq asan iş deyil ki. Hələ 

cırılan-sökülən yerləri də tikmək lazım idi. Əsas işim isə rabitə idi. Mən güllə yağışı altında gəzir, ratsiya ilə 

döyüş meydanından postlar arasında  əlaqə yaradır, kənara məlumat verirdim. Bütün Türk dunyasına üz tutub 

yalvarırdım ki, bizə kömək etsinlər. Ümidimi heç vaxt üzmürdüm. Nəhayət, 5 gün qanlı döyüşdən sonra 

döyüşçülərin patronları azalmışdı. Hərənin 5-6 patronu qalırdı. Komandir Ədalət Məmmədov göstəriş verdi ki 

yavaş-yavaş qərargaha yığışın. Fevralın 16-da axşam hamı qərargaha toplaşdı. Səhərə qədər də atışıb erməniləri 

yaxına buraxmadıq. Fevralın 17-də səhər tezdən ermənilər qərargahın həyətinə doluşdular. Onlar danışıq üçün 

numayəndə tələb etdilər. Mən dedim cavab verməyin, barışıq-zad baş tutan iş deyil. Buna baxmayaraq Ədalətlə 

Alik danışıq üçün çölə çıxıb ermənilərin yanına getdilər. 10-15 dəqiqədən sonra Ədalət qanı qara halda qayıtdı. 

Dedi ki, bizi Xocavənddən ötürməyə, Ağdama yola salmağa söz verirlər. Mən dedim ki, yalandır, erməni sözunə 

inanmaq olmaz. Hər döyüşçü özü üçün bir patron saxlamışdı. Hamısı özunu vurmağa hazır idi. Onda Alik gəldi. 

O da dedi ki, ermənilər bizi Ağdama öturəcəklərinə çox möhkəm söz verirlər. Gördüm hamı razılaşır. Onda 

etiraz etdim ki, ermənilərin sözunə inanmayın. Ağdam polislərinin komandirinin qollarından tutub yalvardım ki, 

təslim oluruqsa, məni güllə ilə vur, əsirlikdə qalmaq istəmirəm. O tərəddüd elədi. Dedim ki, əgər ananın düşmən 

əlinə düşməsini istəmirsənsə, qeyrətli bir oğul kimi çəkinmə, vur məni. Qolundan tutub silkələdim, avtomatını 

yuxarı qaldırıb lüləsini sinəmə dayadım. Onun barmaqları tətikdə idi. Tətiyi çəkmək istəyirdi ki, həyat yoldaşım 

İmran yaxınlaşıb dedi: “Oğlum, mənim gözüm önundə  Həqiqətə güllə vurma”. Hamısını söyub təhqir etdim. 

Yerdən beşatılan tufəngimi götürub ayağa qalxdım. Döyüşə hazır vəziyyətdə dayanıb dedim: “Onda ölənə qədər 

döyüşəcəyik”. 

 

Nəhayət, bir-bir çölə çıxmalı olduq. Çölə çıxanda erməni komandirləri əmr etdilər ki, silahları tökun. 



Onda tam yəqinlik hiss etdim ki, bizi ermənilər Ağdama yola salmayacaqlar. Mən çiynimdə beşatılan, belimdə 

patron qatarı  çıxmışdım. Ermənilərin qəzəbli baxışlarını veçimə  də almadım. Döyüşçülərdən  Ərəstun silahı 

təhvil vermədi. Avtomatını divara vurub sındırdı və kənara atdı. Dedi ki, mən erməniyə silah vermərəm. Başqa 

cavanlardan da belə edənlər oldu. Beləliklə 118 nəfər Qaradağlı mudafiəçiləri əsir edildi. Ermənilər qocaları və 

qadınları bir, cavanları isə başqa bir maşına mindirdilər. Maşınlar hərəkətə  gəldi. Yol uzunu bizi aparan 

hərbiçilər maşını saxlayır, yol kənarına yığışmış erməni əhalisinin gözü qarşısında cavanlarımızı güllələyirdilər. 

Oğullarımızdan  Ərəstun, Nəbi, Nahid və  İbiş ölumu mərdliklə  qəbul etdilər. Onlar sinələrini açıb “əçlaflar, 


 

13

vurun, qoy qanım torpağıma tökülsün”, “İt kimi burdan qovulacaqsız” deyərək qışqırır, güllə qabağına 



gedirdilər.” 

 Digər canlı şahid Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması: “İlqar Qardaşxan oğlu 

Hüseynov, 1958-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Qaradağlı kənd özünümüdafiə 

taburunun tərkibində öz kəndlərinin müdafiəsi zamanı ermənilər tərəfindən əsir götürülüb. O, həmin hadisələri 

belə xatırlayır: 

“Xocavənddə cəmi 5 azərbaycanlı kəndi var idi. Onlardan da biri 41 erməni kəndinin əhatəsində olan Qaradağlı 

kəndi idi və  ən yaxın azərbaycanlı  kəndindən 13 km aralı idi. Bu kəndlər isə 1991-ci ilin noyabr ayında 

ermənilər tərəfindən işğal olunmuşdu və Qaradağlı blokadada qalmışdı. Ermənilər Qaradağlını tutandan sonra 

əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və  uşaqların 

cəsədlərini kənd yaxınlığındakı  Bəylik bağı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqladılar. 

Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular. Mənimlə birlikdə 

yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki 

kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada 

üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə 

qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq. Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı 

sakininin acından öldü. Ermənilər fevralın 26-da Xocalını  işğal edəndə Xankəndidə  həbsxanada idim. Həmin 

gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu 

şəhər də  işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını  kəsdilər. Onların 

arasında uşaq və qadınlar da var idi”.(11) 

 Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu hadisələri belə xatırlayır: 

“Məni fevralın 17-də  əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə 

dişlərimi zorla çəkdilər. Hər gün ermənilər tərəfindən döyülür, işgəncəyə məruz qalırdım. Həmin il martın 17-də 

Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin 

günə  qədər bir dəfə  də olsun xəstəxanaya gəlmədilər. Ermənilər sağlam azərbaycanlı  əsir və girovların daxili 

orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi”. 

 O. 


Əliyevin sözlərinə görə, Qaradağlının alınması  əməliyyatına və orada baş verən qətliamlara 

Ermənistan prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini 

söyləyib.[1] 

 

Qaradağlı faciəsində ölən, yaralanan, əsir düşənlər haqqında müxtəlif məlumatlar var. Məlumatların 



birində 54 nəfər dinc sakinin vəhşicəsinə  qətlə yetirilməsi, 50 nəfərin  əsir götürülməsi,  42 ailə başçısının 

itirməsi, 140 uşağın yetim qalması, ümumiyyətlə, kənd sakinlərinin hər 10 nəfərindən birinin şəhid olması  

göstərilir (12).  Digər məlumatda 90 nəfərin şəhid olması, 6 nəfərin itkin düşməsi və 9 nəfərin əsir götürülməsi 

bildirilir (13) 

 Fikrimizcə faciənin miqyası çox geniş olduğundan, faktların əsasən şifahi mənbələrə əsaslandığından və 

rəsmi araşdımalar aparılmadığından belə  fərqli məlumatlar mövcuddur. Buna görə  də bu sahədə  rəsmi 

araşdırmaların aparılmasına ciddi ehtiyac var. 

 

Aşağıda Qaradağlı faciəsində  şəhid olan, gorov götürülərək  əzab və  işgəncə ilə  qətlə yetirilənlər və 



taleyi indiyədək naməlum şəxslərin bir qisminin ad və soyadları qeyd olunub:.  

  


Yüklə 296,78 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin