Azərbaycan Dövlət İqtisad Üniversiteti Tələbə- səmədov Vüsal



Yüklə 32.29 Kb.
tarix08.12.2019
ölçüsü32.29 Kb.

Azərbaycan Dövlət İqtisad Üniversiteti

Tələbə- Səmədov Vüsal

Fənn-Keyfiyyətə Nəzarət

Mövzu- Məhsulun keyfiyyəti və rəqabət qabiliyyəti haqqında ətraflı məlumat hazırlamaq

Əmtəənin mühüm rəqabət qabiliyyətinin əsasını onun keyfiyyəti təşkil edir;

– malın satışının təşkili və məhsulun istifadəsilə qiymətləndirilən rəqabət qabiliyyəti alıcıların satıcılarla ərazi yaxınlığı, satıcıların əmtəəni tələb olunan yerə tədarükü, hesablaşma rahatlığı, zəmanət və zəmanətdən son­rakı dövrdə texniki məmulatın xidmətinə təminat və bu kimi göstəricilərlə təyin edilir. Əmtəələrin bazarda rəqabət qabiliyyətinin yaradılmasında reklam və texniki informasiya da mühüm rol oynayır. Bu öz növbəsində yüksək səviyyədə təşkil olunmalıdır. Lakin bu halda əmtəənin rəqabət qabiliyyətinin qiymətləndirilməsində satışın təşkilati tərəfinin, həmçinin texniki xidmət və təmir şərtlərinin də rolu var, yəni əgər əmtəə məhsulu keyfiyyətlidirsə, onun istehlak xassələri alıcının tələblərini tam ödəyəcək;

–bazar iqtisadiyyatı şəraitində məhsulun rəqabət qabiliyyəti çoxsaylı texniki-iqtisadi göstəricilərlə xarakterizə olunur. Onlardan daha əhəmiyyətliləri bunlardır: istehlakın tam qiyməti; buraxılan vahid məhsulun istehsalı üçün xammalın və materialın və ya məlum texnikanın köməyi ilə yerinə yetirilən işə enerji sərfi və işin səmərəliliyi; istifadə olunan texnologiyanın müntəzəmliyi, texnikanın imtinasız istismarı və s.; təmirin etibarlılığı, dövriliyi və dəyəri, ehtiyat hissələrinin dəyəri və s.; xidmətçi heyətin say tərkibi və peşəkarlıqları və s.

İstehlak xərcləri, yəni texniki məmulatın tam istehlak qiyməti, onun həyat tsiklinin bütün mərhələlərindəki ümumi xərclərindən asılıdır. İstehlakın tam qiyməti istehlakın birdəfəlik xərclərinin (məmulatın bazar qiyməti və onun istismara hazırlanma xərcləri), istismar xərclərinin (yanacaq, enerji, su, xammal, işçi qüvvəsi və s.), cari xərclərin (xidmət, təmir və s.) və məmulatın qalığından istifadə edilmə (utilləşdirmə) xərclərinin cəmi kimi təyin edilir. İstehlakın tam qiyməti hesablanarkən alıcının ödədiyi gömrük rüsumları, vergi və müxtəlif yığımlar, həmçinin məmulatın satışı zamanı kreditin alınma şərtləri və s. nəzərə alınmalıdır. Məhsulun istehlakçısı onun rəqabət qabiliyyətini təmin etmək üçün istehlak qiymətini hesablamalı, onu digər mövcud istehlak dəyəri ilə müqayisə etməli və nəticədə məhsulun texniki və normativ göstəricilərini saxlamaqla istehlak dəyərinin maksimum artırılmasına nail olmalıdır. Xüsusən texniki məmulatların rəqabət qabiliyyətinin qiymətləndirilməsində əsas göstəricilərdən biri istehlakın tam qiymətidir. Qiymətləndirmədə əsas kriteriya məmulatın texniki səviyyəsinin İSO, BEK standartları, istehlakçının xüsusi tələbləri və başqa təşkilatların tələbləri ilə müqayisəsidir. Məhsulun rəqabət qabiliyyətinin qiymətləndirilməsinin ümumi metodologiyası ümumi qiymətləndirilən əmtəənin və baza nümunəsinin keyfiyyət göstəricilərinin ədədi qiymətlərinin müqayisəsindən ibarətdir. Məmulatın rəqabət qabiliyyətinin kəmiyyətcə qiymətləndirilməsinin ən sadə metodu ümumiləşdirilmiş keyfiyyət göstəricilərinin (əsas, qrup, inteqral) və məhsulun iqtisadi göstəricilərinin tətbiqinə əsaslanır. Lakin məhsulun rəqabət qabiliyyəti göstəricisi adətən faydalı səmərənin tam istehlak qiymətinə nisbəti ilə ifadə olunur.

Keyfiyyətin idarəetmə prinsipləri - təşkilata rəhbərliyin əsasını və onun fəaliyyətinin əsasını təşkil edən və bütün marağı olan şəxslərin və təşkilatların tələbatım nəzərə almaqla, istehlakçıların ehtiyaclarının ödənilməsi üzrə uzunmüddətli fasiləsiz işə yönəldilən hərtərəfli və əsaslı qayda, yaxud müddəalardır.Cəmisi səkkiz prinsip məlumdur:



      • istehlakçıya səmtləşdirilən təşkilat;

      • rəhbərlik;

      • işçilərin cəlb edilməsi;

      • proseslərə əsaslanan yanaşma (üsul);

      • idarəetməyə sistemli yanaşma

      • fasiləsiz surətdə təkmilləşdirmə;

      • faktlar əsasında qərar qəbul edilməsi;

      • tədarükçü ilə qarşılıqlı surətdə faydalı münasibətlər.

Keyfiyyətin idarə olunmasının səkkiz prinsipindən hər birisinin məzmunu və tətbiqi xüsusiyyətlərini daha müfəssəl şəkildə nəzərdən keçirək.Ən birinci «istehlakçıya səmtləşdirilən təşkilat» prinsipinin mahiyyəti aşağıdakılardan ibarətdir: təşkilatlar öz müştərilərindən asılıdır, buna görə də onlar müştərilərinin cari və gələcək ehtiyaclarım başa düşməli, müştərilərin tələblərini nəzərə almalı və onların ümidlərini doğrultmağa çalışmalıdırlar.Həmin prinsipin tətbiqi aşağıdakı müsbət nəticələrin əldə edilməsinə səbəb ola

bilər:


  1. müştərinin ehtiyaclarının və çatdırılma müddətlərinə və qiymətlərinə görə gözlədiklərinin dərk edilməsi;

  2. müştərinin razılıq (məmnunluq) dərəcəsinin ölçülməsi və həmin ölçülmənin nəticələrinə onun reaksiyası;

  3. cəmiyyətin sorğularına baxılması;

  4. müştərinin və cəmiyyətin qarşılıqlı münasibətlərinin idarə olunması.

Həmin prinsipin həyata keçirilməsi nəticəsində müəssisə elə bir üstünlük əldə edir ki, müştərinin ehtiyacları ona bütün təşkilat (təşkili) üzrə aşkar olur, bu da

müştərinin ehtiyacları və gözləmələri ilə müvafiq məqsəd və vəzifələrin birbaşa əlaqələrini təmin edir, imkan verir ki, həmin təşkilatın heyəti müştərinin ehtiyaclarının ödənilməsindən ötrü lazımi qədər bilik və bacarığa malik olur.İkinci-«rəhbərlik» prinsipi bundan ibarətdir ki, rəhbərlik təşkilatın məqsəd, istiqamət və daxili mühitinin vəhdətini müəyyənləşdirir. Onlar işçiləri bütünlükdə təşkilatın məqsədlərinin əldə olunmasına cəlb edirlər.Nəticədə aşağıdakıların həyata keçirilməsi mümkün olur:



      • xarici mühitin dəyişikliklərinin dərk edilməsi və onlara münasibət göstərilməsi, müştərilər, sahibkarlar, heyət, tədarükçülər və bütövlükdə cəmiyyət də daxil olmaqla, bütün iştirakçıların ehtiyaclarının nəzərdən keçirilməsi;

      • təşkilatın gələcəyinin dəqiq təsəvvür edilməsi;

      • təşkilatın bütün səviyyələrində etik modellərin iştirak dərəcələrinin müəyyən olunması;

      • inamın yayılması və qorxunun aradan qaldırılması;

      • məsuliyyət və hesabatlılıqla birlikdə hərəkətlərin sərbəstliyinin təmin edilməsi yolu ilə səlahiyyətlərin tabelikdə olanlara verilməsi;

      • işçilərin stimullaşdırılması və onların nailiyyətlərinin təsdiqlənməsi;

      • açıq və vicdanlı əlaqələrə yardım göstərilməsi;

      • kadrların öyrədilməsi (təlimi, təhsili);

      • perspektiv məqsədlərin və vəzifələrin müəyyən olunması;

      • həmin məqsəd və vəzifələrə nail olmaqdan ötrü strategiyanın tətbiqi.

Bu prinsipin tətbiqi aşağıdakı üstünlüklərdən istifadə etməyə imkan verir: təşkilatın gələcəyinin dəqiq proqnozunu müəyyənləşdirmək; təşkilatın məqsədlərinə nail olmaqdan ötrü işçiləri cəlb etmək; marağı, mükəmməl məlumatı olan və sabit komanda əldə etməyə imkan verir.«İşçilərin cəlb edilməsi» prinsipi aşağıdakılardan ibarətdir: işçilər təşkilatın məğzini təşkil edir, onların tam cəlb olunması təşkilatın mənfəəti üçün həmin işçilərin bilik və təcrübələrindən istifadə edilməsinə imkan verir. İşçilər tam cəlb olunduqda aşağıdakıları edəcəklər:

      • problemin həllinə görə məsuliyyəti öz üzərlərinə götürəcəklər;

      • təkmilləşmə imkanlarını fəal surətdə arayacaqlar;

      • qruplarda və briqadalarda öz bilik və təcrübələrini sərbəst surətdə bölüşəcəklər;

      • müştərilərdən ötrü qiymətli əşyaların yaradılmasına səylərini yönəldəcəklər;

      • təşkilatın məqsədlərinə nail olmaq sahəsində təşəbbükarlıq yaradıcılıqlarını nümayiş etdirəcəklər;

      • müştərilərə və cəmiyyətə öz təşkilatlarını daha yaxşı təqdim edəcəklər;

      • öz işlərindən məmnuniyyət əldə edəcəklər;

      • öz təşkilatlarının bir hissəsi olduqları ilə öyünəcəklər.

Bu prinsipin tətbiqi aşağıdakı üstünlükləri verir: işçilər planın təkmilləşdirilməsinə və yerinə yetirilməsinə öz töhfələrini sərbəst surətdə verirlər; işçilər məqsədlərin müəyyən olunmasında iştirak edirlər; işçilər operativ əməliyyatlara və prosesin təkmilləşdirilməsinə cəlb olunurlar; işçilər öz işlərindən böyük məmnuniyyət əldə edirlər və müəssisənin üstünlükləri naminə peşəkarlıq səviyyələrini artırmağa və inkişaf etdirməyə fəal surətdə çalışırlar.«Proseslərə əsaslanan yanaşma (üsul)» prinsipi istənilən nəticəni daha səmərəli əldə etməyə imkan verir, çünki ehtiyatların və fəaliyyətin bütün növlərinin idarə olunmasına proses kimi baxılır. Bu prinsipin tətbiqi aşağıdakıları həyata keçirməyə imkan verir:

      • istənilən nəticəyə nail olmaqdan ötrü prosesin müəyyənləşdirilməsi;

      • təşkilatın proses və funksiyalarının xarakteristikalarının eyniləşdirilməsi;

      • proseslərin idarə edilməsinə görə məsuliyyətin müəyyən olunması;

      • prosesin giriş və çıxışının eyniləşdirilməsi.

Bu prinsipin tətbiqi böyük üstünlüklər verir, bütün təşkilat üzrə həmin yanaşmanın (üsulun) məqbul hesab edilməsi daha çox gözlənilən nəticələrə, ehtiyatlardan daha yaxşı istifadə olunmasına gətirib çıxara bilər, vaxta qənaət olunar və qiymət azalar; prosesin imkanlarının dərk edilməsi perspektiv üçün məqsəd və vəzifələrin proqnozlaşdırılmasına imkan verir; proseslərə əsaslanan yanaşmanın (üsulun) qəbul edilməsi bütün operativ nəticələrin qiymətini aşağı salır, xeyli miqdarda qüsurların qarşısını alır, silsilənin vaxtını azaldır.

«İdarəetməyə sistemli yanaşma» prinsipi verilmiş məqsəd üçün bir-biri ilə qarşılıqlı surətdə asılılığı olan proseslər sistemini eyniləşdirməkdən, dərk edib idarə etməkdən ibarətdir ki, bu da təşkilatın səmərəliliyini artırmağa imkan verər.



Onun tətbiqi aşağıdakılara səbəb olur:

      • verilmiş məqsədə təsir göstərən proseslərin eyniləşdirilməsi, yaxud inkişaf etdirilməsi yolu ilə sistemin müəyyən olunması;

      • daha səmərəli yol ilə məqsədə nail olmaqdan ötrü sistemin strukturlaşdırılması;

      • sistemin prosesləri arasında qarşılıqlı asılılığın dərk edilməsi;

      • ölçmələr və qiymətləndirmələr vasitəsilə sistemin daim təkmilləşdirilməsi.

«Fasiləsiz surətdə təkmilləşdirmə» prinsipi aşağıdakılara səbəb olur:

      • məhsulun, proseslərin və sistemlərin fasiləsiz surətdə təkmilləşdirilməsinin aparılması təşkilatın hər bir işçisinin məqsədinə çevrilir;

      • get-gedə artan və dağıdıcı təkmilləşdirmə kimi əsas təkmilləşdirmə konsepsiyalarının tətbiqi;

      • proseslərin səmərəliyinin daim artması;

      • təşkilatın hər bir üzvünə fasiləsiz təkmilləşdirmə metodlarının və alətlərinin öyrədilməsi (təmin olunması) imkanlarının təmin edilməsi («plan-iş-yoxlama- hərəkət» silsiləsi kimi);

      • təkmilləşdirmənin idarə olunması və ona nəzarət edilməsindən ötrü məqsəd və tədbirlərin müəyyənləşdirilməsi;

      • təkmilləşdirilmələrin təsdiqlənməsi.

Həmin prinsipin üstünlüklərinə aşağıdakıları aid etmək olar: biznesin strateji planlaşdırılmasında fasiləsiz təkmilləşdirmə metodundan istifadə edilməsinə imkan verən biznes strategiyalarının və planlarının tətbiqi; təkmilləşdirmənin real məqsədlərinin müəyyən edilməsi və onlara nail olmaqdan ötrü ehtiyatların təmin edilməsi; fasiləsiz təkmilləşdirmə proseslərinə qulluqçuların cəlb edilməsi; bütün qulluqçuların metodikalar, təlimatlar və alətlərlə təmin edilməsi, habelə təkmilləşdirmə üzrə fəaliyyətə görə mükafatlandırılma.«Faktlar əsasında qərar qəbul edilməsi» prinsipinin həyata keçilməsi qəbul olunan qərarların və yerinə yetirilən işlərin səmərəliyinin yüksəldilməsinə imkan verir, çünki onlar məlumat və informasiyaların təhlilinə əsaslanır. Bu prinsipin tətbi- qindən ötrü aşağıdakıların yerinə yetirilməsi zəruridir:

      • qarşıya qoyulan məqsədə aid olan ölçmələrin, məlumat, informasiyaların toplanmasının aparılması;

      • mümkün qədər dəqiq və etibarlı məlumat və informasiyaların təmin edilməsi;

      • təsirli metodlardan istifadə etməklə məlumat və informasiyaların təhlili;

      • qərarın qəbul edilməsindən ötrü təhlilin nəticələrindən istifadə olunması;

      • təhlilə əsaslanan, təcrübə və intuisiya (duyğu, duyma, sezmə) nəzərə alınmaqla qərarların qəbulu və onların yerinə yetirilməsi.

Bu prinsipin tətbiqinin əsas üstünlüklərinə aşağıdakıları aid etmək olar: daha real və əldə edilməsi mümkün ola bilən planların formalaşdırılması; müqayisə edilən məlumatlar və informasiyalar əsasında əsaslandırılmış məqsədin seçilməsi; işçilərin, kollektivlərin və fəhlə qruplarının iradlarının tədqiqi kimi mənbələrdən əldə olunan təkliflərin, məlumat və informasiyaların təhlili imkanlarının əmələ gəlməsi və həmin təhlilin nəticələrindən rəhbərliyin öz işçilərinə qarşı münasibətinə dair siyasətinin formalaşdırılmasından ötrü istifadə edilməsi.«Tədarükçü ilə qarşılıqlı surətdə faydalı münasibətlər» prinsipi hər iki təşkilata biznesdə daha yüksək müvəffəqiyyətə nail olmaq imkanı verir.

Bu prinsipin tətbiqinin üstünlüklərinə aşağıdakılar aiddir: tədarükçülərlə, rəqiblər üzərində üstünlük əldə etməyə imkan verən strateji alyansların(ittifaqın, birləşmələrin), yaxud partnyorluğun (tərəfdaşlığının, oyundaşlığın) inkişafı; tədarükçülərin strateji məqsədləri müəyyənləşdirməyə imkan verən daha erkən cəlb

olunması və iştirakı; məhsulun etibarlı və qüsursuz çatdırılmasının təmin edilməsi; tədarükçülərin təlim edilməsi (öyrədilməsi); hər iki təşkilatın işinin yaxşılaşdırılmasından ötrü təkmilləşdirmə üzrə birgə səylər. Keyfiyyətin idarə edilməsinin metodları

Kİ-nin iqtisadi metodları müəssisə və təşkilatların işçilərini və kollektivlərini keyfiyyətin daim yüksəldilməsinə, onun zəruri səviyyəsinin daim təmin edilməsinə həvəsləndirən iqtisadi şəraitin yaradılması ilə reallaşdırılır.



Kİ-nin iqtisadi metodlarına aşağıdakılar daxildir:

  • Kİ sahəsində fəaliyyətin maliyyələşdirilməsi (Kİ sahəsində yeniliklərin, yeni və modernləşdirilmiş məhsul növlərinin işlənməsi üçün kreditlərin verilməsi ; borcların verilməsi, qiymətin müəyyənləşdirilməsi, kalkulyasiya, xərclərin və nəticələrin tutuşdurulması)

  • Kİ sisteminin bölmələrində təsərrüfat hesabı

  • Islehsalın iqtisadi stimullaşdırılması, istehlakçılara onların tələblərinə uyğun məhsul və xidmətlərin təqdim edilməsi;

  • Yeni və modernləşdirilmiş məhsul və xidmət növlərinin yaradılmasının biznes-planlaşdırılması, onlar üçün beynəlxalq standartların tələblərinə uyğun KS-nin işlənməsi;

  • məhsul və xidmətlərin keyfiyyət səviyyəsi nəzərə alınmaqla onların qiymətinin müəyyənləşdirilməsi;

  • keyfiyyət üçün iqtisadi həvəsləndirmə fondlarının, o cümlədən keyfiyyətə, məhsulun, texnikanın, texnologiya-nın yaradılması və modernləşdirilməsinə görə həvəslən-dirmə və mükafatlandırma fondlarının təşkil olunması;

  • istehsal sisteminin hər bir iş yerində və ümumilikdə idarəetmə sistemində keyfiyyətə görə əmək haqqının ödənməsi və maddi həvəsləndirmə sisteminin tətbiqi;

  • tədarük edilən məhsulun və göstərilən xidmətlərin keyfiyyətindən asılı olaraq tədarükçülərə iqtisadi təsir vasitələrindən istifadə üçün şəraitin yaranması.

İqtisadi metodlardan istifadəyə misal kimi maddi stimullaşdırmanı göstərmək olar. Bu zaman qabaqcadan əmək haqqının artırılmasının müqabilində işçidən öz əməyinin keyfiyyətinə daha yüksək məsuliyyət, böyük intizam və nəticə kimi yüksək keyfiyyətli məhsul gözlənilir: «daha yüksək əmək haqqı – daha yüksək keyfiyyət». Bu məsələ hal-hazırda geniş istifadə olunan «yüksək səmərəlilik - yüksək əmək haqqı» kimi yanaşma ilə ziddiyyət təşkil edir. Birinci metoddakı yanaşmanın nə

qədər faydalı və səmərəli olmasını Yaponiyanın «Omron» korporasiyasında qazanılan nailiyyətlərin misalında görmək olar. Lakin bu korporasiyanın təcrübəsi göstərir ki, belə yanaşmadan diferensial şəkildə, hər bir kəsin əməyini hərtərəfli qiyməlləndirməklə, subyektivliyə və bərabərləşdirməyə yol vermədən istifadə edilməlidir.Bu metodun geniş miqyasda reallaşdırılması nəticə etibarı ilə əhalinin tələbatını və alıcılıq qabiliyyətini yüksəldə bilər (əmək haqqının artması ilə əlaqədar). Bu da uyğun olaraq istifadə olunan məhsulun həcmini, müəssisələrin (metodun tətbiq edildiyi müəssisədə daxil olmaqla) ümumi gəlirini artırır.Məhsulun satış həcmi yalnız keyfiyyətin yaxşılaşdırılması ilə yox, həm də maya dəyərinin azalması (sonra bu, qiymətin aşağı düşməsinə gətirir) və istehsal həcminin böyüməsi ilə artır

Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə