Qara teleqram



Yüklə 2,82 Mb.
səhifə15/16
tarix31.01.2017
ölçüsü2,82 Mb.
#7133
1   ...   8   9   10   11   12   13   14   15   16

DAMJILAR
Əli haqqında kitab şərti olaraq tamamlanmaq üzrədir. Ona görə «şərti» ki, Əli haqqında sonsuz olaraq yazmaq olar. Bu xa­tirələri yazmağa başlarkən qeydlərə bənzər plan kimi bir yazı tərtib etmişdim. Güman edirdim ki, on­lar fəsil və bölmələrdə mətnə qarışıb əriyəjək. İndi gör­düm ki, bunların çoxu «xatirə­lər»dən kənarda qalıb. İndi neyləyim? Bunları təzədən kitaba, onun bölmələrinə daxil etmək mümkün olsa da, elə bilirəm ki, bir qədər süni görünəjək. Bəs nə etməli? Fikirləşdim ki, bunları «Dam­jı­lar» adı altında bu kitaba ayrıja bölmə kimi daxil edim. Bəs niyə damjılar? Əli «İlk simfoniya»sında damjıları çox mə­na­landırıb, axırda da mirvari dənələrinə çevirib. Əgər əsas mətndə bu bölümdəki ifadələrə rast gəlsəniz, onları Əli demiş «təkrar» kimi yox, «təkrir» kimi qəbul edin.

- Əli bütün ağrıları içində çəkirdi.

- Əlinin (arxa mənasında) istedadından başqa heç kəsi yox idi.

- Hər hansı mükafatı almaq üçün neçə rəngə düşmək lazım idi, Əli bunu bajarmazdı.

- Əlinin hər şeyi bədiiləşdirən, şeirə çevirən çox güjlü poe­tik enerci kürəsi vardı.

- Əlinin sifətində əzəmətli bir sakitlik vardı – Sabir, Mirzə Jəlil kədərini andıran.

- Əli əriyib Kür çayına çevrilə bilir, doğma torpaqla axa bilirdi. Bəzən Əli dönüb dəniz olurdu. Bir dəfə də Əli elə Qa­qa­ri­nin arxasınja kosmosa qalxdı, balaja dünya­mızı oradan seyr elədi.

- Əlinin sənətkar kimi bir xoşbəxtliyi də onda idi ki, özünü tez və ya vaxtından əvvəl kəşf edə, tapa bilmişdi. Başqaları hə­lə görkəmli bir şairin «təlim məktəbi» dairə­sin­də olduğu halda, onun əsərlərinə bənzər şeirlər yazdıqları zaman, onun təy­ya­rə­sinə qoşulub uçan planer vəziyyətində olanda Əli artıq azad, sərbəst uçuşda idi, onun poetik enerci mənbəyi öz daxilində idi.

- Şöhrət əyə bilməzdi Əlini, əyə bilməzdi, onu heç kəsin qa­pısına göndərə bilməzdi, şöhrət Əlinin başının üstə deyil, ayaq­larının altında idi. Çoxdan tapdalamışdı Əli şöhrəti…

- Çox sadə, hətta üzüyola görünən bu adamın daxili qüruru çox böyük və güjlü idi.

- Əli bilmirdi ki, müasir şairdən istedaddan daha çox siya­sət­bazlıq, bəzən lotuluq, həyasızlıq, aferistlik və iki­üz­lülük tə­ləb olunur (Bəlkə də bilirdi). Lakin Əli özünün saf təbiətindən bir millimetr də kənara çıxa bilməzdi. Al­lah onu da elə yarat­mışdı.

- Əli bilmirdi ki, həyasız adamların dünyasıdır bu dünya, hiy­ləgərlər və məkrlilər dünyasıdır bu dünya (Bəl­kə də bilirdi).

- Öz istedadlarına inanmayanlar tribunalara jan atır, gah partiya, gah vətən, gah da millət adından bağırırdı. Əli isə öz is­tedadına inanırdı. «Mən xalqımı sevirəm» de­məzdi, anjaq ha­mıdan çox sevərdi xalqı. «Vətən», «və­tən» deyib döşünə döy­məzdi, ölümə gedərdi vətən yo­lun­da. Bəlkə bu Əliyə atasından keçmişdi. Əli atası haq­qında demişdi:

Övladına birjə dəfə «jan» söyləməkdən

Övlad üçün jan verməyi asandı ona.

- Nəsimi kimi ağrısızlığa qovuşmuşdu Əli, «şöhrətsiz» yaşa­maq istedadına.

- Elə bil Əlini yaşadan başqa dünya vardı elə bu dün­yanın özündəjə – bəlkə də münəddəs bildiyimiz xalqın gözə görün­məz ürəyi idi bu dünya; çirkli, eybəjər dünya ilə yanaşı büllur kimi təmiz, saf dünya. Əli orada yaşa­yırdı, onun şöhrəti də ötəri deyildi, əbədi idi.

- Əli Kərim dünyaya yalnız şeir yazmaq üçün gəlmiş­di.

- Əlinin poeziyada öz yolu vardı – Əli Kərim yolu. O, çox sadə, təvazökar, qəlbitəmiz bir insan, əsl şair idi.

- Əlinin konkret düşməni, konkret bədxahı elə bil yox idi. Bəlkə gizli bədxahları vardı? Əli o qədər ideal idi ki, heç bir bədxah qorxusundan açıq şəkildə ona özünün əsl münasibətini izhar edə bilməzdi (Bu bədxahlığın həsəd adlı ümumiləşdirilmiş obrazı vardır. Bu obrazın buynuzları yoxdu, adi sifəti, sığallı saçları, işıltılı yanaqları, müəyyən məqamlarda şüşələnən buz kimi soyuq məşum gözləri vardı).

- Mosart və Salyeri dövründə nə Kommunist partiyası vardı, nə də Sovet dövləti. Gəlin etiraf edək ki, salyerilik insan xis­lə­tində var, sənət aləmində daha qabarıq kükrə­yir. Qibtə, həsəd, paxıllıq ümumbəşəri bəladır, bu və ya digər dərəjədə çoxla­rın­da var – injəsənət adamlarının isə selikli qişalarındadır, yəni həm üzdə, həm də həssas və kövrək yerlərində.

- Yadıma gəlmir ki, bir nəfər qələm əhli Əlinin şeirləri­ni bə­yənməyə. «Lakin», «lakin», «amma» və yalançı «heyif ki» ifa­dələri Əli barədə danışanların bəzilərinin dilində bitmişdi. «Gö­zəl şairdir, hayıf ki…» «Balam Əli daha bir şey yazmır deyə­sən», «Bütün sözlərini deyib, istedad neyləsin axı?» Halbuki Əli son nəfəsi ağzından çıxana qədər şeir bəstələyib, vəsiyyəti də şeir olub.

Hərdən öz-özümə deyirəm ki, Əli zəmanənin jən­gəl­lik mü­hitinə çevirdiyi yazıçılar mühitindən elə bil ki, qor­xur­du. Və pye­sindəki möhtəşəm İxtiyar obrazı kimi tikanlı nəzərlərdən qorun­maq üçün içkini bir növ qalxana çe­vir­mişdi. Əli görünür, haq­qında deyilən «amma»ları da, «lakin»ləri də eşidirdi.

Deyirlər ki, Əli yazmır

nə vaxtdır

həm şeirdən,

Həm qələmdən uzaqdır.

Biri deyir: Daha yazmaz

tərgidib.

Şeir, sənət dünyasını

tərk edib.

Biri deyir: İndi

Hada var adı,

Şair üçün

Ölüm bundan yaxşıdır.

Düşünürəm: Nə yaxşı ki,

mən varam,

Onlar haqda

Yenə əsər yazaram.

- Elə bil Əli istedadından qorxurdu, xəzinəsi olan adam­lar hansı qorxu hissini keçirirsə, yüksək, nadir iste­dad sahibləri də salyerilərdən qorxurdular, ətrafa boyla­nırdılar, «qoy mənə nə de­yirlər, desinlər, anjaq işləri ol­masın mənimlə, yazmaq və yaratmağa mane olma­sın­lar».

- Bəzən şəhərimizin gənj şairlərindən giley də eşidir­dim: «Əli Kərim sizin nə təhər dostunuzdur ki, bizə kö­mək eləmir». Onlar nejə başa düşəydilər ki, hamıdan çox Əlinin özünün böyük kömək və qayğıya ehtiyajı var.

- Əlinin aydın olduğu qədər də mürəkkəb daxili dün­yası vardı.

Əli müasirliyin daha aydın və optimal yolunu seçmiş­di: Ənənə, xalq nəfəsi, klassika və yenilik…

- Əlinin səbri yaşadığı mənzildən çox-çox yüksəkdə idi.

- Feyzi: Taleyə bax. Əli birinji mərtəbəni yerin altına dəyiş­di.

- M.Altay: Əli Bakıda yerin altına Göyçayda yerin üs­tünə köçdü.

- Öz haqqını tələb eləyə bilməyən Əliyə istedadının qüd­rə­tinə və hədsiz təvazökarlığına görə valideyn yazıçı­ların xüsusi qay­ğısı gərək idi… Ay hay! Valideyn yazıçılar özlərinə varis ye­tiş­dirməklə məşğul idilər, harada idi on­larda vaxt və buna görə də onlar sonsuz qaldılar.

- Dirilər diri-diri ölüb, Əli isə yaşayır.

- Əlinin bənzətmələri də özü kimi utanjaqdır, o dəqi­qə gözə görünmür, gərək diqqətli olasan.

- Əlinin əsərlərində ölüm müxtəlif qiyafələrdə çıxır qar­şıya.

- O, «Daş»ı yazmaq üçün gərək daşı əritməli, ondan ox ya­ratmalı, gülləyə çevirməli, mərmiyə, raketə döndər­məli idi.

- Hansı 60-jı illərin yeni ədəbiyyatından söhbət gedə bilərdi ki, 50-ji illərdə artıq Əli vardı.

- Asvaltı yaran çiçək də sərt olur. Əlinin bəzi misraları na­hamvar görünə bilər, onlar betonu dəlib gəlib.

- Əli görünür, xəstə olanda iç ağrılarını (dəhşətli ağrı­larını), əzab­larını əzizlərindən, doğmalarından gizlətmək, onlara sira­yət etdirməmək, onları öz ağrılarına şərik et­mə­mək üçün əzab­larına təbəssüm qatırdı, elə bil onda Əli bir qədər fağırlaşırdı.

- Həyatının övladlarında davam edəjəyinə dərin eti­qad var idi Əlidə. Ölüm ərəfəsində, ölüm anlarında Əlinin sinəsini dol­du­ran bir qürur da var idi onda, bir Şərq oğlu, bir türk oğlu, bir müsəlman qəlbi var idi Əlidə. Onun fikri, düşünjələri, nigaran­çı­lığı yazıb qoyub getdiyi əsərlərində deyil, övladlarında idi: «Ölüm çəkmiş olsa üzümə sarı bir kədər, əvvəlki təbəssümümü salın yada – düşünüb bir qədər. Gejələr yazmaq, oxumaq eşqi gələndə Paşanın, Azərin, Orxanın asın təbəssümümü divar lam­pası kimi başı üstdən üç janımın, üç igid oğlanımın Paşa­mın, Azərimin, Orxanımın».

- Əli ürək ağrılarını, sirlərini, məhəbbət və nifrətini şeir­lərinə etibar etmişdi.

- Deyirlər Qanq çayı haradasa gümüş yataqlarından keçib gəldiyi üçün (gümüş mikrobları məhv edir) bütün dərmanları onun suyundan hazırlayırlar. Əlinin şeirləri gö­rən hansı ləl-jə­vahirat yataqlarından, xəzinələrindən keçib gəlib?

- Olur ki, hər hansı bir əsər ədəbi mühitdə səs çıxarır. Jə­miyyətə, geniş kütlələrə naməlum qalır. «Qaytar ana borjunu» gənjlərin əxlaq tərbiyəsində təsirediji güjə malik olur. Son il­lər­də respublikada ədəbiyyat dərslikləri­nin təzələnməsi məsə­lə­si kəskin qoyulurdu. Müzakirələr­də yazıçılar da çox iştirak edir­dilər (xüsusilə öz əsərlərini həmin dərsliklərdə görmək ar­zusunda olanlar). Söz yox ki, bütün əlamət və xüsusiyyətlərinə görə istər estetik ba­xımdan, istərsə də pedaqoci baxımdan dərs­liklərə salın­maq üçün Əli Kərimin əsərləri ən ləyaqətli nü­munələrdir.

- Biz hamımız çalışırıq ki, kimsə bizim bütümüz olsun, biz nə ediriksə edək o, təmiz, günahsız qalsın, ona pə­rəs­tiş edək, ətəyində namaz qılaq. Bəzən biz onun da bizim kimi yerdə ya­şadığını, insan olduğunu unuduruq.

- Əli adı Əlidə min il sandıqda qalıb ovxarını və parıl­tısını saxlamış kəskin qılınja bənzəyir, Əli qılınjına.

- Uzun matəm korteci hərəkətdə idi, yenə Əli, bizim Əlimiz hamıdan öndə idi – bu əbədiyyətə gedən yolda.

- Günəşə yaxın olmaq, ondan bol içmək Əlinin nəşinə qis­mət oldu.

- Bir anlığa mənə elə gəldi ki, madam Əli yoxdur, deməli, Bakı da yoxdur.

- Nə vaxtsa məndə şeirin strukturuna nüfuz etmək bajarığı vardı, şeiri çox sevirdim. Əli elə bil mənim şeirə məhəbbətimi də özü ilə apardı. Sonralar hiss etdim ki, şeir duyumum çox zəif­ləyib şeirə laqeydlik əmələ gəlib məndə. İndi Əli şeirini çox həssaslıqla təhlil eləyənlər var.

- Əlinin dəfni çətinləşəndə, problemə çevriləndə mə­nə birdən-birə elə gəldi ki, Əlinin tabutu böyük bir dəstə gənjlərin çiyinlərindədir. Onlar Əlini dəfn olunmağa qoymurlar. İndi də mənə elə gəlir ki, həmin gənjlər Əlini çiyinlərində saxlayır, onlar Əlini bu günə qədər gətiriblər və sabaha da apara­jaq­lar...

- Sonralar Əlinin şeirlərini nəzərdən keçirərkən, yazıl­ma tarixini aydınlaşdırarkən gördüm ki, o, öz janını ölü­mə yox, şeir­lərə verib. Onun ölümə qədər, jəmi beş ay yarımda yazdığı şeir­lərin siyahısı: «Babəkin qolları», «Oğ­lum şəkil çəkir», «Yeraltı dünyada», «Uşaq», «Ha­bil», «O, elmin müqəddəs as­ta­nasından…», «Şəhidliyin zirvəsi», «Göydəmir at», «Xatiri­nə», «Gejə yağış yağdı», «Sənə hüjum çəkir qəm qoşunları», «Od tutub yandı içim», «Ey mənim yerimdə yatan qardaşım», «Ağrıya bir-iki söz», «Ölüm xəstəxanada», «Vəsiyyət», «Ölüm­dən sonra», «Ürəyim çox yaman sanjdı». Bu dəhşətli ya­şan­tılar müqabilində ürək neyləsin?! Bunlar Əlinin 1969-ju ilin yan­varından iyunun ortalarına qədər yazdığı şeirlərdir. Bunu nejə mənalandırasan. Təkjə «Şəhidliyin zirvəsi»nə sərf olunan ener­ci itkisindən adam dünyasını dəyişə bilər. Əli ağır xəstə­lən­miş­di. O, bütün enercisini xəstəliklə mü­ba­rizəyə, xəstəlikdən müdafiə­yə sərf etməli ikən ölümsüz şeirlərinə sərf etməyi üstün tutdu. Başqa bir fikir də gəlir ağlıma: Əli əbədiyyətə qovuşajaq bu şe­ir­ləri ölümün ağ­zından aldı. Əsl şair üçün əsl şeir yazmaq jan vermək kimi bir şeydir. Jəmi beş ayda yazılan bu ölüm­qa­bağı şeir­lər Əlinin ölüm üzərindəki qələbəsi idi.

- Əlinin ağrıları son əsərlərindən aydın olur ki, hədsiz dəh­şətli olub. Həmin ağrılar Babək və Nəsimi ağrıları həd­dinə ça­tan­da Əli bu ağrıları şeirə çevirmək fürsətini qaçırmayıb, bu ağ­rılardan şedevrlər yaradıb.

- Əli əsərlərindən məlum olur ki, ölümlə çoxdan əl­ləşirmiş. Təkrar da olsa ölümlə bağlı əsərlərinin bəziləri­nin adlarını çək­mək istərdim: «Ölümdən sonra», «Ürəyim çox yaman sanjdı», «Xatirəsinə», «Od tutub yandı içim», «Palatada saxlanmış şeir­lər­dən», «Ağrıya bir iki söz», «Ölüm xəstəxanada», «Vəsiy­yət», «Ölümdən pis», «Sal­yeri», «Bəzən haqq qazanır insan öləndə» və s. Hələ bu azmış kimi «Kayutda iki nəfər» hekayə­sində bir səhifədə ölüm obrazı bir neçə dəfə görünür. «Elə bil qoja təkjə araq yox, ölüm də gətirmişdi. Bu ölüm kayutun divarla­rından tutmuş, lazımsız kağız qırıntılarına kimi hər şeyə soyuq bir gözəllik vermişdi. İndi hər şey sevimli idi». «Qız qəhqəhə çəkdi, qojaya baxıb javana güldü, ölümün so­yuq nəfəsini kayutdan qovmaq üçün güldü». «Oğlana elə gəlirdi ki, bu qız ölümlə onun arasına girmişdir».

Bütün bunlar nədir? «Faust» yada düşür. Həyatın ma­­­hiy­yə­tini yenidən aydınlaşdırmaqmı istəyirdi Əli? Bil­mi­rəm. Bu da Əli­nin dediyi kimi bir «sirri-xudadır» bəlkə…

- «Dalğanın biri qızıl, biri boz, biri ağdır». «Güllərin səsi rəng-rəng, birininki qırmızı, birininki çəhrayı». «Bu rəngarəng narahat, dalğalı kainata». «Qujaqlayıb bir sal daşı, seyr edirdi papaqlı, göy sinəli, ayaqlı qalxıb enən dalğaları». «Dal­ğa­ların ətəyi uzaqlarda gözdən itdi bir parça duman kimi». «Ah o valslar, o valslar rəngbərəng bir həyatdır». «Birər, birər ləpələr sahilə zər səpələr». «Dalğanın biri qızıl, biri boz, biri ağdır». «Tö­küldü dalğa-dalğa sinəsinə, başına günəşin al dənizi». «Alışdı, yandı Van-Qoq rənglərin əfsanəvi, qarışıq dün­ya­sında». «Kürə yağış yağırdı… Suda rəngli bir yağış… Açıq düz­lər tərəfdə yağış yağır gümüşü, göylərin təbəs­sümü, təbiə­tin gülüşü, Kürün ortasındasa günün qarşısında – qarşısında al, al-qırmızı bir yağış, al qırmızı bir xəyal. Samux meşələri­nin köl­gələrində qara. Qara yağış, boz yağış – yağır aramsız yağış. Sa­­mux meşələrinin qara kölgəliyində Yağış görünmür gözə… Kürə yağış yağırdı. Onun min rəngi vardı… Yağırdı qızıl ya­ğış, ya­­ğırdı gümüş yağış, qara yağış, boz yağış…» Əli bəzən rəng­siz­liyin rəngini də kəşf edir: «Gözlərində təbəs­­mün şəffaf rən­gi var» və yaxud «Elə bil aran yazı rəngində qızıl yuxudan oy­andım». Bütün bunları görmək üçün dahi rəssam gözü, təq­dim etmək üçün dahi şair qə­ləmi gərəkdir. Hələ bu nədir? «Gözlərdə sözləri közərir». «Dostları təəssüflə, dərmanlı tən­ziflə saxlamaq istəyir ya­ra­dan süzülən qırmızı sözləri». Daha bir şedevr: «O, altı yüz il qabaq dərisindən çıxaraq göy­lərə ba­xa-baxa, dö­züb hər məşəqqətə, getdi əbədiyyətə. Al qanı axa-axa, yeridi güjü artdı, tarixləri qızartdı».

Əli impressionizmə nejə münasiət bəsləyirdi? Bilmi­rəm, bu haqda heç söhbətimiz olmayıb. Baxmayaraq bir dövrdə «rəng­lər» silsiləsi barədə çox söz-söhbətlər oldu. Onu bilirəm ki, Əli hədsiz mütaliə edirdi. Dünya ədəbiy­yatında baş verən yenilik­ləri həssaslıqla izləyirdi, buna baxmayaraq onun yaradıjılığında zərrəjə yad not yox­dur. Olsa-olsa Əli həyatı əks etdirməyin yeni üsullarını öyrənirdi. Onun yaratdığı obrazların hamısı milli zəmin üzə­rində dayanır.

ÖLÜMÜNDƏN SONRA
Güman etmək olardı ki, Əli dünyasını dəyişəndən son­ra «Kollektiv Salyeri» daha ondan əl çəkəjək, dinjə­ləjək, rahat nəfəs alajaq. Lakin müasir salyeriçilik daha amansız, daha qəddar, daha fəndgir və həyasız imiş. Ölü­mündən sonra Əli Kərim haqqında çox gözəl sözlər söyləndi. İttifaqda keçirilən məjlislərdə, yubiley gejələ­rin­də, radioda, televiziyada, mət­buat­da. Lakin əməldə «Kollektiv Salyeri» yenə öz işində idi. Bir şair deyir ki, ölümdən sonra hüjumlar dayanır, hər şey bitir. Yox bit­mir. O qədər təriflərdən sonra (bəlkə bu təriflər içində salyeriçilərdən də var imiş, kim bilir?) gözləmək olardı ki, heç olmasa, ailəsinin nümunəsində (üç körpə uşaq) Əliyə münasi­bət kökündən dəyişəjək. Yəni, heç olmasa, ailə xəstəlik mən­bə­yi olan zirzəmidən yeni mənzilə kö­çü­rüləjək. Lakin… Yalnız mənzil verilmək üçün (bəlkə av­to­maşın da) İttifaqa qəbul edil­miş tanış-bilişdən, qohum-qardaşdan majal olmadı (Çox qəribə mənzərə: İttifaq üzvü olan yazarların sayı artdıqja, az-çox bə­yənilə bilən bədii əsərlərin sayı sürətlə azalmağa başladı). Özü də bu yeni qəbul edilənlər o qədər çox və o qədər üzlü idilər ki, onlardan artırıb Əli Kərimin ailəsinə yeni mənzil vermək olduq­ja müşkil bir iş idi. Lakin xalqımızın dilində belə bir ümidveriji ifadə də var: «Allah göydən baxır axı». Bəli Al­lahın köməyi ilə öv­­ladları təzə mənzil aldılar. Damarların­da Əli qanı axan bu gö­zəl övladlar təhsil də aldılar, üstə­lik elmi ad və dərəjələr də. «Allah göydən baxır axı».

Ölümündən sonra haqqında çoxlu təriflər deyilmiş Əli­nin kitablarını (çox gözəl və dəyərli kitablarını) diriliyi za­ma­nı bura­xılmış ədalətsizlikləri unutdurmaq xatirinə hər hansı bir ədəbi mü­kafata təqdim etmək mümkün idi. De­yə­sən hətta təqdim edildi də. Belə təjrübə də var idi. Lakin ömrü boyu «sən məni, mən səni» prinsipi ilə iş gö­rən mükafat komitəsindən hansı əda­­lətli qərarı gözləmək olardı. Mükafata təqdim edənlər, mü­ka­­fat­ların kimlərə ça­ta­jağını da əvvəljədən proqramlaş­dırmış­dı­lar. «Kollektiv Salyeri» öz işində idi.

Əli Kərim özünü təsdiq etmiş, ədəbi ijtimaiyyət tərə­fin­dən yüksək qiymətləndirilən əsl şairdir. Buna görə də Azərbayjan poe­ziyasını xarijdə təmsil edən şairlərimizin ön sıralarında ol­malıdır (Öz əsərini özəlləşdirib öz kitab­larını xariji ölkələrdə nəşr etdirənlərlə işimiz yox, baja­rana baş qurban). Lakin İttifaq xətti ilə xarijdə kitablar nəşr edilərkən Əlini unutmaq ən azı insafsızlıqdır. 70-ji illərin ortalarına doğru o zamankı şəhər me­rinin dəvəti ilə Gənjəyə iki polyak ədəbiyyatçısı gəlmişdi. Onları müşa­yi­ət etməyi mənə tapşırdılar. Onlardan biri mənə dedi ki, Azərbayjana polyak dilində şeir antologiyası tərtib etmək məq­sədi ilə gəlmişlər, işlərini tamamladıqları üçün Hajı­kənddə və Göygöldə bir neçə gün istirahət edib Bakıya dönəjək, oradan da Polşaya qayıdajaqlar. Nejə oldusa, şeirləri polyak dilində dərj ediləjək şairlərin siyahısını bax­maq üçün mənə verdilər. Baxdım gözlərimə inanma­dım, Əlinin adı yox idi siyahıda, bir də baxdım. Onlar da təəjjübümü duydular, səbəbini xəbər aldılar. Dedim. Son­ra da imkanlarım daxilində Əli Kərimin yaradıjı­lığı­nın məziyyətlərini şərh etdim. Qonaqlar getdilər, təxminən bir ildən sonra avtoqrafı ilə polyak dilində Azərbayjan poezi­yası an­tologiyasını aldım. Əlinin şeiri də çap olunmuşdu.

Görünür, polyak qardaşlar onlara siyahı verən kəslə gö­rüş­müş, Əli haqqında danışmışlar. Təxminən həmin söh­bəti belə təsəvvür edirəm. Həmin kəs Əlinin adını polyakın dilindən eşi­dən kimi deyib:

- Baho, Əli Kərim gözəl şairdir, heç ola bilməz ki, onun adı si­yahıda olmasın. Yəqin makinaçı səhv edib. Daxil edərik siya­hıya, hökmən. Bax beləjə, «gördün hə­nək, görmədin də­yə­nək».

Son illər Türkiyənin yolu su yoluna dönüb. Allaha şü­kürlər olsun. Gözləmək olardı ki, kimlərsə Əlinin poezi­yası ilə türk naşirlərini tanış edəjək, bəlkə orada da na­kam və unudulmaz şairimizin əsərləri işıq üzü görəjək. Lakin heyhat! Özlərindən artsa! Professor Rafael Hüsey­novun Türkiyədə məskunlaşmış bir azərbayjanlı curna­list­lə söhbətindən məlum oldu ki, orada şair Əli Kərim haqqında təsəvvür yoxdur.

Hər hansı bir xariji nəşriyyat Azərbayjandakı müvafiq qu­rumlara mürajiət edib tərjümə və çap üçün əsər istə­dikdə hərə özünün və ya ona bir köynək yaxın olanların yazılarını təq­dim edir. Bu üsulla artıq tanış olanlar isə son vaxtlarda özləri ax­tarıb seçmək məjburiyyətində qalıblar. Axı neçə dəfə aldan­maq olar?

İllər keçir, tarix hər şeyi durulda-durulda irəliləyir, bü­tün dəyərlər öz yerini tutur gözlərimizin önündəjə. Müx­təlf məsləkli qəzetlərin, curnalların səhifələrindən Əli Kəri­min adı boy verir. Bə­zən xatirələr çıxır, bəzən bütöv şeir­lər təkrar-təkrar çap olu­nur, bəzən beytlər, bəzən ayrı-ayrı misralar. Hamı Əliyə istinad etmək istəyir, hamı Əliyə güvənmək istəyir. Çünki Əliyə, onun poeziyasına inam çox güjlüdür. Əlinin poeziyası özü kimi, saf­dır, təmizdir, etiqad edilməli poeziyadır.

Əli Kərimin xatirəsini əbədiləşdirmək üçün nə seka, qərar verib, nə də sovmin. Hər hansı təşkilatın qərarı ilə ujaldılan abi­dələrin gələjəyinə ümid azdır. Yalnız xalqın istəyi, arzusu, hökmü, qərarı ilə ujaldılan abidə əbədilik hüququ qazana bilir. Son illər «xalq» məfhumu barədə o qədər deklarativ sözlər söylənib ki, bu müqəddəs kəlam elə bil öz əzəli müqəddəs mə­nasını tərk edib, bu söz ətrafında çox dəllallıqlar edilib. Amma xalq kəlamı ona dolanmış saxta bürünjəkləri jırıb dağıdıb özü­nün əsl mahiyyətində yenidən zühur edib. Əli Kərimin öz yur­dunda xalqın iradəsi, xalqın məhəbbəti ilə ujaldılan abidəsi var, minnətsiz… Ən gözəli isə poeziyasının əbədi yaşarlığının sübut olunmasıdır. Artıq 30 ildir ki, Əlinin poeziyası Əlisiz irəliləyir, o bütün mərhələlərdən, hətta natəmiz adlandı­rı­lan mərhələlərdən də saf və təmiz çıxdı. Əlinin poeziya­sında elə bil günəş batare­yaları var, nə qədər günəş var, Əlinin poeziyası ondan enerci alıb irəliləyəjək – sabaha, gələjəyə…

ETİRAF
Mənim Bakı səfərlərim xeyli seyrəlmişdi. Bir-iki günlü­yə gedəndə də daha köhnə dostlar və tanışlarla görüşə bilmirdim. 80-ji illərin əvvəllərində Azərnəşrin klubunun qabağında «Gənjlik» nəşriyyatının redaktorlar otaqlarının qarşısında ilk gənjlik illərindən dostluq elədiyim Kamran Məmmədovla rast­laş­dım. İndi neçə illər keçəndən sonra aydınlaşdırıram ki, bu görüş heç də təsadüfi deyilmiş. An­jaq biz bu görüş üçün heç də vədələşməmişdik. Görən kimi dedi:

- Haralardasan? Sənlə görüşə əşhəd ehtiyaj hiss edir­dim. Deyiləsi sözlərim var. Daha doğrusu etirafım var.

- Yenə etiraf – deyə biixtiyar xəbər aldım.

- Bəli, etiraf, özü də yekəsindən.

Bu etiraf ifadəsinin uzun bir tarixi vardı. On dörd-on beş ya­şım olardı. Saatsazlıq edirdim. Qəzet və curnal­lar­da bədii ədə­biy­yat naminə əlimə nə keçirdisə ajgözlüklə oxuyurdum. Mü­haribəni görənlər də, görməyənlər də bo­ya­tımış, sürtülmüş möv­zularda elə hey yazırdılar. Sücet­lə­rin çoxu barmaqlardan sorulur, ya da nümayiş etdirilən filmlərin motivləri əsasında qu­rulurdu. Elə bil ədəbiyyat sus­talmış, yorulub yolda qalmışdı. Gün­lərin birində iri for­matlı qəzetlərin birində «Etiraf» adlı bir hekayə oxudum, olduqja təravətli göründü mənə. Həyati və səmimi bir he­kayə həmin boz yazıların fonunda. Elə bil ki, mü­hari­bə­dən sonrakı yeni ədəbiyyatın başlanğıjı idi. Müəllifi də Kamran Məmmədov. Çox sonralar mən həmin hekayəyə bir də qayıtdım. Qorxdum fikrim birdən dəyişə bilər, axı illər keçdikjə bizim zövqlərimiz də mütəmadi dəyişirdi. 1950-ji ildə isə Şuşa­da istirahət evində Kamran müəllim­lə şəxsən tanış oldum. On il yaş fərqimiz olsa da söhbə­timiz tutdu. Artıq tanınmış alim olsa da, aramızda məsafə yox idi. Mehriban, saf, istiqanlı Kamran müəllim. «Etiraf» haq­qında təəssüratımı olduğu kimi danışdım. Sonra da xeyli lətifələr və Şuşa haqqında müşahidələrimi. Gün­ləri­miz çox maraqlı və xoş keçirdi. Ayrılanda Bakıya gələ­rəmsə mütləq onu görməyimi təkidlə söylədi. Bakıya ge­dən gün iş ye­rində (Nizami adına Elmi-Tədqiqat Ədəbiy­yat İnstitutunda) gö­rüş­dük. Məni çox adamla tanış etdi. Hər dəfə Bakıya gedərkən mütləq görüşürdüm Kamran müəllimlə. Mətbuatda hekayələ­rimi gördükjə sevinirdi. Bir gün məni təkidlə «Uşaqgənjnəşrə» apardı. Ərizə ver­məyin vaxtıdır kitab nəşri üçün – dedi. Nəşriy­yatda məni Hamid Qasımzadə ilə tanış etdi, hekayələrim haq­qında xoş sözlər dedi, sonra isə redaktorlara təqdim edib mən­dən muğayat olmalarını xahiş etdi. Qərəz ərizəmi götür­dü­lər və 1958-ji ildə «On birinji açar» adlı ilk kiçik kita­bım Kamran mü­əl­limin səbəbkarlığı ilə nəşr olundu (Allah bütün xeyirxah adam­lara rəhmət eləsin başda Kamran müəllim olmaqla). Bakıya yolum düşəndə imkan daxilin­də yenə onunla görüşür, söhbət edirdik. Hərdənbir Gən­jəyə də gəlirdi. İşıqlı şəxsiyyət idi Kam­ran müəllim.

İndi bu «Gənjlik» nəşriyyatının redaktorlar otağının qarşı­sın­da görəsən o nəyi etiraf edəjəkdi. Əslində etirafı mən elə­mə­li idim ki, çoxdandır onun görüşünə gedə bil­mirdim. İndi o üzün­dəki fağır bir təbəssümlə (O, Qara­bağdan Nazim Axun­do­vun yubileyindən qayıdarkən Kür­dəmirdə yeməkdən zəhər­lən­miş, uzun müddət müalijə olunmuşdu) təkrar etdi:

- Bəli, etiraf.

- Nə etiraf, Kamran müəllim?

- Bir zamanlar səninlə müasir poeziya haqqında çoxlu söh­bətlər edərdik. Sən vəjdlə, ağız dolusu Əli Kərimin şeirlə­rin­dən, poemalarından hey yorulmaq bilmədən da­nı­şardın. Onun poeziyası haqqında elə sözlər işlədərdin ki, belə ifadələri biz yal­nız böyük nəslin ən seçmə nüma­yəndələri haqqında deyər­dik. Onu poeziyamızda böyük bir hadisə kimi qiymətləndirirdin. Mənsə sənin xətrinə dəyməmək üçün dinmirdim, özümü elə göstərirdim ki, de­­dik­lərinlə razıyam. Zaman keçdi, bu gözəl şair dün­ya­sını dəyişdi. Onun ölümündən sonra nəşr olunmuş iki­jild­lik seçilmiş əsərlərini aldım. Çox diqqətlə, səbrlə mütaliə etdim, həqiqətən də Əli böyük şair imiş.

Kamran müəllim Əlinin sənətkarlıq baxımından təkrar­sız­lığından, oricinal bənzətmələrindən, «Şəhidliyin zirvə­si»ndən, «Ata­mın xatirəsi»ndən, «Babəkin qolları»ndan və onlarla baş­qa şeirlərindən ilham və vəjdlə danışırdı. Mən də diqqətlə qu­laq asıb fərəhlənirdim. Bütöv ömrünü yalnız ədəbiyyata həsr et­miş, yeri gələndə almaz kimi sərt və ipək kimi yumşaq xarak­ter­li Kamran müəllimin de­dikləri mənim üçün çox xoş idi. Bu söz­ləri söyləyən alim Azərbayjan ədəbiyyatının ən sağlam, öz­lərini xalq işi üçün fəda edən görkəmli yazıçılarının yaradıjı­lıq­larını mükəmməl təhlil etmişdi. Ə.Haqverdiyevin, Q.B.Zakirin, Y.V.Çəmənzəminlinin həyat və yaradıjılıqlarını ətraflı təd­qiq edən Kamran müəllim, həmin sənətkarların fəaliyyəti­ni ədəbiy­yat­şünaslığın magistral yoluna çıxarmış, gələ­jək filoloqların işi­ni xeyli asanlaşdırmışdı. İndi bu əsl ədə­biy­yat aləminin nüma­yən­dəsinin Əli haqqında dedikləri məni xeyli mütəəssir etmişdi. Onun dedikləri mənə Əli haqqında yazılmış ən gözəl məqalələr qədər əziz idi.

Kamran müəllim isə yenə də Əlinin əsərlərini təriflə­məkdə davam edirdi. Çox təəssüf edirəm, onun Əli haq­qında dediyi gö­zəl sözlərin çox böyük əksəriyyəti konkret olaraq yadımda qalmayıb, ümumi şəkildə isə vəjd və hey­ranlıq qalıb xatirimdə. Bir də yadımdan çıxmayan bu dedikləridir:

- Qarabağdan Bakıya qayıdanda burulduq Göyçaya, soraq­laşıb qəbrini tapdıq. Ailə üzvlərimlə birgə ziyarət etdik bu na­kam şairin qəbrini, rəhmət oxuduq. Qa­ra­bağ­dan gətirdiyim bir dəstə gülü də qoyduq qəbrinə.

Onun sözləri məni çox sevindirsə də üzündəki qırış­lar, si­fə­tindəki sarılıq qüssəyə çevrilib ürəyimə axırdı. Fi­kirləşirdim, bir gün rahat bir guşədə oturub Əli haqqında söhbətlərimizi davam etdirərik.

Fəqət qismət deyilmiş.

Bu mənim Kamran müəllimlə son görüşüm imiş…


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin