Qara teleqram



Yüklə 2,82 Mb.
səhifə13/16
tarix31.01.2017
ölçüsü2,82 Mb.
#7133
1   ...   8   9   10   11   12   13   14   15   16
BİR POVEST
Əlinin vəfatından xeyli keçəndən sonra da Sabir de­yirdi: «Əli ölməyib». Belə sözlər həyatdan vaxtsız köçən gözəl in­san­lar haqqında həmişə deylir. Lakin Sabir bu deyimi konkret­ləş­di­rirdi: «Elə bilirəm Bakı küçələri ilə ge­dəndə tinlərin birindən Əli qar­şımıza çıxajaq». Mənim çıxardığım nətijə belə idi ki, Əli ar­xa­da yox, həqiqətən öndədir, həmişə öndə olub, yenə də ön­də­dir. Tarixi, təq­vimi adi arifmetik yolla hesablayanda qəribə bir yekun hasil olur. Biz Əlini 1969-ju ildə torpağa tapşırıb, guya irəli (gələjəyə) doğru irəliləməyə başladıq. Bu hesabla Əli biz­dən 27 il arxada qalmalı idi. Bu heç də belə deyil, əgər belə­dir­sə biz irəliyə doğru gedirik, yoxsa geriyə?

Əlinin «Ürək güzgüsü» pyesində ironik bir ifadə də var: «Ge­riyə doğru irəli!» (Əlbəttə, bizim hesablamamız heç də bu is­­tiqamətdə yozulmamalıdır).

İrəlidə hamını, o jümlədən biz bəndələri də ölüm göz­ləyir. Beləliklə, əgər biz Əliyə doğru gediriksə, deməli o həmişə irə­lidə olub. Bizlərdən kimsə 2000-ji ili addaya bilsə görəjək ki, 21-ji əsrdə Əli öz adını daşıyan parkın alaqapısında pyedesdal­da əyləşib parka gələnləri salam­layır. Əli həmişə hamımızı ön­lə­yib.

Əli Kərimin «Mavi nəğmənin sahilində» povestini onun sağ­lığında oxumuşdum. Xatirəmdə lirik bir ovqat qalmışdı. O vaxt özümə söz vermişdim ki, əsərə bir də qa­yıdam. Əlinin əsər­ləri­ni bir oxu ilə tam qavramaq çə­tin­dir.

Əli Kərim haqqında xatirələrimi yekunlaşdırmaq üçün po­ves­ti yenidən oxudum. Elə ilk jümlədən Sabirin sözlə­rini xatır­ladım: «Əli tində qabağımıza çıxajaq». Bəli, po­vestin ilk jümlə­si belə idi: «Müharibə başlandı». Hansı müharibə? İkindi dünya müharibəsi. Madam söhbət 1941-ji ildən gedirsə Əli bizi nejə önləyə bilərdi? Məsələ burasındadır ki, povestdə Vətən qarşı­sın­da vətəndaşlıq borjundan danışılır. Və elə bilirsən ki, Əli han­sı bir əsra­rən­giz yüksəklikdənsə Azərbayjanın düçar olun­duğu bu uğursuz müharibə ilə əlaqədar ölkədə baş verən hadi­sə­­lərdən ən mühümünə işıq salır. Əli Kərim vətən qarşısın­da əsgəri borju şərəfin, qeyrətin, sədaqətin, vətənə mə­həbbətin ən yüksək meyarı hesab edir. Və Əli insanlıq sınağının, qəh­rə­manlıq sınağının məhz ön jəbhədə açıl­dığını Heminqueyə isti­na­dən dəfələrlə təkrar edirdi. «Ma­vi nəğmənin sahilində» po­vestinin şərhi bugünümü­zə də nəzər salmağa imkan yarada­jaq­dır. Rayon mərkə­zində bağlı-bağatlı həyətlərdə barı-barıya iki qonşu yaşa­yır. Biri varlı-hallı, digəri «tükünün üstə dolanan». Bunla­rın münasibətlərində qətiyyən ziddiyyət hiss olunmur. Hətta varlı ailənin qızı (Səfa) ilə qonşu ailənin oğlu (Ay­dın) ara­sında nə isə məhəbbətə oxşar münasibətlər for­malaşmaqdadır. Aydının Səfanın qardaşı Emillə də mü­na­sibətləri normal təsir bağışlayır. Müharibə başlayanda bu oğul-övladlar arasındakı kəs­kin fərqlər əvvəljə tədrij­lə, sonra sürətlə üzə çıxmağa baş­layır.

Emilin müharibəyə getməli olduğu haqqında ilk ifadə doğ­ma bajısı Səfanın dilindən çıxır. Müharibənin başla­ması ilə əla­qədar onun qonşu oğlana dedikləri bunlardır:

- Demək, Emil də davaya gedəjək – Səfa diqqətlə Aydına baxdı.

Aydın dinmədi.

Qızın sualı təkmənalı deyil, elə bil o, ağız arayır, mü­nasibət öyrənmək istəyir.

«Elə deyil, Aydın?

- Bilmirəm.

- Elədir.

- Kimin yaşı düşür, getməlidir.

- Demək qardaşım Emil də… hə doğrudan Emilin yaşı çox­dur. Arada məktəbi buraxdı. Atamın etirazına baxma­yaraq dost­ları ilə səyahətə çıxdı; ora sənin, bura mənim».

Emil şəhərdə bütün sahələrdə birinji oğlan hesab olunduğu üçün hamının zənninjə ordu sıralarına da kö­nüllü olaraq birinji gedəjək. Emil fəal ijtimaiyyətçi, sa­yı­lıb, seçilən idmançıdır. Jah­jəlal düzəltmiş ata güman etmək olardı ki, yeganə oğlunu nəyin hesabına olursa-olsun jəbhədən saxlatdırmaq niyyətində olmalıdır. Lakin burada qəribə mənzərə alınır. Hadisə oxuju­nun güman etdiyi istiqamətdə inkişaf etmir. Və biz burada da Əliyə məxsus bir yaradıjılıq əlamətiilə rastlaşırıq.

- Bilirsənmi, ata, dava başlayıb.

Üçünjü dəfədir deyirsən… Hə, hər kefi çəkmisən, indi də kefinin vətənini qorumalısan.

- Sən haqqımda düşünmürsən.

- Ən yaxşısı qoşulasan könüllülərə.

- Səni xəstə qoyub…

- Könüllü olsan əhsən. Onsuz da, onlu da…

- Ata…


- Sənin igidliyin mənim sağlığımdır.

Səfa kitabı talvara atıb pilləkənlər qalxdı.

- Hə, evin böyüyü, başımın böyüyü, Emil jəbhəyə könüllü getmək istəyir, sən nə deyirsən?

- Əgər könüllü gedirəmsə, məsləhət nəyə lazımdır.

Əsəd baş və adsız barmağını dördkünj bığına apardı:

- Emil, ayıb deyil? Səfa xanım bizim bu jahjəlallı evi­mizin zinəti, zərifliyi və ağlı-kamalıdır.

- Yaxşı, yaxşı, gedirəm könüllü.

- Evin böyüyü, uğur olsun de!

- Olsun.

Bu jahjəlallı evin sahibi doğrudanmı, jani-dildənmi yeganə oğlunun könüllü müharibəyə getməsini istəyir? Belə xislətli adamlara bunu heç yaraşdırmaq olmur. Yoxsa onun özünün də bir ayrı məqsədi var? O, dövr özünün müəyyən spesifik əla­mət­lərinə malik idi. 38-ji ildən jəmi üçjə il keçmişdi. «Siyasi dus­taq» xofu hələ adamların janlarında möhkəm oturmuşdu. Müx­təlif an­bar­ları, «zakodzernoları», kolxozları, sovxozları asta-as­ta (bəzən birdən-birə) söküb jahjəlal düzəldənlərin demək olar ki, hamısı partiya üzvləri idilər. Onlar it oğurluğu üstə iyirmi bel il iş almağa razı olardılar, amma siyasi dustaq olmağı bir gün də özlərinə rəva bilməzdilər. Müharibə dövründə fərarilik isə si­yasi düstaq həddində duran bir maddəyə bərabər idi. Mühari­bə­nin ilk günlərində isə hələ «ara tam qarışıb, məzhəb itmə­miş­di». Və bu dövrdə öv­ladı əsgərlikdən xilas etməyə hər maddi-məsul işçi heç girişə də bilməzdi. Burada bəlkə də çoxlu gü­nah­lar, jina­yətlər işləmiş bir şəxsin şöhrət iştahı da var. Dö­şü­nə döy­sün ki, «mən heç də siz deyənlərdən deyiləm, mənim könüllü əsgər gedib azğın faşistlərlə vuruşan oğlum var». Əl­bəttə, bunların hamısı olsa-olsa mülahizələrdir. Anjaq bu evin çörəyi ilə böyüyən Emil (Səfa nənəsigildə bö­yüyüb) özünə baş­qa yol seçir, yəni bajısının və atasının indiki istəkləri xilafına olan bir yol. Əli Kərim bu yolun nətijəsini bədii, psixoloci jəhət­dən əsaslandırmaq üçün obrazın hərəkət və düşünjələrini ad­dımbaaddım izləyir. Kiçik şəhərin hər tərəfinə artıq yayılmışdır ki, «Emil könül­lü əsgər gedir». Qərbə burasıdır ki, onun heç kö­nüllü get­məsinə ehtiyaj da yoxdur. Çünki onun əsgərlik vaxtı gəlib çıxmışdır. Bunu isə yada salan yoxdur, adamlar hələ hə­yata keçirilməmiş «könüllülük» aksiyasının ətra­fın­da fırlanır.

Emil isə demək olar ki, özünün «könüllülüyünü» guya qa­nuniləşdirmək üçün hər gün hərbi komissarlığa ayaq döyür, la­kin onun kimin yanına getdiyi, hansı javabı aldığı barədə heç kəsin təsəvvürü yoxdur. Onun könüllü yoldaşı artıq jəbhəyə yol­landığı halda Emilin işi bir qə­dəm də irəliləməyib. Səfa və Aydın onu hərbi komis­sar­lı­ğın qarşısında gözləyirlər. Onun kö­nüllü getməsini izləyir­lər, bunu Emil üçün şərəf işi sayırlar. «Bir azdan Emilin ayaq tappıltıları pilləkən aşağı töküldü.

- Belə də iş olar?

Emil təngnəfəs danışırdı.

- Sonra gəl deyirlər. Guya gej gəlmişəm. Hər çastda bir söz deyirlər. Belə çıxır ki, əsgər getmək üçün gərək rüşvət ve­rəsən».

Son jümlə Emilin «şər diapazonunun» geniş olma­sın­dan ni­şan verir.

Emilin hərbi komissarlığa «get-gəl» oyununun psixo­loci tərəflərini nisbi də olsa aydınlaşdırmaq üçün həyat­dan gələn bir hadisəyə mürajiət etməyi lazım saydım. Javanlıqda qəzet re­dak­siyasındakı bir iş yoldaşım daimi müşahidələr əsasında özündə kəşf etdiyi bir xüsusiyyəti «bir gün lazımın olar» deyə mənə danışmışdı. «Tələbəlik illərində mən hər axşam üstü dərs hazırlamaq üçün mərkəzi şəhər kitabxanasına gedirdim. Bunu mənə heç kəs təhrik etmirdi, heç kəs yadıma salmırdı. Buna mən özüm qərar verirdim, getmək də, getməmək də mənim özü­mün əlimdə idi. De gəl ki, kitabxanaya üz tutanda yol boyu Al­laha yalvarırdım ki, mən ora çatanda kitabxana­nın işıqları sön­sün ki, dərs hazırlamaq əzabından qurta­rım». Əlbəttə, mən mahiyyət etibarı ilə dostumla Emilin keçirdiyi psixoloci vəziyyəti və keçirilən hissləri eyniləşdir­mək istəməzdim. Lakin Emilin ke­çirdiyi vəziyyəti təsəv­vürə gətirmək üçün bu köməkçi ola bilər.

Emil hərbi komissarlıqda tutduğu növbəsini «kim gəl­di gü­zəştə gedir». Elə ki, tənəffüs başlanır, Emil özünü içəri təp­mə­yə çalışır. Bura hərbi idarə olduğundan o yaxşı bilir ki, burada də­qiqəyə də güzəşt ola bilməz. Tənəffüs vaxtı guya komissarın yanına girmək istəyərkən katibə qoy­mur. Açar deşiyindən təzə tapançasını yoxlamaqda olan komissarı seyr etdiyi zaman qapı açılır, Emil içəri yıxılır, və geri qayıtmalı olur».

«Emil indi az qala şaquli görünən ensiz pillələrdən düşmə­yə başladı. «Tamam hazır olduğum bir vaxtda tənəffüs… Vaxt tapdıq da, Səfa!» O başa düşdü ki, atasından da çox Səfa ilə he­sablaşır. Niyə? Bilmir».

Səfa da öz qardaşını yaxşı tanımır, onu əhatəyə alan «bi­rin­jilik» ifadəsinə tapınaraq nə isə, başujaldan bir hərəkətin və ya hadisənin intizarındadır. Emilin bəzən lağ­lağıya oxşayan söz­­ləri və hərəkətləri də onu ayılt­ma­mışdır. Səhər informasiya bü­­rosunun həyəjanlı xəbərini oxuyub qardaşını xəbərdar edir:

- Emil, Emil! Bizimkilər yenə geri çəkilirlər. Səfa ey­van­da yatmış Emili oyatdı.

- Nə dedin? Bizimkilər neyləyirlər?

- Geri çəkilirlər.

- Hara?

- Bizim evə tərəf. Sən yatdığın yerə sarı. Dur, dur, hamı ayağa qalxıb.

- Onda elə evimizdəjə qarşılaram…

- Emil, zarafatın yeri deyil.

Qardaşından daim bir təpər gözləyən Səfa bilmir ki, onun beynində dəhşətli bir qurd yuva salmaqdadır. Bu qurd jəbhədə Aydının qardaşının qolunu güllə apardığını eşidəndən sonra özünə yer eləyib. Bajısından bu xəbəri eşidən bir gündən Emi­lin fikri kəsik əllərin, kəsik bar­maqların ətrafında dolaşır.

Qonşu həyətdə yaşayan aktyor Əmijan vaxtilə səh­nədə vu­ruşarkən iki barmağını itirmişdir. Beynində məş­um fikri gəz­dirən Emil ondan xəbər alır:

«- Əmijan, bir əllə yaşamaq çətin olmur?

- Bir barmaqla da yaşayıb dünyanı ona dolayanlar var.

Emil barmağını dişlədi. Bu həmin bamaqdı ki, bir vaxt «kim hazırdır» deyən müəllimin gözlərinə çan atırdı. Do­daqda yaş­la­nıb səhvləri pozurdu… Şuluq salana tərəf tuşlanırdı. Xəritədə Moskvaya, Bakıya, Nyu-Yorka, Berli­nə tuşlanırdı (indi ağlına gəl­di ki, həm də Hitlerə dirənib dururdu)».

Əli Kərim bu kiçik parçada Emilin portretinin bir neçə jizgi­sini verə bilib. Bilikli olmaq hələ yaxşı insan olmaq deyil. O biliyi insanların xeyrinə də, zərərinə də işlətmək olar. Bu o şəxsin in­sani keyfiyyətlərindən asılıdır. Müəl­limin gözlərinə jan atan bar­mağın sahibindən yaxşı niyyət gözləmək olmaz (Əli obraza çıl­paq münasibət olmasın deyə «barmağını az qala müəllimin göz­lərinə soxurdu» ifadəsindən istifadə etməmişdir). «Yaşlanıb səhvləri po­zan» barmağın sahibi pintidir. Şuluq salanı müəllimə ni­şan vermək də məktəb mühitində kişilik yox, nakişilik hesab edilir (Həmin mühitdə əsl kişilik şuluqluq salanın özünün etiraf edib yoldaşlarını gərginlikdən qurtarma­sı­dır). Dünyaya tuşlanan barmağın sahibi hər bir yer və şəx­siyyət haqqında istənilən qə­dər danışar, erudit oldu­ğunu göstərər, Hitleri qaniçijilikdə kifa­yət qədər ittiham­landıra bilər. Lakin… Lakin o Hitler və faşizm ba­rədə yal­nız danışa bilər, təşviq edə bilər, təbliğ edə bilər, hət­ta təhrik edə bilər, özü isə faşizmi məhv etmək naminə bir addım (real addım, yəni döyüşə getmək) da atmaz. Onun fikri-zikri barmaqlarındadır. Bu balaja barmaq və ya (lar) onun xi­las­karı da ola bilər.

«Emil birdən-birə təəjjübləndi: Səhərdən bəri göz dikib dur­duğu sağ əlini tanımadı. Bunun çox baxmaqdan olduğunu bilmədi. «Adam dəli ola bilər».

- Əmijan, sol əllə darıxmırsınız?

- Sol işləyib öyrəşib, sağa dönüb».

Bir əllə yaşamağın mümkünlüyünə dair xeyli məlu­mat­lan­dıq­­dan sonra Emil aktyordan aralanır. Küçədən keçərkən də çox maraqlandığı sözləri qulaqları ondan asılı olmayaraq yenə çə­kib gətirir. «Dil boğaza» qoyma­yan arvadların dedikləri ifadə­lər xüsusi ahənglə səslənir: «təki balamın heç bir əli olmasın, sağ qayıtsın», «…lap əlsiz-ayaqsız gəlsin, amma gözü gözümə bax­sın».

Bütün bu daxili vara-vurdlardan sonra Emilin son qənaəti bu olur: «Düz deyirlər, ölüm hamısından pisdir, ölümün nə ol­duğunu heç kim bilmir». Onun beynində birjə mətləb fırlanır – barmaqları verib həyatını xilas et­mək.

…Birdən qapı döyüldü. Səfa qapıya tərəf getdi. Qapı­nı açdı. Emilin yanına gələn qızlardan idi. Səfa nə üçünsə bu qızı xoş­la­yırdı.

Səfa qonağın sualı dodağına çatmamış javab verdi:

- Bü kərpij jığırla düz get.

Emil həyətin ayağında, sıx ağajların toranında idi.

- Emil!


- Baa, Nailə?!

Əl tutdular.

- Oy, əlim sındı, Emil, sol əlin nə güjlüdür (o artıq məşqə başlayıb – M.A.) – Nailənin gözlərindən yaş gi­lələndi. – Öldüm ay ana. Yaxşı sol əlinlə niyə görüşür­sən?

- Sol əlimlə? – Emil özü də təəjjüb etdi.

- Bu gün əmim oğluna Voenkomatdan kağız gəlib. Sən yaşdadır. Dedim, gedərsən, görə bilmərəm. Amma sən könüllü gedirsən axı…

Emil sol əlinə, sonra da Nailənin əynində tikiş yeri sökü­lə­jək qırmızı, bədəninə kip oturan donuna baxdı.

- Yatanda bunu nejə çıxarırsan? Deyəsən axşamlar sökür­sən, səhər yenə əyninə səriyib tikdirirsən.

Nailə Emilə mehriban bir şillə vurdu. Onun ətli əli Emilin üzündən öpdü.

Emil birdən sağ əlini Nailənin boynuna salıb, sol əli ilə onun burnunu sıxdı. Yanaqlarından çimdik aldı, çənəsini basdı. Rən­gi qaçmış dodaqlarını bir-birinə elə yapışdırdı ki, qızın demək is­tədiyi söz onların arasında sıxılıb qaldı. Sonra Nailə getdi».

Emilin xarakterinin belə kəskin ştrixlərlə açılması onun düş­düyü vəziyyətlə əlaqədardır. Onun fikri bir isti­qa­mətdə, çağırış­dan yaxa qurtarmaq üçün nə isə qeyri-adi bir iş tutmaq istiqa­mə­tində, əlinin barmaqlarını kəs­məyə hazırlıq istiqamətində iş­lə­yir. Bəlkə də hamıdan ara­lanıb həyətin dərinliyində gəşt et­məyi də bununla bağlıdır. Tutajağı işlə əlaqədar daxilən özünü bə­raətlən­dir­məklə məşğul olan, aksiyadan baş verə biləjək ağ­rı­nı rəf etməyə hazırlaşan Emilə Nailənin onun yaşıdı olan əmi­oğlusunun əsgərliyə getməsindən söz salması, sol əlinin güjlü olduğunu deməsi, Emilin könüllü gedəjəyini vurğulaması (Mey­munu yaddan çıxardın! – əhvalatı) qətiy­yən onu açmır. Həmişə öndə gedən oğlan kimi təriflən­məsi bu məqamda onun əsəb­lə­ri­nə toxunur, möhkəm qıjıqlandırır. Ajığını aşkar şəkildə büru­zə vermək imkanı olmadığından gah qızın geyiminə lağ eləmə­si, kobudja­sına burnunu sıxması, əlavə söz deməyə qoyma­ma­sı, əlbəttə, bununla bağlıdır. Düşdüyü vəziyyət onun xarak­te­­rin­dəki bütün qabalıqları tez üzə çıxarır (Aydın-Səfa müna­si­bətlərindəki injəlikləri, zəriflikləri yada salanda Emilin Nailəyə münasibəti hədsiz kobud, mədəniyyətsiz görünür).

Qız gedəndən sonra da Emil ijra edəjəyi aksiyaya hazır­lı­ğını davam edir. Bu prosesdə gördüyü hər bir iş onun ruhi alə­mi ilə sıx bağlı olur.

«Emil sol əlinin güjü gəldikjə meyvəsi lalıxlayıb tö­külən şaftalı ağajına vurdu (janının hovunu, belə mə­qa­ma gəlib çıx­ma­ğın ajısını belə çıxır). «Ağrıyır. Vaxtilə az iş görüb… Sol əl nə etməlidir? O, sağın köməkçisidir. Bəlkə də o öz işini görüb qurtarıb, lazım deyil? Görəsən dünyada bir əli olmayan neçə adam var?».

Əli Kərim əl kəsmə aksiyasını vajib bildiyindən təfər­rüatlı verməyə çalışmışdır və buna nail olmuşdur. Emilin bu məqam­da psixoloci gərginliyi az qala dəlilik həddinə çatır. Artıq o, sağ əllə sol əli seçə bilmir, sağ sola, sol sağa çevrilir, barmaqlarını doğrayajağı balta da ona çox qəribə bir parıltıda görünür.

«Üstünün mamırı saralmağa başlamış şam ağajına san­jı­lmış kiçik balta gözlərini qamaşdırdı, əvvəlki kimi yox! Alov sa­ça-saça. Günəş bulud topalarının arasında görünüb soldu, ya­nıb sönməyə başladı. Gah gümüşü, gah qızılı alov saça-saça. Emil birdən hiss etdi ki, sol əli bərk ağrıyır. Baxdı: sağ əli sol əli­ni bərk-bərk sıxmışdı. Onu baltadan gizlədirdi».

Belə çətin, müşahidəsi olduqja mürəkkəb olan, tu­tul­ması na­mümkün məqamları yazıya gətirmək üçün Əli yeni boya və vasitələr axtarışlarından qalmır. Uşaqlara iynə vurarkən tibb ba­jı­ları həmin yeri o qədər sığallayırlar ki, bəzən ağrı heç hiss olunmur. Emil də barmaqlarını kəsəjəyi yeri həm əli, həm də fikri ilə o qədər sığallayır ki, kəsilmə məqamını hiss etmir. Əli Kərim obrazın bu məqamda keçirdiyi vəziyyəti hədsiz həssas­lıq­la izləyir, Emilin həmin məqamda daha nələr düşünə biləjə­yini tapmağa çalışır.

«Ağrıyan əlini o birindən qoparıb boz hindiqo şalva­rı­nın ji­binə soxdu. Tək qalmış sağ əli arxaya uzanıb qayışına keçdi. Onu dala çəkdi.

«Balta əlimdədir. Bir vaxt bu əllə topu elə vurardım ki, vo­leybol topu jırılardı…»

Əllər bir-birini aldatdı, birdən ikisi də solaxay oldu. «Mən bu əllərimin hansı ilə nə eləməli idim. İndi ikisi də solaxaydır. Han­sı ilə Aydını vurmalıydım. Niyə? Bilmirəm. Hansıylasa od üs­tün­də kabab tutmalıydım. Çox şey et­mə­liydim. Bəs indi? Fikir­ləş­mə, fikir-fi…»

Gözlərinə bir-iki «uşaq fəvvarəsi» göründü. Sonra öz səsini – uzaqdan – eyvanda oturan Səfanın yanında eşit­di. Səfa əks-səda kimi gəldi.

- Mənim Emil qardaşım… Sağ əlin!

Emil indi bildi ki, sağ əlinin barmaqlarını kəsmişdir. Ağrının arasından Səfanın səsini eşitdi…»

Barmaq kəsmə aksiyasına biz L.N.Tolstoyun «Serqi ata» he­­kayətində təsadüf etmişik. Məsələ burasındadır ki, orada Ser­qi ata şəhvani nəfsini məhv etmək üçün bu işi görür, bar­ma­ğının timsalında şəhvani nəfsinin başını kəsir, burada isə bar­maqlar yaşamaq nəfsinin xatirinə kəsilir. Eyni aksiya bir-bi­ri­nə diametral zidd məqsədlər naminə ijra edilir. Əgər bu pro­sesdə Emilin özünün ijtimai quruluşa aid xüsusi bir fikri olsa idi, o ətrafda düşünmək olardı. Deyək, məsələn, «Sovet İmpe­ri­ya­sı­nı laxlatmaq naminə Emil əsgərlikdən yayınmaq istəsəydi» (Axı o dövrdə belə fikirləri heç kəs ağlına da gətirə bil­məzdi). İkinjisi də Emil və ailəsi məhz bu quruluş sayə­sində varlı-hallı olmuş­du­lar. Əslində Emil bu quruluşun aqibəti haqqında, ümumiy­yət­lə, Vətən haqqında, elə bil, heç nə düşünmür. Onun üçün heç mü­haribə də başlan­mamışdır. Lakin müharibəni tez-tez onun yadına salan var: Aydın. Qəribə burasıdır ki, Aydının qar­daşı Mahmu­dun əlinin kəsilməsini müxtəlif variantlarda əya­ni­ləşdi­rən Emilin barmaqları da Aydının ayaqları altına düşür. Mah­­mud haqqında xəbəri eşidəndə Emil sağ əlinə baxıb Ay­dı­na deyir:

- Demək Mahmudun sağ əli gedib. Onda əlsiz də olsa qa­yıdar ki…

- Məjbur edərlər qayıdar.

- Özü burada, əli orada…

Sonra, öz barmaqlarını kəsdikdən az keçmiş «ağrının ara­sın­dan Səfanın səsini eşitdi.

- Aydın!! Aydın!!

Emil ağrının toranında Səfanı və Aydını bir təhər seçdi. ­­sına başqa şeylər də qarışmışdı. Deyəsən utan­jaqlıq, sıxıntı və əlini kəsə bildiyi üçün qürur.

Aydın parçalayıb yandırdığı ağ köynəyinin külünü yarım­bar­maqlara sarıdı. Emil üzülüb düşmüş barmaqları­nı Aydının ayaq­ları yanında gördü. Hayıf yumruğumdan! Sağ yumruqdan!

Kəsilmiş barmaqların Aydının ayaqları altına düşmə­si­nin elə bil simvolik bir mənası da vardır. Bu elə bil hansı­nın haqlı, han­sının haqsız olmasını göstərən bir işarədir.

Onların arasında vaxtilə baş vermiş ixtilafın izləri Emi­lin qəl­bindən silinməmişdir. Aydın bunu Səfa ilə araların­da səmimi mü­nasibət başlayandan sonra hiss etmişdi. Pəhləvanların gü­ləşinə tamaşa etdikləri zaman Aydın öz üzərində nəzər duyur. «Sanki sahibsiz yaşayan iki göz» görür, onlar elə bil hədə­qə­dən çıxıb adamların qolu, çiyni arasından Aydının üzərinə şı­ğı­yır»lar. O bunların Emilin gözləri olduğunu müəyyənləşdirir. Emil Aydını Səfa ilə bir yerdə gördüyü üçün qəzəblənib. Səbəb: Aydın bir dəfə heç kəslə hesablaşmaq istəməyən Emilin bur­nu­nu büro ijlasında ovub. İlkində tamamilə maneəsiz görünən Səfa – Aydın münasibətlərinin arasında qara tikan kolu boy ve­rir.

Aydın səmimidir. Fikirləşdiyi kimi danışır, düz danış­ma­sı­nın pis nətijə verəjəyini heç ağlına da gətirmir. O, Emilin kinli-kü­durətli olmağına da inanmır. Lakin Emilin ona münasibəti təzə baş verən kiçijik hadisədən sonra get-gedə qəlizləşməkdədir. Aydınınsa Emil haqqında fi­kir­ləri dumduru olmaqda qalır. Bu onun Səfa ilə söhbətin­də tam aydınlığı ilə üzə çıxır.

«-Yaşım düşmür, yoxsa bu gün gedərdim. Komso­mo­la ke­çəndə bir il artırmışdım. Yenə çatmır. Emil nə vaxt gedir?

- Hara?


- Jəbhəyə. Axı o hər işdə indiyəjən birinji olub. Mək­təbi­mi­zin, şəhərimizin fəxridir. Həmişə olimpiada, sparta­kiada, Mos­kva, Leninqrad – hara oldu onu göndərərdilər. İstər-istəməz gə­rək o birinji getsin.

- Düzdür. Emil dala qalmaz. Yəqin ki, bu yaxınlarda gedər.

Səfagilin küçə qapısı açıldı. Emil çıxıb körpüdən keç­mək is­tədi. Amma birdən körpünün yarısındaja dayandı. Astadan so­ruşdu:

- Dərslərə indidən hazırlaşırsınız?»

Bu sualda hər iki gənjin münasibətlərinə narazı ada­mın ey­hamı aşkar duyulur. Yəni indi iyundur, dərslər isə sentyabrda baş­lanır. Sizinki dərs oxumaq deyil, ayrı mə­sələdir. Təbii ki, Emil bajısının Aydınla yaxın olmasını qə­tiyyən istəmir. Atası Sə­fanı çox əzizlədiyindən çılpaq ifa­də işlətməyi də münasib bil­mir. Eyhamı o andaja tutan Səfa vəziyyətə başqa rəng ver­mək, gərginliyi götürmək üçün deyir:

- Səndən danışırıq. Aydın deyir ki, sən hər işdə birinji ol­musan.

- Nə deyim.

Aydın yanpörtü oturdu:

- Nə vaxt gedirsən, Emil?

- Çox arzulayırsan?

- Arzulayıram ki, yanvar tez gəlsin, mənim də yaşım düş­sün.

- Doğrudan deyirsən?

- Yanvarda görərsən.

- Yanvarda olmayajağam.

- Burda? Yoxsa… Bu nə sözdür?

- Yaxşı, sonra danışarıq. Evin böyüyü, evin kiçiyi (yəni ata) deyir gəl çörək ye.

Elə bil ki, Aydınla Emilin münasibətləri absurd (jəfən­giyyat) üzərində qurulmuşdur. Eyni mühitdə, eyni ijtimai münasibətlər çərçivəsində yaşasalar da onların düşünjə kateqoriyaları müx­tə­lifdir. Aydın Emilin yalanlarına inanır, çünki onun zənninjə in­san yalan danışmamalıdır (təsadüfən yalan açılanajan). Emil isə Aydının düz de­dik­lərinə inanmır, onun zənninjə, bu mühit­də yalansız yaşamaq olmaz. O, Aydının könüllü əsgər getmək ar­zu­suna da qəti inanmır, çünki özü nəinki könüllü, heç çağı­rışla da orduya getmək fikrində deyil. O, hərbi komissarlı­ğa ge­dib-gəlməklə baş yozur, hamının, hətta atasının və bajısının da. Aydının təmizliyi, saflığı bəzən sadəlövhlük həddinə çatır, o əvvəljə özünün könüllü gedə bilməsini xahiş üçün qohumu ko­missarın qəbuluna gedir, ümidi boşa çıxır, onu geri qaytarırlar. Aydın ikinji dəfə komissa­rın yanına Emilin xahişi üçün gedir ki, Emilin yaşı düş­dü­yü üçün heç olmasa, onu get-gələ salıb sü­rün­dürməsin­lər. Və bu məqamda Emilin nə komissarın, nə də başqa işçilərin yanında olmadığı aşkarlanır. Bunu nə isə bir an­laşılmazlıq hesab edən Aydın hadisəni Emilin özünə və yaxın­la­rına danışır. O, bilmir ki, Emilin simasında özünə əməlli-başlı düş­mən qazanıb. Qəribədir ki, bu əhvalatdan sonra məktəb yı­ğınjağında Emildən xəbər alırlar ki, «barmaqları nejə olub?» O isə javab vermək əvəzinə «Məhv olsun Hitler» deyərək səh­nə­ni tərk edib qaçmış­dır. Bundan sonra o, Aydına belə bir iddia ilə tələb irəli sürür ki, nə üçün həmin ijlasda onu müdafiə etməyib. Bu iddianın məntiqi əsası varmı? Heç bir məqamda biz Emi­lin Aydından razı olduğunu görməmişik. Bəs bu ərk nə ilə bağlıdır? Bunu aydınlaşdırmaq üçün aşağıdakı dialoqları bütöv nəzərdən keçirməyi vajib hesab edirik.

…Axırınjı dərs olmadı. Aydınla Səfa dərsdən birgə çıx­dılar. Göz işlədikjə uzanıb, ağaran bir səltənətin için­dən göyərə-gö­yə­rə axan mavi nəğmənin sahili boyu yeri­dilər.

- Səfa, bir din görək.

Dindi:


- Emil səndən küsüb.

- Küsüb? Niyə?

- Müharibə tez qurtarar?

- Niyə küsüb?

- Nə vaxt qurtarar?

- Moskvaaltı zərbədən sonra inandım ki, tez qurtarar! Niyə küsüb?

- Sən ijlasda susdun.

- Mənim yerimdə olsaydın, neylərdin?

- Bilmirəm.

- Mən də bilmədim.

Aydın barmaqlarını sıx saçlarının arasına soxdu.

- Səfa…


- Emil qəhrəman oğlandır. Qardaşım olduğuna görə demi­rəm. O, bilirsən ki, hər işdə birinji olmuşdur. Onu hamı sevir. Sənin əsgərlik vaxtına nə qədər qalır?

- Lap az.

- Demək bizi qoyub gedirsən?

- …


- Emil haqda sən nə deyə bilərsən? Emilin kəsilmiş bar­maqları haqqında?

- Heç nə.

- Sən qəhrəman olmaq istəyirsənmi?

- Mən bu yaxınlarda gedirəm.

- Bəlkə o arzunu mənə deyəsən?

Elə buradaja hələlik dialoqu yarımçıq kəsib bəzi mət­ləbləri aydınlaşdırmağa müəyyən ehtiyaj duyulur. Mənfi­likləri, kobud­luq­ları bəzən lap aşkar görünən şəxsi bir povestin mərkəzinə çəkmək Əlinin estetik idealına heç də uyğun gəlməzdi. Poves­tin mərkəzində nisbətən asan oxunan, tünd ştrixlərlə rəsm olunmuş Emil deyil, zərif, yumşaq, həlim boyalarla çəkilmiş ori­ci­nal xarakterli Aydın dayanmışdır, daha doğrusu, Aydınla Səfa­nın münasibət­ləri dayanmışdır. Bu münasibətlər elə bil indi bu mə­qam­da gərgin bir nöqtəyə çatmışdır. Səfa söz deyir, lakin iza­hından, şərhindən qaçır. Tamam ayrı sual verməklə de­diyini yayındırır. O, tam qardaşının mövqeyindədir. Onu tərifləsə də, qəhrəman adlandırsa da dediklərinə deyəsən özü də inanmır. İnansa təzədən qayıdıb dediklə­rini Aydından xəbər almaz. Əl­bət­tə, Səfa Pavlik Moro­zov­lar nəslinə aid deyil, aid ola da bil­məz. Heç Əli də onu bu jərgədə görmək istəməz. Səfa, Emil, Əsəd bir ailənin üzvləridir. Onları sarsıtmaq olmaz. Övladların hər ikisi bilir ki, ata pulları haram yolla qazanıb, lakin bunun on­lar üçün elə bir əhəmiyyəti yoxdur, hətta Emil üçün, əksinə, ata­sı hansı qüvvənin təsiri iləsə haqqın yoluna gəlib nə vaxtsa haram yolla qazandıqları pulları yoxsulluq içində yaşayan qon­şulara paylamaq istəyəndə Emil ona qarşı öz etiraz səsini qal­dırır. Əli Kərim isə nədənsə bu məsələyə Səfanı qatmaq, onu da harama bulamaq istə­mir. Onun Aydına layiq saflığını sona qədər mühafizə eməyi münasib sayır. Povestin adı «Mavi nəğ­mə­nin sahi­lində»dir. Mavi nəğmənin Emilə qətiyyən dəxli yox­dur. Əslində o, Aydın-Səfa məhəbbətinin nəğməsidir.

Vaxtilə mən XX əsr Azərbayjan hekayələrini araşdır­mışam. Bunların heç birində intellektual qadın-kişi və ya oğlan-qız söh­bət­lərinə rast gəlməmişəm. Yeni dövr ədə­biyyatlarında da bu mət­ləb o qədər də dərinləşməyib. Elə bil haradasa Əli Kərim də bunu Azərbayjan nəsrinin zəif yeri hesab edirdi. Məhəbbət şe­ir­lərində, «İlk simfoniya» poemasında, «Pillələr»də bu sahədə zəngin təjrübəsi olan Əli Kərim povestində bu mətləbi janlı, müasir ver­mək üçün oricinal bədii vasitələr tapmışdır. Burada mü­­na­sibətlər söhbətlərdən çox, hərəkət və düşünjələrdə açılır. Səfa və Aydın güləşən pəhləvanlara tamaşa edirlər. Səfa gənj pəhləvanın qələbəsini arzulayır. Anjaq hiss edir ki, güj nisbə­tən təjrübəli olan yaşlı pəhləvandadır. Güləşin gərgin məqa­mında «Səfa indijə baş verəjək hadisəni görməmək üçün ey­nə­yini çıxartdı, nəhəng duman içində fırlandığını gördü. Gözlə­rini əlləri ilə qapadı. Birdən nə­hən­gin körük səsini andıran nəfə­sini eşidib Aydının qolundan bərk-bərk yapışdı, üzünü ona qıs­. Aydın süd çiçək ətrinin bir-birinə qarışdığını duydu».

On altı yaşlı gənjlik astanasına gəlmiş iki yeniyetmə­nin mü­si­bət­lərində zərrə qədər də erotikanı xatırladajaq bir xal belə yoxdur. Bu jür yaxınlaşmada belə müqəddəs saflıq var. Əli bu­na nejə nail olur? Az qala deyəm bu da Əlinin pak dünyası ilə sıx bağlı olan bir «sirri-xudadır».

Əli çox yaxşı bilir ki, bəzən kiçik hərəkət, kiçik bir tə­mas yüzlərlə sözlərdən artıq «söz deyə» bilir. İlk məhəb­bətin baş­lanğıjının təsviri çox çətin olur. Əli Kərim həmi­şə söz bollu­ğun­dan xilas olmaq yolunu tutur. Kəsə vasi­tələr tapır. Sözlərlə bə­yan edilən məhəbbət əvvəljədən «planlaşdırılmışa» oxşayır. Sövq-təbii hərəkət isə harda­sa şüurluluqdan uzaq olur, elə bil təhtəlşüurdan gəlir. Sözlər şüurda jilalanıb ütülənəndə (daha yaxşı səslən­məsi naminə) sanki təbiiliyini, ilk ətrini itirir.

«Aydıngil… sakit söyüd xiyabanına – öz küçələrinə burul­du­lar. Aydın anjaq qarşıdan gələn Emili görəndə hiss etdi ki, ­fanın əlindən yapışmışdır. Aydının vermək istədiyi salamın ya­rısı dodağında, yarısı boğazında qaldı. Emil deyəsən onları gör­mədi, keçib getdi. Aydıngil əllərini bir-birindən ayırıb qızar­dılar. Səfa yerişini sürətləndirdi. Aydın ona çatdı. Qoşa addım­la­dılar. Bir tərəfi göyərmiş skamyanın yanında gözləri ilə bir-bi­rinə «hələlik» deyib ayrıldılar».

Bir isti təmas bir pud söz yanajağından artıq istilik verə bi­lər. Əli münasibətlərdə sözdən bir də ona görə qaç­mağa çalışır ki, şirinsov «səni sevirəm» ifadəsi müm­kün qədər araya gir­mə­sin.

Əli Kərim nədənsə Səfanın münasibətini təmaslarda aç­ma­ğa çalışır, elə bil onun daxili aləminə nəzər salmağa utanıb hə­ya edir. Amma Aydının iç dünyasını vermək üçün yeni bədii kəşflər axtarıb tapır. Aydın və Səfa barı-barıya yaşayırlar. Aydın du­rub Səfagilin divarına yaxın­laşdı. Söykəndi. Barının üstündən bəri sallanmış may gi­la­sının budağından yapışdı. «Bədəninə qəribə bir istilik yayıldı. Ona elə gəldi ki, Səfagilin həyəti ilə, evi ilə, Səfa­nın özü ilə birləşdi. Ürəyindəki sözlər may gilasının bu­da­ğın­dan Səfagilin həyətinə axdı…»

Bu gilas ağajı və başqa meyvələr az qala bioloci te­lefona çevrilir Aydın üçün. O, Səfa ilə keçirdiyi dəqi­qələr və anlarla ya­şayır. Mürəkkəb psixoloci anlar keçirir. «Yor­ğunluqdanmı özü­nün çirkin hiss etdi? – Bilmədi (Darıx­ma­ğın bir əlaməti). Yarış­da ona elə gəlir ki, yaraşıqlıdır. Dik atıldı. Güzgüyə baxmaq is­tə­di. Əvvəllər bundan zəh­ləsi gedərdi.

Hansı qüvvəsə çirkinlikdən «xilas olmaq» üçün onu barıya doğru itələyir. Bioloci telefon o andaja işə düşür. Onun ürəyinin sözləri albalıdan «nar ağajına, nardan qollu-budaqlı şah tuta, ondan eyvanın qabağındakı məx­məri, qızılı, armudu güllərə, güllərdən eyvanın dirəklərinə sarınmış sarmaşıqlara keçib, on­ların hərəsindən bir ətir ala-ala nağıldan eşidilirmiş kimi əfsa­nə­vi bir şəkildə Sə­faya çatdı. Aydına elə gəldi ki, yaraşıqlandı (Ta­nıdığımız ən məşhur aşiqlərin belə bu jür şirin, gerçək fanta­zi­yaları olmayıb). Sözlərinin getdiyi yolla Səfanın gözəlliyi keçib gəldi, onu mükafatlandırdı».

Aydın ən təmiz hisslərlə Səfaya o qədər bağlanmışdır ki, özünü onsuz görmür, görürsə də özü olmur. Onun özü olması üçün hökmən Səfa ilə birgə olmalıdır. Onlar elə qovuşmalıdırlar ki, bir jana çevrilməlidirlər – nətijə, yenə klassik poeziya bən­zət­mələrinə gətirib çıxarajaqdır. Çoxdan kəşf olunmuşları yeni­dən kəşf etmək bəlkə elmin təbiətinə ziddir. Bəşəriyyət dur­duq­ja, onu yaşadan qa­nunlar mövjud olduqja, bədii ədəbiyyat kəşf olunmuşları yenidən kəşf edə-edə (fəqət sonsuza qədər ən yeni for­malarda) irəliləyəjəkdir.

Aydın «indi başa düşdü ki, yarışda özünü yaraşıqlı hiss et­məsi Səfanın hesabına imiş. O, Səfasız çirkindir. Səfa onun gö­zəlliyidir». Özü isə «Səfanın güjü» olma­lıdır.

Əli Kərim oğlan-qız münasibətlərindəki ülviliyi bütün qüv­və­si ilə qoruyub mühafizə etməyə çalışır. O bu ülvili­yin köhnəl­mə­di­yini, əbədi yaşamaq haqqı olduğunu əya­ni şəkildə nümu­nə­lərlə sübuta çalışır. Əliyə görə məhəb­bətin ülviliyi, müqəddəsliyi əbə­diyyətin rəhnidir.

Ona görə də Əli saf məhəbbət zühur elətdirən mə­qamları doy­maq bilmədən təsvir etməkdən yorulmur.

Aydın Səfadan ayrılanda belə bir az əvvəl elədikləri söh­bət və təmas onu tərk etmir: Güləş zamanı «ona ­sılmış Səfanın titrəyişi indi Aydının qolunda qalmışdı. Səfadan gələn süd çiçək ətrinin qarışığı hələ get­­mişdi».

Səfa ilə görüşləri, söhbətləri yaddaşına deyil, bütün var­lığı­na hopur.

Aydının özünü müşahidələri onun Səfaya münasibət­lərini bir qədər də aydınlaşdırır. Məlum olur ki, Səfa ona doğma qar­da­şı qədər əzizdir. Qardaşı Mahmudu mühari­bəyə yola salıb qa­yı­darkən fikrinə qəribə vəziyyət gəlir. «Aydınla Səfa arxın kə­narı ilə tələsmədən addımladılar. Aydın birdən-birə başa düşdü ki, qardaşdan ayrıldığını bütünlüklə hiss etmir. Bunun da səbəbi Səfanın burada olmasıdır. «O mənə bu qədər yaxındır ki?» Am­ma onu da bildi ki, Səfa ayrılıb evlərinə gedən kimi qardaş ay­rı­lığı bütün güjü ilə hüjuma keçəjəkdir».

Əli Kərimin qəhrəmanı həssasdır, bəlkə də hədsiz də­rəjədə həssasdır. Ona elə gəlir ki, Səfa ilə yaxın olanda ondan əlavə güj, qüvvət alır. Yaxın məsafədən elə bil onların hissləri də qo­vuşur. Bu, Əlinin təsvirlərində təsa­düfi hal olmayıb az qala sil­si­ləyə, sistemə çevrilir. Səfa Aydına mehriban-mehriban xeyli baxdı. Baxışları onun bütün gözəlliyini eynəyin şüşələrindən ke­çirib Aydına ver­di. Aydın yenə yaraşıqlandığını, zərifləşdiyini, həm güjləndiyini hiss etdi».

Aydın əgər öz qardaşı ilə Səfa arasında mənəvi bağ­lar aş­kar edirsə, yəni Səfanı qardaşı qədər özünə yaxın hiss edirsə, Emildə başqa zahiri jizgilər aşkar edir, onun sifətində Səfanın simasına oxşar tərəflər görür. «Emil Ay­dına gizlinjə fikir verdi. İndi bildi ki, ürəyində hiss etdiyi isti Emilin Səfanı xatırladan göz­lərindən, alnından, çənə­sindən gəlmişdir. «Mən Səfanı gör­məmişdən də bu jizgi­lər Emildə vardı, axı onları tanımırammış, Səfaya aid bu jizgilər Emilin üzündə qırılıb tamlığını itirmişdir». Əli Kə­rim elə bil ki, insan sifətlərinin yaxınlıq və oxşarlığında özünə, daha doğrusu, sənətə lazım olan, nələrisə axtarır. O, qardaş-bajı oxşarlıqlarını inadla izləyir. Həm də Aydı­nın bajıya görə qardaşa olan münasibətindəki dəyişmə­lə­rin səbəbini ay­dınlaşdırmaq istəyir. O, Aydını ilkindən, lap başlanğıjdan tanı­yır, Səfa isə uzun müddət nənəsinin yanında, yəni başqa bir mü­hitdə böyüyüb tərbiyə almış­dır. Səfa elə bil Emil – Aydın mü­nasibətlərində süzgəj (filtr) rolunu (və yaxud ildırım ötürən) rolu oynayır. İki bir-birinə zidd təbiətli gənjin münasibətlərini pozulmağa qoy­­mamaq Səfanın boynuna düşmüşdür. (Bəlkə də əv­vəllər bilinməyən ziddiyyətlər elə Səfanın gəlişi, onun Ay­dınla münasibətləri sayəsində üzə çıxmışdır). Aydın hiss edir ki, Emilin bəzi xoşəgəlməz hərəkətlərinə məhz Səfa­ya görə dö­zür. «Aydın oturub fikrə getmişdi». Emilin riş­xəndindən niyə in­jimədim? Ona görə ki, o danışdıqja söz­lərində olan rişxənd Səfanın gözlərindəki təbəssümdə əriyirdi». Səfa evə gələndən sonra bu rişxənd o zil qara gözlərdəki təbəsümdən ayrıldı, ilk mə­nasını onun doğul­du­ğundan xeyli sonra aldı».

Biz dialoqu məhz o yerdə kəsdik ki, Səfanın gözləri­nin Ay­dın üçün sehrli, möjüzəli bir vasitə olduğunu bir daha əyani və aydın görə bilək. Səfa Aydına Emilin ijlas­da dinmədiyi üçün on­dan küsdüyünü deyəndə və arzu­sunun nədən ibarət oldu­ğu­nu xəbər alan məqamda «bir­dən tikanlı kolun dalından əllərini qalın, qara paltosunun jibinə qoymuş Emil çıxdı. Güjlə sezilən rişxənd qarışmış bir nəzakətlə dedi:

- Yaxşı, ijlasda niyə susdun?

Aydın səbrli olmağa çalışdı.

- Mən ona görə dinmədim ki, heç nədən xəbərim yox­dur. Sual verənin nə demək istədiyini də birdən-birə başa düşmə­dim. Birdən-birə qərara gələ bilmədim.

Emil mavi nəğməyə əyilmiş söyüdə baxdı. Mehriban-mehri­ban dedi:

- Əjlaf!

Aydın gözuju Səfaya baxdı. «Əjlaf» sözü Səfanın gər­gin­­şən gözlərindən keçib gəldiyi üçün mənasının ço­xusunu itirib, yoxsul güjsüz halda gəlib ona çatdı.

- Heç olmasa, bajına hörmətin olsun.

- Mən elə bilirdim ki, o, sənə layiqdir.

Səfa asta-asta uzaqlaşdı. Emil yavaş-yavaş onun da­lınja addımladı.

Aydın üzünü yana tutdu. Baxışı uzaqlara dirəndi…»

Burada hər şeydən əvvəl Emilin xarakterinin başqa tərəfləri də açılır. O, az qala bajısının Aydınla oturub-dur­masına başlıq tə­ləb edir, yəni əgər sən gələjəkdə mənim bajımı alası olsan indidən başlıq verməlisən, bu, hər mə­qamda öz gələjək qayı­nını müdafiə etmək şəklində özü­nü büruzə verməlidir. Sən ona gələjəkdə ər olmağa layiq deyilsən. O, iki gənjin hələ uyuş­ma­mış ülvi münasibət­lə­rini həyasızjasına bayağılaşdırmaqdan çə­kin­mir. Öz doğ­ma bajısının yanındaja onun aşkar rəğbət bəs­lə­diyi oğ­lanı təhqir etmək Emildən ötrü heçnədir. Səfanın təkjə baxışı, gözlərinin şəfəqi isə Aydın üçün hər şeydir. Bu göz­lər povestin sonlarına qədər öz rolunu oynayasıdır.

Povestin müəyyən məqamında Əli Kərim hiss edir ki, ha­di­sə­­ləri nə realist, nə də romantik üsulla irəlilətmək im­kanları san­ki yoxdur, burada Əli fantasmaqoriyaya mü­ra­jiət etməli olur. Halbuki povest yazılan dövrdə Azərbay­jan­da Markesdən əsər-əlamət yox idi.

Emilin atası Əsəd kişi vaxtilə gön-dəri idarəsində iş­lər­kən külli miqdarda varidat toplamışdır. Yeri gələndə dövləti ilə qür­rə­lənəndə pullarının hətta nəvələrinə çata­ja­ğını da söy­ləmək­dən çəkinmir. İndisə pulları yoxsullara paylamaq fikrinə düşür.

Bu fantasmoqrafik aktın ijraçısı povestdə özünə­məx­sus yeri olan, vaxtilə aktyorluq etmiş laübalı həyat sürən Əmijan­dır. O, vaxtilə öz truppalarında gözəl bir aktrisanı sevmiş, qız ona etinasızlıq göstərdiyindən sənətini atmış­dır. Əmijan qeyri-standart hərəkətləri ilə hamıdan fərqlə­nir, yeri gələndə adam­la­rı ətrafına toplayıb monoloqlar söyləyir, Şekspir ifadələrindən is­tifadə edir, məzəli sözlər danışır və hər gün də içir. Qeyri-stan­dart adam olsa da, jəmiyyətin üzvüdür, o bu yerlərdə, bu adamlar arasında qətiyyən yad görünmür, halaldır, doğru da­nı­şan­dır. O özünün ürəyində vermiş olduğu hökmü ijra etmək üçün birbaşa Əsədin üstünə gəlir. Gəlişinin səbəbini Əsəd xə­bər aldıqda deyir:

- Pullarımdan bir az istəyirəm. Jamaata paylayaja­ğam.

- Hansı pullarından?

- Özün deyirdin ki, mənim var-dövlətim jamaatdan – sizdən kəsdiyim puldandır. Deyirdin ki, gön-dəri idarəsin­dən yığdığım pullar nəvələrimə də çatar. Mən də sənin nəvən. Niyə dinmir­sən, Kral?

Belə bir vəziyyət qurmaq Əlinin haradan ağlına gəlib?

Azərbayjanda (bəlkə də Yaxın Şərqdə) belə bir gə­zər­gi sü­cet, ya da lətifə vardır. Klassiklərimizdən bundan istifadə edən­lər olmuşdur. Konkret olaraq Mirzə Şəfi Va­zehin miniatürünü nü­munə gətirmək istərdim.

Bir dərviş bir bəxil Xajənin yanına gəlib dedi ki, «mə­nim və sənin atamız Adəmdir və anamız Həvva, pəs sə­ninlə qardaşam və sənin bu qədər malın var, istərəm ki, mənə qardaşlıq payı verəsən».

Xajə qovzanıb istədi ki, ona qara bir fülus (yəqin qəpiyə bə­­rabər) versin.

Dedi ki, ey xajə, niyə qiyamətdə zülm edib mənə bir fülus verirsən?

Dedi: - Xamuş ol ki, əgər sair qardaşlar bu işdən xəbərdar olsa, sənə bir fülus dəxi yetişməz».

Belə bir situasiyada «sovet» xajəsi nə etməli idi. O, qətiy­yən müjərrəd bir dövrün və müjərrəd bir məkanın xajəsinin hə­rəkətini təkrar edəsi deyil. Jəmiyyəti sök­mə­yin bütün yolları­nı bilən «sovet» xajəsi tamam başqa yol tutur. O, Əmijanın haq­lı olduğunu etiraf edir və pulları verməyə hazırlaşır. Lakin Əsəd eyni zamanda əjayib-qə­rayib geyimli Əmijana da xüsusi diqqət yetirir. «Ağ köy­nə­yinin yaxasına bant bağlamış xəfə qo­xusu verən təzə qara kostyum, palto, tufli geyinmiş, əlində qızıl na­xışlı əsa olan Əmijan Əsəddən gözlərini çəkmirdi. Əsədin göz­ləri sual verdi: «Niyə geyinib-keçinmisən?»

Artistin qəribə geyimi əslində Əsədin janına xof sal­ma­lıdır, çünki bu teatral libasda Əmijan xristian ölkələrin­dəki dəfn ka­re­­talarının sürüjülərini yada salır. Təbii, bu ge­yim Əsədin ruhu­nu, mənəviyyatını lərzəyə salmalıdır. Təbii ki, aktyor insan psi­xo­logiyasını pis bilmir. Və Əsə­din sualını ölümlə bağlı bir mət­ləblə javablandırır:

- Ehh… Bu gün-sabah öləjəyimi hiss eləyirəm.

- Dəli olma!

- Dəli də ölür. Bir də başqa vaxt olsaydı qorxmazdım. Şid­dətli müharibə getdiyi bir zamanda arxada ölmək bir növ biabır­çı­lıqdır. Nə adamın özünə təsir edir, nə dosta-yada. Adam var ki, ot yemək istəyir. Xəzinəni aç, Kral! Ajlar qoşunu məni göz­lə­yir.

Əsədin yavaşja durub o biri evdən gətirdiyi meşin bağla­ma­sını Əmijan qoltuğuna vurdu.

- Əlvida! Vaxtın olsa dəfnimə gələrsən. Dəvət edirəm. – O, qa­pıdan çıxanda Emil içəri girdi. Atasının qolundan yapışdı.

- Sənin haqqın yoxdur, ata, ajlıqdır. Səfa var.

- Mən hələ bu işimdə də günahkaram. Çünki biabırçı­lı­ğımı da onların pulu ilə yumaq istəyirəm.

- Nə biabırçılıqdır o?

Əsəd oğlunun sualı üstündən keçdi. Səsini lap al­çalt­dı, kə­dərli bir mehribanlıqla dedi:

- Get kefini elə. Kababı niyə elə qupquru bişirirsən?

Buradakı psixoloci və sətiraltı mənalara diqqət yetirək. Fan­tas­maqorik məqam olsa da Əli onu da bədii jəhət­dən əsas­lan­dır­mağa çalışıb. Yəni aktyor pulları almaq üçün ölümü yada sa­lan paltarı ilə Əsədi əvvəljə ruhi-mənəvi jəhətdən sarsıtmaq istəmiş və buna nail olmuş­dur, intəhası ölümün obyektinin özü olduğunu deməklə vəziyyəti bir qədər yumşaltmışdır. Lakin nə fərqi var ki, ölüm xofu artıq Əsədin janına hopmuşdur. Çünki aktyo­run yaratdığı vəziyyətin mənası budur: «Əsəd, qarşıda ölüm var!» Əsəd üçün ölüm o qədər qorxuludur ki, o bunu heç aktyor üçün də yaxın qoymur. Aktyora «dəli ol­ma!» - deyir. Di­gər tərəfdən «arxada ölməyi biabırçılıq» kimi vurğulayan Əmi­jan elə bil Emilin barmaqlarını qəs­dən kəsməyinə işarə edir. Vaxtaşırı kabab tüstülənən hə­yətin sahibinə ajından ot «yemək istəyənləri» də xatır­lat­maqla onu mətləb üstünə tez gətirir. Bütün bunlar hədəfə tez çatır. Və Əsəd bir bağlama pul verməyi vəziyyətdən ən yaxşı çıxış yolu hesab edir. O ki, qaldı Emilin pulla bağlı təlaşına, burada da doğma ata-oğul arasında səmi­miyyətin olmaması aşkar görünür. Oğul özünü bir kənara qoyub sanki atanın daha çox qayğı göstərdiyi Səfanı bəhanə gətirir. Əlbəttə, əslində o yalnız özünü düşünür. Ona elə gəlir ki, ata olub-qalanının hamısını artistə ver­miş­dir. Ata isə onun pullarının başına daş salanın Emil olduğu üçün, hər şeyi ona açıb demir, təkjə onun təlaşını soyutmaq üçün «get kefini elə» deyir. Yəni pul hələ çox­dur. Əli Kərim elə bil Əsədi açmaq üçün boya sərf etmək istəmir, ona elə gəlir ki, bu obraz oxujulara kifayət qədər tanışdır. Povestin sonuna doğru bu obraz hə­rə­kə­ti ilə tam açılır.

Emilin isə gözləri gedən pulun dalında qalmışdır. Onun Ay­dınla sonunju qarşılaşması bu zəmində baş ve­rir. Ana Əmija­nın hökumət adından verdiyi pulla Aydını bazarlıq etməyə gön­də­rir. Heç bir şeydən xəbəri olma­yan Aydın bazardan qayı­dar­kən Emillə üz-üzə gəlir. Qon­şuların hədsiz kasıb güzəranından xəbərdar olan Emil do­lu zənbilin yalnız atasından alınan pulun he­sa­bına olduğunu kəsdirir və özünün gəda sifətini tam çıl­paq­lığı ilə üzə çıxarır. Buradakı dialoqlar əvvəlkilərdən sərtdir, dava ilə nətijələnəjəyi hiss olunur. Başlayan da Emil olur.

- Mənə niyə baxmırsan? Utanırsan?

- Nə üçün?

Aydın əlindəki dolu zənbili skamyanın üstünə qoydu.

- Mən indi bildim ki, aləmə sən jar çəkmisən!

- Mən də indi bildim ki, sənin əlindən hər şey çıxar, hətta bar­maqların da (Bu, xalis Əli gülüşüdür).

Bu təsviri tamamlamaq üçün təkjə «Emil Aydını yum­ruqla vurdu» jümləsi kifayət edərdi. Lakin Əli Kərimin zərbə almış Aydının hansı halları nejə keçirdiyi haqqında millimetr-millimetr dəqiqliyi ilə sərrast və dəqiq təsvirin yanından elə-belə keçmək qeyri-mümkündür.

«Aydının burnuna endirilən ağır zərbə onu dondurdu, göz­lə­rinin qabağında atasının tez-tez çaqqıldatdığı çax­maqovun qı­ğıljımları oynadı. Onlar elə bil Aydından xeyli aralı havada öz-özü­nə əmələ gəlir, havada da enib qal­xır, yox olurdular. İkinji zər­bə də burnundakı ağrıya möhürləndi. Aydın ayaqlarının yer­dən üzüldüyünü hiss etdi. Əlləri havada skamyanı axtardı. Skam­ya indi ağap­paq olduğundan qarlı küçəyə, şəhərə, kənd­lərə qarışıb dünya boyda olmuşdu. Aydın bu dünyanın hara­sın­dan yapışajağını bilmədi. Birdən gözləri bu sonsuz ağ aləmin içində qaraltını aldı. Bunun zənbil olduğunu bilmədi. Məsafə hissini itirdiyindən nahaq yerə əllərin qaraltıya at­dı. Ağzı üstə sərələndi. Qar üzünün ağrısını oxşadı, istili­yini sordu, şüurunu işıqlandırdı. Aydın bir ovuj qar götü­rüb yavaş-yavaş ayağa qalxdı. Qarı üzünə sürtdü. Skam­yada oturdu. Emil bir ayağı qa­çaraq dayanmışdı.

Artıq o, Aydından ehtiyat etməyə, hətta qorxmağa baş­layır, bir qədər geri çəkilib hirslənmiş olduğunu söy­lə­yir, az qala aman istəyir. Onun igidliyi ilə düşkünlüyü arasında sanki heç bir məsafə yoxdur. Bu, Aydınla Emil arasında sonunju qarşı­dur­madır. Əvvəlki münaqişələrdə Emilin kin-küdurəti daima Sə­fanın təmiz, mehriban baxış­larında əriyib yumşaldığı, həlim­ləş­diyi halda bu dəfə tele­patik bir güj sayəsində Aydın Səfanın baxışlarını qarda­şının gözlərində görür. Anjaq bu dəfə Səfanın baxışları qətiyyən mərhəmət diləmir, əksinə əvəz, bəlkə də inti­qam tələb edir, ədalətsizliyə dözməməyə çağırır. O, artıq heç bir şey gözləmədən Emilin sifətinə yumruq endirir və o dəqiqə də başa düşür ki, «bu güjü Emilin hədəqələrin­dən baxan göz­lərdən – Səfanın gözlərindən almışdır».

Emilin ən miskinlik dərəjəsinə enib «hələ bizim pulu­muza zən­bil dolusu şey almağından utanmır» deməkdən başqa əlajı qalmır. Və Aydın da zənbili arxa tullamaqla hər şeyə xətm verir. Güman etmək olar ki, Aydın jüjər­mək­də olan ilk məhəb­bətin­dən əl çəkmişdir. Lakin belə deyilmiş. Ona elə gəlir ki, Emili vur­mağa ədalət naminə Səfa özü onu təhrik etmişdir. Və ona elə gəlir ki, Səfa­gilin qapısı onun üzünə qapanmamışdır. Lakin yenə tele­patiya! Aydın yuxudan dik atılır və nə isə gözləmədiyi bir vaqiənin baş verdiyini duyur. Birbaşa Səfagilə jumur, gözü «təkər izlərinə, at ləpirlərinə» sataşır fövqəladə bir sürətlə ata­sı­nın fayton atını çıxarıb «onun belinə aşırılır». Burada yenə ob­razın daxilində nələr baş verdiyini izlə­mək üçün Əlinin özünə söz verək: «Əlini atın sağrısına çəkdi. Qar üstəki at ləpirlərini öt­məyə çalışdı. Daş yola çıxanda ləpirlər yoxa çıxdı. Yoldakı qar gəliş-gedişdən əri­­mişdi. Atı ha tərəfə sürsün? Günbatana? Yox, gündo­ğa­na! At götürüldü. Çayın böyük körpüsündə gu­rul­tu sa­lıb qanadlandı. Aydın ondan çox qabaqda uçub gedən ürə­yini ötmək istəyirdi. Uzaqlara dirənmiş baxışlarını qo­vurdu.

Səfagil isə bu vaxt əks istiqamətdə köhnə bir fayton­da sürət­lə mavi nəğmənin sahilindən uzaqlaşırdılar.

Aydın bilmirdi ki, atı bərk sürmək onun zərərinədir. Aydın bil­mirdi ki, indi Səfadan ikiqat sürətlə ayrılır».



Bu isə artıq simvolik bir səhnədir. Burada söhbət fiziki ayrı­lıqdan getmir. Ümumiyyətlə, Səfa ilə Aydının yolları ayrılır, özü də əbədi. Burada Əli çox mətləbi inanıb etbar etdiyi oxuju­su­nun ixtiyarına buraxır. Aydının mənəvi dün­yası ilə çox məşğul olan, onun zəngin aləmini təsvir et­mək­dən yorulmayan Əli ata-oğulu bir tərəfə qoyub onla­rın aqibətindən oxujularının asan baş çıxarajağına əmin­liklə başqa səmtə yönəlir. Əli­nin ayrı-ayrı işarə­ləri əsasında Əsəd ailəsinin şəhərdən aralan­ma səbəb­lə­rini aydınlaşdıra bilərik. Məktəbdə barmaqlarının nə üçün kə­sil­diyi barədə verilən javabsız sual, Əmijanın pul da­lın­ja gəl­mə­si, müəmmalı sözləri, nəhayət Aydının bu ötkəm oğ­lana javab zərbəsi vurması barmaq kəsmə mə­sə­ləsinin artıq ünnəyə düş­məsindən xəbər verir, Əsəd onların hamı tərəfindən yaxşı ta­nın­­dığı bu kiçik şəhərdə qalmağın artıq mümkün olmadığını ba­şa düşür. Burada Əli Kərim oxujusuna bir «kod» da verir. O da Əsədin «selpoda» işləməsidir. Həyat onun üçün əvvəlki məj­ra­da axır. Nisbətən kiçik miqyasda əvvəlki gəlir, əvvəlki qa­zanj. Şə­hərdəki gön-dəri idarəsini bütöv udan bir kişi üçün selponu barmağında fırlamaq su içmək kimi bir şeydir. Ona görə zaman keçəjək, oğlunun jəbhədən yayınmaq üçün barmağını baltala­ması yaddan çıxajaq, Emilin barmaqlarının hərbi əhəmiyyətli bir zavodda torna dəzgahı çarxları arasında qalması barədə bir yoxlama ilə yenidən həyata atılıb karyera dalınja getməsi üçün mü­nasib şərait yaranajaqdır. O, əmmək üçün bu dövlətin bü­tün əmjəklərinin yerini çox gözəl bilir. Bəlkə də bir zaman ke­çən­dən sonra atasından mükəmməl dərs almış Emil jəmiyyət dəyişəndə qürurla sinəsinə döyüb deyə­jək: «Mən sovet impe­riyası yolunda vuruşmamaq üçün qəhrəmanjasına barmaq­ları­mı balta ilə doğramışam, ve­rin mənim igidlik payımı!» Azər­bay­janda sovet hakimiy­yəti qurularkən ideoloci təzyiq nətijəsində xalq, millət kəskin şəkildə iki qütbə bölündü: fəhlələr, kapitalist­lər; rəiyyətlər, bəylər; bir sözlə, varlılar yoxsullar. Parçalanıb qar­şı-qarşıya qoyulmaqdan Azərbayjan xalqı misli gö­rün­məmiş zərərlər çəkdi. Yaxşı ilə pisi müəyyənləşdir­mək üçün heç za­man təkjə sinfi mənsubiyyət meyar ola bilməz. Əvvəllər bu böl­gü fəhlə, kəndli, istiqamətindən gəlirdisə, bu dəfə bəylərin səm­tindən gəldi. Az qala bəy­liyi hər şeyin panaseyası hesab et­mə­yə, bu dəfə milləti əks istiqamətdən parçalamağa jəhd gös­tə­rildi, guya xal­qın başına gələn bütün bəlalar bəysizliyin nətijəsi imiş. Hətta meydan qəhrəmanlarından biri deyirdi (yüksək tri­bunadan): «Əgər bəylər olsaydı, onlar qoymazdılar ermə­nilər Qarabağı ala!» Bilmirəm o özü bu dediklərinə ina­nırdı, yoxsa yox? Görünür, o bilmirdi ki, Rusiya Azər­bay­janı işğal edəndə burada minlərlə bəylər vardı, üstəlik yeddi də xan! Bir də bilmir­di ki, həmin bəylər bir süvari alayı təşkil edib rus qardaşlarına qo­şularaq Türkiyəni iş­ğal etməyə qoşmuşdular. Deməli bir məmləkətin ləyaqə­tini onun bəyləri ilə ölçmək heç də həmişə doğru nətijə­yə gəlmək imkanı verməz. Əsl bəylər isə əsasən «Dədə Qorqud» əyyamında qalıb, o əyyamdakı bəyliyin qarşısı­na vətəni qorumaq, döyüşdə qələbə çalmaq, dinj dövrdə xalqı doyurmaq və geyindirmək vəzifəsi qoyulurdu. Bu po­vestdə tə­bii ki, rəsmi bəy yoxdur, lakin var-dövlət baxı­mından bəyləşmiş qulluqçu var, həm də o quruluşun özü­nün yetirməsidir. O, yetişdirməsi olduğu quruluşu mü­dafiə etmək əvəzinə övladları ilə gözdəniraq bir yerə çə­kilir.

Vətən torpağı təhlükədə olanda artıq zənginləşmiş şəxs vəzndən yüngül, qiymətdən ağır var-dövlətini götü­rüb aradan çı­xır, yoxsul isə əkib bejərdiyi torpağı dalına şəlləyib aparası de­yil, onun qisməti, borju dolanışıq mən­bəyi olan torpağı sona qə­dər, ölənədək qorumaqdır. Əlinin povestdə bütövlükdə rəğ­bəti, məhəbbəti Aydıngilin ailəsinədir. Əlinin tək birjə jümləsi də bu ailənin halallı­ğın­­dan çox gözəl və aydın nişan verir. Atası müharibə baş­layandan sonra çörək daşımağa başlayır. Və hər ax­şam «evə bir araba çörək ətri aparır». Yalnız çörəyin ətri­ni, ətir­dən başqa heç nə! Onun böyük oğlu müharibə başlayan kimi ilk jəbhəyə gedənlərdən biri olur. MTS-də işləyən Mahmu­du əsgərliyə gedən gündən Aydın əvəz edir, barmaqları suluq­la­yana, nəhayət qabar bağlayana qədər çalışmalı olur, qardaşı bir qolunu jəbhədə qoyub gələnədək. Müharibə başlanan gün­dən (elə povestdəki əhvalatlar da həmin gündən başlanır) Ay­dı­nın beynində iki mühüm mətləb kök salır – Səfaya günü-gündən artan məhəbbət və müharibə. O, komsomol sıralarına keçər­kən yaşını bir il artırıb, buna baxmayaraq, əsgər getməyə yenə yaşı düşmür, qohumu olan hərbi komissar hər dəfə onu geri qaytarır. Aydın vaxtilə yaşını nə üçün iki il artır­madığının peş­mançılığını çəkir. O, hər dəfə müharibəni yada salanda al­manların bu torpaqlara nə qədər irəlilə­diklərini hesablayır, bu ona qəti rahatlıq vermir (Alman­larsa hər gün, hə saat irə­lilə­mək­dədirlər). «Düşmənin və­tən torpaqlarında sürətlə irəlilədiyi vaxtda bir yerdə qapı­lıb durmaq ona jinayət təsiri bağışlayır. Onun Hitler və faşistlər haqqında təsəvvürü aydındır. «Faşistlər günəşi insanlara istədikləri vaxt, jirə ilə vermək istəyirlər. Yox! Günəş hamınındır!» Deyə bilərlər ki, Aydının təbliğat va­si­­təsi ilə beynini dumanlandırıblar. Yox, təbliğat faşizmin törətdikləri ji­na­yətlərin müqabilində çox zəif olub.

Hətta Aydının Səfa ilə söhbətləri də müharibə möv­zu­su ilə çuğlaşır, qızın bu barədəki söhbətləri də ona əlavə impuls verir:

«Mavi nəğmənin sahilində yaşayanlar həmişəki kimi tez yat­madılar. Səfagilin həyətindən axıb keçən arxın kə­narında skam­yalarda oturanlar gej dağılışdılar. Çarpaz­laşan, dolaşan, düyün düşən fikirlərin bəziləri çözələnib açıldı, bəziləri daha da qarışdı, müharibə gah gej qur­tar­dı, gah tez.

- Müharibəni uzanmağa qoymazlar – deyə Səfa bir tə­rəfi gö­yərmiş skamyanın yanından tutdu. Aydın din­mədi.

Səfa:


- Qəhrəmanlar var ki, müharibəni üç günə qurtararlar, - de­di.

Aydın:


- Elədir.

Aydın Səfanın nəzərdə tutduğu qəhrəmanlara həsəd apar­dı. Onları Səfaya qısqandı. Balajalaşdı.

Nəhayət, Aydının səbrsizliklə gözlədiyi gün də gəlib çıxır. Emil atası ilə dağ kəndinə daldalananda Aydın jəb­həyə yola düşür. O, ürəyində Səfaya olan məhəbbətini də aparır. Oxuju isə Səfanın ona olan münasibətindən az qala nigaran qalır. Po­vestin sonunda epiloqa bənzər bir parça iki təmiz gənjin müna­sibətlərinə müəyyən işıq salmış olur hər halda.

Bu hadisə Emilgilin daldalandığı dağ kəndində vaqe olur.

«Yaz təzəjə girmişdi.

Emil şəhərdən gəldi.

- Al, ev darğası, hər gün «qəzet», «qəzet» deyirsən (Səfa­nın anası öləndən sonra atası onu nəvazişlə «evin böyüyü» ad­landırır. Emil buna öz sərt münasibətini «evin darğası» şəklində ifadə edir).

Palıd kötüyündən kəsilmiş mizdə oturmuş Səfa dizləri üstü­nə düşən qəzetləri bir-bir gözdən keçirməyə başladı. Birdən əl­lə­rini yandırırmış kimi qəzeti yerə tullayıb dik atıl­dı:

- Oy, ooy!

Əli ilə gözlərini tutdu. Eyvanda o başa – bu başa ge­dib gəl­məyə başladı.

Qəzetdə yazılmışdı: «Sadıq və Aydın adlı iki azərbay­janlı ba­lası bir vzvod alman soldatlarına qarşı son güllə­yə qədər vu­ruş­muşlar. Axırınjı güllələrini özlərinə vur­muş­lar…»

Əli Səfanın Aydına isti münasibətini elə bil nisbətən xəsis­lik­lə ifadə etmişdi. Sən demə, o istəklər damjı-damjı yığılıb-yı­ğı­lıb sıxlaşmış, bərkimiş nəhayətdə oy, ooy! qıy­yası şəklində part­lamışdır. Təbii ki, Səfanın Aydına olan məhəbbətini ifadə et­mək imkanı və məkanı olmamışdır. Əli burada da ilk mə­həb­bə­tin başlanğjına yenidən qayıt­maq üçün vasitə tapa bilmişdir. İlk məhəbbət mavi nəğ­mə­nin sahilində başlamışdır. Göyçay ça­yının başlan­ğıjın­dakı şəlalə Səfanın yaşadığı dağ kəndindədir. Həmin şə­la­lənin soyuq suları ilə Səfanın isti yay günlərində ayaq­­larını sallayıb oynatdığı mavi nəğmənin ilıq suları birləşir, qı­zın gözləri vaxtilə Aydınla bərabər oturub şirin söhbət­lər etdiyi sahili də dartıb öz yanına gətirir.

«Qız evdən çıxdı. Axıb, mavi nəğməyə qarışan şəlalə­yə ya­xın­laşdı. Şəlalədən gələn çisək üz-gözünü islatdı. Sel-sudan bo­zarmış şəlalə şaraqqa-şaraqla daşlara də­yib parçalana-par­ça­lana, sına-sına, lay-lay, lülə-lülə, dam­la-damla tökülürdü. San­ki mavi nəğmənin güjlü bir guşəsi şahə qalxıb, başı aşağı dağa-daşa çırpılırdı».

Əli Kərim qızın daxili aləmi ilə çağlayan şəlalə arasın­da qə­ri­bə və oricinal bir qiyas yaratmışdır. «Şaraqqa-şa­raq» təbii ki, qızın daxili harayıdır, «şahə qalxıb, dağa-da­şa çırpılan» Səfanın ruhudur. «Daşlara dəyib parçalana-parçalana, sına-sına» qırıq­la­nan onun ümididir. «Lülə-lülə, damla-damla» tökülən ürəyinin qanıdır.

Beləliklə, povestin mərkəzindən keçən nakam mə­həb­­bət te­ması burada tamamlanır.

Bununla müvazi povestdən keçən bir ideya xətti isə tə­mizlik və halallıqla bağlıdır. Əli lap uja səslə deyir ki, VƏTƏNİ yalnız onun HALAL oğulları qoruya bilər.

Bu povestdə Əlinin həm də bir nasir kimi haqqında bəhs et­di­yi mühiti qavramaq, onu parlaq jizgilərlə əks etdirmək iste­dadı parlaq şəkildə açılmışdır.

Böyük vətən müharibəsi başlayanda Əlinin jəmi on yaşı vardı. Onun yeniyetmə gözləri ətrafdakı hadisələri yaşlı adam­la­rın yetkin nəzərləri kimi qavrayır və rəsm edir, xüsusilə müha­ribənin ilk gününün ab-havası olduq­ja dürüst verilmişdir. Hərbi komissarlığın qarşısındakı hə­rəkət, get-gəl tam olduğu kimidir. Əsgərlərin yola salın­ma əhval-ruhiyyəsi də düzgün verilmişdir. Hələ bu təsvirə fikir verin: «Tonyarımlıq maşınların kuzaları gə­lə­jək qəh­rə­manlar, ölülər, itkinlərlə doldu. Maşınlar bir-bir dartı­nıb onları əhatə edən baxışlardan qopdu. Baxışlar beş ad­dım­dan bir halay-halay qalxan toza qarışdı».

Elə burada da şair Əli nasir Əlinin yanındadır.

Əli Kərim müharibə dövründə sivill adamların gejələr səhə­rə­jən küçədə növbə çəkmələrini, hər jür təxribata qarşı hazır ol­duqlarını da təsvir etməyi unutmayıb.

Əli Kərim doğulub, boya-başa çatdığı Göyçayın port­re­tini az, lakin seçmə ştrixlərlə çəkmişdir. Pəhləvanların güləşi həmin illərdə Azərbayjanda çox məşhur olan iki məşhur ağırlıq qaldı­ra­nın adlarını yadına salır – Eldar və Jümşüd Göyçaylılar. Bu id­man növünün respublikada təbliğ olunmasında Göyçayın xid­məti unudulmazdır. Aktyor Əmijan həm bir obraz kimi yadda qalırsa, həm də Göyçayın teatral bir şəhər olduğunu yaddan çıxmağa qoymur. O dövrlərdə gənjləri mədəniyyətə, injə­sənə­tə, idmana istiqamətləndirməkdə Göyçayın kifayət qədər po­ten­­sialı vardı. Bakıda yaşayan göyçaylıları paytaxt əhali­sin­dən seç­mək mümkün deyildi, istər nitq mədəniyyətlə­ri­nə görə, istər­sə də davranışlarına görə.

Həyatı bütün jəhətləri ilə əhatə etməyinə görə «Mavi nəğ­mə­nin sahilində» povesti nasir Əlinin böyük müvəffə­qiy­yəti idi.



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin